Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə91/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   85   86   87   88   89   90   91   92   93

yavaş hey tutqunlaşdığını görürdüm... Axır ki, onlar tamamilə gözdən itdilər, yoxa 
çıxdılar. Yalnız intəhasız ay işığı vardı, onlar əbədilnk olaraq ay işığı içərisində 
əriyib getdilər. 
Səməd Vurğunun hər yerdə olduğu kimi, Gürcüstanda da çoxlu dostları, 
tanışları olub. Onlar şairin xatirəsini həmişə əziz tutur, onunla keçirdikləri 
dəqiqələri ömürlərinin xoşbəxt anları hesab edirlər. 
Gürcüstan SSR Elmlər Akademiyası, İqtisadiyyat və hüquq İnstitutunun 
direktoru, akademik Paata Vissarionoviç Ququşvili də Səməd Vurğunun yaxın 
dostlarından olub. Onlar 50-ci illərdə bir neçə il dalbadal yay mövsümünü 
şəhərində, Maksim Qorki adına sanatoriyada birlikdə keçirmişlər. 
Min doqquz yüz əlli dördüncü ilin avqustunda dostlar yenə Kislovodskda 
olanda akademik İlya Nesteroviç Vekuanın həyat yoldaşı da qənirsiz gözəlliyə 
malik yeniyetmə qızı Marqarita ilə istirahətdə imiş. Ədəbiyyatı gözəl bilən bu 
qadın şairin söhbətlərinə maraqla qulaq asar, qız isə onların balaca dəstəsinə 
canlanma, təzə bir nəfəs gətirərdi. 
Ağsaçlı Səməd Vurğun gənclərə məxsus coşğunluqla tez-tez Azərbaycan və 
rus dillərində məhəbbətə dair şer söyləyərmiş. 
Bir dəfə şairdən xahiş edirlər ki, özünün ən çox sevdiyi şerini oxusun. 
Paata hiss edir ki, Səməd Vurğun nəsə çəkinir, bu vaxt ona Senekanın 
sözlərini xatırladır: 
- Qorxu ölümə gedən yoldur, cəsarət - ulduzlara... 
Səməd Vurğun o dəqiqə cavab verir ki, təkcə ulduzlara yox, eləcə də 
qadınlara və qızlara... Hamı gülüşür. İkilikdə qalanda Səməd Vurğun Paatadan 
soruşur: 
- Təəccüblənməmisən ki? 
Paata Səmədi qucaqlayıb deyir: 
- Məni təəccübləndirən sanki gənclərə xas olan coşğunluğun və insanı mat 
qoyan alovlanmaq bacarığındır. 
Şair gülümsünərək: 
- Bəs sən bilmirsənmi - deyir, - 80 yaşlı Höte 16 yaşlı bir qıza əsl məhəbbət 
yetirmişdir. Mənim isə 80-ə çatmağıma hələ çox qalıb... Sonra şair rus dilində 
bədahətən bu bəndi oxuyur: 
 
O qız saçlarını oxşayan zaman, 
Odlu nəzərləri dəydi gözümə. 
Elə həmin anda baxışlarından, 
Böyük bir səadət güldü üzümə. 
 
Sonra Paata Vissarionoviç Marqaritaya və ətrafdakılara eşitdirərək Səməd 
Vurğuna müraciət edir: 
- Gözəlliyə, həqiqətə və xeyirxahlığa həmişə vurğun Səməd Vurğun əla və 
ucadır. O daima sevir, axı, əsl həyatı, xüsusən poetik təfəkkürü məhəbbətsiz 
təsəvvür etmək qeyri-mümkündür. Mən isə onu böyük Azərbaycan şairi və alimi 
kimi, dostum və qardaşım kimi sevirəm... 


Hamı Marqaritaya baxır. O, özünü tamam itirir. Gözəl yanaqları lalə kimi 
qıpqırmızı qızarır. Baxışlarını bilmir harada gizlətsin. 
Anası darda qalan qızının köməyinə çatır. 
- Qızım, - deyir, - bu hörmətli şəxslərə sənə diqqətlərinə görə gərək təşəkkür 
edəsən. 
Qız utancaq baxışlarını əvvəl Paata Vissarionoviçə dikib deyir: 
- Mən sizi, əziz və hörmətli müəllimim kimi, eyni zamanda, doğma əmim 
kimi sevir və hörmət edirəm... 
“Məğlubiyyətə uğrayan” Paata ümidsizliklə göy çəməndə oturur. Qızın 
Paataya “əmi” deməsi şairin sevincinə səbəb olur. O bərk qəhqəhə çəkib şadlanır. 
Ancaq ətrafdakıların gülüşü kəsildikdən sonra qız Səməd Vurğuna deyir: 
- Heç bir qızın sizi sevməməyə və hörmət etməməyə haqqı yoxdur. Şəxsən 
mən sizi sevimli bir şair kimi və əsl babam kimi sevirəm... 
Xüsusi vurğu ilə deyilən “babam” sözündən sonra dəstədən ümumi qəhqəhə 
qopur. 
Şair aşağı əyilib dostu Paatanın boynunu qucaqlayaraq: 
- Bizim gəmimiz alışdı, bütün yelkənlər yanır, - deyir.- Əzizim Paata, lakin 
biz gəmi kimi yanmırıq, biz Feniks
10
 kimi yanırıq, yeni həyat, yenidən yaratmaq 
arzusu və solmayan məhəbbət naminə yenidən doğulmaq üçün. 
Şair sonuncu kəlmələri həyəcanla patetik tərzdə tələffüz edir. 
Paata Vissarionoviç Səməd Vurğuna dedi: 
- Sən birinci deyilsən, əzizim. Siz müsəlmanlar gürcü qızlarının  gözəlliyinə 
lap qədimdən vurulmusunuz, elə ona görə də keçmişdə onları qaçırırdınız. 
Səməd Vurğun onun sözünü yarımçıq kəsib: 
- Yox, əzizim, mən gürcü qızını Aleksandr Qriboyedov kimi sevirəm. Yox... 
Mən gürcü qızını babam Xaqani Şirvaninin sevdiyi kimi sevirəm. Gürcü gözəlində 
olan böyük məhəbbəti Xaqaninin gürcü dilini öyrənməsinə səbəb olmuşdur. Mən 
qardaş Azərbaycan və gürcü xalqlarının çox qədimlərlə bağlı olan müqəddəs 
ənənələrini yenidən canlandırıram və inanıram ki, bu nöqteyi-nəzərdən sən də 
mənimlə eyni səviyyədə durursan. 
Nəinki bu gənc qıza - əminin və babanın məhəbbəti, eləcə də başlıca olaraq 
Azərbaycan və gürcü xalqlarının bir-birilərinə olan qarşılıqlı məhəbbəti bizim hər 
birimizə ümumi zəmin yaradır... 
 
* * * 
 
“Səməd Vurğun Azərbaycan sovet poeziyasının çörəyi və balı, duzu və 
südüdür, öz xalqının canlı təcəssümüdür... Onun parlaq, qüdrətli istedadı önündə 
baş əyirəm. S.Vurğunun adı bizim hamımıza yaxın və əzizdir. Onun poeziyasının 
sönməz şəfəqi Azərbaycan və gürcü xalqlarının nəhayətsiz dostluğu yolunda şölə 
saçacaqdır”. 
 
                                                 
10
 
Fеniks - əfsаnəvi quşdur. Rəvаyətə görə yаndıqdаn sоnrа dаhа dа gözəlləşərək yеnidən güldən 
yаrаnmışdır 


 
Bu misilsiz sözlərin müəllifi Gürcüstanın xalq şairi Georgi Nikolayeviç 
Leonidzedir. O, bu sətirləri ölümündən xeyli qabaq yazıb. Səməd Vurğun və 
Georgi Leonidzenin dostluğu nəinki Zaqafqaziyada, hətta dünyada belə dillər 
əzbəridir. Onları hər şeydən əvvəl poeziya dostlaşdırmışdı. Leyla Eradze yazır ki, 
Səməd Vurğun yaradıcılığı ilə gürcü şairi Georgi Leonidzenin yaradıcılığı 
arasında, şairin özünün dediyi kimi, “böyük yaradıcılıq qohumluğu” vardır. 
Georgi Leonidzenin iki qız yadigarı qalıb. Tinatin və Nəstan. Öyrəndim ki, 
Tinatin Kaxetiyadakı dədə-baba kəndi Patardzeulidə istirahət edir. Nəstan 
Georgiyevna isə Tbilisidəki Çavçavadze küçəsində yaşayır. 
Dəfələrlə bu ünvana getdim, lakin evdə heç kəsi tapa bilmədim. Artıq 
Tbilisidə axtarışlarıma son qoyub, qarşıdakı Yerevan səfərimə hazırlaşırdım. Bu 
ünvanda nə telefon, nə qapı zəngimə cavab verən yox idi. Bir saatdan sonra Tbilisi 
- Yerevan qatarı yola düşürdü. Fikirlər beynimi ac qurd kimi gəmirir, 
narahatçılıqdan əl-ayağım belə əsirdi: bileti qaytarımmı, yoxsa yola düşümmü? İki 
fikir, iki hiss arasında qalmışdım. Ümidsizliklə vağzaldan yenə zəng vurdum. 
Dərhal götürülən dəstəkdə gürcü dilində nəsə dedilər. Mən özümü təqdim edib 
məqsədimi bildirdim. Nəstan Georgiyevna hər iki şairin adını eşidəndə ağladı. 
- Səməd əmi bizə çox gəlib, - dedi, - onu çox yaxşı xatırlayıram. Həmişə 
kiçik bacım Tinatinə deyərdi ki, sən mənim gəlinimsən, səni Yusifə alacağam. Biz 
hamımız gülüşərdik. Axı Tinatin Yusifdən çox-çox böyük idi. 
Hələ orta məktəbdə oxuyanda rəfiqələrimdən biri mənə gündəlik tutmağı 
məsləhət gördü. Mən bir neçə ay müntəzəm olaraq gündəlik yazdım. Atamın 
Səməd əmiylə görüşlərini, söhbətlərini, davranışlarını, hamısını, ən kiçik hadisə və 
söhbətlərini belə gizlindən gündəliyimə yazırdım. Bir dəfə gözlənilməz fikir məni 
elə bil ayıltdı. Öz-özümə dedim ki, demək mən Səməd əmimlə atamın ölümünü 
gözləyirəm. Axı bunlar öləndən sonra mən nə yazacam? Gündəliyimi cırıb atdım. 
Səməd əmiylə əlaqədar yaddaşımda çox şey vardı. Atamın qəfildən ölməyi 
bizim ailəni bərk sarsıtdı. Rəhmətlik elə hey durub-oturub Səməd əminin “Mən 
tələsmirəm” şerini oxuyar, “Ah, Səməd, ah, Səməd”, - deyə-deyə ağlayardı. 
- Nəstan Georgiyevna, atanızla Səməd Vurğunun məktubları, birgə çəkilmiş 
şəkilləri harada saxlanılır? 
- Hamısı köhnə evimizdədir. Atamın min doqquz yüz əlli beşinci ilin 
dekabrında Səməd əmimə yazdığı məktubu xatırlayırsınızmı? Mən onu bu 
yaxınlarda tapdım, əzbər bilirəm. 
 
“Əzizim Səməd! 
Mənim ürək dostum, qardaşım! 
Olduqca kədərləndirdin məni. Əvvəla ona görə ki, sən “Moskva” 
mehmanxanasında, dostlarının sıx əhatəsində deyil, xəstəxanadasan, bir də ki, 
bütün cəhdlərimə baxmayaraq, məni sənin yanına buraxmadılar. Bilirsən, necə 
görmək istəyirdim səni. Nə olub sənə? Heç Lənkəran pələngi də xəstələnərmi? 
Təəssüflənmə, eybi yoxdur, həyatda hər şey olur, bəzən pələnglər də xəstələnir. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə