Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə89/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   85   86   87   88   89   90   91   92   93

- Səmədi son vaxtlar Lado Getsxoveli çox maraqlandırırdı. Həmişə 
məktubunda, görüşəndə də ondan söhbət salar, məhəbbətlə onu tərifləyərdi. 
Deyəsən, onun haqqında pyes yazmaq fikrində idi. Hətta müharibədən sonra mən 
Səmədgildə qonaq idim, onda da məndən Lado Getsxovelinin tərcümeyi-halını 
danışmağı xahiş etdi. 
Səmədin ölümünü xatırlayıram. Bu, matəm mərasimi deyildi, bu, nağıla 
bənzəyirdi, əsl nağıla. Nə qədər insan axını vardı. Səməd bu insan axınının 
hörmətini ancaq istedadı sayəsində qazanmışdı. O, xalqlar dostluğunun ilk və on 
yaxşı müğənnilərindən biri, sülh uğrunda, vətənimizin xoşbəxt gələcəyi uğrunda 
çarpışan mübariz idi. Onun böyük fəlsəfi ümumiləşdirmələrlə dolu olan poeziyası 
insana dərin məhəbbət poeziyasıdır. O, doğma xalqının  alicənablığını, 
qəhrəmanlığını, əmək rəşadətini və xoşbəxt gələcək haqqında olan arzularını 
vətənimizin sərhədlərindən çox-çox uzaqlara tanıdıb şöhrətləndirdi. Mən 
xoşbəxtəm ki, Səmədin ən gözəl şerini (onun bütün poeziyası gözəl və əladır, ona 
eşq və ehtiram) - “Mən tələsmirəm”i Moskva mehmanxanasında öz səsində 
eşitmişəm. 
 
* * * 
 
Çiynimə toxunan əl məni düşüncələrdən ayırdı. Geriyə döndüm. Karlo 
Kaladze idi. O gülə-gülə: 
- Bildim, bildim ki, qonaq Sənan babasının dağını ziyarətə getmiş olar. 
O axşam Şeyx Sənan dağında gəzə-gəzə Karlo Racdenoviçlə xeyli söhbət 
etdik. Kaladze Kaxetiyaya, ağsaqqal gürcü dramaturqu Sandro Şanşiaşvilinin 
görüşünə getmək istədiyimi biləndə: 
- Sandro çoxdan Tbilisidə yaşayır, - dedi, - qocalıb, amma yenə də yaddaşı 
pis deyil, görüşməyinizi məsləhət bilirəm... 
Nikolay Tixonovun “Xatirələrimdən səhifələr”ində A.Fadeyevin, 
S.Vurğunun şairlə görüşləri mahir qələm ustası tərəfindən geniş təsvir edilib. Bu 
ədəbiyyat ağsaqqalına baş çəkib, onun söhbətlərini eşitmək istəyirdim. 
Telefonda mənə şairin qızı Latavvra cavab verdi: 
- Atamın səhhəti yaxşı deyil, - dedi, - saat bir üçün həkim çağırmışıq, saat 
üçdə zəng edib gələrsiniz. 
Gürcüstan ədəbiyyatının ağsaqqalı Sandro İliç Şanşiaşvili “Arsen”, 
“Krsanisi qəhrəmanları”, “İmereti gecələri”, “Anzor”, “Latavvra” və başqa səhnə 
əsərlərinin müəllifi kimi geniş şöhrət qazanmışdır. Onun “Krsanisi qəhrəmanları” 
pyesi gürcü və Azərbaycan zəhmətkeşlərinin qəddar düşmənə qarşı azadlıq 
mübarizəsindən bəhs edir. Qocaman dramaturq, Səməd Vurğunla ilk dəfə 30-cu 
illərdə tanış olub. 
...Mən Sandro İliçin iş otağında oturub onu gözləyirəm. Otaq çox zəngindir. 
Divar boyunca rəflərə səliqə ilə düzülmüş saysız-hesabsız qalın cildli kitablar, 
Sandronun ən yaxın dostu N.Tixonovun, Səməd Vurğunun zarafatla Maro bacı 
çağırdığı mərhum ev sahibəsinin müxtəlif illərdə çəkilmiş iri portretləri bu otağın 
bər-bəzəyidir. Milli naxışlar vurulmuş yazı masasındakı qələm və qələmdan ötən 


əsrə, bəlkə də lap əvvəllərə məxsusdur. Səksən səkkiz yaşlı şair-dramaturq yenə 
yazmaq həvəsindən düşməyib. 
Çoxotaqlı mənzilin hansındasa asta-asta atılan addım səsləri eşidilir. Adama 
elə gəlir ki, bu yeknəsəq səslər ötən əsrin axırlarından qopub gəlir. 
Günçıxan tərəfdəki otaqdan ucaboylu, ağ, iribığlı, üzündə bir neçə xal olan 
ev sahibinin xırıltılı səsi eşidilir: 
- Əzizim, mənim yaşıdlarım çoxdan əbədiyyətə qovuşub. Mən isə... 
Durub görüşürəm, ona oturmaq üçün kömək edirəm. Sandro İliç titrək əlləri 
ilə siqareti müştüyə taxır, tövşüyə-tövşüyə bir neçə qullab vurub: 
- Mən sizin ədəbiyyatın istedadlı nümayəndəsi Cəfər Cabbarlını çox gözəl 
tanıyırdım. Bu böyük sənətkarla Bakıda və Tbilisidə bir neçə dəfə görüşmüşəm. 
Onun “Oqtay Eloğlu”, “Od gəlini”,  “Sevil”,  “Almas”  əsərləri sovet dövründə 
yaranan ən güclü pyeslərdir. Bu pyesləri oxuyanda  belə qüdrətli sənətkar 
qarşısında baş əymək, ona səcdə etmək istəyirsən, Cabbarlı qəhrəmanlarının 
mübarizliyi bizi heyran qoyur. 
Sandro susur. Siqaretinə bir neçə qullab vurub, nəsə demək istəyir, sağ əli 
isə bir müddət havadan asılı qalır. Qızı La-Tavvra onun köməyinə çatır: 
- Ata, bu cavan oğlan Səməd Vurğunla maraqlanır, yadındadımı Nikolay 
Semyonoviçlə bizə gəlmişdi... 
- Yaxşı yadımdadır, danışacağam, ancaq mən onun anadan olduğu rayonun 
adını xatırlamaq istəyirdim. 
Qonşum bizə gələndə (Səməd məni belə çağırardı, deyərdi, ki, qazaxlılarla 
gürcülər qapıbir qonşudurlar) “Mən Kaxetiyada doğulmuşam,  Kaxetiya 
mənimdir” - bu misralarla başlayan şerimi əzbər dedi. Mən onu yoxlamaq üçün 
müasir gürcü şanrlərindən söhbət saldım. Səməd tərəddüd etmədən onların 
şerlərindən də əzbər söyləyib, dostluqdan danışdı. Akaki Seretelidən Azərbaycan 
və rus dillərində şerlər oxuyub, Rustavelinin “Kim özünə dost axtarmırsa, onun 
özü-özünə düşməndir” sözlərini deyib məni qucaqladı. 
Səmədin qeyri-adi və qəribə istedada malik olduğunu ilk dəfə bu məclisdə 
gördüm. 
- Sandrocan, - dedi, - biz mədəniyyət xadimləri elə dost olmalıyıq ki, bu 
dostluq tarix boyu yaşasın, bu dostluq başqalarına nümunə olsun. 
Səməd, Akaki Sereteli ilə Taras Şevçenko dostluğundan danışdı, onların 
şerlərindən dedi: 
Səməd Vurğunun özünün şerlərini həyəcansız oxumaq mümkün olmadığı 
kimi, sözünü-söhbətini də həyəcansız dinləmək olmurdu. Xatırlayırsınızmı, 
Nikolay Semyonoviç onun haqqında nə gözəl demişdir: “Vurğun təkcə mənim 
üçün deyil, onu tanıyanların hamısına həyat rəmzidir”. 
Səməd danışanda mən ona diqqətlə fikir verirdim. O, bəzən sərt, cəsarətlə 
çıxış edirdi. Bu vaxt fikirləşirdim ki, bu adam ən böyük cinayətkarı belə 
bağışlamaz. 
Çuqaanidən - bizim kənddən Siqnaxa - rayon mərkəzinə fotoqraf dalınca 
adam göndərdim, gec gəlib çıxdı. Xatirə üçün birgə şəkil çəkdirmək istəyirdim. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə