Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə90/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   85   86   87   88   89   90   91   92   93

Onun adı bizim evin divarında əbədi nişanə qaldı. Çox-çox şadam ki, belə 
görkəmli şəxsiyyət mənim evimdə qonaq olub. 
Latavvra: 
- Mən Səməd Vurğunu çox yaxşı xatırlayıram. Ağ saçları vardı, çoxlu dalğın 
ağ saçları, adam onun nurani sifətinə baxmaqla doymurdu... 
Nikolay Tixonovun “Xatirələrimdən səhifələr”indən: 
“...Ev sahibi əbəs yerə təpədən dırnağa kaxetiyalı deyil ki! Buna görə də 
Fadeyevlə Səməd Vurğunun bu evə qədəm qoyduğu axşam heç bir zaman mənim 
yadımdan çıxmayacaqdır, çünki bu, doğrudan da fövqəladə bir axşamdır. 
Əlbəttə bu, unudulmaz, təkrarı mümkün olmayan bir axşamdı. Nə Səməd 
Vurğun, nə də Saşa Fadeyev bundan sonra bir daha Çuqaaniyə gəlməmişlər. Elə bil 
onların ürəklərinə dammış ki, Şanşiaşvilinin qonaqpərvər evində ilk və son dəfə 
otururlar, onlar bu evi əsla tərk etmək istəmirdilər, ürəklərindən keçirdi ki, 
dostyana söhbəti uzatsınlar, şerlə danışsınlar, mahnılar desinlər. Və bütün bunlar 
bizim Bakıdan başlamış yaşıl yolumuzu çox yaxşı sona çatdıran həmin axşam baş 
verirdi. Səməd Vurğun artıq Maronu “Maro bacı” deyə çağırır, artıq acıqlı baxaraq 
yalançı bir qəzəblə ucadan: 
- Sandro, darvazanı qaytar! - deyirdi. 
Sandro çox gözəl başa düşürdü ki, qonaq zarafat eləyir, lakin bu zarafatın 
məğzini aydın təsəvvür etməsə də, Səmədin oyununu ustalıqla davam etdirərək 
cavab verirdi: 
- Hansı darvazanı qaytarım, əznzim?! Mənim darvazam yoxdur. İstəyirsən, 
balkona çıx bax. Əgər darvazam olsaydı bu saat sənə bağışlardım! Buyur, bu da 
sənin darvazan! Darvazam yoxdur! Axı neyləyim? Haradan alım? 
Səməd Vurğun əlindəki şişi qılınc kimi oynadaraq inadla: 
- Darvazanı qaytar, - deyirdi. 
- Başa sal görüm hansı darvazanı deyirsən, Səməd? 
- Gəncə darvazasını, Gəncədə zəlzələ olanda, hər şey uçulub-dağılanda sən 
gəlib darvazanı götürüb aparmısan... 
- Mən darvaza aparmamışam, əzizim! Vicdan haqqı, götürməmişəm. Bu iş 
nə vaxt olub? 
Səməd Vurğun Sandronu çaşdırdığına gülərək: 
- İki yüz il
9
 əvvəl, - dedi və onların hər ikisi bu səhnəni yaxşı oynadıqlarına 
gülməyə başladılar. 
Dost süfrəsində dostlar hələ çox oturdular, bir-birlərinə çox şey danışdılar, 
lakin Fadeyevlə Səməd Vurğunun yol yoldaşları xahiş etməyə başladılar ki, onlar 
yola çıxmağa hazırlaşsınlar, çünki vaxt gəlib çatıbdır və nə qədər ki, ay batmayıb 
                                                 
9
  
N.Tiхоnоv yаddаşınа аrхаlаndığınа görə səhv еdir. Şübhəsiz ki, Səməd Vurğun iki yüz il yох, оn ikinci əsr dеmişdir. 
Dаrvаzа hаdisəsi аkаdеmik Ziyа Bünyаdоvun аrаşdırmаlаrındа dəqiqliyi ilə şərh оlunmuşdur. 
“XII əsrdə Gəncədə zəlzələ оlаndа gürcü, çаrı Qurucu Dаvidin оğlu Dmitri bundаn istifаdə еdib şəhərə girir, insаn 
аğlınа sığışmаyаn dəhşətlər törədir. Tаriхi intiqаmını аlmаq istəyən Dmitrinin şəhərin хаrаbаlıqlаrınа bахmаqlа ürəyi sоyumur, 
gеri dönərkən şəхsi düşmən hеsаb еlədiyi Gəncə hökmdаrının həyət dаrvаzаsını özü ilə аpаrır. 
Indi  Gеlаti mоnаstırındа sахlаnаn həmin bu dаrvаzаnın üzərində iki yаzı vаr. Bu yаzılаrdаn biri ərəbcədir; qаpını 
düzəldən ustаnın аdını, düzəltdiyi ili (1063) еyni zаmаndа dаrvаzаnı düzəltdirən Şəddаdi  Şirvаş о vахtkı hökmdаrın аdını 
göstərir. Ikinci yаzı gürcücədir, burаdа qаpının  çar Dmitri tərəfindən nə vахt, nə cür аpаrıldığı göstərilir”. 
 


getmək lazımdır, gecə gözü yol getmək çox da asan deyil, bir də ki, bir neçə çay 
keçdindən müəyyən qədər ehtiyat edirlər. 
Yeni həyəcan, yol tədarükü başlandı, vida sözləri, vida sağlıqları deyildi, 
hamı yola çıxdı. Maşınlar artıq yuxulu kəllər kimi donquldanır və xoruldayırdı. 
Sandro: 
- Divara bir xatirə yazın, əzizlərim! - dedi. 
Fadeyev qalan adamların hamısı ilə birlikdə qonaqları yola salan Sandronu 
bağrına basaraq dedi: 
- Bizim adımızdan yazın, biz sizə inanırıq. 
Mən tələsik bir neçə sətir yazdım və elə oradaca Səmədlə Fadeyevə verdim 
ki, oxusunlar. Mən bu sözləri yazmışdım: 
“Gürcü poeziyasının görkəmli dostları A.A.Fadeyev və Səməd Vurğun 
oktyabrın 9-da şairlər bayramında iştnrak etməyə imkan tapmadıqlarından, əsil 
dərin, səmimi dostluq duyğularının axınına qoşulub bir günün içində Zaqatalanı, 
Balakəni, Laqodexini çaparaq keçmiş, bütün maneələrdən adlamış, oktyabrın 
üçündə axşam Çuqaaniyə dost məclisinə gəlmişlər. Öz ovlarının şikarı - qırqovul 
və turaclarla gəlmiş, lazımi qədər Çuqaani macarı nuş etmiş, Vətənə və bəşəriyyətə 
xidmət etmək üçün bədirlənmiş ay işığında sağ-salamat geri qayıtmışlar. Biz 
şahidik: M.Şanşiaşvili, S.Şanşiaşvili, M.Tixonova, N. Tixonov”. 
Fadeyev ucadan: 
- Çox gözəl! - dedi. - Sizdən xahiş edirəm bu sözləri həmin bu evin divarına 
keçir, necə deyərlər, əbədiləşdir. 
Səməd Vurğun dedi: 
- Dostlar, qardaşlar, Sandro qardaş, Maro bacı, mən bəxtiyaram ki, sizin 
evinizi gördüm! 
Onların maşınlara oturmağı uzun çəkdi, çünki ardı-arası kəsilmədən ortalığa 
hey yeni macar bardaqları gəlir, qonaqların və ev sahiblərinin əllərində yeni-yeni 
stəkanlar görünürdü. Axır ki, maşınlar tərpəndi. Ay elə parladı ki, elə bil köhnə 
Kilsənin yanındakı yarğanın kənarından keçən dar yol projektorla işıqlandırılmışdı. 
Şoferlər, maşınları buradan ehtiyatla keçirdilər və onlar aşağı yola enməyə 
başladılar. Biz əvvəlcə maşınları aydın görürdük, sonra yalnız onların taqqıltısını 
eşidirdik, sonra isə çox uzaqlarda, aşağılarda onların taqqıltısını eşidirdik, lap 
sonra isə çox uzaqlarda, aşağılarda onların işıqları göründü və biz hələ də dost 
görüşünün bütün hərarətini saxlamış evə qayıtdıq. 
Mən uzun zaman yuxuya gedə bilmədim. Balkonda oturmuşdum, ay işığının 
dolu üzüm salxımlarını və köhnə cevüz ağacı yarpaqlarını gəzdiyini, naxışlı 
kölgələrin döşəməyə düşdüyünü və dirəklərdən sürüşdüyünü gördüm, Mən 
maşınların meşələr və təpələrlə şütüdüyünü, təkərlər altında köpüklənən aylı 
çaylara girdiyini, ağır yaşıl “Doc”un qaranlıq suya cumduğunu və “Pobeda”nı 
çəkib sahilə çıxartdığını təsəvvürümə gətirir, dərindən duyurdum. Sonra görürdüm 
ki, maşınlar getdikcə uzaqlaşırlar, onların içərisində Səməd Vurğun və Saşa 
Fadeyev oturmuşlar. Yuxularında onlara elə gəlir ki, ətrafda al-əlvan qırqovullar 
qanad çalır və yaşıl meşə dalğaları şırıldayıb köpüklənir. Mən maşınların getdikcə 
daha da kiçildiyini, göz qamaşdıran, qaynayıb daşan, gümüşü ay işığında yavaş-


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə