Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə92/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   85   86   87   88   89   90   91   92   93

Möhkəm dayan! Tezliklə pis günlər arxada qalacaq, hər şey yaxşı olacaq. Sənin 
nəğməkar qəlbin daha böyük qüvvə ilə yeni-yeni nəğmələr söyləyəcək. 
Beləliklə, dostum, güman ednrəm ki, tezliklə xəstəxana çarpayısını tərk 
edəcəksən, biz yenidən şadlıq məclisi quracağıq. 
Eşidirsənmi, tezliklə sağal, alış, yan! 
Səni bərk-bərk qucaqlayıb, doyunca öpürəm, əziz dostum və qardaşım, 
mənim sevimli Səmədim! 
 
Sənin köhnə dostun Qoqola Leonidze”. 
 
* * * 
 
Min doqquz yüz əlli beşinci ilin oktyabrında klassik gürcü şairi David 
Quramaşvilinin 250 illik yubileyinə Səməd Vurğun da yaxından iştirak etmişdir. 
Bu gün şairin Respublika Əlyazmaları İnstitutunda saxlanılan arxivində gürcü şairi 
D.Quramaşvilinin həyat və yaradıcılığına həsr olunmuş geniş, elmi bir məqalə 
vardır. İyirmi bir səhifəlik bu makina çapı şairin poetik yaradıcılığı haqqında çox 
maraqlı məlumat verir. Görünür, Səməd Vurğun Quramaşvilinin yubileyi 
ərəfəsində onun yaradıcılığı ilə ciddi məşğul olmuş, öyrənmişdir. Şairin 
Saquromodakı məşhur çıxışından sonra ziyafətdə Georgi Leonidze badə qaldırıb 
rus dilində deyir: 
- Səmədcan, içək ocaqinin sağlığına (gürcülər ocağa - ocaqi deyirlər). 
Səməd Vurğun isə gülümsünüb zarafatla deyir: - Qoqola, əzizim, ocaqinin 
yox, təkcə sizin “i”nin sağlığına içək, ocaq sözü bizimdir. 
 
* * * 
 
Saf havalı Tbilisi axşamlar xüsusilə gözəl olur. Şeyx Sənan dağından, 
Mtasmindadan işıq dənizinə qərq olmuş bu şəhərin tamaşasından doymaq olmur. 
Xüsusilə Şeyx Sənan dağından nə vaxt baxsan, bu dilbər guşənin cazibədarlığına 
vurulursan... Nəhrinə sığışmayıb, çağlaya-çağlaya axan Dəli Kür, başı dumanlı 
Metexi, Surissixa dağları özgə bir aləmdir. Qoynunda min naz-nemət yetirən geniş 
və füsunkar Gürcüstan torpağını gəzdikcə xatırlayırsan ki, uzun zaman Tbilisidə 
yaşayıb-yaradan müdriklərdən biri çox doğru demişdir ki, hər gürcü təbiətən 
şairdir, gürcü şairi isə iki dəfə şairdir. 
 
 
16 oktyabr, 1975 
 Tbilisi-Bakı  
 
 
“QƏHRƏMANIN ÖLÜMÜ” ŞERİNİN TARİXİ 
 


Böyük Vətən müharibəsinin dördüncü ilində ön cəbhədən hərbi akademik 
təhsil almağa çağrılan qvardiya polkovniki Həzi Aslanov bir illik təhsil proqramını 
qeyri-adi istedadı ilə üç aya mənimsəmişdir. 
Akademik kursları qurtardıqdan sonra yenidən otuz beşinci qvardiya tank 
briqadasına qayıtmaq ərəfəsində SSRİ Xalq Komissarları Sovetinin 1944-cü il on 
üç mart tarixli qərarı ilə Həzi Əhəd oğlu Aslanova tank qoşunları general-mayoru 
əsgəri adı verilmişdir. 
Elə həmin günlərdə şair Səməd Vurğunla qəhrəman Həzi Aslanov “Moskva” 
mehmanxanasında görüşürlər. Cəbhəyə yola düşən qəhrəmanla şair Moskva 
vağzalının perronunda gəzişirdilər. Qürbətdə qaranlıq vaqonun qarşısında dinməz 
dayanan iki eloğlu kövrək hisslər keçirirdilər. Qatar son dəfə bərkdən fit verəndə 
şairin bədəni üşəndi, canını dişinə tutub: 
- Həzi, əzizim, qalx yuxarı, - dedi, - qatar indicə tərpənəcək. - Sonra 
qəhrəmanı bağrına basdı. - Özünü gözlə, allah qoysa, bir də Bakıda görüşənədək... 
- Sağlıqla qal, Səməd! Söz verirəm ki, qələbədən sonra birbaşa Bakıya 
gələcəm. Oradan da Lənkərana, anamın görüşünə səninlə birgə gedərik. Səni 
anamın bişirdiyi ləzzətli Lənkəran ləvəngisinə qonaq edərəm... 
- Nuşu anadan muşduluğumu özüm alacam, səni Bakıda gözləyirəm, 
qardaşım. 
Qəhrəman generalla şair bərk-bərk qucaqlaşdılar. Qatar uzaqlaşıb yox olana 
qədər şair yerindən tərpənmədi... 
Bu onların ilk və sonuncu görüşü oldu. 1945-ci il yanvarın 24-də ağır 
yaralanan Həzi Aslanov həlak oldu. Fevralın 3-də cəsədi Bakıya gətirilib indiki 
“Şəhidlər xiyabanı”nda dəfn edildi. Səməd Vurğun əziz, istəkli dostunun ölümü 
münasibətilə fevralın 2-də yazdığı “Qəhrəmanın ölümü” şerini göz yaşları 
içərisində oxudu. 
 
Bütün Bakı fikirdədir, göy sükutda, dəniz lal...  
Nə meh əsir, nə titrəyir ağacların yarpağı.  
Hər ürəkdə bir döyüntü, hər baxışda bir sual...  
Bu gün çatmış qaşlarını Azərbaycan torpağı. 
 
Vətən oğlu! - Bu iki söz dodaqlarda yandıqca,  
Hər ürəyin telləri də qəmli-qəmli saz tutur.  
Vətən mülkü öz oğlunu ana kimi andıqca,  
Ağır dağlar fikrə gedib, öz qəlbində yas tutur. 
 
Cəbhədəsə, bizdən uzaq. Həzi! - deyən hər əsgər, 
O tabutun qarşısında diz çökərək and içir, 
Tanklar uçur, ordu keçir, darılmışdır üfüqlər,  
İntiqamın yanan qəlbi şaxta udur, qan içir. 
 
Qərinələr arxasından Cavanşir də, Babək də,  
Qılınc ilə salam verir bu müqəddəs türbəyə.  


Göydə günəş şölə saçır, nəğmə tutur külək də,  
Yerdə insan nəfəs alır, qəhrəmana eşq! - deyə. 
 
Bəs “Qəhrəmanın ölümü” şerinin sonrakı taleyi necə olmuşdur? Nə üçün şer 
uzun illər Səməd Vurğunun kitablarına düşməmişdir? Bu barədə xalq yazıçısı 
Hüseyn Abbaszadənin maraqlı xatirəsi var: 
- Mən Həzi Aslanov haqqında “General” romanını yazmaq üçün onun həyat 
və fəaliyyəti ilə əlaqədar material toplayırdım. “Kommunist” qəzetinin 1945-ci il 
yanvar-fevral nömrələrini vərəqləyib Həzinin dəfni haqqında yazını axtarırdım. Bu 
zaman gözlənilmədən Səməd Vurğunun “Qəhrəmanın ölümü” şerinə rast gəldim.  
Böyük emosional təsirlə yazılmış bu şer mənim üçün bir növ tapıntı oldu. Şairin 
müharibədən sonra buraxılmış kitablarına, hətta onun 1954-cü ildə çap olunan üç 
cildliyində də bu şer salınmamışdır. Geniş oxucu kütlələrinə belə bir gözəl şerin 
məlum olmaması məndə təəssüf hissi doğurdu. “Qəhrəmanın ölüm”ünün üzünü 
köçrüb götürdüm. Bir gün İttifaqda (Yazıçılar İttifaqı - Ş.N.) Səməd Vurğunu 
gördüm. Şeri ona göstərdim. Vərəqi məndən alıb baxdı. Gözlərini qıyıb fikirli-
fikirli dedi: 
- Bu mənim ən sevimli şerlərimdən biridir. Mən onu Həzinin ölümünü 
eşidən gecəsi (Səməd Vurğuna bu acı xəbər 2 fevral 1945-ci ildə çatmışdır - Ş.N.) 
ağlaya-ağlaya yazdım. 
Səməd Vurğun müharibənin qızğın vaxtında Moskvada bir neçə yazıçı ilə, 
Həzi ilə görüşdüyünü xatırladı: 
- Həzi əfsanələrdə, xalq nağıllarında eşitdiyimiz qəhrəmanlar kimi dağ 
cüssəli, qartal baxışlı, zəhimli deyildi. O balaca boylu, cəld davranışlı, sadə bir kişi 
idi. Lakin tərpənişindən duyulurdu ki, mətin iradəli bir zabitdir. İlk söhbətdən 
bizdə ona rəğbət hissi oyandı. Mən Həzi ilə birlikdə keçən o saatları ömürümün 
xoşbəxt səhifələrinə yazıram. 
Səməd Vurğundan onu da öyrəndim ki, onun kitablarının tərtibçisi, yaxın 
dostu Osman Sarıvəllidir. Mən “Qəhrəmanın ölümü” şerinin bir üzünü ona verdim. 
Həmin şer Səməd Vurğunun sonrakı kitablarına daxil edildi. 
 
 
FİKİRLƏR TOQQUŞANDA 
 
1949-cu ilin aprel gecələrinin birində Səməd Vurğun “Muğan” poemasının 
yeni bir fəslini - “Qəhrəmanın zəfəri”ni yazıb ayağa durdu. Otağı papiros 
tüstüsündən qalın qatı dumana bürünmüşdü. O əyilib yenicə son misralarını 
yazdığı poemaya fəxrlə baxdı.. Öz-özünə gülümsündü, razı halda: “əla gəldi, 
qartalla pələngin müqayisəsi lap yerinə düşdü” - deyə müvəffəqiyyətinə bir daha 
sevindi. Kazbekin yenisini damağına qoydu. Sakit addımlarla şüşəbənddə qoyulan 
telefona yaxınlaşdı. Nömrəni yığıb xeyli gözlədi. Fasilə ilə çağıran telefon zəngini 
dinləyə-dinləyə düşünürdü: “Ola bilməz bu vaxt yatsın, şair də belə tez...”. 
- Axşamın xeyir, Osman! 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə