Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə87/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   83   84   85   86   87   88   89   90   ...   93

İnstitutun Azərbaycan bölməsi yüz iyirmi beş nəfərdən ibarət idi. Təntənəli 
gecədə iştirak etmək üçün ancaq iyirmi beş nəfərə dəvətnamə verilmişdi. Lakin 
bölmənin tələbələrinin hamısı Şota Rustaveli adına Dövlət Dram Teatrının 
foyesinə toplaşmışdı. Hamı Səməd Vurğunu görmək, eşitmək istəyirdi. 
Dəvətnaməsi olmayanlar heç olmasa foyedən keçəndə ona baxmaq arzusunda 
idilər. Əvvəlcədən tələbələr belə məsləhətləşmişdilər ki, əgər Səməd Vurğun “Şair, 
nə tez qocaldın sən?!” şerini oxusa, hərə bir misrasını yazsın. İl yarım bundan 
qabaq yazılan şer hələ mətbuatda çap olunmamışdı. Onlar şeri ancaq radiodan 
eşitmişdilər. 
Foyeyə yığışanların hamısı arxaya döndü. Basabasda bir-birini itələyənlər 
geri çəkildk. Qapıda bir dəstə göründü. Lap qabaqda ağsaçlı Səməd Vurğun 
gəlirdi. Sonra Karlo Kaladze, Konstantin Simonov, İrakli Abaşidze, Aleksandr 
Mejirov, Osman Sarıvəlli və başqaları... Dilli-dilavər tələbələrdən biri, Səməd 
Vurğunu görən kimi sevincini gizlədə bilməyib, titrək səslə: 
- Salam, Səməd əmi, xoş gəlmisiniz., - dedi. 
Şair salamı alıb dayandı, gülümsünərək: 
- Olmaya eşikdə qalanınız var? - deyə xəbər aldı. 
Heç kəs dinmədi. Şair diqqətlə bir neçəsinin üzünə baxıb işin nə yerdə 
olduğunu anladı. Qapıçını səslədi: 
- Bax, bunların, - dedi, - hamısını içəri buraxın.  
...İyirmiyə qədər adamı dəvətnaməsiz içəri buraxdırdı. Xoşbəxtlikdən 
Süleyman bu iyirmi nəfərdən biri oldu. 
Yığıncağı İrakli Abaşidze açdı. Əvvəlcə K.Simonov, sonra Səməd Vurğun 
danışdı. Şair rus dilində: 
- İndi də, sizə bir şerimi oxumaq istəyirəm, - deyib salona göz gəzdirdi. - 
Əlbəttə, çox sevdiyim doğma ana dilində “Şair, nə tez qocaldın sən?!”. 
Alqışlardan sonra K.Simonov həmin şerin tərcüməsini oxudu. 
...Fasilədə azərbaycanlı tələbələrin hamısı onun başına toplaşdı. O, 
səfərlərindən, Akademiyadakı işindən, Azərbaycan ədəbiyyatı nailiyyətlərindən 
tələbələrlə söhbət edirdi. Gülə-gülə Karlo Kaladze gəldi: 
- Yenə, - dedi, - Səməd, öz eloğlularınla nə danışırsan? 
- Nədən danışa bilərəm, əlbəttə, bunlardan, - tələbələri göstərdi, - Vətəndən 
və özümdən söhbət edirəm. 
Tələbələr xahiş etdilər ki, sabah institutda onlarla görüşə gəlsin. Gündüz saat 
on ikiyə söz verdi. 
Tələbələrin çoxu onun sabah görüşə gələcəyinə inanmırdılar. Yataqxanada 
gecə yarıyacan bu haqda söhbət getdi. Əksəriyyət deyirdi ki, gəlməz, onun 
qonaqlardan ayrılması yaxşı düşməz. Bir də ki, vaxtı hanı gəlsin, bir söz idi dedi. 
Görünür, üzümüzdən keçmədi. Bir parası isə inad edirdi ki, gələcək, mütləq 
gələcək... 
Səhər Səməd Vurğun düz saat on iki tamamda görüşə gəldi. 
“Gəlməyəcək” deyənlərin gözü kəlləsinə çıxmışdı. Hamı uşaq kimi sevinir
bir-birini muştuluqlayırdı. Şair təzə kostyum geyinmişdi. Səliqə ilə daranmış 
dümağ saçlarından adam gözünü çəkə bilmirdi. Bir anın içində akt zalı ağzınacan 


doldu, içəri keçmək mümkün olmadı. Müəllim Əziz Mursaqulov bir az onun 
yaradıcılığıidan danışıb, şairə söz verdi. Səməd Vurğun kürsüdə alqışların 
kəsilməsini xeyli gözlədi. O, söhbətinə marksizm fəlsəfəsindən başladı. Xeyli 
danışdıqdan sonra üzünü zala tutub soruşdu: 
- Özünüz deyin, əvvəlcə nə oxuyum? Axşam “Şair, nə tez qocaldın sən?!”i 
oxudum. 
Zaldan kimsə: 
- “Dağlar”ı, - dedi, - “Dağlar”ı oxuyun! 
- Hansı “Dağlar”ı? Mənim üç “Dağlar” şerim var.  
Yerdən: 
- Üçünü də, yenə varsa, onu da. 
Şair bir neçə şer və “Zəncinin arzuları” poemasından parça oxudu. Sonra bir 
anlıq dayanıb zala göz gəzdirdi. Zalda çoxlu rus, gürcü, erməni və başqa millətlərin 
nümayəndəsi olduğunu görüb: 
- Heyf ki, - dedi, - tərcümə olunmuş kitabımdan heç birini gətirməmişəm. 
Onlardan da oxuyardım. Dayanın, bir yaddaşımı yoxlayım. Hə, “Ölüm kürsüsü” 
poemanın tərcüməsindən bir parça yadımda qalıb. 
Şair məğrur və alovlu səslə poemadan bir parçanı oxudu! Alqışların ardı-
arası kəsilmirdi. 
Zal sakitləşəndə: 
- Yenə oxuyardım, - dedi. - amma kitab yoxdur. 
Zaldan balacaboylu, arıq bir qız ayağa durdu. Cərgələr arasındakı adamları 
yara-yara birbaş kürsüyə - Səməd Vurğunun yanına gəldi. Onun əlində iki kitab 
vardı. Qız təbəssümdə gülümsünüb kitabları şairə uzatdı. Səməd Vurğun əyilib 
kitabları götürdü. Özünün Moskvada çap olunmuş ikicildliyi idi. 
Maraq dolu baxışlarını qıza zilləyib: 
- Adın nədir? - deyə soruşdu. 
- Qalina. 
 
- Bəs familyan? 
- Familyam Kim, - qız fəxrlə, - mən koreyalıyam, - dedi.  
Şair gülümsündü, alnına tökülən saçlarını geri sığalladı: 
- Hə, bizim dostlarımızdansınız. 
Beş il qabaq imperialist dövlətlərin Koreya Xalq Demokratik Respublikasına 
etdikləri xaincəsinə basqına qarşı Səməd Vurğun üsyankar səsini qaldıraraq 
yazmışdı: 
 
Koreyanın sularında, kiçik-kiçik adalarda,  
Vaşinqton topları var. 
Anaların körpələri kabab olur çidalarda: 
Ah, analar! Ah, analar! 
 
 
Ah, o ölən qəhrəmanlar! 
Yer də, göy də qara geyir. 
Qisas deyir, qisas deyir - 


O sel kimi axan qanlar! 
 
Səməd Vurğunun baxışları zalda olsa da, xəyalı uzaq-uzaq ölkələrdə 
pərvazlanırdı. “Məni bütün dost ölkələr oxuyur. Yüz il də yaşasam...”. Bir anlıq 
sifətinə qara qəm buludu çökdü. Dərhal da silinib keçdi. O, həmişəki adəti üzrə əli 
ilə alnını ovxaladı. Kitabı açdı, qarşısına çıxan ilk şeri - “Deyin, gülün 
övladlarım!”ı yeni bir ilhamla oxudu. 
Alqış sədalarından zal lərzəyə gəlmişdi. Neçə illik fəaliyyətində A.S.Puşkin 
adına Dövlət Pedaqoji İnstitutu belə görüş, belə təntənə görməmişdi. Bu, yüzlərlə 
tələbənin, yaddaşında qalan ən maraqlı görüş oldu.  
Bu yubiley əhvalatını Tbilisidə mənə jurnalist Süleyman Süleymanov 
danışdı. Süleyman müəllim məni min doqquz yüz otuz beşinci ildə Səməd Vurğun 
Tbilisidə olanda “Yeni kənd” qəzetinə verdiyi müsahibə ilə tanış etdi. İyunun on 
yeddisində çap olunan bu müsahibə şairin heç bir kitabına düşməyib. Azərbaycan 
nümayəndə heyətinin başçısı Səməd Vurğun müsahibəni Gürcüstanda keçirilən 
Azərbaycan ədəbiyyatı üçgünlüyü münasibətilə vermişdir. 
- Gürcüstan şura yazıçılarının və Azərbaycan şairlərinin hazırkı görüşünü 
mən fövqəladə, ciddi hadisə hesab edirəm. Bu görüş qardaş cümhuriyyətlərimizin 
ədəbiyyat işçiləri arasında rabitəni daha da möhkəmlətməyə bizə yardım edəcəkdir. 
Bizim Tiflisdə olmağımız işçi   kütlələrini türk (Azərbaycan - Ş.N.) poeziyası ilə 
tanış etmək üçündür. Bizi türk şairlərini Gürcüstanda Belorusiya yazıçıları 
deleqasiyası ilə görüşmək xüsusilə şadlandırır. Gürcüstan yazıçıları və şairlər ilə 
indiki görüşümüz min doqquz yüz iyirmi səkkizinci ildəki görüşdən xeyli fərqlənir. 
O zaman biz ancaq tanış olduq. İndi isə sıx əməli rabitə yaratmışıq. Biz başlanğıc 
üçün bu il payızda Gürcüstan şairlərinin Azərbaycanda müsamirəsini keçirmək, 
onları neft mədənləri, pambıq rayonları ilə tanış etmək təəhhüdünü üzərimizə 
götürürük. Ən yaxın gələcəkdə bizim ədəbiyyat orqanlarımız olan “İnqilab və 
mədəniyyət” jurnalı və “Ədəbiyyat qəzetəsi” bu görüşlərə hazırlıq qaydası ilə 
Gürcüstan ədəbiyyatına və poeziyasına həsrən xüsusi nömrələr verəcək və öz 
səhifələrində onlara fəxri yer ayıracaqdır. 
Süleyman müəllimin mənə baqışladığı “Sovet Gürcüstanı” qəzetinin on altı 
noyabr min doqquz yüz yetmiş altıncı il nömrəsi bütünlüklə Səməd Vurğunun 70 
illik yubileyinə həsr olunub. Orada şer, xatirə, şəkil və başqa publisistik yazılar 
verilmişdi. Osman Əhmədoğlunun “Vurğunum” şeri axıcılığı və məzmunu ilə 
diqqəti cəlb etdi. Nədənsə mənə elə gəldi ki, Aslan Aslanovun iyirmi beş il qabaq 
yazılmış bir bəndi ilə bu şer arasında qohumluq, yaxınlıq, daha doğrusu, Aslan 
şerinin davamı var: 
 
Qoy düşməsin yolun bizdən uzağa, 
Düçar olma, sən borana, sazağa. 
Ürək səni qovuşdursun Qazağa, 
Borçalıdan gəlsin səsin, Vurğunum!  
Sənə uğur, Dilcan desin, Vurğunum! 
 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə