Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə84/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   80   81   82   83   84   85   86   87   ...   93

- Elədir, - dedi, - Vurğun da Moskvaya uçur. Amma özü bərk-bərk tapşırıb 
ki, heç kəsdən pul almayaq, heç kəsə də bu haqda bir söz deməyək. 
Diktor qızın gur səsi eşidnldi. Bakı - Daşkənd təyyarəsinə minik başlanırdı. 
O, papağını başına qoyub əl verdi. 
- Sağ olun, sizə yaxşı yol, - deyib tələsik uzaqlaşdı. 
Arxasınca qaçıb: 
- Əmi, əmi, - dedim, - bağışlayın, tanış olmadıq, adınız nədir? 
- Neynirsən, oğul, - deyib azca duruxdu, sonra - İlyasdır, - dedi, - İlyas 
Əhmədov. Sağlıq olsun, görüşərik... 
Donub qalmışdım. İlyas əmi şüşəbəndin arxasından mənə əl elədi. 
Bir saatdan sonra bizim Bakı - Moskva təyyarəsi havaya qalxdı. Bayaqkı 
söhbət yadımdan çıxmırdı. Səməd Vurğun haqqında eşitdiklərim, bildiklərim 
yenidən fikrimdə canlanırdı. Düşünürdüm ki, S.Vurğun əliaçıqlığının özü böyük 
bir mövzudur. Görüşduyüm adamların çoxu bundan söhbət açıb. 
...Müharibənin ağır günlərində, min doqquz yüz qırx üçüncü ildə Səməd 
Vurğun Moskvaya gəlir. Dostu Pavel Antokolskiyə zəng edir ki, tək-tənha nahar 
edə bilmirəm, gəl birgə çörək yeyək, səni “Moskva” mehmanxanasında 
gözləyirəm. P.Antokolski deyir: 
- Səməd, Vladimir Aleksandroviç Luqovskoyu da çağırmaq istəyirəm. 
- Pavel, mütləq Volodyanı tap gətir, gəl hər ikinizi gözləyirəm. 
Bir saatdan sonra onlar “Moskva” mehmanxanasında görüşürlər. Vladimir 
Luqovskoy kefsiz imiş, Səməd Vurğun soruşur, ki, nə olub? Luqovskoy dinmir, 
Antokolski məsələni açır; sən demə o, iki gün qabaq çörək kartoçkasını itiribmiş. 
Bir neçə yerə müraciət edib, amma dublikat verməyiblər. 
Ayrılanda Səməd Vurğun deyir: 
- Vladimir Aleksandroviç, evdə ol, bir saatdan sonra sizə qonaq gələcəm. 
Bir neçə saatdan sonra Səməd Vurğun Vladimir Luqovskoya çörək 
kartoçkasının dublikatını gətirir. 
Bu hadisə Moskva yazıçıları arasında indi də qeyri-adi bir əhvalat kimi 
danışılır. 
S.Vurğun ömru boyu adamlara öz qayğısını əsirgəməmişdir. Onun səxavəti, 
humanizmi, xeyirxahlığı artıq xalq arasında zərb-məsələ çevrilib, əfsanələşib. 
 
* * * 
 
Min doqquz yüz qırx üçüncü ilin oktyabr ayı idi. Səməd Vurğun Moskvada  
küçədə gəzərkən bir nəfər azərbaycanlı tankçı-döyüşcüyə rast gəlir. Sorğu-sualdan 
sonra Səməd Vurğun onu qaldığı “Moskva” mehmanxanasına qonaq aparır. 
Söhbətdən məlum olur ki, tankçı baş leytenant N.Z.Bağırov Qərb cəbhəsindəndir.  
Hərbi qospitaldan yenicə çıxıb on günlük məzuniyyət almışdır, anası ilə görüşmək 
üçün Bakıya getmək arzusundadır, lakin təyyarəyə bilet ala bilmir. Səməd Vurğun 
kömək edib onu Bakıya yola salır və zabitdən Bakıda onunla görüşməsini xahiş 
edir. Məzuniyyətini başa vuran tankçı, cəbhəyə qayıtmazdan bir gün qabaq   
Azərbaycan Yazıçılar İttifaqında Səməd Vurğunun yanında olur. Şair tankçı zabitlə 


çox mehribancasına söhbət edib, ona döyüşdə yeni müvəffəqiyyətlər arzulayır və 
“Səadət  uğrunda” şerlər kitabını ona bağışlayır. Kitabda belə bir avtoqraf yazır:  
 
“İgid tankçı! 
Kitabımın içindəki misraların sayı qədər faşist öldürməyini arzu edirəm. 
 
Səməd Vurğun”. 
 
* * * 
 
Əllinci illərdə Moskvada oxuyan azərbaycanlı tələbələr aspirantlar S. 
Vurğunun hər dəfə paytaxta gələndə onlarla görüş keçirməsindən, çoxlarına maddi 
yardım göstərməsindən indi də ehtiramla söhbət açırlar. 
Moskva mühiti Səməd Vurğunun həyatında mühüm şaxələrdən biridir. İlk 
dəfə S.Vurğun min doqquz yüz iyirmi üçüncü ildə, hazırlaşırdı ki, Moskvaya 
getsin. O zaman gənc şair Ermənistanın Qaraqoyunlu (indiki Krasnoselo) 
rayonunda komsomol işində çalışırdı. Fəal işinə görə onu əvvəlcə Ermənistan 
kommunist gənclərinin qurultayına, sonra isə Zaqafqaziya kommunist gənclərinin 
qurultayına, oradan da Ümumittifaq komsomol qurultayına nümayəndə seçirlər. 
Şairin qardaşı Mehdixan Vəkilov yazırdı: “... Səməd qatarla Tiflisdən Moskvaya 
gedərkən Ağstafa stansiyasına çatanda Göyəzən dağını, Qazağı görmüş, qatardan 
düşərək birbaşa Qazağa, nənəsinin yanına qayıtmışdı. Onun qəflətən gəlib çıxması 
bir hadisə kimi söylənirdi”. 
Altı il sonra “ömrünün pərişan günlərini” başından qovan, “Yazacaq 
“Hamlet”i coşğun qələmim”, - deyən inadkar şair “dəstədən geridə qalmamaq 
üçün” qəti and içib, İkinci Dövlət Universitetinin ədəbiyyat fakültəsinə oxumağa 
gedir. 
Bu gündən o, Moskvanı doğma Bakı qədər sevir, ona çoxlu məqalə və şer 
həsr edir. 
O, “qədrini canından əziz bildiyi” bu gözəl şəhəri “insanlıq eşqilə düşünən 
bir baş” adlandıraraq min doqquz yüz qırx birinci ildə yazırdı:  
 
Qoy daşın, torpağın qalxsın ayağa!  
Hər insan ürəyi dönsün bir dağa!  
Hər oğlun, hər qızın bir əsgər olsun,  
Hər igid sinəsi bir səngər olsun! 
 
Vətənin, qızıl Moskvanın dar günündə şair həmişə onlarla olmuş, onların 
taleyini düşünmüşdür. Şairin min doqquz yüz qırxıncı ildə V.İ.Lenin adına Lenin 
ordenli Hərbi-Siyasi Akademiyada məruzəsi, min doqquz yüz qırx ikinci ildə 
paytaxt radiosu ilə çıxışı onu azadlıq carçısı kimi daha da geniş tanıtdı. 
...Bələdçi qız Moskvaya yaxınlaşdığımızı bildirəndə mən bir daha qeyd 
dəftərçəmi gözdən keçirdim. Moskvada görüşəcəyim adamların təxmini siyahısını 


tutmuşdum. Paytaxtda işləyən bir nəfər həmyerlimizin də adı bu siyahıda vardı: 
SSRİ Qaz İstehsalı Sənayesi naziri Sabit Orucov. 
Bu vaxtadək Sabit Orucovla nə tanışlığım vardı, nə də Səməd Vurğunla 
görüşdüyünü, dostluq edib-etmədiyini bilirdim. Bircə onu bilirdim ki, şairin 
vaxtsız ölüm xəbəri ildırım surətilə bütün ölkəyə yayılanda S.Orucov belə bir 
teleqram göndərib: “Əziz Səməd Vurğunun ölüm xəbərini şəxsi dərdim kimi qəbul 
etdim”. 
SSRİ Qaz İstehsalı Sənayesi Nazirliyinin binasında katibə məni dinləyib: 
- Təəssüf ki, bu gün nazirii qəbulu yoxdur, - dedi, - bir də saat 5-ə işləyir, 
gecdir. 
Mən ümidsizliklə geri çıxmaq istəyəndə: 
- Bir dayanın, təkdir, özünə deyim, bəlkə qəbul etdi. 
Bir neçə dəqiqədən sonra geri qayıtdı, gülər üzlə: 
- Buyurun, nazir sizi gözləyir, - dedi. 
Geniş və işıqlı otağa ürəklə girdim. Mənə elə gəldi ki, bu qapı birbaşa 
Bakıya, doğma Azərbaycana açıldı. 
Nazirlə də sönbətimiz Bakıdan başlandı. O, 30 ilə yaxındır ki, doğma 
şəhərdən ayrılıb. Uzun illər boyu neft sənayesində işləməklə yanaşı elmi işlə də 
müntəzəm məşğul olmuş, Lenin mükafatına layiq görülmüşdür. Sosialist Əməyi 
Qəhrəmanı, İki dəfə Dövlət mükafatı laureatı, Azərbaycanın əməkdar elm və 
texnika xadimi, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Sabit 
Orucov neft və qaz sənayesi sahəsindəki görkəmli fəaliyyətinə görə üç Lenin 
ordeni, üç Qırmızı Əmək Bayrağı ordeni və bir sıra medallarla təltif edilmişdir. Bu 
mehriban və səmimi insan böyük poeziya həvəskarıdır. 
- Bizim nəslin hamısının neftçi olmasına baxmayaraq, şerə, sənətə həmişə 
xüsusi maraq göstəriblər. Atam şairlərlə durub-oturardı. Əli Nazim, Hüseyn Cavid, 
Mikayıl Müşfiq və Cəfər Cabbarlı onun yaxın dostları idi. Min doqquz yüz iyirmi 
səkkizinci, min doqquz yüz iyirmi doqquzuncu illərdə mənim ən yaxın dostum 
Hüseyn Natiq idi. Hətta onun köməkliyilə min doqquz yüz iyirmi səkkizinci ildə 
“Pioner” jurnalında bir neçə şerim də çap olundu. Böyük dramaturq H.Cavidin iki 
il yarım bizim Novxanı bağında dincəldiyini yaxşı xatırlayıram. Heç yadımdan 
çıxmaz, H.Cavid həmişə anam Məsmənin bişirdiyiy bozbaşın bibərsiz olduğundan 
şikayətlənərdi. Bir gün yenə nahar vaxtı idi. Anam hamımızı yeməyə çağırdı. 
Cavid əfəndi fikirli-fikirli qaşığı qabın içində hərləyirdi. Xörəkdən iki-üç qaşıq 
alan kimi ağzını tuta-tuta çölə qaçdı: “Ay bozbaş bişirən, səni görüm Məkkəyə 
ayaqyalın gedəsən. Ağzım od tutub yandı”. Demə anam onun xörəyinə çoxlu istiot 
tökübmüş... 
- Deyəsən mətləbdən uzaqlaşdıq, - deyib susdu. Üzümə baxa-baxa aramla 
davam etdi. - Səməd Vurğunla hələ müharibədən əvvəl tanış idik, ancaq min 
doqquz yüz qırx ikinci ildə Tbilisidəki antifaşist mitinqindəki birgə iştirakımız bizi 
lap dostlaşdırdı. O zaman bu mitinq Gürcüstanda lentə alınmışdı, həmin filmin bir 
surətini altmış illiyim münasibətilə mənə barışlayıblar. Vaxtınız olsaydı baxardıq. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə