Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə83/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   79   80   81   82   83   84   85   86   ...   93

- Nə olub, - dedim, - dur, ova gedək. 
Kədərli-kədərli gülümsündü: 
- Heç, a Qaryağdı, elə bir şey yoxdur. Sənin işlərin necədi? Görünmürsən? 
Başın qarışıb deyəsən. 
- Hə, - dedim. 
O, həyəcanla soruşdu: 
- Nədi belə, nə olub? 
- Sənin heykəlini işləməyə başlamışam. 
- Elə şey olmaz! - deyib, bərkdən güldü. Sonra kal və kədərli səslə dilləndi: 
- Allah qoysa, durum, gəlib baxacam, - qutudan “Kazbek” götürdü, - işlə, 
yarat, qardaş, dünyada yalnız yaradan və yaradılan qalacaq. 
O gün xeyli söhbət elədik. Ovdakı zarafatları yada saldıq... 
Calal müəllim susdu. Eynəyini çıxartdı. Göz yaşını göstərməmək üçün 
üzünü yana döndərib: 
- Bu, Səmədlə son görüşüm oldu, - dedi. 
Sonralar anadan olmasının 60 illiyi yubileyində onun heykəlini tamamladım. 
Heykəlin biri Qazaxda ucaldılıb. O birini isə doğma kəndi Yuxarı Salahlıya 
hədiyyə vermişəm. 
Şəkli Calal müəllimdən istədim. 
O: 
- Alın, çap etdirin, - dedi, - bu şəkil şeri-sənəti sevənlər üçün böyük hədiyyə 
olar. 
Bayırda narın yaz yağışı yağırdı. Əlimi ürəyimin üstünə qoydum. Ürəyimin 
üstündə - sol cibimdə, bloknotumun arasında əziz şairin nadir fotoşəklini 
itirməkdən qorxurdum... 
 
1 fevral, 1995 
  
 
VURĞUNUN İZİ 
 
           Dahi insan, odlu şair, layiqli vətəndaş, 
qayğıkeş yoldaş! Sənin ev muzeyini ziyarət etdim. 
Səninlə görüşdüyüm anlar bir daha qəlbimdə 
canlandı. Sənin mənə verdiyin nəsihətlərə sadiq 
qaldığım üçün özümü xoşbəxt sanıram. 
Çalışacağam, nə qədər canında can var, o böyük 
etimadını doğruldum. Sən əməksevən adamların 
coşğun əməyini, təbiətlə döyüşünü nəğməyə 
çevirdin.  Məhz buna görədir ki, sənin adın və 
yaratdığın əsərlər xalqımızın dilindən düşmür. 
 
Sarvan Salmanov - 
“Muğan” poemasının qəhrəmanı. 


 
- 1986-cı il oktyabr ayının ilk günləri idi. Azərbaycanın hər yerində Səməd 
Vurğunun anadan olmasının səksən illiyi münasnbətilə görüşlər, yığıncaqlar 
keçirilirdi. Mingəçevirdə keçiriləcək tədbirə də iki yazıçı dəvət olunmuşdu: 
İsmayıl Şıxlı və Bayram Bayramov. Gənclər şairin şerlərindən parçalar oxudu, 
qocalar xatirələrnndən, görüşlərindən danışdılar. Məclisin qibtə edilməli bir qonağı 
vardı, o da şairii “Muğan” poemasının qəhrəmanı Sarvan Salmanov idi. 
Çay sufrəsinə oturmazdan əvvəl İsmayıl Şıxlı xahiş elədi ki, Səməd 
Vurğunla ilk dəfə görüşüb tanış olduğu yeri onlara göstərsin. İki yazıçı, bir 
qəhrəman maşına oturub həmin yerə baxmağa getdilər. Sarvan onları Mingəçevir 
bəndinin üstünə gətirdi. Piyada yarğanın ən uca yerinə çıxdılar. Sarvan əlini 
dənizin ortalarına uzadıb, sol tərəfdə günəşin mavi sularda bərq vurduğu zolağı 
göstərdi: 
- Mən ilk dəfə Səməd Vurğunu görəndə oralarda işləyirdim, - dedi. 
Ekskavatorun çalovunu qaldırıb sulu qumu kənara tökəndə üç nəfərin mənə 
sarı gəldiyini gördüm. Yaxınlaşdılar. Maşını saxladım. Hoppanıb yerə duşdüm. 
Ortadakı adamı dərhal tanıdım: Səməd Vurğun idi. Məktəbdə oxuyanda kəndimizə 
gəlmişdi. Şairlə keçirilən görüşdə mən də bir şerini əzbər söyləmişdim. 
Səməd Vurğun ərklə mənim mazutlu əlimi sıxdı, qoluma girib motorun 
tırıltısından araladı. İş-gücümlə maraqlandı. İsmayıllı rayonundan gəldiyimi 
eşidəndə özünəməxsus şirin ləhcə ilə mənə sataşdı: 
- Ayə, - dedi, - sizin tərəfləri mən yaxşı tanıyıram, necə olub ki, o gözəllikdə 
dağları, o Xocalı bulağının suyunu qoyub bu çılpaq qayaların arasına gəlmisən? 
Qoyub qaçmayacaqsan ki? 
- Yox, qalıb işləyəcəm, kişi olub qayıdacam kəndə. 
Şair paporusunun tüstüsü arasından sınayıcı baxışlarını mənə dikdi. Araya 
dərin bir sükut çökdü. Haçandan-haçana Vurğunun inam dolu səsini eşitdim: 
- Biz səninlə dost olacağıq, balaca Sarvan. 
Gəldiyi adamlara sarı dörd-beş addım atıb birdən geri qayıtdı və bir də təkrar 
etdi: 
- Eşitdinmi, balaca Sarvan, mənə elə gəlir ki, biz səninlə dost olacağıq. Özü 
də əbədi dost... 
Bu sözlərin mənası uzun müddət mənə qaranlıq qaldı. Səməd Burğun bir 
xeyli sonra yenə Mingəçevirə gəlmişdi. İş elə gətirdi ki, təntənəli iclasın rəyasət 
heyətində şairlə yan-yana oturdum. O məni zorla tanıdı: 
- Mənim Sarvanım budur? - deyə heyrətlə soruşdu. 
Mən yenə heç kə anlamadım. Necə yəni “mənim Sarvanım?”. 
1949-cu ilin iyunundan “Kommunist” qəzetində “Muğan” poeması hissə-
hissə çıxanda hər şeyi anladım və sevincimdən gözlərim yaşardı. “Biz səninlə dost 
olacağıq” - deyəndə yəqin ki, ilk misralar şairin qəlbində yazılırmış. 
Sarvan susdu. Qartal baxışları ilə uzaqları seyr edən İsmayıl Şıxlı dönüb ona 
qibtə ilə baxdı. Fikirli-fikirli: 
- A Vurğunun Sarvan balası, deyirsən ilk dəfə şairlə harada görüşmüsən? 


Sarvan əlini dənizin ortalarına uzadıb günəşin şəfəq saçdığı göy dalğaların 
gur yerini göstərdi. 
- Heyf, Vurğunun izi suyun altında qalıb, - deyən İsmayıl Şıxlı kədərlə köks 
ötürdü. 
Dostu Bayram Bayramov yazıçı hazırcavablığı ilə onun fikrini tamamladı: 
- İsmayıl, - dedi, - Vurğunui izi suyun altında qalıb, amma şöhrəti göyün 
yeddinci qatına qalxıb. 
 
1982 
 
 
 
MOSKVA GÖRÜŞLƏRİ 
 
Bakı təyyarə meydanı qatı dumana bürünmüşdü. Tez-tez diktorun səsi 
eşidilirdi: Bakı - Daşkənd reysi təxirə salınır, Moskvadan gələn təyyarə qəbul 
olunur... 
Bir saatdan çox idi ki, düşüncələr içində idim. İntizar məni yorur
gözləməkdən təngə gəlirdim. Vağzalın ikinci mərtəbəsinə çıxdım. Pəncərə 
önündəki boş yerlərdən birində əyləşdim. Xəyal məni qoynunda boya-başa 
çatdığım kəndə, uşaqlıq günlərimə aparıb çıxartdı. Gözüm önündə dağlarımızın, 
dərələrimizin, sərin yaylaqlarımızın, füsunkar mənzərəsi canlanırdı. Ayaqyalın, 
başıaçıq quzu-buzov otardığım günləri xatırladım... 
- Bacıoğlu, burda oturan yoxdur ki?.. 
- Xeyr, buyurun, əyləşin. 
Saçları dümağ, ucaboylu bir kişiylə yanaşı oturduq. Hər ikimiz havadan 
şikayətlənirdik. 
- Eh, bu nədir, - dedi, - bundan da pis havada Moskvaya, Daşkəndə 
uçmuşuq. Belə dumanın ömrü uzun olmur... 
Bir az susub soruşdu: - Hara uçursunuz? 
- Moskvaya, - dedim. 
- Xeyir ola? Yəqin ezamiyyət... 
- Səməd Vurğunun dost-tanışları ilə görüşməyə... 
- Dəqiq yadımda deyil, - dedi, - 1948-ci, ya da 1949-cu ildi, Moskvaya 
uçurduq. Səhərdən başlayan qar günortaüstü daha da gücləndi. Maşın yolları da 
görünməz oldu. Bir təhər gəlib aeroporta çıxdıq. Axşama kimi gözlədik, amma nə 
hava açıldı, nə də təyyarə uçdu. Tufan elə gücləndi ki, iki gün köhnə Binə 
aeroportunda qalmalı olduq. 
...Hə, yaxın otur, oğul, sözümün canı var, onu demək istəyirəm. Sonra qəribə 
bir hadisə oldu. Kimin yol azuqəsi vardısa yeyib qurtardı. Restoranda çörək 
yeyənlərdən pul almırdılar. Təəccüb eləyirdik. Təsadüfən söhbət zamanı eşitdik ki, 
bizi qonaq eləyən Səməd Vurğundur. Biz üç dost idik. Belə qərara gəldik ki
restoran müdirinin yanına gedib bu məsələni dəqiq öyrənək. Getdik də. Restoran 
müdiri əvvəlcə demək istəmədi. Dilə tutandan sonra: 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə