Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə23/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   19   20   21   22   23   24   25   26   ...   93

Mirqasım müəllim bunları danışdıqca fikir məni 1955-ci ilin yayına qaytarır. 
Xatırlayıram ki, yolda mənə rast gəlib yenicə qırxılmış başımı qayğılı-qayğılı  
sığallayan Səməd Vurğun kimin evinə gedirmiş, Marağımı gizlədə bilməyib, 
Mirqasım müəllimdən soruşuram: 
- Səməd Vurğun hansı fəsildə Sadaxlıya getmişdi?  
- Yayda, iyulun əvvəllərində. O bu səfərə məni də dəvət etdi. Səfər “planı” 
belə idi. Ağstafa, Qazax, Dilican, Borçalı, İstisu, Kəlbəcər. Mən onunla ancaq 
Ağstafada ola bildim. Qalan yerlərə getməyə imkanım olmadı. O vaxt mən 
Mərdəkandakı yüz əlli altı nömrəli məktəbin direktoru idim. Onun əl çəkmədiyini 
görüb belə bir bəhanə tapdım: 
- Ay Səməd, - dedim, - vallah gedə bilmərəm. Bu gün-sabah dərslər başlanır. 
Məktəbi təmir elətdirməliyəm. Sənə qoşulub gedərəm, qayıdana kimi əmrimi verib 
işdən çıxararlar. Uşaqlara bir parça çörək pulu qazanmaq lazımdır. Sənə nə var,  
allaha şükür, şerini yazıb uşaqlarını saxlayırsan. 
Səməd gülümsünüb zarafatla: 
- Ayə, gəl gedək, bir şer də sənin adına yazaram, - dedi. - Səməd “Pobeda”nı 
xalası oğlu Hüseynalıya bağışlayıb. Dilicanı, Kəlbəcəri gəzdi, yayı Şuşada keçirib 
Bakıya qayıtdı. Səfərdən qayıdandan bir neçə gün sonra maşını birbaşa məktəbin 
həyətinə sürdü. Məni qucaqlayıb öpə-öpə: 
- Ayə, a Mirqasım, gedək sənə bir qoç kəsəcəm. Sən mənə Qazaxda çox qoç 
kəsibsən. Oğul istərəm Bakıda kəssin. Qazaxda nənəm də kəsər. 
O, Şüvəlandakı bağında bir qoç saxlayırdı. Onu kəsdi. Yeyib-içdik. Söhbət 
zamanı üç sözündən ikisi Kəlbəcər idi. 
- Səfərim çox uğurlu keçdi, qardaş. Nahaq gəlmədin. Orda bir aşığa rast 
gəldim. Hərçənd ki, qoca idi... Amma çox yaxşı ustad sənətkardı. Elə bilirdim 
Ələsgər ölüb, indi öz gözümlə gördüm ki, o kişi sağmış. 
Sonra Səməd odlu bir səslə aşıq Şəmşirlə deyişməsini oxudu: 
 
Bəxt məni bu yerə qonaq göndərdi, 
Gedirəm, yamandır ayrılıq dərdi, 
Demə Səməd Vurğun gəldi-gedərdi, 
Unutmaz bu oba, bu mahal məni... 
 
 
* * * 
 
Oktyabrın ortalarında Səməd dedi ki, məni Vyetnama göndərirlər. Bilmirəm 
necə eləyim. Yaman ağrıyıram. Bədənimin hər yeri sızıldayır. Son vaxtlar da 
gecələr pis yatıram, çox işyləyirəm. Elə bil harasa tələsirəm. 
- Məcburi deyil ki, - dedim, - indi də getmə. 
- Yox, a Mirqasım, necə olur-olsun canımı dişimə tutub gedəcəm. Çoxdandır 
Şərq haqqında böyük bir əsər yazmaq istəyirəm. Mənə gəzib-görmək lazımdır. Bir 
də ki, havanı dəyişəndə yaxşılaşıram. Keçər gedər, - dedi. 


Yolda xəstələnən Səməd on səkkiz gün Pekində xəstə yatdıqdan sonra 
birbaşa Moskvaya gəlir. Sonra Bakıya qayıdıb bir neçə gün evdə qalır və 
xəstəxanada yatır. Səmədi xəstəxanaya aparan günü Abdulla Şaiq də orda xəstə 
yatırdı. Onlar görüşəndə Səməd dedi: 
         - Şaiq əfəndi, biz bacanaqlara nə oldu belə, ikimiz də birdən xəstələndik. 
Abdulla Şaiq canıyananlıqla: 
- Ay Səməd, - dedi, - mənə nə olur-olsun, eybi yoxdur, cavansan, sənə bir 
şey olmasın. 
Təxminən ay yarım Səməd burda xəstə yatdı. Noyabrın axırında konsilium 
təşkil olundu. Konsiliumda məşhur professorlardan Emin Əfəndiyev, Fuad 
Əfəndiyev, Mustafa Topçubaşov, Ginzburq iştirak edirdi. Ən yaxın adamı kimi 
Mehdixan da konsiliuma dəvət olunmuşdu. Mehdixan konsiliumdan çıxanda məni 
qucaqlayıb ağladı. Həkimlər Səməddə xərçəng xəstəliyi müəyyən etmişdilər. Sonra 
onu yenidən Moskvaya aparıb sağ qabırğasının altından təşrih etdilər. Xəstəliyin  
qol-budaqlarının ürəyə və nəfəs borusuna yayıldığını görən akademik Petrovski 
ümidsizliklə onu yenidən tikmişdi. Həkimlər də, biz də Səmədi aldadırdıq ki, səndə 
heç nə yoxdur. Xəstəliyin qorxulu deyil. Soyuqdəymədir, keçib gedər. Bunları 
Səməd özü də təsdiq edirdi. Amma onun baxışında, şahin gözlərində ölümün 
əlamətləri hiss olunurdu. Onu Kreml xəstəxanasından ümidsiz halda Bakıya 
qaytardıq. Yenə bir xeyli evdə xəstə yatdı, müalicə olundu. Sonralar öyrəndik ki
Leninqradda (indiki Sankt-Peterburq) bir çex qadını yaşayır. O, xərçəng xəstəliyini 
müalicə edə bilir. Mən Leninqrada getdim. Vera Exini Leninqraddan xeyli 
aralıdakı Qorki rayonunun Melniçni-rucyo kəndində, yüz iyirmi üç nömrəli evdə 
tapdım. Onu böyük bir çətinliklə Bakıya gətirdim. Vağzalda məni Mehdixan 
qarşıladı. Dedi ki, sən evə get, bir az dincəl, mən həkimi Səmədin yanına aparıb 
deyəcəm ki, bu həkim qadını dövlət səni sağaltmağa göndərib. Biz onun 
xəstəliyinin ağır olmasını, ümidsizliyimizi və təlaşlarımızı mümkün qədər Səmədə 
bildirmək istəmirdik... 
Axşamüstü mən onlara getdim. Səməd məni görüb gülə-gülə:  
- Ayə, hardasan, neçə gündür ki, yoxa çıxmısan. A Mirqasım, dövlət məni 
sağaltmağa bir qadın göndərib, ağlın nə kəsir? - dedi. - Ayə, bəs deyirsiniz ki, 
məndə heç nə yoxdur. Yaxşı, bu hökumət niyə belə təşvişə düşüb hə?.. 
Mən özümü bilməməzliyə vurub dedim: 
- Hanı, barı göyçəkdimi? 
- O biri otaqda Xavərlə söhbət eləyir. Bir get onunla danış, gör nə yuvanın 
quşudur. Amma bir şeyi də deyim. Bu arvad  loğmandı, ya da şeytan, adi adam 
deyil. Yarım saat bundan əvvəl mənə bir dərman verib lap yaxşılaşmışam.  
Doğrudan da onun verdiyi dava-dərman Səmədi bir az yaxşılaşdırdı...  
 
* * * 
 
Mayın altısın da şairin xəstəliyi daha da gücləndi. Bu dəfə Mirqasım 
müəllim bir başqa həkim tapıb gətirir. O çox çalışır, lakin bu əlacsız xəstəliyə heç 
nə edə bilmir. Yaşamaq, yaratmaq aşiqi olan şair üzünü ona tutub deyir: 


- Həkim, artıq demirəm, məni sağalt, üçcə il yaşayım. Özüm bilirəm nə 
eləyəcəm. Sənə söz verirəm ki, indiyədək yazıb-yaratdığımdan da çox əsər 
yazacağam. Sinəm doludu, həkim... 
Xəstə Səmədin qeyri-adi mətanəti, dözümü vardı. O nə qaş-qabağını 
sallayar, üz-gözünü turşudar, nə də ah-uf eləyib buram, ya da oram ağrıyır deyərdi. 
Göz görə-görə xərçəng amansızcasına onu içəridən yeyirdi. Dağ boyda Səməd 
əriyib, candan düşürdü. Lakin yenə də şikayətlənmirdi. Mehdixan, Osman və 
Mirqasım gecə-gündüz onun yatağının yanından əl çəkmirdi.. Ölümündən əvvəlki 
gecə onların üçü də şairin yanında idi. Gecə saat birdə Mehdixan və Osman 
yatmağa getdi. Mirqasım onu tək qoymaq istəmədi. Bir azdan oyanan şair dedi: 
- Ay həkim, lap boğuluram, elə bir dərman yoxdurmu verəsən, içəm, 
nəfəsim açıla. 
Səməd Vurğun həkimin tutulduğunu görüb, rus dilində kədər qarışıq 
zarafatla: 
- Niçeqo, niçeqo, proydet, - dedi. 
Professor Mirqasımı o biri otağa çağırıb tapşırdı ki, onu tək buraxmayın, hər 
yarım saatdan bir süni hava verin və şəfqət bacısına tez-tez iynə vurdurun. 
Professor Emin Əfəndiyev: - 1955-ci ildə Səməd Çindən qayıdanda onu bir 
neçə gün elə-belə müayinə elədim. Sonra rentgendən keçirdim. Rentgen göstərdi 
ki, şairin ağciyərində ilkin xərçəng var. Mən Səmədin özünə heç nə demədim. 
Dilim gəlmədi. Belə ağır xəbəri tərlan təbli şairə deyib ürəyini sıxmaq, qəlbini 
sındırmaq istəmirdim. Fikirləşdim ki, bu onun yaradıcılığına da mane ola bilər. Bir 
xeyli “snimka”nı dandım, Səməd xəstəlikdən danışanda mən tamam başqa 
mövzudan söhbət açdım. Gördüm inadkar Səməd əl çəkmir, dedim: 
- Moskvaya getməyin məsləhətdir, get bir özünü yoxlat... 
Səməd Moskvadan qayıdanda ona saxta xəstəlik kitabçası düzəltdik... 
Yalançı xəstəliyin adı belə idi: “Xronik-bronxit va ağciyər emfizeması”. Onu ruhən 
yaşatmaq naminə bu saxtakarlığa əl atmalı olduq. Bircə şeyi xüsusilə qeyd eləmək 
istərdim,,. Mən hələ bu qədər həkimlik təcrübəmdə ağrıya belə möhkəm, mətanətlə 
tab gətirən xəstəyə rast gəlməmişəm. Bu adamda qorxu; deyilən şey yox idi. Elə 
bil ki, ölümün gözünə düz baxırdı. Nə qədər iradəli bir adam idi! Ölümünə bir ay 
qalmış Səməd çox gözəl bilirdi ki, xəstəliyinə çarə yoxdur. Yenə gülür, danışır, şer 
oxuyurdu. Səməd ikinci dəfə Moskvadan qayıdanda hər gün mən onun yanında 
olurdum. 
Yadımdadır, onun son dəqiqələri idi. Səməd can verirdi. Mən onun dərdinin 
əlacsızlığını bilə-bilə yenə ölümünə inanmırdım. Tab gətirməyib bayıra çıxdım. 
Yol gedə-gedə gözümdə hər şey məhv olmuş kimi idi. Fikirləşirdim ki, belə gözəl 
insanı bu qara torpaq neçə udacaq. Özü demişkən: “Evə gəldim can pərişan”. 
Rahatlıq tapmayıb Səmədgilə zəng elədim. Dəstəyi bir qadın götürdü. “Öldü” - 
deyib hönkürdü. Onun: 
 
“Bir də görürsən ki, açılan solur, 
Düşünən bir beyin, bir torpaq olur...” - 
 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə