Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə24/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   20   21   22   23   24   25   26   27   ...   93

misralarını xatırladım. 
 
* * * 
 
- Ölümünə on beş dəqiqə qalmış Səməd oyandı, - deyə Mirqasım müəllim 
göz yaşı içində sözünə davam edir. - Xeyli bir-birimizə baxa-baxa qaldıq. 
Bilmirəm nə sözü vardısa dinib-danışa bilmədi. O anlarda, o dəqiqələrdə nə 
fikirləşdiyimi indi də xatırlaya bilmirəm. Qorxumdan nə nəfəs alırdım, nə də 
gözümü ondan çəkə bilirdim. Elə bilirdim ki, bircə dəfə gözümü ondan 
yayındırsam, ya da nəfəs alsam Səmədi əbədilik itirəcəyəm. Hönkürtü ilə özümü 
onun üstünə salıb qucaqladım... 
Mirqasım müəllim “heyf, heyf, Səmədə” - deyib susdu. Yaşamaq, yaratmaq 
istəyən bir sənətkar dostu itirmək - bundan da ağır itki, ağır kədər olarmı? Bütün 
həyatı boyu heç kəsə yalvarmayan mərd bir insanın yalvarışına, ümidsizliyinə mən 
hələ də inana bilmirdim. Lakin nə etməli, bu, sadiq bir dostun böyük şair haqqında 
açıq söhbəti idi.. 
Ölüm, sənətkar ölümü, dost ölümü. Bu dörd hərfdən ibarət ölüm kəlməsinin 
dəhşətini əziz bir adamının yoxluğunu duyanda hiss edirsən. 
Səməd Vurğunun özü deyirmiş ki, biz üç qardaşıq: Mehdixan, Mirqasım, bir 
də mən. Amma mən bilmirəm bunların hansını çox istəyirəm. Allah eləməsin 
bunlardan biri ölüb-eləsə mən dəli olaram. Əgər həyatda Mirqasım və Mehdixan 
olmasaydı, mən nə düzlüyə, nə sədaqətə, nə də insanpərvərliyə inanmazdım. O, 
Mirqasım müəllimin oğlu Nazimi lap çox istəyirmiş. Şair Nazimi qucaqlayıb 
deyərmiş: 
- Üç qardaşın böyük oğlu, sənin toyunu özüm eləyəcəm. 
- Həqiqətən də şair Nazimin toyunda üzünü məclisdəkilərə tutub demişdir: 
Çox toylarda məni tamada seçmək istəyiblər, razı olmayıb boyun 
qaçırmışam. Camaat, bu gün oğlumun toyunda özüm özümü tamada seçirəm. 
Səməd Vurğunun 1927-ci il yanvarın on beşində Qubadan qardaşı 
Mehdixana yazdığı məktubun son sətirləri: 
“Məktubunu gözləyirdim. Mirqasıma, Məmmədiyyəyə, Mehdi və 
başqalarına salam... Öpürəm...”. 
Şairin qızı Aybənizin 1953-cü il mayın on beşində Soçidə, atasına yazdığı 
məktubdan sətirlər: 
“Mayın birində Mehdixan əmi ilə nümayişə getmişdik. İkisində hamımız 
Mehdixan əmigildə idik. Osman əmi də, Mirqasım əmi də orada idilər. Ay, sənin 
cavanlığından danışıb gülüblər ha...”. 
Səməd Vurğunun Mirqasım müəllimin özunə də məktubları çox olub. Çox 
təəssüf ki, Mirqasım müəllim onların heç birini saxlaya bilməyib. 
Bir müddət heç birimiz dinmədik. Mən bu ağır sükutdanmı, yoxsa Səməd 
Vurğunu qızğın bir məhəbbətlə, həqiqi qardaşlıq hissiylə sevən Mirqasım 
müəllimin göz yaşını görməmək üçünmü çıxıb getmək istəyirdim. Ayağa durub 
müsahibimə əl uzatdım. Lakin onun əl işarəsindən başa düşdüm ki, o da çıxmaq 
istəyir. 


Bayırda qaranlıq düşmüşdü. Biz “Gənclik”metrosunun yanında görüşüb 
ayrıldıq. Qulaqlarıma hələ də Səməd Vurğunun səsi gəlirdi: “- Sinəm doludu, 
Həkim, üçcə il...”. 
Düşünürəm, məgər qəlbi gözəl arzularla dolu şairə ürəyindəkilərin hamısını 
deməyə üç il çatardımı? Əlbəttə, yox! Bu, yaşamaq, yaratmaq eşqilə dolu şair 
qəlbinin vaxtsız ölümə üsyanı idi. Lakin böyük şairin özünün dediyi kimi: 
 
“Ölüm sevinməsin qoy!.. Ömrünü vermir bada, 
El qədrini canından daha əziz bilənlər. 
Şirin bir xatirətək qalacaqdır dünyada, 
Sevərək yaşayanlar, sevilərək ölənlər”. 
 
1974 
 
 
ARXASIZA ARXA OL Kİ: 
(Sənədli hekayə) 
 
Səməd Vurğunun dediyi bir hikmətli bənd xalq arasında çox geniş yayılıb. 
Arxasız, köməksiz adamdan söhbət düşənda bu hikmət çox tez-tez işlənir. Bu zərb-
məsələ dönmüş kəlamı harda, kimə deyib Səməd Vurğun? 
Artıq otuz ilə yaxındı ki, bu hikmətin yaranma tarixini hərə bir cür yozub 
danışır: 
 
Arxalıya arxa olma, 
Deyərlər ki, yamaqsan. 
Arxasıza arxa ol ki, 
Desinlər ki, dayaqsan. 
 
Vurğunun xatirə cığırı ilə oba-oba, kənd-kənd gəzdikcə çox adam mənə bu 
əhvalatı qol-qabırğasını sındıra-sındıra danışmışdı. 
...Mən illərlə axtardığım adamı tapmışdım. O, mənə ilk baxışdaca tanış 
gəldi. - Azərbaycan Dövlət Universitetinin müəllimi, iqtisad elmləri doktoru
professor Adil Qasımov. Demək tələbə vaxtı onu universitet auditoriyalarında  
görmüşəm. Görəsən, Adil müəllim indiyədək niyə susurmuş? 
Şairin altmış və yetmiş illik yubileylərində ulu sənətkarı uzaqdan görənlər də 
xatirə yazmağı, danışmağı özlərinə fəxr biliblər, ondan mənəvi zövq alıblar. 
Söhbətimizin yekununa yaxın bu sualın da cavabını tapdım. Adil müəllimin 
təbiətindəki utancaqlıq və təvazökarlıq susdurubmuş indiyədək onu. 
 
* * * 
 
Sevinc insan qəlbinin möcüzəli bir halıdır. Bu anlarda ətrafda nə varsa 
adama xoş gəlir, qeyri-adi görünür: tanımadığın adamları belə mehribanlıqla süzür, 


onu səmimiyyətlə, nəzakətlə dindirib-danışdırırsan. Adilin uşaqlıqda sevinc payı az 
olsa da orta məktəbdə, universitet illərində bu ona çox qismət olmuşdu. Bütün illəri 
əla oxuyan Adil 1953-cü ildə universitetin tarix fakültəsinin siyasi iqtisad qrupunu 
da əla bitirdi. Həmin ili də onu universitet elmi şurasının qərarı ilə aspiranturaya 
göndərdilər. Azərbaycan Elmlər Akademiyasının iqtisadiyyat bölməsində bir yer 
üçün altı nəfər ərizə vermişdi. Müsabiqədə altı nəfər arasında təkcə Adil ən yüksək 
bal toplamağa nail oldu. Ümumi qaydaya görə qalib kimi o bir yeri də Adil 
Qasımov tutmalı idi. 
Amma 1954-cü ilin noyabrında Akademiyanın iqtisadiyyat bölməsinin elmi 
şurası Adili o bir yerə təsdiq eləməkdən imtina etdi. Ona dedilər ki, guya bu yer 
heç yox imiş, qəzetdə də elan səhvən verilib. Cəmi bir neçə ay qabaqkı sevinci alt-
üst olan Adil bilmədi neyləsin, kimə müraciət etsin. Bütün günü qəlbi qəmlə dolu 
fikirli gəzdi. Dərdini deməyə, ürəyini açmağa bir adam tapmadı. “Bu da mənim 
arzularım, bu da anama verdiyim sevinc xəbərinin sonu. Yazıq arvad borc-xərc 
eləyib aldığı toğlunu ayağım altında qurban kəsdi”. 
O, anasının əl-ayağa düşməyini, uzaq-yaxın qohumları yığıb olub-
qalanından düzəltdiyi balaca məclisi xatırladıqca xəcalət tərindən od tutub yanırdı. 
Durub-oturub bircə oğlunu bir də öpüb qucaqlayan anası Həcərin ürəkdən “allah, 
sənə min şükür, bircə balamın işi avand oldu, bunu hamıya qismət elə, ay 
özəgörünməz” - deməyi Adilin qəlbinin bütün guşələrini sızlatdı. Böyük şəhərdə, 
qərib eldə dərdini deməyə, kömək istəməyə adam tapmadı. Nə bir qohumu, nə də 
bir həyanı vardı, bu boyda şəhərdə. Universitet yoldaşlarının hamısı təyinatla 
rayonlara göndərmişdi. Arxasız, köməksiz olduğuna görə özünü danlayır, 
bəxtindən küsürdü. Bir müdrik atalar sözünün həqiqət olduğunu sanki indi dərk 
edib, anlayırdı. “Yetimə ay da qaradı, gün də”. 
Qaranlıq qovuşanda yataqxanaya qayıtdı. Qalmağa yeri, ev kirayələməyə 
pulu olmadığından hələ də yataqxanada yaşayırdı. İçəri girən kimi anasına oxşayan 
xidmətçi Sona xalanı gördü. Salamlaşıb, kirimişcə otağına getdi. “Bunların da 
yanında biabır oldum” - deyə fikirləşən Adil iyirmi gün əvvəl aspiranturaya qəbul 
olunduğuna görə komendanta və xidmətçilərə şirni də paylamışdı. 
Soyunmadan yerinə uzandı. Qollarını boynunun ardında çarpazladı. Elə bil 
keyləşmişdi. Nə düşündüyünü də bilmirdi.. “Axı, mən prezident Musa Əliyevin 
qəbulunda oldum. Əgər doğrudan da bu yer olmasaydı, prezident məni təbrik 
eləməzdi. İmtahana buraxılmaq üçün sənədimə qol çəkib mənə uğur arzulamazdı. 
Elə onda deyərdi ki, oğul, belə şey yoxdu. Səhv olaraq elan verilib. Bəlkə yenidən 
onun qəbuluna gedim. Yox, onun qəbuluna düşənə qədər vaxt da keçər. Ötən dəfə 
hələ özü məni təbrikə çağırmışdı. Yenə düz on gündən çox gedib-gəldim. Bəs, nə 
edim, qayıdıb kəndəmi gedim, nə üzlə, bir də ki, mənə ilin, günün bu vaxtı kim 
dərs verəcək, göndərişim, heç nəyim də yoxdu. Bəs anam?..”. 
Adil hələ bir yaşında olanda ərini itirən Həcər xala həyatda çox əziyyətlər 
çəkmişdi. Müharibə illərində kirpiyi ilə od götürmüşdü.  Kişilərin  əvəzinə yer  
əkib, taxıl yığın  ana gecələr yuxusuz, gündüzlər dincsiz olmuşdu. Min bir zillətlə 
hana toxuyub əlinə qəpik-quruş toplayan ana bircə Adilini böyütmüşdü.   
Böyütmüşdü ki, gözünün ağı-qarası bircə oğlu ona-həyatda dayaq olsun. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə