Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə19/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   15   16   17   18   19   20   21   22   ...   93

- Yox, dostum, olmaz, - dedi. - Mən and içmişəm, andımı poza bilmərəm. 
(Yeri gəlmişkən deyək ki, Andrey İvanoviç Parfyonov bizim dildə pis danışmır. O, 
eynilə Səməd Vurğun kimi, Qazax ləhcəsində danışırdı). 
- And, o nə üçündür? 
- Tələsmə, onu da danışaram. 
Andrey İvanoviç Xaqani küçəsindəki iyirmi üç nömrəli evdə yaşayır. Şair bu 
evə bir dost, bir qonaq kimi dəfələrlə gəlib. 
Qapını açana gülə-gülə:  
- Andrey evdədirmi, deyin ki, “Qırat”ı nizamlasın, səfərimiz var, - deyib. 
Pilləkənləri qalxdıqca fikirləşirsən ki, kaş bir möcüzə baş verəydi, burda nə 
varsa, divar da, daş da hamısı dil açıb danışaydı. 
Şairin bütün dostları kimi Andrey İvanoviç də otaqların birində özünə təsəlli 
üçün “Səməd Vurğun guşəsi” düzəldib. Guşədə belə bir şəkil var: bağ-bağatlı bir 
həyətdə Səməd Vurğun əllərini dizinə qoyub oturub. Onun yorğun və fikirli 
baxışları torpağa zillənib. Kim bilsin, şair hansı yeni şerini yaradır...Hansı kənd, 
hansı rayon və kimin həyəti olduğunu bilən yoxdur. Şəklə diqqətlə baxdığımı 
görən Andrey İvanoviç dedi: 
- Səməd kənd təbiətinin hədsiz vurğunu idi. Yaz və qışı qarşılamaq üçün 
kəndə xüsusi səfərlər edərdi. Ömrünun son illərinda məndən tez-tez soruşardı: 
- Andrey, əgər kənddə ev tikdirib ora köçsəm, sən də mənimlə gedərsənmi? 
Məndən razılıq cavabını alanda əlini kürəyimə vurub: 
- Can, Andrey, can, mənim sadiq dostum, - deyib sevinərdi. 
Kənd yollarında arvad-uşağa rast gəlsək, mütləq maşını saxlatdırıb 
mindirərdi. Qoca kişiyə rast gələndə daha çox sevinərdi. Onların söhbətinin 
vurğunu idi. Hansı kənddə gecələsək, klubda, məktəbdə camaata şer oxuyardı. 
Əvvəlcədən tanışlarından birini göndərib kəndin lap qocasını qonaq qaldığı evə 
dəvət edərdi, ya da özü görüşünə gedərdi. Söhbəti, özü demişkən, lap qədimlərdən 
başlar, bu günlərlə qurtarardı. Yaxşı yadımda deyil. 1947, ya da 1949-cu ildə onun 
doğma kəndi Yuxarı Salahlıya getdik. Qazaxdan keçib kəndə tərəf yollananda 
gördüm zümzümə edir. O, acgözlüklə doğma yerlərə baxır, kövrək-kövrək 
oxuyurdu. Maşının sürətini lap azaltmışdım. O, boz  bir təpəni görüb: 
- Andrey, Andrey, bir saxla, - dedi, - buralarda o qədər ayaqyalın gəzmişəm 
ki... - Durub düz təpənin yanına getdi. 
Orda uçub-dağılmış, artıq izi itməkdə olan bir qəbir vardı. 
- Bu mənim ana babam Alisgəndərin qəbridir, - dedi. - İndi el-oba buna 
Alisgəndər təpəsi deyir. Böyük şair M.P.Vaqiflə qohumluğunu da orada söylədi. 
Təəssüf ki, necə qohum olduqlarını unutmuşam. 
- Andrey İvanoviç, oradan yəqin ki, birbaşa ova getdiniz? 
- Yox, o maşını kəndə sürdürdü. Çəpərlərin arası ilə keçib köhnə bir damın 
yanında saxladıq. 
- Bax, mən burda anadan olmuşam, - dedi. Fikirli-fikirli damın dörd tərəfinə 
hərlənib elə hey baxırdı. İçəri girdi, dirəklərdən birinə söykənib dalbadal papiros 
çəkdi. Kimsəsiz damda yuva qurmuş quşlar civildəşirdi. Bir azdan camaat şairin 
gəlmək xəbərini eşidib, onu araya aldı. 


Vurğun hamı ilə səmimi görüşür, öpüşür, hal-əhval tuturdu. Cavanlardan 
kimin qızı, kimin oğlu olduğunu soruşduqca sıxılırdı və təəssüflə deyirdi ki, 
günahım var, sizdən uzaq yaşayıram, gec-gec gəlirəm. Hamı onu - ordenli şair 
Səməd Vurğunu evinə qonaq dəvət edirdi. O isə bu dəvətlərə fikir vermirdi. Cavan 
oğlan uşaqlarından bir neçəsinə üz tutub dedi: 
- Sizdən bir xahişim var, bir saata bu həyətə beş-altı qoca çağırıb gətirin. - 
Özü bir-bir qoca kişilərin adını dedi: - Siz gələnə kimi mən də bu damın ortasında 
bir ocaq qalayım. Bu gecə mənim ata evimin işığı gərək sönməsin. 
Qocalar yığıldı, ocaq qalandı, Səməd bardaş qurub onların arasında əyləşdi 
və səhərə kimi söhbət elədilər. 
Uzaq yolu ikilikdə getməyi çox xoşlardı. Qətiyyən nə mürgüləyər, nə də 
yatardı. Yuxusuzluğa və uzaq yola çox dözümlü idi. 
Yolda bəzən ilk məhəbbətindən danışardı. Son vaxtlar “mənim uşaqlıq 
məhəbbətim” sözlərini tez-tez işlədərdi. Sözünun. axırında: 
- Eh, u menya qlupaya detskaya lyubov bıla, - deyərdi. 
- Andrey İvanoviç, Səməd Vurğun tədqiqatçılarının yazılarında və xalq 
arasında belə bir ifadə var: Səməd Vurğun səxavəti. Yəqin ki, bu səxavətin, 
əliaçıqlıqın siz də şahidi olmusunuz. Mümkünsə bu haqda... 
- Bəli, görmüşəm, dəfələrlə. Siz azərbaycanlılarda yaxşı bir ifadə var: 
filankəs pulunun düşmənidir. Bu ifadəni Səməd Vurğun haqqında məmnuniyyətlə 
demək olar. 
Yaxşı yadımdadır, bir dəfə Vartaşendən (indiki Oğuz) ovdan qayıdırdıq. Bir 
kənddən keçəndə qarşımıza toy çıxdı. Maşını saxladıq. Səməd düşüb 
“mübarəkdir”, - dedi. Kimsə Səmədi tanıdı. Uca bir ağacın başında lopa yanırdı, 
iki yanına da alma taxılmışdı. Yerli camaat təkid elədi ki, almalara gülləni Səməd 
atsın. Səməd tüfəngi götürməmiş əlini cibinə saldı ki, hədiyyə versin, lakin cibində 
heç nə yox idi. Axı, o, ov paltarında idi. Tərəddüd etmədən biləyindən qızıl saatı 
açdı və hamının eşidəcəyi bir səslə: 
- Camaat, - dedi, - bu saat kişi üçündür. Mən onu qız-balama verirəm, ancaq 
müvəqqəti. Qoyun, bu saat hələlik qalsın. Sizlərdən kimin yolu Bakıya düşsə onu 
gətirər. Mən isə əvəzində qadın üçün saat alıb verərəm. 
Bu sözlərdən sonra  Səməd almaya güllə atdı və alma tikə-tikə olub havaya 
dağıldı. Onun gülləsi çox nadir hallarda boşa çıxardı. Boşaçıxma halları meşədə və 
ovlaqlarda olardı. Bu da onun qarşısındakı canlı məxluqa yazığı gəldiyi vaxtlarda 
baş verərdi. Bəzən heç atmazdı da. 
O günü şəhərə qayıtdıq. Səməd dərhal mağazaya gedib qız üçün “Zvezda” 
markalı bir qızıl saat və qızıl qolbaq aldı. Bir neçə gündən sonra bir oğlan gəlib 
onları apardı. 
Səmədin belə hərəkətləri çox olub. Qubada, Dəvəçidə, Xaçmazda, 
Qarayazıda, Şamaxıda və Azərbaycanın hər yerində. Bəzən yol gedəndə: 
- Susuzlamışam, saxla bir dolça su alıb içək, - deyərdi. 
Suyu gətirənin dolçasına iyirmibeşlik və ya əllilik qoyardı həmişə də su 
gətirən uşaq olardı. Deyirdim ki, sən o iyirmi beşliyinlə uşağı korlaya bilərsən. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə