Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə17/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   13   14   15   16   17   18   19   20   ...   93

Sürücü qalan bəndləri də oxuyub qurtardı. Şair dinmirdi. O xeyli aralıda 
sakit-sakit axan Araza baxa-baxa dərin düşüncələrə dalmışdı. Sonra gözünü 
Arazdan yayındırmadan: 
Bu çaya deyirsən Araz, 
Bir şairsən sözün taraz. 
Qoy bizə də qalsın bir az, 
Turac sənə neyləyibdi? 
 
- deyə arabaçının şerinin bir bəndini təkrar etdi, sonra da soruşdu: - Ayə, bu kim 
idi, nəçiydi, bəs niyə buraxdın? Hayana getdi? 
- Saxlaya bilmədim, sizə də allah insaf versin, getdiyiniz yerdən 
qayıdırsınızmı? Haralı olduğunu soruşdum, dedi ki, Qızılkənddənəm. Xubyarlı 
meşəsinə oduna getdi. Hayana gedəcək, odun yığandan sonra yenə bu yolla kəndə 
qayıdar. - Eləsə, gözləyək, gəlsin. 
 
* * * 
 
Təxminən iki-üç saatdan sonra Xubyarlı yolunda odun dolu araba görünəndə 
şairin sifəti sevincdən daha da işıqlandı, arabanın qabağına getdi. 
- Qardaş, - dedi, - bir arabanı saxla, tanış olaq. Mənə həcv yazan sənsənmi? 
Tapdıq kişi arabanı saxlayıb özü şairin qabağına gəldi. Utancaqlıqla, sıxıla-
sıxıla: 
- Nə bilim, elə-belə söz idi, dedim. 
- Sən  bilirsənmi ki,  şerin xoşuma gəlib. Özün də təbli adama oxşayırsan. 
Tapdıq kişi söhbəti dəyişib dedi: 
- Bir de görüm, ay şair qardaş, niyə bu qədər günaha batırsan, bu nə sənətdi 
işlədirsən? Cavanlığımda mən də sənin kimi ovçuluq eləyirdim, sonra quşlara 
yazığım gəldi. El-oba da danlayıb-dansadı ki, burax bu sənəti, yazıqsan, qarğış 
altında qalarsan: 
 
Ovçuluqda kim bir kama çatıbdı, 
Yazıq quşlar al qanına batıbdı. 
 
Şair əlini onun kürəyinə çəkib, qolundan yapışdı: - Ayə, - dedi, - sənin 
sözlərin hikmətdi, dürdü. Mənim “Ceyran” şerimi oxumusanmı? 
- Uşaqlara oxutdurmuşam, əzbər bilirəm. 
- Bax, o şeri yazandan sonra ceyran ovundan əl çəkdim. Bu gündən sonra 
turac ovundan da əl çəkirəm. Adın, familiyan nədir? 
- Onu neynirsən, şair? - Tapdıq kişi təəccüblə soruşdu. 
-  Bir də gələndə səni axtarıb tapacağam. Bakıya aparacağam, orda 
oxuyarsan, savadın artar. 
- Nə bilim, - dedi, - gec deyilmi? Bəs uşaqları kim dolandırar, onların çoxu 
körpədir. 


- Uşaqların fikrini çəkmə. Onlar mənim boynuma. Hər ay xərclik 
göndərərəm. 
Onlar xeyli söhbət etdikdən sonra ayrıldılar. Şair şəhərə qayıtdı. Tapdıq 
kişiyə bunun hamısı yuxu kimi görünürdü. Onun ürəyi sevinc və fərəh hissi ilə 
dolu idi. Hələ də inana bilmirdi ki, o, bir neçə dəqiqə bundan əvvəl şəxsən Səməd 
Vurğunan görüşüb söhbət etmişdi. 
 
* * * 
 
Aradan iyirmi gün keçmişdi. Poçtalyon Tapdıq kişinin darvazasını açıb içəri 
girdi: 
- Tapdıq əmi, sizə Bakıdan min manat pul göndəriblər. Nəsə şübhəli imzası 
var. 
- Nə yazılıb ki, oğul? 
- Bir “S”, bir də “V”, özgə heç nə. 
Tapdıq kişi qol çəkib pulu aldı. Üç gün sonra arabaçı Tapdığın ünvanına 
üstündə: “Azərbaycan Yazıçılar İttifaqı - Səməd Vurğundan” sözləri yazılmış bir 
məktub gəldi. Şair məktubda yazırdı: 
“Hörmətli Tapdıq yoldaş! 
Sən və şerlərin xoşuma gəldiyi üçün sənə az miqdarda - min manat xərclik 
göndərdim. Aldın, yoxsa yox, mənə cavab yaz”. 
Tapdıq kişi dərhal cavab yazdırdı. Şair isə onu altı ay intizarda qoyduqdan 
sonra ikinci məktubunu göndərdi. Səməd Vurğunun bu kədərli məktubu arabaçı 
Tapdığı kövrəltdi. Şair yazırdı ki, bağışla məni, məktubuna gec cavab yazdım, bir 
az xəstə kimiyəm. Moskvada müalicə olunuram. Sağalan kimi səni Bakıya 
gətirəcəyəm. 
Bu şairin son məktubu oldu. 
Şair dostunun ölümü arabaçı şairi elə sarsıtmışdı ki, bir müddət ağlaya-
ağlaya kədərli şerlər yazdı: 
 
Bəxtim kəsmədi, qara 
oldu üzüm, 
Dostum, səni doyunca 
görmədi gözüm... 
 
1974 
 
  
QAYĞI 
 
Qranit qayalı sıldırımların arasından keçən yolla evə qayıdırdım. 
Aşağıda məcrasına sığmayan Debet çayı şirin nəğməsini oxuyurdu. Dərənin 
dibində çayın gur axını zorla görünürdü. Şairlərin təsvir etdiyi bu dağ çayı çox 
faciələrin şahidi olub. Debet bol bəhrəli suları ilə tarlalara, bağlara həyat bəxş edir. 


Lori dərəsinin təkraredilməz gözəllikləri mənə lap uşaqlıqdan tanışdır. 
Görüşündən qayıtdığım Turac Yusifov da bu əsrarəngiz gözəlliklərin aşiqidir. O, 
Lori dərəsindəki kiçik bir qəsəbəni - Ayrumu özünə daimi məskən eləyib. Şair 
qəlbli - bu oğlan qəsəbədəki konserv zavodunda fəhlə işləyir. El-obanın toy-
bayramlarında onu aşıqlarla yanaşı görmək olar. Çünki saz və söz ustaları bir 
balaca nəfəs dərəndə o, şerlə məclisi yola verir. Turac 1934-cü ildə Qazax 
rayonunun Kəmərli kəndində anadan olub. Kiçik yaşlarından məktəbin divar 
qəzetində və ara-sıra rayon qəzetində şerlərilə çıxış edib. 1950-ci ildə Qazağa 
gələn Səməd Vurğun rayon qəzetində Turacın şerini oxuyub bəyənir. 
- Bu uşağı götürüb, ona istiqamət vermək istəyirəm, şerlərində od-alov var, 
istedadlı uşağa oxşayır, - deyən Səməd Vurğun vaxt tapıb Kəmərliyə gələ 
bilmədiyindən həvəskar şair Novruz İsmayılova tapşırır ki, Turacı tapıb Bakıya 
onun ya:nına gətirsin... 
...Novruz Turacı vağzaldan birbaş Səməd Vurğunun evinə aparır. Səməd 
Vurğunu evdə tapmayıb onu Yazıçılar İttifaqına Osman Sarıvəllinin yanınıa gətirir. 
Osman müəllim Turacı bir neçə dəfə başdan-ayağa süzüb: 
- Ay Novruz, - deyir - bu körpəni yerindən-yurdundan eləyib niyə 
gətiribsən? 
- Kişi çağırtdırıb, Osman müəllim, özü bilər, mənim işim deyil. 
Sarıvəlli əli ilə yer göstərib: 
- Ay bala, bir yaxın otur görüm, qabında bir şey varmı? - dedi. 
Turac göstərilən yerdə oturub, şer dəftərini stolun üstünə qoyur. 
Şair dəftəri ötəri vərəqləyib: 
- Sən riyaziyyatla şerin, poeziyanın əlaqəli olduğunu bilirsənmi? Yaxşı şer 
yazmaq üçün gərək riyaziyyatı da əla biləsən. Böyük rus şairi Puşkini 
oxumusanmı, tanıyırsanmı? O, deyib ki, nəzmdə də həndəsədə olduğu kimi ilham 
lazımdır. 
Şair şagird dəftərinin ağ yerinə beş-altıncı sinif həcmdə bir misal yazıb, 
dəftəri Turaca tərəf itələdi: - Bir bu misalın cavabını tap görüm. Uşaq titrək əlilə 
qələmi götürüb, dəftərin üzərinə əyildi. 
Şair Turaca baxa-baxa ürəyində ona acıyırdı. Dərsini oxumaq, faydalı bir 
işlə məşğul olmaq əvəzinə son vaxtlar şöhrət naminə Səməd Vurğun olmaq 
istəyirəm deyənlərə acıdığı kimi. 
Turacın qələmi yerə qoyub dəftəri ona tərəf itələməyi şairi bu düşüncələrdən 
ayırdı. O, dəftərə baxa-baxa: 
- Yaxşısan, oğul, hesabı bilirsən, afərin, - deyib onu təriflədi. Sonra bir neçə 
şifahi sualla da onun biliyini yoxladı. 
- Biliyin yaxşıdı, çox yaxşı, amma nahaq sıxılırsan. Bu nədi, tir-tir əsirsən. 
- Osman əmi, Səməd Vurğunun “şairi” imtahandan neçə çıxdı? 
Bu, Turacın başının üstündə duran Novruzun səsi idi. 
- Afərin, yaxşıdı, savadlı uşaqdı. Əyə, mən Səmədin zövqünə bələdəm, o, 
poeziya bağçasına ətirsiz gül gətirməz. 
Novruz və qoltuğu şer dəftərli Turac bütün günü şəhərdə gəzdilər. Turac 
cürbəcür maşınların çoxluğuna, geniş və yaraşıqlı küçələrə, axın-axın gedən 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə