Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə15/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   11   12   13   14   15   16   17   18   ...   93

- Ova gedəndə, ovdan qayıdanda Səməd özü belə oxuyardı, oğul. 
Xəstələnəndə bizim rayonun birinci katibiynən xəbər göndərmişdi ki, Mustafaya 
deylnən mənə bir-iki qırqovul vurub gətirsin. Mən bir neçə qırqovul vurub katiblə 
birlikdə Səmədin yanına, xəstəxanaya getdim. Səməd qırqovulları götürüb 
tumarladı və ah çəkdi. (Şair özü xahiş etmişdi ki, qırqovulları təmizləməmiş 
gətirsin. - Ş.N.). 
Məni ikinci dəfə qucaqlayıb kövrək-kövrək dedi: - Yaxın dur görüm, a 
Mustafa bəy, səndən dağ-daş qoxusu gəlirmi? Bu, mənim Səmədlə sonuncu 
görüşum oldu... 
 
1973  
  
 
YAXŞILIQ 
 
Duman qatarlanmış dağların sinəsilə sürünürdü. Sərin meh əsdi. 
Dikdirlərdəki ağacların yarpaqları sakitcə titrəşdi. Xırdaca yağış damcıları töküldü. 
Bir əlinə düşən damcıya, bir də silsilə dağlar boyunca iməkləyən dumana təlaşla 
baxdı, hövlnak: 
- Ay Səməd dadaş, ay Səməd dadaş, - deyə qışqırdı. 
Adı çağırılan adam təpənin o üzündən dolama cığırla irəliləyir, dodaqaltı 
zümzümə edirdi. 
 
Xırdaca-xırdaca yağar yağışlar, 
Vurğun Səmd bu dövranı alqışlar, 
Möhtərəm qarelər məni bağışlar, 
Cavandır yazanı bizim dağların. 
 
O, tüfəngini saz kimi sinəsinə basıb, aşıqsayağı: “Daha ov olmaz, dərdin 
alem, dərdin alem”, - deyə-deyə, onu çağıran Uzuna tərəf gəlirdi. 
- Ay Səməd dadaş, yenə şairliyin tutub deyəsən. Daha ov eləmək olmaz
deyirəm vaxtkən enək aşağıya - Qaraçalaya. Heç olmasa, bir-iki quş vuraq, 
əliboşmu qayıdacayıq? 
- Nə deyirəm, ay Uzun, belə şeyləri məndən yaxşı bilirsən. Maşın hanı? 
Gödəyi də çağır gedək. 
- Odey, Gödək gözünə döndüyüm özünü maşının yanına verib. 
Hər ikisi maşının yanına endi. Şairin Gödək və Uzun dostlarının hər ikisinin 
əsl adı Allahyar idi. Onları boylarına görə belə çağırırdı. 
Sürücü maşının içində nimdaş gödəkçəsini üzünə salıb yatmışdı.  
Şair maşının şüşəsini tıqqıldadıb: 
- Tənbəl Tolya, dur görək, - dedi. - Sən də hey yatırsan ha? Heç olmazsa 
durub bu dağa-daşa tamaşa eləsən?! 
- Ay Səməd qağa, elə tamaşa eləyə-eləyə yuxu tutdu məni, hava döyül ki, 
can dərmanıdır. 


- Səni hava yox e, bəlkə butulkadakı yatırdıb? 
Tolya sağ əlini dodağına apardı: 
- Ni qrama... Səməd qağa, elə şeymi olar? Mən... 
- Yaxşı, yaxşı... 
Maşın dolama dağ yollarını keçib, nisbətən rahat meşə yolu ilə üzüyuxarı 
irəlilədi. Şair: 
- Ay Uzun, yenə nə yaman tüstülətdin, az çəksənə bu zəhrimarı, - dedi. 
- Bahasına pul verməyib ha! Şair pulu ilə alınıb, qoy ciyərini yandırsın, - 
deyə Gödək Uzuna sataşdı. 
Meşə seyrəkləşdi. Yol yavaş-yavaş aşağıya, Muğan düzünə enirdi. Arxada 
Uzunla Gödək səssizcə mürgüləyirdilər. Şairin əlində zərli müştüyə taxılmış 
siqaretin tüstüsü “Pobeda”nın  içində burula-burula itirdi. 
Mənalı baxışları aşağıdakı şoran torpaqlara zillənmişdi. Bu an, bu dəqiqə 
onun gözündə bu şoran torpağın qoynu gül-çiçək idi. Fikir-xəyal onu gah yeddi il 
bundan əvvələ, gah da uzaq-uzaq gələcəyə aparırdı. Yeddi il bundan əvvəl (1941-ci 
ildə) zəhmətsevər igidlər bu susuz səhralara qədəm qoydular. Məqsədləri bu şoran 
torpaqlara həyat vermək, təbiətin növrağını yaratmaq idi. Onlar istəyirdilər ki, bu 
torpaqda nə üşütmə olsun, nə də qızdırma, növrəstə qızların al yanağı solmasın...  
Amma uzaqlardan bir müdhiş səs gəldi. Müharibə! 
Hər şey yarımçıq qaldı. İgidlər tüfənglərini götürüb cəbhəyə getdilər. 
Quduzlaşmış faşistləri öz yuvasında boğub yenidən Muğanı gülüstana döndərməyə 
qayıtdılar. Onların hamısı qayıtdımı? Yox! Ona görə də hələ burda 
tamamlanmayan yarımçıq işlər qalırdı... 
Maşın dərin bir çuxura düşdü. Şairin fikir karvanı pozuldu. O, sönmüş 
siqaretini sümürüb irəliyə baxdı. Yolun qırağı ilə tələsik addımlarla yeriyən qadını 
görüb yerində dikəldi. 
Maşın naməlum adamım yanına çatanda o, Tolyaya “saxla!” işarəsi verdi. 
- A bacı, hardan belə? 
- Binədən gəlirəm, qardaş. 
- Qırx-qırx beş yaşlarında olan qadının alnından üz-gözündən tər damcıları 
axırdı. O utanırdı, ya nə idisə, bir addım da geri çəkildi. Çiynindəki bəzəkli 
xurcundan və başındakı dolu sərnicdən bərk-bərk yapışdı. 
- Bacı, bu sərnicdə çalxalanan nədi?   
- Ayrandı, qardaş! 
- Bu da? - Şair barmağı ilə xurcunu göstərdi. 
- Hə, sabah Novruz bayramıdı. Aparıram ki, uşaqları ovundurum. 
- Bəs evdəki kişi... 
- Kişidən qara kağız gəldi, qardaş, - arvad doluxsundu. - Gözü tökülsün 
Hitlerin... 
Araya ağır, cansıxıcı sükut çökdü. Şair, arvadın yaralı yerinə toxunduğuna 
peşman oldu. 
- Neçə uşağın var?   
- Yeddi. 


Şairin üzünə dərin kədər çökdü. Kirimişcə xurcunu yerdən götürüb maşına 
tərəf getdi. 
- Nə gözünü döyüb oturmusan, düş, o sərnici maşına qoy, - deyə Uzunun 
üstünə qışqırdı. 
Tolya əl uzadıb, qapını açdı. Şair xurcunu maşına qoydu: 
- Otur, bacı, otur, - dedi 
- Ay qardaş, siz hara gedirsiniz? - deyə arvad təşvişlə soruşdu.  
- Sənə hara lazımdır, ora aparacağıq. 
- Köçərilərə gedəcəm. 
Şair onu qabaqda, öz yerində oturtdu. Maşın tərpəndi. İndi heç kəs dinmirdi. 
Yalnız şair arabir arvadla sual-cavab eləyirdi. 
Maşın cəmi on-on beş evi olan bir kəndə yaxınlaşdı. Sağa tərəf bir döngəni 
burulub irəlilədi. 
- Burada saxlayın, mən düşüm, - deyə arvad yerində qurcalandı. 
- Evin hansıdır, bacı? - Şair soruşdu. 
- Bu evlərdən bir az aralıdadır. Çox sağ olun, yaxındı, gedərəm. 
- Yox, yox, qoy lap həyətə sürsün. Sür, Tolya. 
Arvad bərk narahat idi. Fikirləşdi ki, kaş evdə bir başı-papaqlı olaydı, bu 
xeyirxah adamları bir stəkan çaya qonaq eləyəydik. 
Tolya maşını saxlayıb soruşdu: 
- Hayana sürüm, bacı? 
Arvad ani olaraq donub qaldı. Doğma kəndində yolu azmışdı. Təlaş içində 
əyilib qabaq və yan pəncərədən yola baxdı. 
- Vay, başıma gül, səhv gəlmişik. Bağışla, qardaş, bir az geri sür, sonra bax 
o çəpərlərin arası ilə düz get, bizim dam ordadır. 
Özünü itirən arvad dönüb arxada oturan şairə: 
- Sizi də yoldan elədim, - dedi. 
Onun alnı, üz-gözü yenə də tər damlaları ilə dolu idi. Solğun, arıq yanaqları 
həyəcandan azca qızarmışdı. 
Maşın arvadın göstərdiyi damın qapısında dayandı. Ən əvvəl şair düşdü. 
Maşın səsinə torpaq damın qapısı cırıltı ilə aralandı. Qapıdan baxan uşaq: “Anam 
gəldi, maşın, maşın” - deyə qışqırdı. Onun səsinə bir dəstə uşaq ayaqyalın, 
başıaçıq, yamaqlı şalvar-göynəkdə maşına, analarına tərəf yüyürdülər. 
Maşına söykənən şair bu saf çöhrəli, çətin güzəranlı uşaqları görüb kövrəldi. 
Udquna-udquna əlini cibinə saldı. Bir xeyli pul çıxarıb gözəyarı saydı. Qalan 
ciblərindəki xırda-xuruş pulları da bunun üstünə qoydu. Az olduğuna heyfsiləndi. 
Üzünü Gödəyə, Uzuna və Tolyaya tutdu: 
- Ayə, çibinizdə nə var, bəri verin. Tolya, düş maşındakı yeməkləri də gətir. 
- Ay Səməd dadaş, bəs bizə heç nə qalmadı. Axı çölə... 
- Ayə, lal ol, acından ölməzsən... Görmürsən nə gündədirdər... - Şair uşaqları 
göstərdi. 
O pulu da, yeməkləri də fikirli-fikirli duran arvada - uşaqların nənəsinə 
verdi. Arvadın dizindən bərk-bərk yapışan qaragözlü körpənin başını sığalladı. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə