Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə18/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   14   15   16   17   18   19   20   21   ...   93

adamlara heyranlıqla baxırdı. Fikirləşirdi ki, görəsən bu qədər adam burada nə 
edir, harada yatıb-dururlar. 
Axşam saat yeddi radələrində Novruz şairin evinə bir də zəng vurdu, ona 
dedilər ki, Səməd Vurğun evdədir. 
Novruzgilə qapı açan qarabuğdayı oğlan uşağı koridor boyu qaçıb soldakı 
qapılardan birini açdı, bərkdən: 
- Ata, sənin yanına gələn var, - dedi. 
Turac Novruzun arxasından boynunu uzadıb şairi görmək istədi. Lakin 
papiros tüstüsündən qatı dumana burünmüş otaqda heç nə görə bilmədi. Acı tüstü 
həyəcandan onsuz da od tutub yanan sifətini bürüdü və onu bir-iki dəfə öskürməyə 
məcbur elədi. 
Şair Novruzla əl tutub “xoş gəldin” elədi. Turacı görən kimi ani olaraq 
nəyisə xatırlayırmış kimi: 
- Novruz, - dedi, - bu o, şerini oxuduğum Kəmərli balası deyil ki, qəribə də 
adı var... hə, yadıma düşdü, Turac. Xoş gəlibsən, oğul, xoş   gəlibsən, - Turacla   
daha səmimi görüşdü. Turacın başını tumarlaya-tumarlaya, - Şerini Qazaxda 
oxudum, xoşuma gəldi. Tanış olmaq istədim, sənə də ona görə əziyyət vermişəm. 
Şerlərindən özünlə gətirmisənmi? 
Turac sıxıla-sıxıla dəftərini şairə tərəf uzatdı: 
- Buyurun, - dedi. -  Şerlərimin  hamısı budur. İstəsəniz, əzbər də deyə 
bilərəm. 
- Çox yaxşı, oğul. Eləsə öz şerlərindən bir neçəsini de, qulaq asaq. 
Turac ani olaraq fikrə getdi. Şair, onun özünü itirdiyini bilib baxışlarını 
ondan çəkdi. Uşaq əlini bir-birinə sıxıb şer deməyə başladı. Onun şerlərində 
küsüb-incimək, qəzəblənmək, ağlamaq, xatırlamaq, hətta nakam sevgi haqqında 
kədərli motivlər də vardı. Turac üç şer oxuduqdan sonra şair: 
- Çox sağ ol, oğul, bəsdir, - deyib susdu. 
Turac həyəcanla, ürək döyüntüsü ilə gah şairə, gah da Novruza baxırdı. Şair 
tez-tez papiros çəkdiyindən onun düşüncəli sifəti tüstüdən görünməz olurdu. 
- Sən azad təbiətin qoynunda böyüyüb boya-boşa çatmısan, oğul, bəs niyə 
sənin uşaq qəlbin bu təbiət gözəlliklərini, həqiqətlərini duymayıb? Sən gərək o 
təbiətin rəngarəng zənginliklərindən, doğma məktəbindən, müəllimlərindən, pioner 
dostlarının səmimi hisslərindən yazasan. Onda şerlərin də özünəməxsus olar. 
Düzdür, qafiyə-filan hamısı yerindədir. Amma bu sevgi, ah-zar motivləri sənə hələ 
tezdir, çox tez. Yaxşı olar ki, hələlik pionerlər və drujinalar haqqında olan 
mövzulardan yazasan. Bir gün, bir vaxt gələcək ki, həyatda gördüyün, duyduğun 
insan gözəlliyini, onun kamalının hüdudsuzluğunu, sevgisini tərənnüm edəcəksən. 
Onun üçün bir az da böyümək və görmək lazımdır. Yaxşı şer yazmaq üçün çox 
oxumaq, dərin bilikli, geniş məlumatlı olmaq gərəkdir. Unutma ki, poeziya aləmi 
istedaddan əvvəl möhkəm savad tələb edir. Bax, bir neçə gündən sonra yay tətili 
qurtarır, bu tətildə yəqin ki, çoxlu kitablar oxumusan? 
Turac: 
- Bəli, oxumuşam, - dedi. - Abdulla Şaiqin, Mehdi Hüseynin və başqalarının 
adını çəkdi. 


- Bax, elə Şaiq şerlərindən bəhrələnsən bəsindi. Kənddə ata-anan, bacı-
qardaşların varmı? Necə dolanırsınız? 
- Var, bəli, atam işləyir, pis dolanmırıq. 
- Əyin-başından görünür ailəniz böyükdür. Gəlsənə, qalasan şəhərdə, 
məktəblərin birinə düzəldim oxuyasan? 
- Nə bilim, atam razı olarmı? 
Şair o biri otağa keçdi. Telefonla kiminləsə danışdı. Qayıdıb əlindəki kağız 
parçasını Novruza verdi: 
- Novruz, maarif nazirliyindən xahiş elədim ki, Turacı orta məktəblərin 
birinə düzəltsin. Deyir ki, Oktyabr rayonundakı otuz bir nömrəli internatda yer var, 
qoy orda oxusun. Get, Turacın yataq və oxumaq yerini rahatla, qayıt yenə bizə gəl. 
Atasına da bir məktub yazaram ki, narahat olmasın. Turacı görkəmli bir oğul 
eləyəndən sonra Nemət kişiyə verərik. Hələlik o, mənim oğlumdur. 
Sonra şair üzünü Turaca tutub: 
- Məktəbdə özünə yaxşı dostlar tap, çoxlu oxu. Xususilə, tarixi, riyaziyyatı, 
ədəbiyyatdan da çox oxu. Unutma ki, bunların əlaqəsi möhkəmdir. Mən sən yaşda 
olanda riyaziyyatçı olmaq isqəyirdim. Seminariyada ən çətin məsələ-misalı mən 
həll edirdim. Sonralar şer pərisi məni qanadlarına alıb sonsuz fəzalara uçrtdu. 
Pioner, komsomol, dostluq, təbiət haqqında şerlər də yazmağı unutma. Hər 
həftənin bazar günləri bizə gəl-get, öz eviniz kimi gözləyəcəyəm.. 
 
  
OBALARI OYMAQ-OYMAQ... 
 
Səməd Vurğunun sürücüsü Andreyin yerini kimdən soruşurdumsa, “xəbərim 
yoxdu” - deyirdilər. Yalnız Mirqasım əmi onun Bakıda, Xaqani küçəsində 
yaşadığını söylədi. Mirqasım əminin verdiyi ünvan təxmini idi: o nə mənzil, nə də 
ev nömrəsini bilirdi. Ona görə də Xaqani küçəsindəki bir neçə günlük axtarışım 
heç bir nəticə vermədi. Əgər təsadüfən xalq rəssamı Cəlal Qaryağdı ilə 
görüşməsəydim... 
Kirov prospektindən keçəndə bir maşın həyəcanla siqnal verdi. Sürücü 
qapını açdı: 
- Ayə, nə qayırdığındır. A zalım, məni qanamı salmaq istəyirsən? Nə olub, 
niyə belə fikirlisən, dəryada gəminmi batıb? 
Düzü, Cəlal müəllimi görəndə bərk sevindim, hərəkətimə peşmanladım. 
- Tez maşına otur görüm, yolda danışarıq, - deyə Cəlal müəllim ərklə üstümə 
qışqırdı. 
Yolda məqsədimi ona danışdım. O, həmişəki kimi özünəməxsus şaqraq 
gülüşlə güldü: 
- Budumu səni qəm dəryasına qərq edən, - dedi. - Bu saat aparım səni 
Andreyin yanına. Amma bir qonaqlıq səndə! 
Cəlal müəllim maşını Montindəki bir nömrəli avtobus parkının həyətində 
saxladı. Maşından düşüb birbaşa diktor otağına getdi. Sarışın saçlı qıza “xoş 
gördük” - deyib Andrey Parfyonovu buraya çağırmasını xahiş etdi. Bir dəqiqə 


keçməmiş reproduktor çilingər Andrey Parfyonov, gözləmə otağına gəlin”, -  deyə 
bir neçə dəfə elan etdi. 
Təxminən on dəqiqədən sonra qapını dolubədənli, gülümsər sifətli, iri 
burunlu və gözləri yamyaşıl ot rəngli bir kişi açdı. Cəlalı tanıyıb, dərhal ona tərəf 
yeridi. Qucaqlaşdılar. 
- Cavan oğlan, niyə belə tez qocaldın? - deyə o, Andreydən zarafatla 
soruşdu. 
- Hələ sən allahına şükür elə ki, Səməddən sonra bu qədər yaşamışam. 
Andrey kövrəldi. Onlar Səməd Vurğunla birlikdə elədikləri ov səfərlərini 
yada salıb xeyli dərdləşdilər. Bir müddət hər üçümüz susduq. Cəlal sir-sifətindən 
özünü itirən adama oxşayırdı. O bizi tanış eləməyi də unutmuşdu. handan-hana 
Andrey soruşdu: 
- Xeyir ola, Cəlal? 
- Hə, Andrey, bu cavan oğlan səninlə söhbət eləmək istəyir. 
Səməd haqqında... 
- Nə olar, lap yaxşı... Ancaq gərək mənim gileyimi də yazasan, oğul, - deyib 
Andrey mənə əl verdi. 
- Yaxşı, siz söhbət eləyin, mən mane olmamaq üçün mürəxxəs olum, - deyə 
Cəlal hər ikimizə baxdı. 
Sevincimdən rəssama minnətdarlıq eləmək üçün söz tapa bilmirdim. O, 
maşına qərəf gedə-gedə: 
- Jurnalist qardaş, bir də belə işlərdə lazım olsam, qanadından bir tük 
qoparıb yandır, yanında hazır olaram, - deyə yenə zarafatından qalmadı. 
...Andrey Parfyonov müəyyən fasilələrlə on yeddi il Səməd Vurğunun 
sürücüsü işləyib. Saysız-hesabsız ov səfərlərinə şairi o aparıb. Azərbaycanı, 
ümumiyyətlə, Zaqafqaziyanı qarış-qarış birgə gəziblər. Andrey şairlə birgə çox 
hadisələrin şahidi olub: əlçatmaz qayalara baxanda Səməd Vurğunun loğman kimi 
qaşlarını çatıb düşündüyünü, alicənablığını, səxavətliliyini, şəxsi ləyaqət və 
vüqarını, ona olan nəhayətsiz xalq ehtiramını görüb. 
- Səməd mənimlə sürücü kimi yox, yaxın dost, qardaş kimi rəftar edərdi. 
Onu evinin qabağında gözləyəndə bəzən qonşum, ya da dost-tanışım rast olardı. 
Onları bir yana aparmaq lazım gəlsəydi, Səməd qətiyyən etiraz etməzdi. Çox 
mehribanlıqla: 
- Andrey, apar, eybi yoxdur, mən bir az da gözlərəm, - deyərdi. 
Söhbət  zamanı Andrey İvanoviçin  üz-gözündən, oturuşundan hiss edirdim 
ki, narahatdır. Dözə bilməyib soruşdum: 
- Niyə belə narahatsınız, bəlkə harasa getməli idiniz, mən sizə mane oldum? 
- Yox, yox, mane olmamısınız, ancaq bir ricam var, əgər mümkünsə gedək 
söhbətimizi bizim evdə davam etdirək. Bəzi yadigarları da sizə göstərərəm. 
Andrey İvanoviçin çilingər stolunun arxasından durub həyətə çıxdıq. O, 
avtobuslardan birinə yaxınlaşıb siqnalı basdı. Mən sürücünün gec gəldiyini görüb 
zarafatla dedim: 
- Andrey İvanoviç, özünüz sükan arxasına keçin, sürün gedək. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə