Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə77/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   73   74   75   76   77   78   79   80   ...   93

Müsahiblərimin hamısı kimi Nazim Əfəndiyev də deyir ki adam günlərlə ac-
susuz oturub ona qulaq asmağa hazır idi. Mən hələ ona bənzər, onun görkəmdə, 
şəxsiyyətdə maraqlı bnr adama rast gəlməmişəm. 
Təbiətin bizə nadir bir inci kimi bəxş etdiyi insandan sağ qalan dostları 
mübaliğəsiz, riyasız danışırlar. Həyatda belə bir maraqlı adama rast gəldiklərinə 
necə də sevinməsinlər. Bu adamlar talelərindən çox-çox razıdırlar ki, Səməd 
Vurğun kimi bir şəxsiyyətin, bir şairin müasiri olublar. 
Adam bu səmimi, ürəkdən gələn sözləri dinlədikcə, bilmir ki, təbiətəmi alqış 
desin, yoxsa Səməd Vurğunu doğan anayamı?! 
Əlbəttə, hər ikisinə!.. 
 
1975 
 
 
TANIŞLIQ 
 
Ağəli Cavadxanlı meşəsinə çatanda əl atıb tüfəngi çiynindən saldı. İri bir 
qaya parçasının üstündə oturub xeyli fikrə getdi. Bu gün ova çıxmağının 
səbəbkarını xatırlayıb öz-özünə  bığaltı gülümsündü. 
- Eh, - dedi, - allah nə versə qəbuldur, öz işidir, qismətdən artıq pay olmaz. 
O ayağa durdu. Qatardan iki güllə çıxartdı, çaxmağı çəkib tüfəngi doldurdu. 
Onun məqsədi bir şey vurmaq deyildi. Hamilə Fitatın səs-küyünü eşitmək 
istəmirdi, bir də qonşulardan utandırına görə bu gün ova çıxmışdı. Ehtiyat yaxşı 
şeydir, birdən qurd-quşa, qabana rast gələrəm, - deyə fikrindən keçirdi. Dizə çıxan 
qarı yara-yara meşəyə girdi, bir xeyli getmişdi ki, tüfəng səsi eşidib dayandı. İki ay 
bundan qabaq bu meşədə o taydan keçən dörd qaçaq tutduğunu xatırladı. 
- Yenəmi o quldur köpək uşağından qalıb, - deyə o, ehtiyatla böyük bir 
palıdın arxasına keçdi, tüfəngin səsini izləməyə başladı. Fikirləşdi ki, burada 
durmağın mənası yoxdur, tüfəng səsi talanın yanından gəlir. Hər kim olsa gəlib 
talaya çıxacaq. O, talanın qırağına çatanda yenidən tüfəng açıldı. Bir turac fırlanıb 
düz talanın ortasına düşdu. İrəli öz-özünə: 
- Zalım oğlu nə yaman sərrast atır, - dedi. Bir göz qırpımında meşədən bir ov 
tulası çıxıb qaça-qaça Turacı götürdü. İt bir anlıq ayaq saxladı, sonra yavaş-yavaş 
ona tərəf gəlib iki addımlıqda dayandı, turacı pəncəsinə alıb, ona tərs-tərs baxdı. 
Ağəlinin yad adam olduğunu hiss etdi, ovu götürüb uzaqlaşdı. Kimsə talanın o 
başında bərkdən: 
- Reks, Reks - deyə qışqırdı. 
Ağəli yerində quruyub qalmışdı. Bu naməlum adamların belə sərbəst ov 
etmələri onu təəccübləndirdi. Bu vaxt ovçular talaya çıxdılar. İt qabaqda gəlirdi. 
Görünür onlara Ağəlinin burada olmağını it işarə vermişdi. Onlar danışa-danışa 
Ağəliyə tərəf gəlirdilər. On beş-iyirmi addım qalmış elə bil kimsə Ağəlini 
silkələdi. O, tüfəngi üzünə qaldırıb: 
- Dayanın! - dedi, özü bir göz qırpımında irigövdəli bir ağacın arxasına 
keçdi. - Kimsiniz, nəçisiniz, sizə kim icazə verib ov etməyə? 


Ovçuların hər ikisi talanın ortasında quruyub qaldı. Handan-hana onlardan 
biri dilləndi: 
- Ayə, qardaş, bir yaxşı bax, bəlkə bizdən kimisə tanıdın? 
- Mən heç birinizi tanımıram, tanımaq da istəmirəm, tüfəngləri irəli atıb 
üzünüzü çevirin, sizi birbaşa milisə aparacağam, yoxsa... 
Ovçular sakitcə bir-birinə nəsə dedilər. Ağəli meşənin arxasının sərhəd 
zonası olduğunu xatırladı. Ovçuların pıçıldaşmaları onu daha da şübhəyə saldı. 
Belə hallar bir neçə dəfə olmuşdu: ovçu adı ilə bu tərəfə keçən bir neçə casus 
tutulmuşdu. 
- Xahiş edirəm, heç  bir tədbirə əl atmayın, nə də başqa fikrə düşməyin, - 
deyə Ağəli zəhmli və sərt səslə acıqlandı, - bir tərpənişinizə güllənin ikisini birdən 
atacam. 
Sağdakı alçaqboylu ovçu: 
- Ay qardaş, - dedi, - biz sən deyən adamlardan deyilik, bir yaxşı-yaxşı bax, 
bəlkə birimizi tanıdın, heç şair, yazıçı görmüsənmi? 
- Mən  şair-mair tanımıram, şair şəhərdə oturar, bu sazaqda, şaxtada nə 
ölümü var qaranlıq meşədə. Məni dilə tutmayın, tüfəngləri atıb üzünüzü çevirin, - 
deyə Ağəli daha da sərt səslə acıqlandı. 
Yenə gödəkboylu ovçu: 
- Ayə, qardaş, heç Səməd Vurğun adında adam eşidibsənmi, bəlkə kitab-
dəftərdə şəklini görmüsən, başını ağacın arxasından bir balaca çıxart, yaxşı-yaxşı 
bax. 
Ağəli onların fağır-fağır durmalarından, bir də Səməd Vurğunun adını 
eşitdiyindən həm ürəkləndi, həm də bir az canlandı. Müharibədən əvvəl o, rayon 
mədəniyyət evində çıxış edən Səməd Vurğunu görmüşdü. O gün mədəniyyət evi 
ağzınacan dolu idi. Ordenli şair Səməd Vurğunun rayonlarına gəlməyini eşidən 
uzaq kəndlərin camaatı da  axışıb gəlmişdi. Onda qara, qıvrım saçlı, arıq bir oğlan 
tribunaya qalxdı. Döşündəki orden elektrik işığında bərq vurub ulduz tək yanırdı. 
Yerdə camaat sakitləşmirdi. O, uca və məğrur bir səslə “Azərbaycan” şerini oxudu: 
 
Çox keçmişəm bu dağlardan, 
Durna gözlü bulaqlardan. 
Eşitmişəm uzaqlardan 
Sakit axan Arazları, 
Sınamışam dostu, yarı... 
 
Ağəli bu görüşü xatırladı, əgər şair burda olsa, onu tanıyacağını zənn etdi. 
Amma yenə ehtiyatı əldən buraxmayıb ağacın arxasından: 
- Hə, - dedi, - Səməd Vurğunu bir şair kimi hamı necə, mən də elə tanıyıram, 
nə olsun? 
Yoldaşına nisbətən ucaboylu, qulaqlı papağının altından ağarmış saçları azca 
görünən ovçu: 
- Heç bilirsənmi ki, qarşında əsir-yesir elədiyin o sənin tanıdığın Səməd 
Vurğundur? 


Ağəli ağacın arxasından çıxıb qarı yara-yara iri addımlarla onlara tərəf getdi. 
Beş addım qalmış tüfəngi yerə atdı... Gözünü şairin gözündən çəkmədən: 
- Bağışla, şair, sən allah, bağışla, biz muğanlıların qonaqsevərliyini özün 
daha yaxşı bilirsən, - deyib onu qucaqladı. 
Səməd Vurğun dərindən nəfəs alıb, taqətsiz qarın üstündə oturdu. 
- Otur, - dedi, - ayə, otur görüm, - əlilə Ağəliyə yanında yer göstərdi, - 
nəçisən, harada işləyirsən? Ağəli sıxıla-sıxıla peşmançılıqla: 
- Nə bilim, - dedi, - kənd əhliyəm, darıxdım, gələn deyiləm, nəsə bu gün ova 
çıxdım. 
- Kənd əhli olmağını bildim, şəhərlidə belə cəsarət olmaz, vəzifən nədir, 
səsin çox gur çıxır, zəhmin də yaman ağırdır. 
- Səməd dadaş, sən allah məni bağışla, tanımadım, bir az kobudluq elədim. 
İmişlidə işləyirəm, rayonun xalq hakimiyəm. 
Şair gülə-gülə: 
- Ayə, bağışlamağa yer qalmadı, nənəyin xoruzu ölsün, ürəyimizi üzdün. 
Yəqin vəzifənə güvənib belə zəhmli danışırsan. 
Onlar birlikdə deyə-gülə köhnə dostlar kimi rayona qayıtdılar. Şair həmin 
günü Ağəlinin evinə qonaq düşdü. Qonaqlıq vaxtı o birisi otaqdan səs gəldi. Şair 
dedi: 
- Ağəli, biz bu otaqda şənlik edirik, bəlkə o, birisində xəstə-zad var, ona pis 
təsir edər. 
Ağəli şadlıqla: 
- Yox, yox, şair, sizin gəlişinizlə dünyaya bir körpəmiz də göz açdı. 
- Oğlandımı, qızdımı? 
Ağəli qürur və vüqarla: 
- Əlbətə, oğlandır, oğulun oğlu olar, - dedi. 
- Əgər eləsə adını mən qoydum, - deyib, şair ayağa durdu.- Şad nəzərlərini 
oturanların üzərindo gəzdirib: - Qardaşlar, badələrinizi doldurun, - dedi, - Hamı 
çox gözəl bilir ki, “Vaqif” əsərini mən yazmışam. Vaqifin adını da öz oğluma 
qoymuşam. Mənim gəlişimlə bu gün ulu Muğanda yeni bir igid, bir bahadır 
dünyaya göz açdı. Onu da öz balam hesab edib, adını Vaqif qoyuram. Dədə 
Qorqud babamız demişkən, adını mən verdim, yaşını allah versin. Vaxt gələcək ki, 
bu gün doğulan Vaqif məktəbdə oxuyarkən ədəbiyyat kitabında mənim şəklimi 
görəcək. Fəxrlə deyəcək ki, mənim  adımı bu şəkildəki şair qoyub... 
Min doqquz yüz qırx altıncı il dekabrın otuz birində dünyaya göz açan 
həmin Vaqif Ağəli oğlu Qubadov indi böyük bir ailənin başçısıdır. Hazırda 
İsmayıllı rayonunda mexanik işləyir. 
 
 
QƏFİL GƏLƏN QONAQ 
 
Məni “Ulduz” jurnalı redaksiyasına çağırıb, Masallının Boradigah 
qəsəbəsinin məktəblisi Xalid Zülfüqarovun məktubu ilə tanış etdilər. Xalid yazırdı 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə