Щомерин поемалары вя «китаби-дядя горгуд»



Yüklə 231,04 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix25.08.2018
ölçüsü231,04 Kb.
#64075
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

deyildir…  Əsərin mərkəzində  müəyyən qəbilələr heyəti kimi  yaşayan bir 

xalq var». (15; 24-25, 36)

Oğul həsrətilə çırpınan Baybörə bəy   Bayındır xanın ulu məclisində 

birdən-birə ağlamağının səbəbini belə izah edir: «Bəglər, tacım-təxtim içün 

ağlaram. Bir gün ola, düşəm öləm, yerimdə-yurdımda  kimsə qalmıya».(52) 

Ölkənin   mühafizəsi,   qənimətlər   əldə   edilməsi     Bayındırın   kürəkəni   baş 

sərkərdə,   vitse   kral   Qazan   xana   mənsubdur.     İç   Oğuz,   Taş   Oğuz   iki 

tayfadır, hər tayfa qəbilələrdən ibarətdir və bir ittifaqda yaşayırlar. Döyüş 

boylarının sonunda qəbilə başçıları öz titulları ilə bir-bir qeyd olunur, sada-

lanır. 


Eyni quruluş axeylərdə (yunanlarda) və troyanlarda da vardır. Vahid 

hakimiyyət var, padşah-hökmdar vardır, lakin onun ölkəsi qəbilələr ittifa-

qından ibarətdir. Məsələn, Troya qoşunlarında çox müxtəlif qəbilələr iştirak 

edir,   onlar   müttəfiqdirlər,   ümumi   hökmdar   İlion   hakimi   Priamdır,   baş 

sərkərdə   isə   Hektordur   –   Priamın   oğlu.   Yaxud   axeylilər   də   müttəfiq 

qəbilələrin birliyindən ibarətdir, baş hakim Aqamemnondur, əsəs sərkərdə 

isə Axillesdir. 

Axeylilər:

Say-hesabsız qəbilələr dəstələrlə, axın-axın

Axışırdı camaatın yığıncağı olan yerə. (27)

Yaxud axeylilərə əsir düşmüş Yevmedoğlu Dolon Troya müttəfiqlərini 

belə sayır:

Karilərin, əyri yaylı peonların, leleqlərin

Pelaskların qoşunları sahil boyu yerləşiblər.

Fimbranın  yaxınında  likyalılar,  misililər,

At ram edən frakyalılar, mərd meonlar məskən salıb…

Odur, yeni gəlmiş qoşun – frakyalılar kənardadır (151) və s.

Axeylərin və troyanların dini görüşləri qədim şumer dini görüşlərinə 

uyğundur:   çoxallahlılıqdır   və     allahların   ulu   əcdadının   Okeanın   dibində 

olduğu təsəvvürü vardır. Zevsin bacısı və arvadı Hera belə deyir:

Bərəkətli dünyanın ən son həddinə gedirəm ki,

           Allahların əcdadları Okeanla Tefiyaya

           Dəyim. Axı onlar məni evlərində bəsləmişlər… (214)

Şumerlər   də   göy   allahı   An   və   Yer   allahı   Kinin   okean   sularının 

dərinliyində   bütün varlığın  «böyük anası»  ilahə  Nammudan doğulduğu 

fikrində olmuşlar. (3, 144)  

22



  «Dədə   Qorqud»da   isə   din   dəyişmiş,     hadisələrin   təkallahlılığa 

uyğunlaşdırılmasına cəhd edilmiş, əsərə bir qat  islam örtüyü çəkilmişdir. 

Lakin yenə uyğun cəhətlər qalmışdır. Axeylilər və troyanlar döyüşqabağı 

allahların şərəfinə şərab səpir, dua edir, qurban kəsirlər.  Hektorun sözləri:

Əziz ana, yox, sən mənə şirin şərab vermə hələ,

Şərab məni sərməst elər, cürətimi alar əldən.

Belə kirli əllərimlə Zevsə şərab səpmərəm mən           

Qanlı-tozlu əllər ilə  buludyığan ulu Zevsə

Dua etmək, əziz ana, bilirsən ki, layiq deyil.

Sən yığ nəcib arvadları, tez apar o qurbansevən 

Afinanın məbədinə…

Nəzr elə ki, hələ işə qoşulmamış  on iki baş

Cöngə qurban verəcəksən, qoy o bizə rəhm eləsin… (96)

«Dədə Qorqud»da dini görüş bu şəkildə redaktə edilmişdir: «Qalın 

Oğuz bəgləri arı sudan abdəst aldılar. Ağ alınlarını yerə qodılar. Eki rükət 

namaz qıldılar.  Adı  görklü  Məhəmmədi    yad gətürdilər.  Gumbur-gumbur 

nəqaralar dögüldi. Bir qiyamət savaş oldı, meydan dolı baş oldı». (66) 

Lakin Oğuz igidləri də daim şərabın itisindən ləzzət alırlar.

Poemalarda Homerin qəribə mənalandırma üsullarından biri budur ki, 

hadisələrin hər birinin törədicisi allahlar hesab olunur, lakin fikirləşirsən ki, 

real həyatda bu hadisə elə belə də olmalı idi. Axillesin yaxın dostu igid 

Patrokl   üç   dəfə   həmlə   edərək   troyalılardan   xeyli   adam   qırır,   dördüncü 

həmlədə sərpuşu başından düşür, gözləri dumanlanır – Homer bunun Feb-

Apollon   tərəfindən   edildiyini,   Apollonun   yumruğu   ilə  gücdən  düşdüyünü, 

nəticədə Yevforb adlı əsgərin nizəsilə yaralandığını, Hektorun nizəsi ilə yerə 

sərildiyini təsvir edir. Lakin hadisənin özü də təbiidir. Hər tərəf troyanlardan 

ibarətdir.   Gözünü   qan   örtmüş   kimi   hücum   çəkən   Patrokl   həqiqətdə   də 

nizədarlardan birinin nizəsilə həlak ola bilərdi.  Oğlu Uruzu xilas etmək üçün 

Qazan xan qanlu Qara Dərvənddə üç dəfə təkbaşına kafərə hücum çəkir: 

«Dönə-dönə bir zəman yaxşı savaş elədi, kafəri alam,- dadi. Alamadı. Bir 

saətdə kafərə üç kərrə at dəpdi. Nagah gözi qapağına qılıc toqundı. Qara 

qanı şorladı, gözinə endi. Özin sarb yerlərə saldı.   Görəlim indi yaradan 

neylər…» (76) Göründüyü kimi, Qazanın məhvi üçün real zəmin var. Lakin 

yaradanın  köməyi öz  işini görür:  elə bu  anda  qırx incə  belli qızla Burla 

xatun, dalınca da Oğuz igidləri özünü yetirir, Qazan və Uruz xilas edilir.

Allahların   hadisələrə   münasibəti   ilə   bağlı   daha   uyğun   detallar   var. 

Məsələn,   poemalarda   fani   insan   allaha   qurbanlar   vəd   edir,   ondan   nicat 

diləyir, lakin allahlar onun diləyini qəbul edə də bilir, etməyə də bilirlər. 

Axilles küsüb döyüşə getmir, vəziyyətin ağırlığını görüb dostu igid Patroklu 

döyüşə göndərir və göylərə üz tutaraq Zevsə yalvarır ki, onu troyalılara 

23



qəhrəman kimi tanıtsın və həm də sağ saxlasın.  Lakin Zevs xahişin birini 

qəbul edir, birini etmir:

Belə deyib yalvardı o. Zeves qəbul etdi bunu,

Ancaq igid Axillesin rədd etdi bir xahişini:

Düşmənləri qovmaqda o, kömək etdi mərd Patrokla,

Ancaq onu sağ qaytarmaq xahişini rədd elədi… (242)

Odur ki ölüm ayağında Patrokl Hektora üz tutaraq deyir:

Bəd taleyin hökmü ilə məni əvvəl Feb-Apollon,

Sonra Yevforb vurdu, sənsə üçüncüsən.(255)

Allahla bu cür davranış   dastanın çox qədim boylarından olan «Dəli 

Domrul»   boyunda   daha   aşkardır   və   həmin   qədim     ölümsüzlər   –   fanilər 

münasibətini bu boy daha yaxşı mühafizə etmişdir. Dəli Domrulun əzrayıl 

haqqında   sözləri   allaha   xoş   gəlmir:   «Həq   təalaya   Domrulun   sözi   xoş 

gəlmədi».(79) və əzrayıla onun canını xırlatmağı tapşırır. Can verib, can 

alanın allah olduğunu bildikdən sonra Domrul allaha üz tutaraq yalvarmağa 

başlayır   və   bu   zaman   onun   sözləri   allaha   xoş   gəlir:   «Allah   təalaya   Dəli 

Domrulun burada sözi xoş gəldi». (81) Can yerinə can bulmadıqda allaha 

üz tutaraq «Alursan, ikimüzün canın bilə alğıl» sözləri də allaha xoş gəlir 

(«Həq təalaya Dəli Domrulun sözi xoş gəldi», 83) və ona uzun ömür bəxş 

edir. Bunlar, fikrimizcə, həmin çoxallahlılıq təfəkkürünün izləridir. 

V.M.Jirmunski   «Dəli   Domrul»   boyunda   iki   süjetin   birləşdiyini   qeyd 

etmişdir:     Domrulun   əzrayılla   vuruşması,   ərin   ruhunun   əvəzinə   arvadın 

ruhunun verilməsi.  Müəllif birinci süjetə yunan mifologiyasından, ikincisinə 

yeni yunan mahnılarından misallar vermişdir. M.Seyidov bu süjetlərin türk 

xalqlarında qədimdən olduğunu qeyd etmiş, məsələn, noğaylardakı Çora-

Batır   əfsanəsinin   «Dəli   Domrul»   boyunun   az   qala   eyni   olduğunu 

göstərmişdir. Lakin M.Seyidov Kiçik Asiyada həmin mövzunun yunan mifləri 

ilə qarşılaşdığını, çarpazlaşdığını da güman etdiyini bildirmişdir. (21,10-11)

Basatın   hər   dəfə   Təpəgözün   kələyindən     xilas   olarkən   «Tənrim 

qurtardı» (102) deməsi də bu qəbildəndir. Qazanın dustaq olduğu və Uruz 

tərəfindən azad edildiyi boyda   təkur arvadını  Qazan inandırır ki, quyuda 

onların ölülərinin yeməyini əllərindən alıb yeyir və onların yorğa ölülərini 

minir. Bu təfəkkürün özü də ibtidai təfəkkür nümunəsidir. Beləliklə, hər nə 

qədər islama keçilmiş olsa da,   bir sıra boylarda qədim dini düşüncənin 

izləri aydın şəkildə qalmışdır. Bu boyda Qazanın    «tənri mənəm» deyən 

asiləri, «yonma ağac tənrili» kafəri   lağa qoyması da hadisələri daha uzaq 

keçmişlə bağlayır. (118-119)

Dastandakı   «Ölən   adam   dirilməz»   hikməti   «İliada»da   da     vardır: 

«Ölən bir də dirilməz, sən öz canının hayına qal!» (368) Elə təsvirlər var ki, 

24



Yüklə 231,04 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə