Щомерин поемалары вя «китаби-дядя горгуд»



Yüklə 231,04 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix25.08.2018
ölçüsü231,04 Kb.
#64075
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

gətirməyi tələb edir. Beyrək öz yayını gördükdə ağlayır və yayı çəkib oxu 

buraxır, Yalançuğun   üzüyünü paralayır.(63) 

Burada bir neçə məntiqsizlik var: Bu yarış nə məqsədlə keçirilir?  Nə 

üçün göygünün üzüyünü nişan qoyublar?   Və sonra Beyrək   «göygülərə 

qurban ol!» deyir - toy bir nəfərin olduğu halda, «göygü» sözü niyə cəm 

haldadır? Belə çıxır ki, Dəli Qarcar da, Şir Şəmsəddin də, Uruz da evlənirmiş 

bu toyda, bunların hamısı kürəkən imiş. Amma belə deyil.

Yenə birinci suala haqq qazandırmaq olar: toydur, şənlikdir, ona görə 

də Oğuz igidləri at çapır, ox atır, igidlik göstərirlər. Sonrakı suallara cavab 

tapmaq   olmur.   Süjet   pozulub.     «Odisseya»   əsərində   kürəkən   olmaq, 

Penelopa   ilə   evlənmək   istəyən   çoxdur,   burada   isə   təkdir.   Balta   əvəzinə 

üzükdür,   bu,   üç   min   il   əvvəlin   deyil,     sonrakı   dövrün   «yarışı 

çətinləşdirməsidir». Lakin məhz nə üçün göygünün üzüyü nişan qoyulub? – 

bunu da anlamaq olur -  istəmirlər ki, Yalançuq  Banıçiçəklə evlənsin, heç 

kəsin ürəyindən deyil. Və ya bəlkə o özü yarışa başlamaq, şənlik yaratmaq 

üçün bu vasitəni seçib. Bəs «göygülərə qurban ol!» nə deməkdir?   Üslub 

pozulub. Bizə elə gəlir ki, bu, ən qədim süjetin qalığıdır. Balta üzüklə, çox 

adam tək adamla əvəz olunub, amma iddiaçı çoxluğu mexaniki olaraq sax-

lanılıb.

Hər iki qəhrəmanın ox-yayı da başqalarının ox-yayından fərqlidir. Hər 

adam   onların   yayını   dartıb-əymək   qüdrətinə   malik   deyil.   Və   hər   iki 

qəhrəman ox-yayını əlinə alarkən dəruni hisslər keçirir, düşüncələrə dalır, 

onu çox asanlıqla idarə edir. 

Hər iki əsərdə sədaqətli çobanlara qayğı var. Qazan xan ailəsini, mal-

dövlətini xilas etmək üçün gedəndə Qaraca çobana deyir: «Allah mənim 

evimi qurtaracaq  olarsa, səni  əmiraxur  eyləyəyin» - dedi. İkisi  bilə yola 

girdi». (46) Və düşmən üzərində qələbədən sonra sözünü yerinə yetirir də: 

«Qaracıq çobanı əmiraxur elədi. Yedi gün, yedi gecə yemə-içmə oldı»  (50)

Odissey   isə     Penelopa   məftunları   ilə   döyüşə   başlamamış   sədaqətli 

çobanları Filotilə və Yevmeyə özünü tanıdaraq deyir:

Ey naxırçı və ey çoban, heç bilmirəm deyim sizə,

Ya deməyim öz sözümü. Ürəyim əmr edir ki, de! 

Bilin ki, o – mən özüməm! Başıma çox bəla gəlib…

Allahların köməyilə yağıları məhv eləsəm,

Sizi dərhal evləndirib mal da, mülk də verəcəyəm

Öz evimin lap yanında sizə də ev tikiləcək.

Telemaxın qardaşı və dostu sizi biləcəyəm. (612)

Hər iki dövrdə köləyə bu cür münasibət uyğun və səxavətlidir.

Həm «İliada»da, həm də «Dədə Qorqud»da

  oğul həsrəti ilə beli 

bükülmüş ata surəti vardır.

19



Beyrəyin   gəldiyini   atasına   xəbər   verirlər.   Əvvəl   gəlini   Banıçiçək, 

ardınca da Qazan xan Baybörə bəyə şad xəbəri çatdırır. Sevinc içərisində 

olan Baybörə deyir: «Oğlım idigin ondan biləyim, sırça barmağını qanatsun, 

qanını dəstmala dürtsün, gözimə sürəyin, açılacaq olursa, oğlım Beyrəkdir!» 

- dedi.

Zira   ağlamaqdan   gözləri   görməz   olmış   idi.   Dəstmalı   gözinə   silcək, 



allah-təalanın  qüdrətilə gözi açıldı. Atası-anası  güldilər. Beyrəgin ayağına 

düşdilər». (66)

Odissey mülkünü və ailəsini xilas etdikdən sonra atası Layerti 

görməyə gedir.  Vəziyyətini öyrənmək üçün əvvəl özünü tanıtmır:

Atasının ürəksıxan görkəmini  - onu tamam

Əldən salmış qocalığı görən kimi mərd Odissey

Uca armud ağacının altda durub çox ağladı. (643)

Sonra tanışlıq verir. Beyrəyin atası kimi, qoca Layert də inanmaq üçün 

şərt qoyur:

Doğrudan da, əgər oğlum Odisseyin özüsənsə,

Bir nişanə göstər mənə ki, yəqinlik hasil edim. (645)

Odissey həm ayağındakı qaban dişi əhvalatını danışır, həm də atasının 

bir   vaxtlar   bu   böyük   bağda   onun   üçün   ayırmış   olduğu   ağacları   bir-bir 

sadalayır:  

Onda mənə on üç armud, on alma və qırx da əncir

Ağacı bəxş eləmişdin, üstəlik də il boyunca

Təzə-təzə üzüm verən əlli tənək bağışladın…

Belə dedi, Layertin həm dizi əsdi, həm ürəyi.(645)

Göründüyü  kimi, şərtlər məzmunca başqa-başqa olsa da, mahiyyət 

birdir.


Hər iki əsərdə əsas döyüş alətləri qalxan, ox və qılıncdır; geyim, zireh 

əsasdır.   Amma   «İliada»da   nizə   döyüşü   daha   geniş   təsvir   edilir.   Hər   iki 

əsərdə döyüş üsulları da əksərən eynidir. Bayındır xanın vəziri Qazılıq qoca 

Düzmürd qalasına gəlib Arşun oğlu Dirək təkura hücum çəkir: «Qazılıq qoca 

anı gördiginləyin yel kibi yetdi, yeləm kibi yapışdı. Kafərin ənsəsinə bir qılıc 

urdı.   Zərrə   qədər   kəsdirəmədi.   Növbət   kafərə   dəkdi.   Ol   altmış   batman 

gürzlə Qazılıq qocaya dəpərə tutıb çaldı. Yalan dünya başına tar oldı. Düdük 

kibi qan şorladı..» (94) «İliada»da:

Menelaya cumdu birdən  Pilemenid Qarpalion:

O, yaxından Menelayın qalxanına nizə vurdu;

20



Ancaq qalxan dəlinmədi.

Mərd Menelay arxasından onu oxla yaraladı…

Qara qanı axdı getdi, altındakı yer islandı.(201-202)

Hər iki əsərdə ibtidai silah növü olan sapanddan istifadə edilir. Qaraca 

çoban kafir qoşununu sapandla məhv edir və bir qədər də şişirdilmiş halda 

–   daş   qurtaranda   sapanda   qoyun,   keçi   qoyub   atır.   «İliada»da   sapand 

ehtiyatdadır,   döyüşdə   daşla   vuruş   güclü   məhvedicilik   qüvəsinə   malikdir. 

Lakin sapanddan bir dəfə əsgər yoldaşın yarasını bağlamaq üçün istifadə 

edildiyi  qeyd edilmişdir: 

Akenor tez o nizəni çəkib onun  yarasından

Sıx toxunmuş yun sapandla sardı onu möhkəm-möhkəm. (200)

Poemalarla   dastanın   təsvir   və   təhkiyə   üsullarında   yaxınlıq   çoxdur. 

Homer   müqayisələrdən   bir   bədiilik   vasitəmsi   kimi   çox   geniş   istifadə 

etmişdir.  Saysız obrazlı müqayisələrə müraciət etmişdir.

Hektor, əldə möhkəm qalxan, irəlidə yeriyirdi:

Ölüm saçan ulduz necə gah buludlar arasından

Parlar, gah da gözdən itib yox olarsa zaman-zaman,

Hektor da gah birdən-birə ön səflərdə, gah arxada

Zahir olub qoşunlara sərəncamlar verməkdəydi.

Ulu Zevsin şimşəyitək parlayırdı hər bir yanda.(156)

Eyni   təsvir   üsulu   «Dədə   Qorqud»un   da   orijinal   xüsusiyyətidir: 

«Qaraqucın   oynaddı Uruz, kafərin sağına at dəpdi. Sağlı-sollı kafəri xub 

tağıtdı.  Sanasan kim, tar yolda tolu düşdi. Ya qara qazın  içinə şahin girdi. 

Kafərin   ucını   basdı,   tağıtdı…»   (71)   Bu   cür   təsvir   Homerdə   bir   sistem 

şəklindədir və çox zəngindir.

Hər  iki   əsərdə   qəhrəmanın   oğlu   döyüş   sınağından   keçirilir.   Hər  iki 

əsərdə gənc varislərin ordusu ona sədaqətlə xidmət edir və s.

Yazıya alınma tarixləri arasında uzun zaman fərqi olsa da,



    hər iki 

əsərdə ictimai-siyasi quruluş da, demək olar ki, eynidir. «Dədə Qorqud»da 

bəylər öz mülklərini idarə edirlər və vahid bir xana – xanlar xanı Bayındıra 

tabedirlər.   Hər   kəsin   öz   tac-taxtı   var.   «Dastanda   bütün   qəbilələri,   zəif 

bağlarla olsa da, birləşdirən xandır (Bayındır xan).Lakin buna baxmayaraq, 

hər qəbilənin başında qəbilə böyüyü, bəy dayanmışdır. Bəylər xana tabe 

olsalar da, yenə sərbəstliklərini mühafizə edirlər. Xarici düşmənə qarşı  və 

yaxud basqın zamanı qəbilələr asanlıqla birləşir. Qəbilə başçıları seçilmir. 

Onların başçılığı   nəsli və ənənəvi gedir… Burada hər kişi əsgərdir, lazım 

olduğu   vaxt   silahlanır,   hətta   bəzən   qadınlar   da   silahlanıb   vuruşurlar… 

Dastanda   quldarlığın   çox   zəif   əlamətləri   vardır…   qul   hələlik   işçi   qüvvəsi 

21



Yüklə 231,04 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə