Щомерин поемалары вя «китаби-дядя горгуд»



Yüklə 231,04 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix25.08.2018
ölçüsü231,04 Kb.
#64075
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   16

Qarcarın qolunun quruması   eyni tipli hadisələrdəndir. Qazan xanın Uruzu 

xilas etmək üçün tanrıdan hacət diləməsi və çətin vəziyyətdə tanrının ona 

kömək göndərməsi – Oğuz igidlərinin özlərini yetirməsi və s.

Troyanı   və   troyalıları   Homer   «gözəl,   abad   Troya»,   (209)   «atbaz 

Troya», (303) «yeyin atyetirən troyanlar»,   (71) «atları bol Troya» (81) 

sözləri ilə məhəbbətlə təsvir etmişdir. At məsələsi daha çox saklar-skiflərlə 

bağlı məsələdir. Eyni zamanda «Dədə Qorqud» qəhrəmanlarının da nicat 

vasitəsi atdır. At Oğuz ərlərinin diriliyidir. Qazan  xan «Qonur atın iyəsi» 

olmaqla fəxr edir. «Ata bağlılıq, atı sevmək, atı həyat dostu bilmək, başqa 

sözlə, atı fetişləşdirmək bütün Azərbaycan qəhrəmanlıq dastanlarına   xas 

olduğu kimi, «Dədə Qorqud» dastanında  da əsas yer tutur».(15,26)

Şair   «Troyanın   uzunpaltar   qadınları»   ifadəsini   işlədir.   (108)   Bu   da 

sak-skif geyiminin mühüm bir nümunəsidir. 

Homer   döyüşən   tərəflərə   humanist   münasibət   bəsləyir,   mütəfəkkir 

şair, demək olar ki, tərəfgirlik etmir. Lakin ədalətsizlik həmişə olub. On ilə 

yaxın   bir   müddətdə   Troyanı   mühasirədə   saxladıqları   halda,   axey 

qəhrəmanlarından biri özlərini mərdliklə müdafiə edən troyalılar haqqında 

«Ey   qırğından   gözü   doymaz,   sərt,   həyasız   troyanlar!»   (201)   kimi   sözlər 

işlədir. 

Hər   iki   əsərdə   qonşu   tayfa   qadın   və   qızlarını   əsir   edib   qul   kimi 

işlətmək   bir   qaydadır.   Hər   iki   əsərdə   igidlər   daim   al   şərabdan   istifadə 

edirlər.


Bunları   –   bu   uyğun   cəhətləri   bəlkə   artırmaq   da   olar.   Lakin   o   ba-

xımdan, o tarixi səviyyədən nəzər saldıqda hiss edirsən ki, dastanı işləyə-

işləyə solğunlaşdırmışlar. Epizodlarda müasirləşdirmələr aparmışlar. Dili də 

dəyişmiş, dini də dəyişmişdir. Lakin daim köklü türk dilində olmuş və türk 

varlığını saxlamışdır. Fikrimizcə, onun başdan-binadan mənzum olduğunu 

iddia edinlər doğru fikirdədir (biz bir vaxt bu fikri inkar etmişik). Və çox 

güman   ki,   bu   dastan   da   iki   hissədən   ibarət   olmuş,   biri   itib-batmışdır. 

Homerin   əsərləri   və   bizim   dastan     eyni   miflərdən,   eyni   tipli   qarət 

döyüşlərindən, qəbilələrarası müharibələrdən bəhs etsə də, orijinal olmuş, 

yunan və türk təfəkkürünə uyğun yaradılmışdır.

Bir   cəhəti   də   qeyd   etmək   olar   ki,   bütün   bu   müqayisələrlə   yanaşı, 

Homerlə Dədə Qorqudun özünü də müqayisə etmək olar. Dədə Qorqudun 

neçə yerdə qəbri olduğunu güman edirlər. Bunlar doğru olmasa da, bir şeyi 

təsdiq edir ki, Homer kimi, o da bütün Şərqi gəzib dolaşmış, belə bir dastan 

yaradaraq   aləmə   yaymışdır.     Bu   cəhəti   hələ   vaxtilə   Əli   Sultanlı   da 

düşünmüş və yazmışdır: «Hər halda deyilənlərdən belə bir nəticə çıxarmaq 

olar   ki,   Dədə   Qorqud   dastanın   ilk   yaradıcısıdır.     Onun   ilk   nüvəsini, 

nəğmələrin rüşeymini   o qoşub söyləmişdir.   Bu ədəbi nüvənin həcmini, 

ifadə xüsusiyyətlərini, bədii vəznini indi   elm aləmində müəyyənləşdirmək 

qəti şəkildə mümkün deyildir».(15, 11) Müəllif yenə deyir: «…Dədə Qor-

qud»   dastanının   yaranış     kökləri   çox   dərinlərə   gedir.   Bu   köklər   öz 

28



mövcudiyyət qidasını  xalqın xəyallarından, əsatir və əfsanələrindən, xalqın 

yaradıcılıq dühasından almışdır».(15, 34)

Biz poemalarda türklərin axeylər və başqa dil daşıyıcıları ilə bir dövr-

də, yanaşı yaşadıqlarını, yaxın əlaqə və münasibətdə olduqlarını göstərən 

kifayət qədər dil faktlarını da qeyd edə bilərik.

Homerin təsvirlərindən aydın olur ki, dillər çoxdur. Bu da  hiss olunur 

ki, təsvir edilən obyektə hər tayfa, hər qəbilə öz dilində ad vermişdir. Əhali 

tez-tez yerini dəyişdiyindən təsvir edilən obyektlərin adları da müxtəlifdir, 

yəni   eyni   obyektin   müxtəlif   adları   vardır.   Məsələn,   Penelopa   yuxuda 

gördüyü   gözəl   səsli   bir   quşun     adını   belə   xatırlayır:   «Allahlarda   – 



xalkidadır,   fanilərdə  –  kimindadır»..  (213)   Ümumən   əsərdə   əsas 

hədisələr ölümsüzlər (allahlar) və fanilərlə (ölərilər, insanlar) bağlı olduğu 

kimi, Homerin fikrincə, adları da onlar vermişlər: ölümsüzlərin verdiyi adlar 

daha   qədimdir,   bir   sıra   xüsusi   adların   hansı   tayfa   tərəfindən   verildiyini 

bilmədiyi üçün Homer belə adları allahlara aid edir; fanilərin verdiyi adlar 

isə Homerin  təsvir etdiyi dövr sakinlərinin verdiyi adlardır.. 

Bizim cəmiyyət  dillərin inkişaf yolunu pis təsəvvür edir. Odur ki dil-

lərin təşəkkül tarixi də çox zaman bəsit təsəvvür edilir. Hələ üç min il əvvəl 

dillərin  (və şübhəsiz öz dilinin  və yunan  dilinin) zənginliyi barədə  Troya 

qəhrəmanlarından igid Eney Axillesə müraciətlə deyir:

İnsanların dili oynaq, bu dildə də sözlər bol-bol,

Düz-dünyanı ot otlayan sürülər tək bürüyər söz.

Nə söz desən, cavabında elə bir söz eşidərsən,..

Bir-birilə bəhsə girib, küçənin tən ortasında

Hirslənərək söyüş söyən arvadlartək, doğru-yalan,

Hərzə sözlər söyləməklə bir-birini təhqir etmək

Bizə əsla yaraşmayır… (304)

Elə bil, bugünkü dil, bugünkü insanlardır. 3000 il əvvəlki dili Homer nə 

qədər zəngin  və enerjili bilir!

Poemalarda, xüsusilə «İliada»da türk mənşəli xeyli toponim, etnonim, 

hidronim   və antroponim işlənmişdir. Doğrudur,  poemalarda, xüsusən də 

«Odisseya»   əsərində   mifik   adlar   da   çoxdur,   lakin    



Malay   burnu,   Krit 

adası, İardançay mənsəbi, Misir sahili, Afina, Sparta, Frakiya, Kipr 

və s. kimi real tarixi toponimlər göstərir ki, poemalarda işlənmiş  hər xüsusi 

adı mifik ad hesab etmək olmaz.

Xüsusi   adların   bir   qismini   nəzərdən   keçirək.   Məqsəd   yunanlarla 

türklərin mədəni yaxınlığını qeyd etməkdir.

Troya. «İliada» və «Odisseya» toponimləri içərisində ən çox işlənəni 

və «İliada»da hadisələrin   cərəyan etdiyi məkanı göstərən söz  



İlion  və 

Troya  sözləridir.   Əsərdən   belə   duymaq   olur   ki,   Troya   həm   axeylilərin 

29



Yüklə 231,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə