Щомерин поемалары вя «китаби-дядя горгуд»



Yüklə 231,04 Kb.
Pdf görüntüsü
səhifə16/16
tarix25.08.2018
ölçüsü231,04 Kb.
#64075
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   16

yaratmışdır. Yeni yaranmış xalqı  Latinin adı ilə 

Latın xalqı adlandırmışlar. 

Troyanın süqutundan başlayaraq on altı nəsil ötdükdən sonra Eneyin 17-ci 

nəsli olan Romul  öz adamları ilə gəlib  Palantiyada qala salmış və öz şərəfi-

nə ona 


Roma demişdir. Etrusk yazılarında Dardan tanrılarından bəhs edilir. 

Etrusk   ərazilərindən   üzərində   Eneyin   təsviri   olan   qab   tapılmışdır.   Roma 

imperatorları öz babaları Eneylə fəxr etmiş, Yuli Sezar  Eneyi öz əcdadı say-

mış və Eneyin oğlu Yulun adını daşımışdır. (bax: 5,64-64) Bunları ona görə 

bir qədər təfərrüatı ilə qeyd edirik ki,  türk mif və əfsanələrinin qərbə necə 

yayıldığı ilə oxucu bir daha tanış ola bilsin. 

Türklərin həmin dövrdə İtaliya ərazilərinə köçməsi barədə başqa tarixi 

məlumatlar da vardır. Bu axının bir mühüm səbəbini də Troyanın süqutu 

dövründə Kiçik Asiyada baş vermiş dəhşətli aclıqla izah etmişlər. Tarixdə 

bununla bağlı iki mühüm köç haqqında məlumat verilir:  «E.ə.XII yüzilliyin 

başlanğıcında   (biz   onun   tarixini   dəqiq   müəyyənləşdirə   bilmirik)       Xett 

imperiyasının   məhvini   təqribən   xalqların   iki   köçü   ilə   əlaqələndirirlər. 

Onlardan biri 1225-ci ildə Merneptax dövründə,  o birisi isə 1192-ci ildə  III 

Ramses   dövründə   Misir     sərhədinə   köçürmədən   ibarət   olmuşdur.   İkinci 

köçdən az sonra və ya  dərhal ondan sonra, görünür,  Troyanın süqutu baş 

vermişdir (yunan mənbələrinə görə).

Hər iki köç xalqların  tərkibinə görə  tamamilə müxtəlif idi  və müxtəlif 

səbəblərdən   baş   vermişdi.     Merneptaxın   dövründə   Kiçik   Asiyada   elə 

dəhşətli   aclıq   yayılmışdı   ki,   tirrenslərin   də   (başqa   sözlə   etruskların)     bir 

qisminin   turuşlar   adı   ilə   birinci   dalğada   hərəkətinə   səbəb   olmuşdu. 

Yerdəyişmə   iqtisadi   səbəblərlə   bağlı   idi.   Mühacirlər   dəniz   yolu   ilə   Kiçik 

Asiyadan qərbə yönəlmişdilər (onların bir hissəsi İtaliyaya düşə bilərdilər)

…»  (16,16-17)

Eney  sözünü   yunan   dilindəki  aenea  («əbədi»)   və   latın   dilindəki 



aeneus  («möhkəm»,   «uçulmaz»)   sözləri   ilə   müqayisə   etmişlər.(5,   55). 

Lakin   fikrimizcə,   bu   söz   türk   dillərində   çox   geniş   şəkildə   işlənən   «qurd 

balası»   mənasında  

əniy  sözündəndir.   Böyük   türk   xaqanlığını   yaratmış 

Bumın   kağanın   tayfası  da     çin   dilində  bu   sözlə  



a-şina  – «nəcib  qurd» 

adlanırdı.  (rus  dilindəki  

henok, türk dillərindəki  ənik,  çin dilindəki  şena 

sözləri eyniköklüdür; bax: 14, 97-114)



Paris  –   Priamın   oğludur.   Onun   Aqamemnonun   qardaşı   Menelayın 

arvadı   gözəl   Yelenanı   qaçırıb   Troyaya   gətirməsi   müharibə   üçün   bəhanə 

sayılır. Odur ki hərdən qınaq mənbəyidir: «Ey saçını qız tək hörüb, qızlardan 

göz ayırmayan lovğa qoçaq…»  (163)

Paris   - «bars» (pələng) sözündəndir. Türk dillərində   Bars buğa, 

Bars beg, xakas dilində isə Paris adları məlumdur.  (6,,84-85)

Troya qəhrəmanlarından  



Alber  adının «alp ər»  mənasında olduğu, 

Askan  şəxs   adının     «azqın»   sözü   ilə   bağlı     olub   «dəcəl,   qəzəblənmiş, 

qızmış, tərs, sözə baxmayan» mənalarında işləndiyi izah edilmişdir..(5,56-

57) Priamın bacısının adını bildirən 

Aytilla adı  qırğız antroponimiyasındakı 

37



Aytilla ilə müqayisə edilmişdir. (5, 58) Bu söz bəlkə də böyük hun sərkər-

dəsinin   adının   -



Attila  sözünün   əcdadıdır.   Afrodita   troyalıların   dilində 

Bayana şəklində qeydə alınmışdır. Bayana türk mifologiyasında himayəçi 

qadın tanrısı sayılır və «bəy ana» kimi izah edilir. (12,82-85)

Bunlardan başqa, poemalardakı  

Alt (Priamın qaynatasının adı, 313), 

İtil  (597),  Pir    (246),  Elat  (tərcümədə  Yelat  verilib,   90)     kimi   şəxs 

adlarının,  



Tayget  dağ adının (tərcümədə  Qayget   gedib, 439),  Aksi  çay 

adının (44)  türk mənşəli olduğunu söyləmək mümkündür.

 Ümumən Homerin «İliada» və «Odisseya» poemalarındakı onomastik 

leksikanın ətraflı tədqiqinə xüsusi ehtiyac vardır. Biz isə Homer dövründə 

«Dədə   Qorqud»u   yaradan   oğuz   türk   tayfalarının   axeylilər   və   başqa 

hindavropalılar   ilə   qonşuluq   şəraitində   yaşadıqlarını,   yaxın   əlaqə   və 

münasibətdə   olduqlarını   göstərmək   üçün   bir   neçə   nümunəni   nəzərdən 

keçirməli   olduq.   Bunlar   göstərir   ki,   bir   kökdən   olan   insan     eyni   real 

hadisələr,   eyni   mif   və   əfsanələr   əsasında   dastanlar   yaradır   və   həmin 

dastanları tədricən öz səciyyəsinə müvafiq şəkildə cilalayır.  



ƏDƏBİYYAT

1.Homer. İliada. Odisseya. Bakı, «Yazıçı»,1986 («İliada» M.Rzaquluzadə, «Odisseya» 

Ə.Ziyatay tərəfindən tərcümə edilmişdir).

2.Kitabi-Dədə Qorqud. Bakı, «Yazıçı», 1988.

3.Q.Kazımov.Azərbaycan   dilinin   tarixi   (ən   qədim   dövrlərdən   XIII   əsrə   qədər),   Bakı, 

«Təhsil» Nəşriyyatı, 2003.

4.C. W. Blegen. Troy and the Troyans, N. Y., 1963. 

5.Çingiz   Qaraşarlı.   Qədim   yunan,   roman,  kelt   və  german  dillərində   türkizmlər.   Bakı, 

«Elm», 2005.

6.Drevnetörkskiy slovarğ. Leninqrad, «Nauka»,1969.

7.Qomer.   İliada.   Odisseə.   Alma-Ata,   «Mektep»,   1986.   Perevod   s   drevneqreçeskoqo 

N.Qnediça, V.Jukovskoqo.

8.L.A. Qindin. Naselenie qomerovskoy  Troi. M., «Nauka», 1993.

9. Apollodor. Mifoloqiçeskaə biblioteka. L., «Nauka» 1972, 

10.V.V.Radlov. Opıt slovarə törkskix nareçiy. IV-2.

11.G.V.Sevortən. Gtimoloqiçeskiy slovarğ törkskix əzıkov. İzd.-vo «Nauka», M., 1974.

12.N.Kudaçina. K gtimoloqii slova «bay»   v altayskom əzıke. Sovetskaə törkoloqiə, 5, 

1980.


13.Vl.Kruze. Qomerovskiy slovarğ. S.Peterburq, 1880

14.Q.Kazımov.Dil. Tarix. Poeziya. Bakı, «Nurlan», 2005.

15.Əli Sultanlı. «Kitabi-Dədə Qorqud» və qədim yunan dastanları, Bakı, Elm, 1999.

16.M.Rimşneyder. Ot Olimpii do Ninevii vo vremena Qomera». Perevod s nemeükoqo 

L.P.Suzdalğskoy, Moskva, «Nauka», 1977.

17.Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dili tarixi.Birinci hissə, Bakı, «Maarif», 1979.

18.Kitabi-Dədə Qorqud.Bakı, Yazıçı, 1988.

19.Mirəli Seyidov. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı, Yazıçı, 1983.

20.A.Jubanov.  Strunı stoletiy. Oçerki o jizni , deətelğnosti i tvorçestve kazaxskix 

narodnıx kompozitorov, Alma-Ata, 1972.

38



21..M.Seyidov. Azərbaycan – erməni ədəbi əlaqələri, Bakı, Elm, 1976.

Homer’s Poems and ”Kitabi-Dede Qorgud”

Professor Gazanfar Kazimov

In his article professor Kazimov investigates the Troyan events of the 

50s of the XIII century B.C.  and topic relations between the poems of 

“Iliad” and “Odyssey” and “Kitabi-Dede Qorgud”.

Such chapters of “Dede Qorgud” as “How does Basat kill Depegoz”, 

“Gam Bore’s son Bamsi Beyrek”, “Salur Qazan’s house theft” and in some 

other chapters in the depiction of political events, in composition and 

structures, in the ways of depiction, in religious world outlook one can find 

a very close coincidence between “Iliad” and “Odyssey” and “Dede 

Qorgud”.


These once again show that though “Kitabi-Dede Qorgud” later was 

brought to Islam isues, and some modernizations were done in poem, this 

work is a good example of military democratic period, and it is the 

monument of Homer’s period and of his age. Both Homer’s poems and 

“Kitabi-Dede Qorgud” took their beginning from the same root. It becomes 

clear that Indo-europeans and turks lived together and side-by-side and 

created original masterpieces of art on the basis of the same social events.

The second major reason is that the investigation of Troya toponyms, 

etnonyms,  hidronyms, and antroponyms show that they are of turk origin. 

And it once more proves the thesis that the Troya is a turk town, and the 

troyans are turk tribes.  

Газанфар Кязимов

доктор филологических 

наук, профессор

ПОЭМЫ  ГОМЕРА И ЭПОС «КНИГА МОЕГО

ДЕДА КОРКУДА»

В   статье   подвергнуты   анализу   сюъетные   параллели     меъду 

огузским   героическим   эпосом   «Китаби-Деде   Коркуд»   и   эпическими 

поэмами   Гомера   –   «Илиадой»   и   «Одиссей»,   повествующими   о 

событиях   и   героях   Троянской   войны   60-50-х   гг.   ХЫЫЫ   в.   до   н.э,, 

приключениях Одиссея. В результате этого исследования установлены 

существенные   переклички   гомеровских   поэм   с   огузским   эпосом   в 

описании   общественных   явлений,   в   композиционном   построении 

фабулы и сюъета,  в изобразительных средствах и способах, в ростках 

социального   уклада   и   политического   строя,   в   религиозных   веро-

39



ваниях.   Более   того,   историко-лингвистический   анализ   топонимов, 

этнонымов, гидронимов и антропонимов, связанных с Троей, выявил 

несомненное тюркское их происхоъдения, подтвердив отмеченный в 

специальной   литературе   факт:   Троя   был   тюркский   город,   троянцы 

были тюркскими племенами.

Таким образом, несмотря на то, что «Книга моего деда Коркуда» 

в   эпоху   раннего   средневековья   претерпела   определенную 

исламизацию,

 

неоднократно



 

испытывала

 

впоследствии 



осовременивание,   этот героический эпос, носящий явный отпечаток 

эпохи   военной   демократии,   является     памятником   времён   Гомера, 

ровесником   эпических   поэм   великого   древнегреческого   старца.   Не 

подлеъит   сомнению   тот   факт,   что   общими     источниками   этих 

оригинальных образцов высокого искусства были  одни и те ъе мифы и 

легенды, фольклорные материалы, социальные уклады, общественно-

политыческие   события,   предопределенные   общностью   совместной 

ъизнедеятельности индоевропейцев и тюрков.



Qəzənfər KAZIMOV

Filologiya elmləri doktoru, professor

HOMERİN POEMALARI 

VƏ 

«KİTABİ-DƏDƏ QORQUD»

Məqalədə   Homerin   e.ə.   XIII   əsrin   50-ci   illərinə   dair   Troya   ha-

disələrindən  və sonrakı  onillikdə Troya qəhrəmanlarından Odisseyin başına 

gələn   macəralardan   bəhs   edən   poemaları   («İliada»   və   «Odisseya»)   ilə 

«Kitabi-Dədə Qorqud» dastanı arasındakı  süjet uyğunluqları araşdırılmışdır. 

«Dədə Qorqud»un «Basatın Dəpəgözi öldürməsi»,  «Qam Börənin oğlı 

Bamsı Beyrək», «Salur Qazanın evi yağmalandığı» boylarında və bir sıra 

başqa   boylarda   ictimai   hadisələrin   təsvirində,   kompozisiya   və   quruluş 

məsələlərində,   təsvir   üsullarında,   ctimai-siyasi   quruluşun   görüntülərində, 

dini   görüşlərdə     «İliada»   və     «Odisseya»   əsərləri   ilə   çox   mühüm 

uyğunluqlar vardır. 

Bunlar   göstərir   ki,   «Kitabi-Dədə   Qorqud»   sonralar   islam   dininə 

uyğunlaşdırılsa da, dastan üzərində dəfələrlə müasirləşdirmələr aparılsa da, 

bu   əsər   hərbi   demokratiya   dövrünün   xüsusiyyətlərini   daşıyır   və   Homer 

dövrünün  yadigarı,   Homerin   yaşıdıdır.  Həm Homerin   poemaları,  həm  də 

«Kitabi-Dədə Qorqud» eyni mif və hadisələrdən   qaynaqlanmışdır. Aydın 

olur   ki,   hindavropalılarla   türklər   birlikdə   və   yanaşı   yaşamış,   eyni   folklor 

40



materialları,   eyni   ictimai   hadisələr   əsasında   orijinal   sənət   nümunələri 

yaratmışlar.

İkinci   bir   mühüm   cəhət   də   budur     ki,     Troya   toponim,   etnonim, 

hidronim   və   antroponimlərinin   tədqiqi   onların   türk   mənşəli   olduğunu 

göstərir. Bu hal   elmi ədəbiyyatda qeyd edilən bir cəhəti – Troyanın türk 

şəhəri, troyalıların türk tayfalarından ibarət olduğunu bir daha təsdiq edir.



Qəzənfər KAZIMOV

Filologiya elmləri doktoru, professor

HOMERİN POEMALARI 

VƏ 

«KİTABİ-DƏDƏ QORQUD»

Məşhur yunan  şairi  Homerin dünya ədəbiyyatının  ən qədim inciləri 

olan. e.ə. XIII  əsrin  50-ci illərinə dair  Troya hadisələrindən   və sonrakı 

onillikdə   Troya   qəhrəmanlarından   Odisseyin   başına   gələn   macəralardan 

bəhs   edən   poemaları   («İliada»   və   «Odisseya»)   ilə   bizim   «Kitabi-Dədə 

Qorqud» dastanı arasında çox mühüm süjet uyğunluqları, ideya və üslub 

yaxınlığı mövcuddur.  

«Dədə Qorqud»un «Basatın Dəpəgözi öldürməsi», «Qam Börənin oğlı 

Bamsı Beyrək», «Salur Qazanın evi yağmalandığı» boylarında və bir sıra 

başqa   boylarda   ictimai   hadisələrin   təsvirində,   kompozisiya   və   quruluş 

məsələlərində,   təsvir   vasitə   və   üsullarının   strukturunda,   ictimai-siyasi 

quruluşun görüntülərində, dini görüşlərdə  «İliada» və  «Odisseya» əsərləri 

ilə çox mühüm uyğunluqlar vardır. 

Yazıya alınma tarixləri arasında uzun zaman fərqi olsa da,



    hər iki 

əsərdə   ictimai-siyasi   quruluş,   demək   olar   ki,   eynidir.   «Dədə   Qorqud»da 

xanlar öz mülklərini idarə edirlər və vahid bir xana – xanlar xanı Bayındıra 

tabedirlər. Hər kəsin öz tac-taxtı var. Oğul həsrətilə çırpınan Baybörə bəy 

41



Bayındır xanın ulu məclisində birdən-birə ağlamağının  səbəbini belə izah 

edir:   «Bəglər,   tacım-təxtim   içün     ağlaram.   Bir   gün   ola,   düşəm   öləm, 

yerimdə-yurdımda kimsə qalmıya».Ölkənin mühafizəsi, qənimətlər əldə edil-

məsi  Bayındırın kürəkəni baş sərkərdə, vitse kral Qazan xana mənsubdur. 

İç   Oğuz,   Taş   Oğuz   iki   tayfadır,   hər   tayfa   qəbilələrdən   ibarətdir   və   bir 

ittifaqda   yaşayırlar.   Bir  sıra   boyların   sonunda     döyüşdən   qayıdan   və   ya 

döyüşə girən qəbilə başçıları öz titulları ilə bir-bir qeyd olunur, sadalanır. 

Eyni quruluş axeylərdə (yunanlarda) və troyanlarda da mövcuddur. 

Hər iki tərəfdə vahid hakimiyyət var, padşah-hökmdar vardır, eyni zamanda 

hər bir ölkə qəbilələr ittifaqından ibarətdir. Məsələn, Troya qoşunlarında çox 

müxtəlif qəbilələr iştirak edir, onlar müttəfiqdirlər, ümumi hökmdar İlion 

hakimi Priamdır, baş sərkərdə isə Hektordur – Priamın oğlu. Axeylilər də 

müttəfiq qəbilələrin birliyindən ibarətdir, baş hakim Aqamemnondur, baş 

sərkərdə isə Axillesdir.

Bu əsərlərin sayəsində biz ədəbiyyatda bir-birinə çox yaxın olan yu-

nan və Azərbaycan Təpəgöz surətləri ilə tanış oluruq. 

Hər   iki   əsərdə   işin   icra   vasitə   və   üsulları,   insanların   yaşayış   tərzi 

eynidir. 

Əsərlərdə sadiq çoban surətləri vardır və hər iki əsərdə sədaqətli sadə 

adamlara  qayğı ilə yanaşılır. 

Həm «Odisseya»da, həm də «Dədə Qorqud»da qadınlar axıra qədər 

öz ərinə sədaqətlə yaşayır, 16-20 illik ayrılıqdan sonra qayıdıb gələn ərini 

ciddi   sınağa   çəkirlər.   Penelopanın   sehrli   çarpayı,   Banıçiçəyin   üzük 

əhvalatları kimi. 

Hər iki əsərdə ağaca müqəddəs varlıq kimi baxılır.

Hər iki əsərdə  hadisələr əvvəlcədən yuxu vasitəsilə xəbər verilir. 

Hər iki əsərdə qəhrəmanı əvəz etmək istəyən düşmən qüvvə əvvəl 

sınağa çəkilir, sonra məhv edilir.

Hər iki əsərdə oğlunu tanımaq üçün sınağa çəkən əzabkeş ata obrazı 

vardır. 


Hər iki əsərdə əsas döyüş alətləri qalxan, ox, qılınc və sapanddır. 

Homerin təsvir etdiyi qəbilə və tayfalar müxtəlif bəhanələrlə daim bir-

birini qarət edir, bu yolla var-dövlət əldə edirlər. Bu cəhət eyni dərəcədə 

Oğuz qəhrəmanlarına da aiddir. 

Axeylərin və troyanların dini görüşləri şumerlərin görüşlərinə uyğun-

dur:   çoxallahlılıqdır   və   allahların   ulu   əcdadının   Okeanın   dibində   olduğu 

təsəvvürü vardır. 

Bütün bunlar göstərir ki, e.ə. 1260-1240-cı illərin hadisələrindən bəhs 

edən «İliada» və «Odisseya» əsərləri ilə bizim  1300 illiyini qeyd etdiyimiz 

«Kitabi-Dədə Qorqud» yaşıddır, eyni dövrdə, eyni real və mifik hadisələr 

zəminində yaranmışlar. Lakin poemaları yunanlar daha əvvəllər yazıya alıb 

saxlamış, təbii ki, yeri gəldikcə əlavələr də etmişlər; dastanı isə vaxtında 

yazıya almamış, sonralar - yazıya alındığı dövrlərdə isə ciddi dəyişikliklərə 

42



uğratmışlar, ilkin formadan fərqli bir formaya salmışlar.  Hətta hiss olunur 

ki, bu və ya digər boyu atmış, yeni boylar yaratmışlar. Və ya obrazların 

adları, bəlkə arxaik rəng aldığı üçün səciyyəsi də dəyişdirilmişlər. Lakin nə 

qədər dəyişdirilmiş olsa da, yenə ilkin izlər əsaslı şəkildə  qalmışdır.

Bunları   –   bu   uyğun   cəhətləri   artırmaq   da   olar.   Lakin   o   tarixi 

səviyyədən nəzər saldıqda hiss edilir ki, dastanı işləyə-işləyə epizodlarda 

müasirləşdirmələr aparmışlar. Dili də dəyişmiş, dini də dəyişmişdir. Lakin 

daim köklü türk dilində olmuş və türk varlığını saxlamışdır. Fikrimizcə, onun 

başdan-binadan mənzum olduğunu iddia edinlər doğru fikirdədir. Homerin 

əsərləri və bizim dastan   eyni miflərdən, eyni tipik qarət döyüşlərindən, 

qəbilələrarası müharibələrdən bəhs etsə də, orijinal olmuş,  yunan və türk 

təfəkkürünə uyğun yaradılmışdır.

Qeyd  etdiyimiz  uyğun  detalların  heç   birini   təsadüfi   saymaq   olmaz. 

Bunlar     minilliklər   boyu   vahid   mənbədən   hər   bir   xalqın   özünə   məxsus 

götürdükləridir.   Ağla   bu   da   gələ   bilməz   ki,   bu   cür   süjet   eynilikləri   biri 

digərindən köçürmənin nəticəsidir. Sadəcə olaraq, bunlar məntiqi şəkildə 

aydın göstərir ki, türklər və axeylilər çox qədim dövrlərdən yanaşı yaşamış, 

bir-biri   ilə   son   dərəcə   yaxın   münasibətdə   olmuşlar.   Axeylilər   troyanlara 

qarşı ittifaqla vuruşduqları halda, onların qonşuluğundakı frakiyalılar troyalı-

ların müttəfiqi idilər. 

  «Kitabi-Dədə   Qorqud»   sonralar   islam   dininə   uyğunlaşdırılsa   da, 

dastan   üzərində   dəfələrlə   müasirləşdirmələr   aparılsa   da,   bu   əsər   hərbi 

demokratiya dövrünün xüsusiyyətlərini daşıyır və Homer dövrünün yadigarı, 

Homerin yaşıdıdır. Həm Homerin poemaları, həm də «Kitabi-Dədə Qorqud» 

eyni mif və hadisələrdən  qaynaqlanmışdır. 

Troya,   İlion,   Qarqar,   İda,  Skamandr,   Skandiya,   Askaniya, 

Skey, Pelask, Ksanf, Dardaniya, dardanlar, Batı, Kimmerlər, Priam, 

Hektor,   Eney,     Paris  və   s.   Troya   toponim,   etnonim,   hidronim   və 

antroponimlərinin türk mənşəli açılışı göstərir ki, ellinlərlə yanaşı yaşayan 

troyalıların türk tayfalarından ibarət olduğu, Troyanın türk şəhəri olduğu 

barədə  elmi ədəbiyyatda  söylənilən fikirlər  doğrudur. 

Bunlar   bir   daha   təsdiq   edir     ki,   bir   kökdən   olan   insan     eyni   real 

hadisələr,   eyni   mif   və   əfsanələr   əsasında   dastanlar   yaradır   və   həmin 

dastanları   tədricən   öz   səciyyəsinə,   öz   təfəkkür   tərzinə   müvapfiq   şəkildə 

cilalayır.  



43

Document Outline

  • Газанфар Кязимов
    • ПОЭМЫ  ГОМЕРА И ЭПОС «КНИГА МОЕГО

Yüklə 231,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə