Щомерин поемалары вя «китаби-дядя горгуд»



Yüklə 231,04 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix25.08.2018
ölçüsü231,04 Kb.
#64075
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   16

xarakteristikasını   biz   həm   Troya   dövrü   etnoslarının   yaşadığı   mərhələyə, 

həm də oğuzların «Kitabi-Dədə Qorqud»dakı zamanına aid edə bilərik. Hər 

iki əsərdən aydın olur ki, həqiqətdə də elə bir güclü istilaçı hegemon dövlət 

yoxdur   və   bir-biri   ilə   vuruşan   xalqlar   əsasən   eyni   gücdə   olan   qəbilələr 

birliyindən ibarətdir.

«Kitabi-Dədə Qorqud»u oxuduqca   fikrimizi ifadə edə bilməsək də, 

daim belə bir daxili düşüncə ilə   yaşamışıq ki,   hadisələrin cərəyan etdiyi 

dövr necə bir dövrdür? Ətrafda nə fars var, nə ərəb var, nə erməni, nə də 

gürcü. Elə bir güclü dövlət müşahidə olunmur ki, fikirləşəsən ki, oğuzlar 

üçün qorxuludur. Elə bil, elə bir dünyadır ki, yer üzündə yalnız oğuzlar var 

və bir də qüvvə etibarilə onlara az-çox bərabər olan müxtəlif qəbilələr. Bu, 

həqiqətdə   də   dastandan   alınan   əsas   təəssüratdır   və   zaman   etibarilə 

M.Rimşneyderin   təsvir   etdiyi   dövrə   tam   uyğundur.   Deməli,   dastanın 

üzərində işləyənlər, onu zamana uyğunlaşdıranlar ictimai quruluşu dəyişə 

bilməmiş,   zamanın   əsas   səciyyəsini   olduğu   kimi   saxlamağa   məcbur 

olmuşlar.

Yunanların  daimi   yaşadığı   ərazi   bizə   məlumdur.   Bəs   türk-oğuzlar 

haqqında nə demək olar?

Əvvələn, burada bir şeyi birdəfəlik nəzərə almaq lazımdır ki, «Kitabi-

Dədə Qorqud»un Səlcuq oğuzları  ilə heç bir əlaqəsi   yoxdur.   Səlcuqlar 

türklərin   bir   qolu   kimi,   bu   dastan   haqqında,   qədim   bir   türk   eposu   kimi 

məlumata   malik   ola   bilərdilər.   Ən   ibtidai   məntiqsizlikdir   ki,     sərkərdə 

Səlcuqun   başçılığı   ilə   yaranmış   bir   türk   toplumu   –  tayfası   gəlib   az   vaxt 

ərzində bütün şimali və cənubi Azərbaycanı türkləşdirib keçsin Anadoluya. 

İkinci məntiqsizlik o olardı ki, madam Səlcuqun dəstəsi Anadoluya keçmiş 

və   oranı   əbədi   türk   yurduna   çevirmişsə,   nə   üçün   dastanda   oğuzların 

yerləşmə parametrləri Azərbaycan əraziləri üzərinə düşür?  Deməli, bunlar 

ibtidai düşüncənin məhsuludur.

Səlcuqlar  dastan   yaradan   oğuzlar   deyil.   Dastanı   yaradanlar 

Azərbaycanın   qədim   əhalisi   olan,   ən   azı   ilkin   mərhələlərdə   yunanların 

qonşuluğundan   şərqə   doğru   yayılmış   oğuzlardır.   Orta   Asiyada   «Dədə 

Qorqud» yarana bilməzdi. Onun Homer poemaları ilə bütün uyğunluqları 

Ön Asiya – Azərbaycan hüdudları ilə bağlıdır. Bunu bizdən 50-60 il əvvəl 

Ə.Dəmirçizadə də qeyd etmişdir. (17, 104)

Tarixi də çox qədimdir və ilkin formalaşmanın ən azı M.Rimşneyderin 

təsvir   etdiyi   dövrə   düşdüyünü   inamla   söyləmək   olar.   Dastanın 

müqəddiməsinin XV əsrdə yazıya köçürülərkən əlavə edildiyi barədə fikirlər 

vardır. (16,5) Bunlar göstərir ki, dastanı yazıya yenidən köçürən şəxs onu 

islam   dini   ilə   bağlamağa     zamanına   yaqın   Bayat   boyından   Qorqut   ata 

diyərlər, bir ər qopdı».(18,31)

Lakin  araşdıralar   göstərir   ki,   dastanın   aparıcı   şəxsiyyətlərindən   biri 

olan Qorqud obrazı türk təfəkküründə daha qədim tarixə malikdir. Qorqud 

daha qədim mifoloji bir obrazdır. 

3



Əli Sultanlı Dədə Qorqud haqqında xalq arasında  mövcud olan belə 

bir əfsanəni xatırladır: Dədə Qorqud   aydın, bərraq gözlü   divin qızından 

dünyaya gəlmişdir.  Boyu altı arşın imiş. Gənc yaşlarında qopuz və tambur 

çalmağı öyrənmişdir. O, xanların məsləhətçisi olmuş, dörd yüz il yaşamışdır.

Dədə Qorqud ölümdən qaçarmış.O, bir gün yuxuda yerqazanlara rast 

gəlir.  Soruşur ki: «Bu yeri nə üçün qazırsınız?»  «Müqəddəs Qorqud üçün 

qazırıq» deyirlər.  O, qəbirqazanlardan qaçır,  Yer kürəsinin mərkəzinə enir. 

Qaranlıq   dünyaya   gəlib   çıxır.     Su   üstündə   yaşamaq   qərarına   gəlir.     Su 

üstünə xalça salır və orada 100 ilə qədər qopuzunu çalır. Lakin ölüm ondan 

əl çəkmir.   Ölüm ilan şəklində suya girib xalçaya dırmaşır, Dədə Qorqudu 

çalıb öldürür.(15,8-9)

Biz  bu əfsanəni oxuyan kimi, «Gilqamış» dastanı, Gilqamışın başına 

gələnlər   –   onun   ölməzlik   çiçəyi   əldə   etməsi,   lakin   həmin   çiçəyi   ilanın 

oğurlaması, Gilqamışın arzusuna çata bilməməsi  yadımıza düşdü. Və sonra 

gördük ki, bu düşüncə ilə hələ 25-30 il əvvəllər görkəmli alimimiz Mirəli 

Seyidov yaşamışdır.

Mirəli müəllim qeyd edir ki, boylardakı Qorqud «daha əskilərlə bağlıdır 

və özgə dünyanın – mifik aləmin nümayəndəsidir».(19,135) Və yenə deyir: 

«Qorqut Ata   türkdilli xalqların mifoloji təfəkkürlə yaşadıqları çağın mifik 

obrazıdır».   (19,   136)   Müəllif   Qorqut   sözünü   qor-qut   şəklində   iki   kökə 

ayırmış,   xoşbəxt,   uğurlu   od   mənasında   izah   etmişdir.(19,136)   «Qut» 

sözünü də mifoloji təfəkkürlə bağlamışdır: «Qut türkdilli xalqların ən əski 

inamları   ilə   bağlıdır.Bu   inam   öz   kökləri   ilə     ibtidai   qəbilə   quruluşu 

insanlarının  təfəkkürü ilə səsləşir». (9,139)

M,Seyidov   eyni   əfsanənin   qazax   xalqı   arasında   da   olduğunu, 

musiqişünas   Əhməd       Jubanov   tərəfindən   qeydə   alındığını   göstərir.   Bu 

əfsanəyə əsasən,  20 yaşında olarkən ağ paltarı bir nəfər Qorquda  yuxuda 

bildirir ki, o yalnız 40 il yaşayacaqdır. Bunu eşidən Qorqud öz sevimli dəvəsi 

Jelmayaya minib dünyanı gəzir, qəbirqazanlara sual verir və eyni cavabı 

alır,   Sır-Dərya   üzərində   yaşayıb     qopuz   çalır,   lakin   bir   dəfə   yorğun 

olduğundan ani mürgüləyərkən ölüm ilan cildinə girib  onu çalır və öldürür. 

(20,230-231; 19, 189-190) 

M.Seyidov əfsanəni verərək qədim şumer dastanını xatırladır və yazır: 

«Gilqamış»da   Gilqamışın   dostu   öləndən   sonra   «o   çox   kədərlənir»   və 

ölməzliyin, əbədiliyin çarəsini tapmaq üçün     ölkələr gəzir, başına min bir 

hadisə gəlir  və nəhayət, o,  insanları həmişə cavan saxlayan, ölməzləşdirən 

«sehrkar»   bir   bitki   tapır.   İgid,   qəhrəman   sevinir   ki,     həmin   bitkini   «öz 

xalqıma» verəcəyəm, onlar yeyəcək və həmişə cavan olacaqlar. Lakin onun 

başısoyuqluğundan  bitki nə Gilqamışa, nə də onun sevdiyi xalqına  qismət 

olur. Qəhrəman çayda çimərkən  ilan gəlib həmin bitkini yeyir və  guya elə 

buna görə də  ildə bir dəfə dərisini dəyişib cavanlaşır». (19,190)

Bu  əfsanə   hər   bir   xalqın   özündə   də   doğula   bilər,   heç   bir   təsirin 

nəticəsi   olmaya   bilər.   Lakin   əfsanəni   daşıyanların   zaman   etibarilə   eyni 

4



Yüklə 231,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə