Щомерин поемалары вя «китаби-дядя горгуд»



Yüklə 231,04 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix25.08.2018
ölçüsü231,04 Kb.
#64075
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   16

dövrlərin   məhsulu   olduğunu   da   pərdələyə   bilməz.   Odur   ki   bizim   Dədə 

Qorqudun çox uzaqların, qəbilələr dövrünün yadigarı olduğuna şübhə yeri 

qoymur. Bunu da nəzərə almaq lazımdır ki, biz «Dədə Qorqud» deyərkən 

bütün Dədə Qorqud  boylarının  eyni tarixə  malik olduğunu  iddia etmirik. 

«»Ümumiyyətlə,   Dədə   Qorqudun   şəxsiyyəti   əsatirlər   pərdəsi   altında 

şübhələşmişdir. Hər halda, bu dumanlı pərdə  arxasında qədim  Azərbaycan 

qəbilələrinin   qüvvətli   bir   ozanı   yaşamaqdadır».(15,10)Və   «deyilənlərdən 

belə nəticə çıxarmaq olur ki, Dədə Qorqud dastanın ilk yaradıcısıdır. Onun 

ilk nüvəsini, nəğmələrin rüşeymini o qoşub söyləmişdir». (15,11) 

Qədim  dastanlar   arasında   uyğun   cəhətlərdən   biri   qonşu   qəbilələrə 

basqınlar   üçün   bəhanənin   ortaya   çıxmasıdır.   Məsələn,   «İliada»   əsərində 

yunanların Troyaya basqını üçün bəhanə  Aqamemnonun qardaşı Menelayın 

arvadı   gözəl   Yelenanın   Troya   padşahının   oğlu   Paris   tərəfindən 

qaçırılmasıdır.   Guya   yunanlar   Menelayın   namusunu   qorumaq   üçün 

vuruşurlar. Bu cəhət «Dədə Qorqud» boylarında da özünü göstərməkdədir. 

«Dədə   Qorqud»   boylarında   verilmiş   bəhanələrin   bir   qismi   «sadəcə 

qəhrəmanlıq sınağı ilə bağlı isə, ikinci qismi ailə və intiqam motivləri ilə 

bağlıdır».(15,39)   «Salur   Qazanın   evi   yağmalandığı   boyu   bəyan   edər» 

boyunda oğuz bəylərinin qonşu qəbiləyə hücumu Qazan ovda olarkən oğlu 

Uruzun və arvadı Burla xatunun  əsir aparılmasıdır. «Bayburanın oğlu Bamsı 

Beyrək   boyunu     bəyan   edər»   boyunda   Beyrəyin   toy   gecəsi   Təkurun 

adamları   tərəfindən   oğrurlanmasıdır.   «Qazan   bəyin   oğlu   Uruz   dustaq 

olduğu   boyu   bəyan   edər»   boyunda   bəhanə   Uruzun   əsirliyidir.   Yeddinci 

boyda bəhanə Qazlıq Qocanın  əsirlikdə olmasıdır və s.

«Dədə   Qorqud»un   üç   boyunda   –   «Basatın   Dəpəgözi   öldürməsi», 

«Qam Börənin oğlı Bamsı Beyrək» və «Salur Qazanın evi yağmalandığı» 

boylarında «Odisseya» əsəri ilə güclü süjet eynilikləri daha çox müşahidə 

olunur. 


Bu  əsərlərdə   tədqiq   edilməli,   öyrənilməli   məsələlər   çoxdur.   Lakin 

məqalədə   bizi   maraqlandıran   əsərlərin   ümumi   süjeti   ilə   bağlı   uyğun   və 

oxşar   cəhətlərdir,   onları   müqayisəli   şəkildə   üzə   çıxarmaq   və   köklərini, 

nədən irəli gəldiklərini, təsadüfi olub-olmadıqlarını  araşdırmaqdır. Axı doğ-

rudan da, bunlar zahirən «uzaq yerlərin» və «bir-birindən uzaq dövrlərin» 

məhsuludur. Lakin faktlar elədir ki, müqayisə etməmək qeyri-mümkündür. 



Hələlik   bir   istisna   ilə   -     professor   Əli   Sultanlının     «Kitabi-Dədə 

Qorqud» və qədim yunan dastanları» əsəri  istisna olmaqla, kimin 

tərəfindənsə   belə   bir   müqayisənin   aparılıb-aparılmadığını   da 

bilmirik.

Əli  Sultanlı   dastanın   geniş   təhlilini   vermiş,   ictimai-siyasi   məzmunu, 

quruluşu, dili, boylarda dini görüşlər, oğuzların təsərrüfatı və s. haqqında 

maraqlı fikirlər söyləmişdir. Bizi maraqlandıran əsas məsələ «Kitabi-Dədə 

Qorqud»un   qədimliyidir.     Bu   barədə   müəllif   yazır:   «Dədə   qorqud» 

5



dastanının məzmunu, əks etdirdiyi ictimai şərait və bir sıra şəkli vasitələri 

göstərir   ki,   əvvala,     onun   bədii   nüvəsi   və     ilk   yaranma   tarixi     ərəb 

istilasından çox-çox əvvəl başlamış, bədii şəkildə formalaşması isə həmin 

keçid dövrünə təsadüf etmişdir.   Dastanda ifadə edilən   dünyagörüşləri, 

insan   duyğuları,   milli   ənənələr,   surətlərin   mənəviyyatı,   bütpərəstliyin 

üstünlük qazanan  ünsürləri əsəri  ərəb istilasından qabaqkı tarixlə möhkəm 

bağlayırsa,  ağ  sapla  tikilmiş  bəzi  yamaqları    əsəri  keçid dövrünə  gətirib 

çıxarır.


Əsərin  öz   məzmunundan   da   göründüyü   kimi,   dastanın   yaranması 

qəbilə quruluşunun ən çiçəkli bir dövrünə təsadüf edir». (15,23)

Qəbilə  quruluşu   dövrü   əhalini   birləşdirən   təşkilat   forması   kimi   çox 

qədimdir   və   islam   dinindən   neçə   min   il   əvvələ   aiddir.   Yəni   dastanın 

qədimliyi barədə professorun fikri düz olmaqla yanaşı, islam dinindən 100 

il, 200 il əvvəli deyil, daha uzaq dövrləri nəzərdə tutur. Bu qənaət tamamilə 

doğrudur və professor dastanın qədimliyinin təsdiqi üçün başqa faktlar da 

qeyd   etmişdir.   Bunlar   bütövlükdə   bizim   gələcəyimiz   nəticələrə   tam 

müvafiqdir. 

Əli Sultanlı «Kitabi-Dədə qorqud»la «İliada» və «Odisseya» arasında 

bir   sıra   uyğunluqlar   da   görmüşdür.   Bu   cəhətdən   əsərlərdəki   təkrarları 

nəzərə   alaraq  yazmışdır:  «Hər  iki   əsərdə   («İliada»   və  «Odisseya»)   eyni 

misralar   dəfələrlə   təkrar   olunur.   Qəhrəmanların   sabitləşmiş   və   həmişə 

təkrar olunan sifətləri var». (15,33) Müəllif bu xüsusiyyətin eyni dərəcədə 

«Dədə   Qorqud»a   da   aid   olduğunu   qeyd   etmişdir   və   biz   Qorqud   atanın 

öymələrində, qəhrəmanlıq döyüşlərinin sonunda oğuz igidlərinin təsvirində 

bunların şahidiyik.

«Dədə   Qorqud»   boylarının   hər   birində   müəyyən   qəhrəmanın 

haqqında   danışıldığı   kimi,   «İliada»da  da   başdan-başa   Axillesin   qəzəbinin 

təsvirindən   ibarət   deyildir:   «Misal   üçün,   Doloniya   (X),   Aqamemnonun 

qəhrəmanlıqları   (XI),   Diomedin   qəhrəmanlıqları   (V),   Patrokliya   (XVI), 

Menelayın qəhrəmanlıqları (XVII) və sairə».(15,36) 

Ümumən Ə.Sultanlı  Homerin poemaları ilə «Kitabi-Dədə Qorqud» və 

başqa qədim dastanlarda dörd mühüm oxşar mövzunun  - «özül nüvələrin» 

olduğunu   xüsusi   izah   etmişdir.   Buraya  

ata   ilə   oğulun   vuruşu,     «ər   öz 

arvadının toyunda»,   ana ilə əlaqədar oğula şər atmaq, insanla təbiətin  

qorxunc  qüvvələri arasında mübarizə məsələləri daxildir. 

Həqiqətdə də bu dörd məsələ qədim Avropa və Şərq dastanlarından, 

o   cümlədən   «Dədə   Qorqud»dan   və   Homerin   poemalarından   keçən 

mövzulardır. Bu dörd cəhətin müqayisəli tədqiqindən sonra professor  daha 

çox   poemalarla   dastanı   fərqləndirən   detallar   üzərində   dayanmış,   bizim 

nəzərdən   keçirəcəyimiz   bir   çox   uyğunluqlara     diqqət   yetirməmiş   və   ya 

bəzən ötəri bir nəzər salmışdır.



 Odur ki başqa məsələləri bir tərəfə qoyub, ilk dəfə və ilk növbədə, 

konkret   olaraq,   poemalarla   «Dədə   Qorqud»   süjetindəki   oxşarlıqların 

6



Yüklə 231,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə