Щомерин поемалары вя «китаби-дядя горгуд»



Yüklə 231,04 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix25.08.2018
ölçüsü231,04 Kb.
#64075
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   16

müqayisəsinə   keçirik.   Və   ilk   növbədə   daim   mülahizə   olunan   təpəgözlər 

aləminə nəzər salaq.

Axeylilər (yunanlar) Troyanı işğal edib dağıtdıqdan sonra 12 gəmi ilə 

(hər gəmidə 50 nəfər)  öz yurduna – İtakaya qayıtmaq istəyən yunan qəh-

rəmanlarından Odissey allahların qəzəbinə gəlir və  Okean sularının hiddəti 

nəticəsində son dərəcə macəralı yerlərə, adalara düşməli olur, Adamlarının 

və gəmilərinin hamısı məhv olduqdan sonra çox böyük çətinliklə tək özü 

İtakaya qayıdır. 10 il Troya müharibəsində, 10 il yollarda – Odissey 20 ilə 

evlərinə dönə bilir.

 O düşdüyü adalarda qəribə adamlarla, qəribə məxluqlarla rastlaşmalı 

olur.   Belə   macəralı   yerlərdən   biri   Taygözlər   –   Təpəgözlər   (sikloplar) 

adasıdır. 

Ə.Sultanlı yunan ədəbiyyatından danışarkən göstərir ki, «Siklop surəti 

ilk   dəfə     Homerin   «Odisseya»   adlı   dastanında     bədii   şəklini   tapmış   və 

sonralar yunan yazılı ədəbiyyatına nüfuz etmişdir. Evripidin  «Siklop» satirik 

dramı,   «Odisseya»   dastanında   verilmiş   siklop   Polifem   ədəbiyyat   aləminə 

çoxdan məlumdur». (15,49)

Beləliklə, «Dədə Qorqud»u da nəzərə aldıqda, biz ədəbiyyatda yunan 

və Azərbaycan Təpəgöz surətləri ilə tanış oluruq. Bizim üçün bunların hansı 

yöndən  təsviri əsas deyil. Əsas obrazların ümumi səciyyəsindədir. 

Ə.Sultanlının   fikrincə,   «Kitabi-Dədə   Qorqud»dakı   Təpəgözlə 

«Odiyyeya»   əsərindəki   Polifemin   oxşar   cəhətlərindən   çox,   onları   ayıran 

cəhətlər   çoxdur.   (15,51)   Bizim   Təpəgözün   doğuluşu,   böyüməsi   barədə 

dastanda   geniş   məlumat   vardır,   Polifem   obrazında   bu   cəhət   nəzərə 

alınmamışdır.   Bizim   Təpəgöz   adamyeyəndir,   Polifem   adamyeyən   deyil. 

Bizim   Təpəgöz   təkdir,   Polifemin   olduğu   adada   təpəgözlər   çoxdur.   Bizim 

Təpəgöz   işləmir,   tüfeylidir,   Polifem   xalis   çobandır.   Bizim   Təpəgöz   Oğuz 

cəmiyyəti   ilə   sıx   bağlıdır,   Polifem   cəmiyyət   tanımır.   Bizim   Təpəgözün 

bədəninə qılınc keçmir, Polifemin bədəni ətdəndir   və s. Əslində, bunlar 

aparıcı   fərqlər   deyil   və   bir   qismi   zahirən   belədir.   Söhbət   mahiyyətdədir. 

«Dədə Qorqud»la və Homerin poeması ilə tanışlıq göstərir ki, təpəgözlər 

aləmində   fərqdən   çox,   müştərək   və   uyğun   cəhətlər   vardır.   Homerin 

Təpəgözünün   xarakteri   ilə   «Dədə   Qorqud»   Dəpəgözü,   Odisseyin   başına 

gələnlərlə Basatın başına gələnlər arasında böyük uyğunluqlar mövcuddur. 

Sahildə gəmiləri saxlayıb 12 nəfərlə adaya çıxan Odissey tüstü gələn 

mağaraya daxil olur. Məlum olur ki, burada «dağ gövdəli bir Təpəgöz» ya-

şayır.   Odissey   çox   böyük   çətinliklə,   demək   olar   ki,   Basatın   üsulu   ilə 

Təpəgözün öhdəsindən gələ bilir. 

Hər iki təpəgözlə mağara şəraitində tanış oluruq.

Hər  iki  Təpəgöz su   ilə  bağlıdır.   Dastandakı   Təpəgöz  su  pərisindən 

doğulur, Polifem isə su ilə əhatə olunmuş adada yaşayır.

«Dədə   Qorqud»da   təsvir   edilən   Təpəgöz   (dastanda  

Dəpəgöz)   son 

dərəcə   bədheybətdir,   buğra   kimi   nəhəngdir.   Basat   onun   başını   güclə 

7



sürüyüb apara bilir. Körpəlikdən dəhşətdir:   «Gördilər ki, bir ibrət nəsnə 

yatur,   başı-göti   bəlürsiz…   Dəpdiklərincə   böyüdi.   Aruz   qoca   dəxi   enüb 

dəpələdi,   mahmuzı   doqundı.   Bu   yığnaq   yarıldı,   içindən   bir   oğlan   çıqdı. 

Gödəsi adam, dəpəsində bir gözi var». (98-99 – «Dədə Qorqud»un 1988-ci 

il çapının səhifələri)  Bizim Təpəgözə nisbətən yaşlı olan Odissey Təpəgözü 

daha   bədheybətdir:  «Üstü   sıx  meşəli  uca  dağa   bənzəyirdi…   eybəcər  bir 

məxluqdu…» (470 – Homer poemalarının 1986-cı il çapının səhifələri)

 Hər iki əsərdə təpəgözlər xırsızdır, heç nə ilə razılmaşmaq istəmirlər. 

Dastandakı   Təpəgöz   Oğuzlara   vay   çəkir,   onların   köçüb   qaçmasına   belə 

imkan vermir. Poemada da belədir: 

Gəlib çıxdıq lovğa, quduz təpəgözlər ölkəsinə. 

Nə məşvərət, nə ümumi bir yığıncaq qanır onlar. (468)

Hər  ikisi adamyeyəndir və hər ikisi bir oturuma iki nəfər yeməmiş 

doymur.   Dədə   Qorqudu   Təpəgözlə   danışmağa   göndərirlər.   Hər   günə   iki 

adam və 500 qoyuna razılaşır. «Odisseya»da Təpəgözün sürü-sürü qoyun-

keçisi, mal-heyvanı var. O da hər dəfə bir oturuma iki adam yeyir: 

 

İki nəfər tutdu, küçük vurur kimi, vurdu yerə,



Parçalayıb canı çıxmış cəsədləri, şam elədi. (472)

Hər iki təpəgözün bir tərəfi insanla, bir tərəfi ilahi qüvvə ilə bağlıdır. 

Dastanda Təpəgöz  Sarı çobanın pəri qızlardan biri ilə  «cima» etməsindən 

doğulur; poemada da belədir: Təpəgöz Zevsin qardaşı «boz dənizlər allahı» 

Poseydonun   övladıdır,   onun   fanilərlə   (insanlarla)   əlaqəsi   nəticəsində 

doğulmuşdur:  «Poseydonun oğluyam mən, öz oğluyla fəxr edir o». (477) 

Fərq buradadır ki, dastanda Təpəgözün anası, poemada atası ilahi varlıqdır.

Hər  ikisi oxbatmaz, qılınc kəsməzdir



.  Basatın oxlarını bizim Təpəgöz 

«sinək» (milçək)   hesab edir. Poemada isə məsələ bir qədər başqa cür 

əsaslandırılmışdır: Təpəgöz Odisseyin öz adamları ilə daxil olduğu mağa-

ranın   qapısını   nəhəng   daşla   bağlamışdır.   Odissey   fikirləşir   ki,   Təpəgözü 

öldürsə,   daşı   tərpədə   bilməzlər   və   mağarada   məhv   olarlar.   Odur   ki 

Təpəgözə   silahın   təsir   edib-etmədiyi   yoxlanılmır.   Lakin   yeganə   zəfər 

yetirməli   yerinin   tək   gözü   olduğu   bilinir   və   bu   hal   onun   da   oxbatmaz 

olduğunu göstərir.  

Hər iki təpəgöz eyni üsulla məhv edilir. Dastanda Basat şişi qızardıb 

Təpəgözün yeganə gözünə – ət olan yerə soxur və Təpəgözün əvəl gözünü, 

sonra özünü həlak edir. Poemada Odissey Təpəgözün əl ağacı düzəltmək 

üçün  kəsib gətirdiyi dor ağacı boyda iri zeytun ağacının  kiçik bir hissəsini 

kəsib, ucunu yonur, ocaqda qızartmaq və Təpəgözün gözünə basmaqla onu 

məhv edir.

8



Yüklə 231,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə