Щомерин поемалары вя «китаби-дядя горгуд»



Yüklə 231,04 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix25.08.2018
ölçüsü231,04 Kb.
#64075
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   16

İtakaya   gəlib   çıxması   və   düşmənlərini   məhv   edərək   öz   ailəsinə,   var-

dövlətinə sahib olması hadisələrinin təsvirindədir. 

Hadisələr mahiyyət etibarilə eynidir. Müharibə üçün axeylilərin əlində 

bəhanə var: Troya padşahının oğlu Paris   axey hökmdarı Aqamemnonun 

qardaşı Menelayın arvadı gözəl Yelenanı xeyli sərvətlə birlikdə qaçırmışdır 

və indi axeylilər gəmilərlə Troya ətrafına gəlmiş, doqquz ildir ki, vuruşur, 

lakin   Troyanı   məğlub   edə   bilmirlər.   Dastanda   isə   vəziyyət   başqa   cür 

görünsə   də,   demək   olar   ki,   mahiyyət   birdir.   Təkura   xəbər   verirlər   ki, 

Baybican sənə söz verdiyi qızını Beyrəyə ərə verir və bu gecə toydur. Hamı 

yuxuda  ikən  kafərin   700  atlısı  Beyrəyi  və  39  igidini  əsir  aparırlar.  Oğuz 

igidləri yalnız 16 il sonra yerini öyrənib onu azad etməyə gedirlər.

Lakin bu zahiri cəhətdir. Əslində isə əsas məsələ qarətdir – Homerin 

təsvir  etdiyi  qəbilə  və tayfalar  müxtəlif  bəhanələrlə  daim  bir-birini  qarət 

edir,   bu   yolla   var-dövlət   əldə   edirlər.   «İliada»da   Axilles   hökmdara   – 

Aqamemnona deyir:

Ey bihəya, sənin bütün fikrin-zikrin qənimətdir!..

… sənin, bir də Menelayın 

Şərəfini qorumağa gəlmiik biz, ey  itsifət!

Qazandığım qənimətə yiyələnmək istəyirsən.(14)

Yaxud Olissey deyir:

Hələ bizim axeylilər  Troyaya yollanmamış,

Mərd dostlarla doqquz kərə  yad ellərə soxulmuşam. (533)

Əslində, «Dədə Qorqud»da da belədir. Fürsət düşən kimi, ya Oğuzlar 

kafər mülkünü talayır, ya da kafərlər Oğuz mülkünü. Kafər mülkünü yağma-

ladıqdan   sonra   «Quşun   ala   qatını,   qumaşın   arusını,   qızın   gögçəgini, 

toquzlama çırğab çuxa xanlar xanı Bayındıra pəncyek çıqardılar».(66) Bu, 

hələ qarətin beşdə biridir – xanlar xanının payıdır.  Hətta son məqamda İç 

oğuzla Taş Oğuz arasına nifaq da eyni məsələ ilə – qənimət məsələsi ilə 

bağlı düşür.  Qazanın dayısı Aruz yaranmış düşmənçiliyin səbəbini belə izah 

edir: «Mərə, Qılbaş, ol vəqt kim, Üç, Boz oq yığnaq olsa, ol vəqt   Qazan 

evin   yağma   edərdi.   Suçımız   nəydi   ki,   yağmada   bilə   olmadıq?   –   dedi. 

Qazanın başına bunlı gəlsün… Biz Qazana düşməniz, bəllü bilsün! – dedi». 

(123)

Bizim   qeyd   etdiyimiz   bu   qədim   qəbilə   xüsusiyyətlərini   vaxtilə 



Ə.Sultanlı da aydın şəkildə görmüş və yazmışdır: «Nəticə etibarilə xanın və 

tayfa başçısının  bir sərkərdə, bir rəhbər kimi əsas  işi basqınları,  qarətləri 

təşkil etmək olur.  Onun bütün bacarığı, böyüklüyü bununla ölçülür. Bütün 

bu basqınların əsas qayəsi  isə qonşu tayfaların   sürülərini sürüb gətirmək, 

böyük  sürülər üçün  yaylaq,  otlaq  yerləri  əldə  etməkdir».   (15,39)   Qəbilə 

quruluşu şəraitində bu cəhətin aparıcı olduğunu Engels də qeyd etmişdir: 

11



«Engels göstərirdi ki, qarətçilik xasiyyəti daşıyan müharibələr  qəbilədə baş 

sərkərdəni, eləcə də ikinci dərəcəli tayfa başçılarının  hakimiyyət nüfuzunu 

qüvvətləndirirdi. (15, 38)

Qəhrəmanların öz elinə, öz evlərinə dönüş tərzi də uyğundur. Hər ikisi 

qayıdarkən məqam çatana qədər onu tanımalarını istəmirlər. Tanınmasın 

deyə, Odissey özünü başqa bir adadan gəlmiş yad adam kimi təqdim edir. 

Beyrək isə yolda atını verib bir ozanın qopuzunu alır və ozan sifətində onu 

tanıya bilənlər arasına qayıdır.

Hər   iki   əsərdə   işin   icra   vasitə   və   üsulları,   demək   olar   ki,   eynidir. 

Odisseyin   20   ildən   sonra   öz   ölkəsinə   necə   gəldiyi   ilə   Beyrəyin   16   illik 

dustaqlıqdan sonra Oğuza necə qayıtdığını nəzərdən keçirək. Hər ikisi onu 

tanıyan cəmiyyətə köhnə paltarda, cır-cında içərisində, qoca, yaşlı adam 

sifətində     qayıdır.   Beyrək   Oğuza   çatarkən   onu   tanımayan   bacılarından 

paltar istəyir.  Bacıları onun öz paltarını verirlər, lakin Beyrək həmin paltarı 

geyməli   olmur:   «Beyrək   aydır:   «Gördünmi,   qızlar   bu   qaftanla     məni 

tanıdılar. Qalın Oğuz bəgləri dəxi tanırlar», - dedi. Qaftanı sıyırdı,  götürdi, 

qızların üstinə atı verdi… Bir əski dəvə çuvalı buldı, dəldi, boynına   kö-

çürdi». (62-63)

Odissey onu tanımayan, lakin onun haqqında sevgi ilə danışan ço-

banlardan   təzə     paltar   istəyir,   lakin   onlar   artıq   paltarları   olmadığını 

bildirirlər, onun şəhərə belə köhnə paltarda getməli olacağını söyləyirlər. 

Əslində, Odissey şəhərə köhnə paltarda getmək fikrindədir, onları sınamaq 

üçün   paltar   istəyir.   İlahə   Afina   da   köhnə   paltarda   getməyi   məsləhət 

görmüşdür – əks halda onu tanıya bilərlər.

Beləliklə, Odissey də, Beyrək də məclisə çox köhnə paltarda, demək 

olar   ki,   dilənçi   kökündə   girməli   olurlar.   Onların   məclisə   bu   vəziyyətdə 

gəlməsində   məqsədləri   də   eynidir   və   iki   məqsəd   güdürlər:   ailənin   və 

cəmiyyətin   onlara   münasibətini   öyrənmək   və   düşməni   ifşa   etmək. 

«Görəyim, Oğuzda mənim dostum, düşmənim kimdir?» (62)  Hətta Odissey 

evinə   açıq   və   ya   gizli   (tanınmaz   şəkildə)   qayıtması   üçün   falçı   ilə 

məsləhətləşməli olur.

Belə çox pis geyimdə, tük basmış və bir qədər qocalmış görkəmdə 

evə   qayıtsalar   da,   hər   iki   qəhrəmanın   görkəmindən   şübhələnənlər   olur. 

Beyrəyin böyük bacısı deyir: 

Qara qıyma gözlərin çöngəlməsəydi,

«Ağam Beyrək» diyədəm, ozan, sana! 

Yüzini qara saç örtməsəydi

«Ağam Beyrək» diyədəm, ozan, sana! 

Qunt-qunt biləklərin solmasaydı,

«Ağam Beyrək» diyədəm, ozan, sana! 

Apul-apul yürişindən,

Aslan kibi turışından,

12



Yüklə 231,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə