Щомерин поемалары вя «китаби-дядя горгуд»



Yüklə 231,04 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix25.08.2018
ölçüsü231,04 Kb.
#64075
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   16

Qanrıluban  baqışından

Ağam Beyrəgə bənzədürəm, ozan, səni!  (62)

Odisseydən isə duruşuna, boy-buxununa, danışıq və səs tonuna görə 

arvadı Penelopanın sadiq qoca xidmətçisi Yevrikleya şübhələnir:

Bizim evə çox bəxtikəm yolçuların yolu düşüb,

Heç birisi Odisseyə sənin qədər oxşamayıb:         

 Sənin səsin, ayaqların və görkəmin onunkudur. (594)

Beyrək tanınmasını istəmir və bacısının verdiyi qaftanı: «Nə sən, nə 

Beyrək qalsun! Bir əski qaftan verdinüz, bənim başım-beynim   aldınuz»- 

deyib» üstünə atır. Yevrikleya Penelopanın tapşırığı ilə   dilənçi vəziyyətdə 

olan   bu   «yad   adam»ın   ayağını   yumalı   olur.   Odissey   ehtiyat   edir   ki, 

ayağındakı qaban dişi yerindən qoca kəniz onu tanıya bilər:

          Ürəyinə gəldi: birdən ayağını yuyan zaman

           Çapığından tanınar o və açılar işin üstü. (594)

Əsərlərdə sadiq çoban surətləri vardır

. Doğrudur, bu çoban məsələsi 

Beyrək boyunda da var, lakin Salur Qazanın evinin yağmalandığını təsvir 

edən boyda daha güclüdür. Qaraca çoban 600 nəfərlik kafər qoşunu ilə 

vuruşur, iki qardaşını qurban verir, sonra da Qazan xanın ardınca gedib 

onun ailəsini  xilas  etməyə kömək edir. «Odisseya»da  çoban  Yevmey və 

çobanbaşı Filoti   Odisseyin mal-qarasını, donuz, qoyun və keçi sürülərini 

sədaqətlə   qoruyur,   Odisseyin   gəlməsini,   Penelopa   məftunlarının     rədd 

edilməsini arzulayır, hər gün onların kəsib yedikləri mal-heyvanın  bu ailəyə 

böyük zərər vurduğunu düşünürlər:

          Allahsifət çoban Yevmey yaşayırdı. O, ağanın

          İşinə can yandırmaqda kölələrdən seçilirdi.  (528)

Çobanbaşı Filoti  isə bu 20 ildə Odisseyin gəlib çıxmadığını gördükdə 

hətta baş allah Zevsə asi olur:

          Ey Zevs ata! Allahların amansızı sən özünsən,

          İnsanı sən törətsən də, rəhmin gəlmir ona əsla,

          Onu çox-çox bədbəxtliyə, dərdə düçar eləyirsən! (603)

Qaraca   çoban   kimi,   Yevmey   və   Filoti   də   əldə   silah   Odisseyin 

düşmənləri ilə  vuruşmalı, ailəsini xilas etməli  olurlar.

Odissey   Penelopa   ilə   evlənmək   istəyən   itakalıların   yemək-içmək 

məclisini, Beyrək isə Yalançı oğlu Yırtacuğun  şülən məclisini dağıdır, bütün 

13



yemək-içmək  qazanlarını   çevirir.   «Beyrək   şülən   yeməginin   üzərinə  gəldi. 

Qarnın toyurdıqdan sonra   qazanları dəpdi-dökdi,   çevirdi. Yəxninin kimini 

sağına, kimini solına  atar. Sağdan gedəni sağ alur, soldan gedəni sol alur». 

(64) Odissey də yeyib-içdikdən sonra elə bir savaş başlayır ki, hər şey bir-

birinə qarışır. Düşmənin özü öz əli ilə yemək-içmək məclisini alt-üst edir:

          Ayağıyla vurub yıxdı önündəki masanı da,

         Döşəməyə səpələndi masadakı yeməklər də,

         Qızarmış ət, bir də çörək batdı yerin çirkabına. (618)



         Həm Odisseyin, həm də Beyrəyin vətənə qayıtmasını istəməyən    gö-

zəl qadın surətləri var. «Məgər kafər bəginin bir bikr qızı vardı… Beyrəgi 

aşıqlamışdı…   Hər   gün   Beyrəgi   görməgə   gəlürdi.   Ol   gün   genə   görməgə 

gəldi. Baqdı gördi Beyrək səxt olmuş. Qız aydır: «Neçün səxtsən, xanım 

yigit?» 

Poemada Odissey haqqında deyilir: 

O cəfakeş indi uzaq bir adada, gursaç pəri

          Kalipsonun yanındadır. Zorakılıq edir pəri,

          Öz sevimli vətəninə dönə bilmir mərd Odissey.(426)

Uzaq bir adaya düşmüş Odisseyi ona aşiq olan Kalipso adlı «gursaç 

pəri»   7   il   buraxmır.     Nəhayət,   Hermes   Zevsin   tapşırığını   həmin   pəriyə 

çatdırdıqdan sonra – 8-ci il o, «Məni fani ilə ömür sürməyə qoymursunuz» 

desə də, məcbur olub Odisseyə  sal düzəltməkdə kömək edir və onu azad 

edir. (450) Beyrək bundan iki dəfə artıq qallmalı olur. Lakin kafər bəyinin 

qızı   da  öz  sevgisi  naminə  16   il  sonra   Beyrəyin   öz  yurduna   qayıtmasına 

kömək edir – onu iplə hasardan endirib qaçırda bilir. 

Hər iki əsərdə

  qəhrəmanların oğluna  və oğlunun  döyüş yoldaşlarına 

xəyanət   motivi   vardır.   Çuğullayıb   Dirsə   xana   öz   oğlunu   –   Buğacı 

vurdurduqları   kimi,   Odisseyin   oğlunu   Penelopa   məftunları   məhv   etmək 

istəyir, bunun üçün gəmi ilə silahlı dəstə də göndərirlər:

Penelopa ilə evlənmək üçün gələnlər çoxdur:

Tək Dulixi adasından əlli iki adam gəlib,

Hamısı gənc, əsilzadə, yanlarında altı nökər.

İyirmi dörd adlı-sanlı cavan isə Zamdan gəlib,

Düz iyirmi əyan oğlu gəlib Zakinf adasından;

Bizim yerli zadəgandan elçi düşən on ikidir. (557)

          Onlar atası haqqında məlumat almaq üçün  Troya müharibəsi qəhrə-

manları   ilə   (Nestorla,   Menelay   və   başqaları   ilə)   görüşə   gedən   Telemaxı 

qayıdan baş dəstəsi ilə birlikdə məhv etmək  istəyirlər:

14



Onun əziz oğlunu da İtakaya qayıdanda

Həlak etmək istəyirlər. Atasının sorağıyla

Pilosa və Lakedemon diyarına gedibdir o. (426)

Həm «Odisseya»da, həm də «Dədə Qorqud»da qəhrəmanın qadını 

axıra qədər öz ərinə sədaqətlə yaşayır, ömrü ah-vayla keçir. 16 il sonra 

Beyrəyin qanlı köynəyini gördükdə Banıçiçək yenə şivən qoparır: «Tartdı, 

yaqasın yırtdı. Acı tırnaq ağ yüzinə   aldı-çaldı. Güz alması kibi al yanağını 

yırtdı. «Vay, göz açub gördigim, könül verib sevdigim! Vay, al  duvağım 

iyəsi! Vay, alnum-başım umudı, xan Beyrək!» –deyü ağladı». (58) Yaxud 

tanımadığı Beyrəyin suallarına Banıçiçəyin cavabı:

Beyrək gedəli Bam-bam dəpə başına çıqdığım çoq,

Qarğu kibi qara saçum yolduğum çoq.

Güz alması kibi  al yanağım yırtdığım çoq.

Gələnlə gedəndən sorduğum çoq.

«Vardı, gəlməz bəg yigidim, xan yigidim Beyrək» - deyü   ağladığım 

çoq.(65)


Penelopa Odisseyin  gəlmədiyini görüb 20 il sonra  yenə özünə ölüm 

arzulayır:

Zevsin qızı Artemida, ey qüdrətli pak ilahə,

Kaş bu saat tuşlayaydın oxunu düz ürəyimə!

Ya da güclü bir qasırğa məni yerdən ayıraydı,

Zil qaranlıq yollar ilə uzaqlara aparaydı,

Burulğanlı Okean-çay mənsəbinə tullayaydı! (600)

         

 Yenə:

O yatağı gecə-gündüz çəkdiyim ah bürümüşdür,



O yatağı gözlərimdən axan yaşlar suvarmışdır.(565)

Ya ilahə Artemida oxla vurub öldürəydi,

Heç olmasa, yer altında görəydim mərd Odisseyi.(600)

           Hər iki əsərdə ağaca müqəddəs varlıq kimi baxılır. Uruzu  ağaca 

bağlayıb yandırmaq istəyirlər. «Mərə, kafər, aman! Tənrinin birliginə yoqdır 

güman!   Qoun   məni   bu   ağacla   söyləşəyim!»   deyə   ağacı     Məkkə   ilə 

Mədinənin   qapsı,   Museyi-Kazimin   əsası,     böyük-böyük   suların   körpüsü, 

qara-qara   dənizlərin   gəmisi,   Şahi-Mərdan   Əlinin   Düldülünün     yəhəri, 

Zülfüqarın qəbzəsi, şah Həsənlə Hüseynin beşiyi adlandırır və ondan nicat 

diləyir: 

15



Yüklə 231,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə