Щомерин поемалары вя «китаби-дядя горгуд»



Yüklə 231,04 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix25.08.2018
ölçüsü231,04 Kb.
#64075
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   16

Hər  iki   əsərdə   qəhrəmanlar   eyni   üsulla   xilas   olurlar.   Basat   qoyun 

dərisinə bürünüb xilas olur. Odissey üç qoyunu bir-birinə yanaşı bağlayıb, 

ortadakı   qoyunun   altında   yoldaşlarını   xilas   edir,   özü   isə   Təpəgözün   çox 

sevdiyi nəhəng qoyunun altından sallaşmaqla xilas olur. 

Hər  iki   təpəgöz   mağarada   saxladıqları   heyvanları   əzizləyir.     Bizim 

Təpəgöz öz heyvanlarını sığallaya-sığallaya, oxşaya-oxşaya mağaradan çölə 

buraxır (həm də məqsəd Basatı  tutmaqdır): «Toğlıcıqlar, dövlətim saqar 

qoç, gəl, keç!» Poemada Təpəgöz öz sevimli qoçu haqqında: 

Ah, əzizim, bu sənsənmi? Niyə bu gün mağaranı

Ən axırda tərk edirsən? Axı öncə çıxardın sən…

Bəlkə elə mənim sənə baxmağımı gözləyirsən? (475)

Hər iki əsərdə təpəgözlərin qəzəblənən zaman hədələri də uyğundur. 

Təpəgöz Basatın mağarada olduğunu və qoyun dərisi içində xilas olmaq 

istədiyini bilib deyir: «Ay saqar qoç!.. Şöylə çalayım səni mağara divarına 

kim, quyruğın mağarayı yağlasun!» («Qoç» dedikdə qoçun dərisində Basatı 

nəzərdə tutur) Yaxud: «Şöylə çalayım ki, künbədlə tartağan olasan». (101) 

Pomada   Təpəgöz   Odisseyə   deyir:   «Yerə   elə   çırpardım   ki,   beynin   bütün 

mağaraya çilənərdi». (475)

Fərqli  cəhətlər   də   var.   Dediyimiz   kimi,   dastanda   Təpəgöz   təkdir, 

amma   adada   təpəgözlər   yaşayır.   Onlar   gözünə   odlu   ağac   basılarkən 

qışqıran Təpəgözün hayına gəlirlər. Lakin o: «Səni kim incidir?» - sualına 

«Heç   kim»   deyə   cavab   verir.   Odissey   onu   aldadıb,   adının   «Heçkim» 

olduğunu demişdi. O biri təpəgözlər isə   ona heç kimin mane olmadığını 

zənn edib: 

Zevs göndərən xəstəliyə çarə tapmaq çətin işdir,

 Sən öz atan Poseydona yalvarmağın məsləhətdir  (474) –

deyərək  çıxıb gedirlər. Odissey həm də əvvəlcədən Təpəgözü al şərabla 

kefləndirmişdi.   Dastanda   isə   Təpəgözün   qılıncı,   üzüyü,   künbəd   məsələsi 

fərqli sehirli bir aləmdir və Təpəgözün sonrakı deyişməsi aşıq deyişmələrinə 

yaxındır. Poemada Təpəgöz bildirir ki, hələ bir vaxt falçı  Yevrim oğlu Telam 

onun Odissey adlı bir nəfərin əli ilə   gözdən məhrum olacağını demişdi. 

Təpəgöz Poseydona üz tutub  Odisseyə qarğış edir, onu yeni bəlalara düçar 

etməsini arzulayır. Bizim Təpəgöz də Basata qarğayır:

Ala gözdən ayırdın, yigit, məni!

Tatlu candan ayırsun  qadir səni! (102)

9



Təbii ki, bu qədər oxşarlıq təsadüfi ola bilməzdi. Heç şübhəsiz, bunlar 

bizim   təsəvvür   etdiyimizdən   çox-çox   qədim   birgə   yaşayış   dövrü 

təsəvvürlərinin bədii ədəbiyyatda, xalq yaradıcılığında orijinal ifadəsidir. 

Əli Sultanlı  Təpəgözləri qarşılaşdırma məqamında  alman alimi Fon 

Diezin   1825-ci   ildə   söylədiyi   fikirləri   xatırlatmışdır:   «Buradakı   Təpəgöz 

başqa   sikloplara,   hələ   Homerin   siklopuna     bütün   cəhətləri   ilə   bənzəyir. 

Ancaq   oğuz   siklopu   yunanlarınkından   alınma   deyil.   Yunanlarınkı   bunun 

təqlididir».   (15,   49)     Fon   Diez   fikrini   belə   əsaslandırmışdır:   «Oğuz 

Təpəgözünün Polifemdən   kopya edilmiş olduğuna qənaət gətirmədiyimin 

səbəbləri var. Əvvəla, Şərq yunan şeriyyətini   tanımamışdır. Bunun üçün 

Homerin  əsərlərini   tərcümə  edə  bilməzlərdi.   Çünki   melodiyaca  heç  kim 

tərəfindən anlaşılmayacaqdı. Asiya dilləri bunun üçün  lazım olan ifadədən 

məhrumdurlar. O biri tərəfdən,   Təpəgöz əfsanəsində   Təpəgözün həyatı, 

doğumundan   ölümünə   qədər   təfsilatla   anlaşıldığı   halda,   Polifemdə 

çatışmazlıqlar vardır. Bu cəhətdən o, Təpəgözün kopyası və  ondan iqtibas 

edilmiş   kimi   görünür.     Təpəgöz   naqilinin   Homerdən   daha   çox       bildiyi 

bundan da bəllidir ki, əgər bu əfsanə oğuzların  öz malı olmasaydı, yazı ilə 

və   yaxud     ağızdan-ağıza   Dədə   Qorqud   zamanına   qədər   gəlməsəydi,   bu 

qədər   tam   olaraq     təsbitinə   imkan   olmazdı.   Məncə,   Homer   Asiya 

səyahətində   Təpəgöz   əfsanəsini   eşitmişdir   və   Polifemin   əsas   həyatını 

ondan   almışdır.   Kim   bilir,   hər   hansı   bir   oğuz   qəbiləsi   arasında   İoendə 

eşitmişdir.   Bu   qəbilə   Priamın   müttəfiqləri   olaraq   yunanlara   qarşı   Troya 

müharibəsində hərb etmişdir. Bu surətlə əfsanə Kiçik Asiyadan gəlmiş və 

Homerin zamanında  təzə-tər olaraq yaşamışdır. Nəticədə tam bir sikloplar 

əfsanəsi, ən köhnə zamanlardan bəri  Homerdən müstəqil olaraq, göstərilən 

qovmlər arasında  olmuşdur və yazılarında olan  hər bir şeyi yunanlara  mal 

etmək haqsızlıq olar». (15,50)

Ə.Sultanlının   fikrincə,   Təpəgözlə   Polifemin   fərqləri   daha   çoxdur. 

Məsələn, Odisseyin 6 yoldaşını Polifemin yeməsini o təsadüfi hesab edir, 

yəni  Polifemin Təpəgözdən fərqli olaraq, adamyeyən olmadığını göstərmək 

istəyir. Əlbəttə, bu, doğru deyil. Bu cür fərqlərlə Polifemlə Təpəgözü hər iki 

xalqın – yunanların və oğuzların fərdi-milli yaradıcılıq məhsulu hesab edir. 

Əslində isə, bir az əvvəl nəzəri cəhətdən daha düzgün fikir söyləyir: «…

müqayisə iqtibas və ədəbi təsir məqsədi ilə aparılarsa, zərərdən başqa heç 

bir elmi nəticə verə bilməz». (15,42) Biz də bu fikirdəyik. Hər iki obraz 

qonşu xalqların  müstəqil olaraq eyni mif və hadisələr əsasında yaratdığı 

obrazlardır.

Homerin   poemaları   ilə   «Dədə   Qorqud»   süjet   və   təsvirləri   arasında 

uyğunluq yalnız bunlardan ibarət olsa idi, bunu bəlkə də təsadüfi saymaq 

olardı.


İkinci   mühüm   oxşar   sxem   Beyrəyin   kafər   zindanından   xilas   olub 

Oğuza gəlməsi, öz adaxlısına qovuşması ilə Odisseyin öz doğma yurduna – 

10



Yüklə 231,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə