Щомерин поемалары вя «китаби-дядя горгуд»



Yüklə 231,04 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix25.08.2018
ölçüsü231,04 Kb.
#64075
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   16

On ustremləl  ix na  İdu, zverey  mnoqovodnuö materğ,

K Qarqaru xolmu, qde roha  eqo i altarğ  blaqovonnıy.

(7, 111)  

İda.  «İliada»da   tez-tez   adı   çəkilən  İda  Troyanın   qarşısındakı   uca 

dağın adıdır. Troya onun ətəyindəki düzənlikdə salınmışdır. Tədqiqatçıların 

fikrincə, qədim yunan dilində iki sait arasındakı 

d səsi qədim türklərdəki ş 

səsinə uyğun gəlir. Odur ki



 ida/idi sözü işi, yış, yiş kimi təsəvvür edilir ki, 

bu da «meşə», «meşə ilə örtülmüş dağ» mənasını verir.   (8,22; 5,139) 

Poemada İda dağı həqiqətən bol sulu, meşəli bir dağ kimi təsvir edilmişdir.

Skamandr, Skandiya, Askaniya, Skey, Pelask, Ksanf  sözləri

  Skamandr  sözü «İliada»da əksərən hidronim, bəzən də toponim 

kimi işlənmişdir – Troyanın yaxınlığından axıb dənizə tökülən böyük çayın 

adıdır:

  Skamandr   çayı,   Skamandr   sahili,  Skamandr   vadisi,  bol 

girdablı Skamandr. Bunlardan əlavə, Skamandr çəməni, Skamandrın 

kahini ifadələri də vardır: 

Skamandr vadisinə dalğa-dalğa axışdılar

Gəlib durdu saysız qoşun 



Skamandr çəmənində. (35) 

Skamandr sahilində əyləşdirdi bir qayada.(70)

Dolopion 



Skamandrın kahiniydi. (71)

Onlar gəlib qovuşdular İlionun yaxınında

Simoyentlə 

Skamandr çaylarının qovşağına. (86)

Skamandr  sözünün kökündə  SK  – sak  sözü vardır; sözün tərkibin-

dəki


 -man «adam» deməkdir.: sak adamı, başqa sözlə, saklar; der – dərin/

terin  -   «dərin   və   böyük   (çay)»   (6,553-554)   deməkdir.   Söz   bütövlükdə 

«sakların böyük və dərin çayı»   ümumi mənasına malikdir. Deməli, Troya 

şəhərinin   əraziləri,   əslində,   sak   yurdudur.   Çünki   bu   söz   çay,   sahil,   düz, 

çəmən   və   s.   kimi   müxtəlif   obyektlərin   adı   ilə   bağlı   özünü   göstərir.   Bir 

beytdə ərazinin sak ərazisi olduğu daha aydın ifadə edilmişdir:

Bu sərpuşu bir zamanlar  Yeleonda gənc Avtolik

Ormenoğlu  Amentorun  divarını yarıb, ondan

Oğurlamış

Skandiyada Amfidamant adlı şəxsə vermiş…  (148)

Buradakı 

Skandiya   sözünü Sakandiya kimi oxumaq olur ki, bu da 

sak-an-diya şəklində üç sözdən əmələ gəlmişdir:  -an cəm şəkilçisi,  -diya 

yer mənasındadır. 

Atrey oğlu Menelay da iti, uzun nizəsilə

Məşhur ovçu 



Skamandrini'>Strofid Skamandrini həlak etdi. (70) –

32



beytində   isə,   göründüyü   kimi,  

Skamandr  ovçu   adına   əlavə   kimi   işlən-

mişdir: 


Strofid Skamandr – sak Strofid deməkdir.

«İliada»da  



Skey qapısı, Skey darvazası ifadələrinə də rast gəlirik:

Bu arada Hektor çatdı məşhur 



Skey qapısına

Hektor bürcdən uzaqlarda vuruşmağa cürət etmir,

Ancaq 

Skey qapısından palıdadək ayrılırdı. (133)

Möhkəm 


Skey darvazası qarşısında qalmışdı tək.(325)

Bu misralardakı  



Skey  sözü də  sak  sözündən və  –ey,-ay  şəkilçisin-

dən   (nominativlik   bildirir)   ibarətdir.   Aydın   olur   ki,  



sak  sözü   bu   ərazidə 

ümumi isim kimi geniş işlənmə imkanı olan sözdür:  



sak çayı, sak düzü, 

sak qapısı, sak çəmənliyi və s.  Bunu xüsusi ad kimi dərk etmiş, böyük 

hərflə yazmışlar. Lakin hiss olunur ki, 



Skamandr sözü elə xüsusi ad kimi 

də troyanlar arasında məşhurdur. Hektor öz körpə oğluna 



Skamandr adı 

qoymuşdur: 

Hektor ona 

Skamandr ad qoymuşdu, ancaq hamı

Astinankt çağırırdı atasının şərəfinə(99)

(Buradakı  



Astinankt  sözü  ilə   midiyalıların   son   padşahının   adı   – 

Astiaq adı  arasında yaxınlıq var).

Hətta aydın olur ki, saklar daha geniş ərazilərə yayılmışlar. Bilavasitə 

Troya ətrafı ilə yanaşı, xeyli aralıda da saklar yaşayır və sak yurdu vardır: 

Uzaq diyar 

Askanyadan frikyalı qoşunları

İki başçı – Foriks ilə mərd Aksani gətirmişdi. (44)

Buradakı  

Askaniya  sözü  Sakaniya  demək   olub,   «sak   yurdu» 

mənasındadır. 



Aksani isə kas sözündən düzəlmə daha maraqlı addır.

Poemada bir neçə dəfə işlənmiş   



pelask  sözü (yun.Pelasqoi  –Kiçik 

Asiyada qəbilə, 13,398,) də vardır və bu söz  

sak sözünü artıq etnonim kimi 

mühafizə etməkdədir:

 kimi lənmiş və sonda  sözünü mühafizə etmiş türk tayfa adıdır: 

Nizə-mizraq döyüşündə mahir olan 



pelaSKların -

Bol məhsuldar-bərəkətli  Larisadan gələnlərin… 

Və ya:

PelaSKlardan Lefin oğlu mərd  Kippofoy  qoç Patroklun 

Topuğuna möhkəm qayış salıb… sürüməyə başlamışdı.(263)

33



Bunlar maraqlıdır. Lakin bunlardan da maraqlısı  

Skamandr çay 

adının həm də 



Ksanf adlanmasıdır:  

     


Hefestlə də düşmən oldu gur dalğalı dərin bir çay

Ki, allahlar 



Ksanf deyir ona, insan – Skamandr.(300)

Protiv Qefesta  - potok bıstrovodnıy, qlubokopuçinnıy,



Ksanfom ot veçnıx boqov  nareçennıy, ot smertnıx – Skamandrom.

                                                                                  (287)



Ksanf sözünün işləndiyi bir neçə nümunə:

Ksanf çayı bu sözlərdən coşdu yaman. (314)

Sən də 


Ksanf sahilində ağacları

Odlayaraq alovlarla hücum elə sərt 



Ksanfa. (318)

Homer qeyd edir ki, ölümsüzlər – allahlar bu çayı  



Ksanf, fanilər – 

ölərilər, insanlar isə 



Skamandr adlandırırlar. Homerin bu qeydi bizim üçün 

çox sevindiricidir. 

Ksanf sözünün kökündə kas sözü var. Kaslar və saklar isə 

bir   kökdəndir.   Bizim   üçün   Homerin   izahatı   ona   görə   son   dərəcə 

əhəmiyyətlidir ki, vaxtilə irəli sürdüyümüz bir fikri tam təsdiq edir: «Kaslar 

və   saklar   eyni   tayfadır,   adları   da   eynidir   –   yalnız   adda   metateza   baş 

vermişdir.   Kaslar   həm   də  

kaşu  (elamca)   adlanır,   saklar   həm   də  şaka 

adlanır;   

kas, kaş  –  sak, şak   eyni sözün müxtəlif tələffüz formalarıdır. 

Bunlardan ilkini kaslar olmuşdur. Arxa sıra kar «k»  səsi daha qədim sayılır. 

Həm də Azərbaycan ərazisində   bu adla tanınmış   ən qədim tayfa kaslar 

hesab   olunur.   Deməli,   kasların   ilkin   parçalanması   ən   azı   tunc   dövrünə 

aiddir…» (3,325) Homerin  

Ksanf  sözünü allahlara aid etməsi o deməkdir 

ki, bu sözün  tarixini  insanlarla bağlamaqda çətinlik çəkmişdir,  çünki çox 

qədimdir. Lakin 

Skamandr sözü Homerin müasiri olan saklarla bağlıdır. 

Dardaniya,   dardanlar.  «İliada»da   troyalılar   özlərini   həm   də 

dardanlar adlandırırlar. Hektor qoşunlara belə müraciət edir:  «Ey Troya, 

ey Likiya oğulları, ey dardanlar!». (161) Yaxud Axillesin sözləri:   «Yumru 

döşlü troyalı, dardanyalı qadınları uca səslə hönkürməyə məcbur etmək». 

(277)   «Hər   dəfə   o   qaçıb  



Dardan   qapısına  –   bürcə   sarı…   qorunmağa 

çalışırdı».(329) Priam bəzən poemada  



Dardanid  Priam  (361) adlandırılır 

və s.


Cəsur Eney   Axilleslə rastlaşaraq döyüş meydanında ona öz nəslini 

belə tanıdır:  İlk babamız Dardan ulu Zevsdən törəmişdir. O, Dardaniyanın 

banisidir. Onda hələ İlion yox idi, hamı İdanın ətəyində yaşayırdı. Dardanın 

bir oğlu oldu – Erixtoni.  Erixtoninin oğlu Tros Troyada hakim  oldu. Trosun 

üç   oğlu   vardı:     İl.   Assarak,   Qanimed   (yəqin   ki,  

Qənimət).     Qanimedi 

allahlar tez apardı, gözəl idi, özlərinə saqi etdilər. İlin bir oğlu oldu – Lao-

medont. Laomedont Titonda hökmdar idi. Onun dörd oğlu vardı: Priam, 

34



Yüklə 231,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə