Щомерин поемалары вя «китаби-дядя горгуд»



Yüklə 231,04 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix25.08.2018
ölçüsü231,04 Kb.
#64075
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   16

Kliti, Giketaon, Lamp. Assarakın oğlu Kapi, Kapinin də oğlu Anxiz.   Mən 

Anxizdən törəmişəm, Hektor isə Priamdan. (304)

«İlk babamız Dardan ulu Zevsdən törəmişdir» - sözlərindən aydın olur 

ki, dardanların bu yerlərə nə vaxt gəldiyi bilinmir,   Homerə məlum deyil. 

Müvafiq elmi fikirlər var: «Antik müəllif   Apollodor   Troyanın yaranmasını 

əfsanəvi Dardan ilə bağlayaraq yazır ki, Atlantın qızı Elektra ilə Zevsdən 

Yasion və Dardan doğulmuşlar.. Dardan Tevkrin çarlıq etdiyi ölkəyə gəlir, 

onun   qızı   Batiya   ilə   evlənir   və   burada   Dardan   adlı   şəhər   salır.   Tevkrin 

ölümündən sonra  ölkə Dardaniya adlanır. Onun İl və Erixtoni adlı  oğulları 

dünyaya gəlir. Erixtonidən doğulan Troy çarlığı ələ aldıqdan sonra   bütün 

ölkə Troya adlanmağa başlayır».(5, 55)  «Bu rəvayət troyalıların e.ə. 3000-

2500-ci   illərdə Kiçik Asiyaya   gəlmiş trakların  nəsilləri olduğu haqqında 

K.Blegenin fikri ilə üst-üstə düşür». (5, 55)   Aydın olur ki, troyalılar indi 

(hadisələrin cərəyan etdiyi dövrdə) artıb çoxalmışdır və Dardaniya Troyanın 

vilayətlərindən birinə çevrilmişdir. Ç.Qaraşarlı Qazaxıstanda Dardan dağ adı, 

qırğızlarda şəxs adı olduğunu və  



dardan  sözünün türkcə   «özünü böyük 

sanan», «lovğa» mənalarında işləndiyini müəyyən etmişdir.(5, 56) 



Bati. Bu sözə aşağıdakı misralarda rast gəlirik:

Troyanın qarşısında xeyli uzaq bir düzəndə

Xeyli uca bir təpə var, dörd bir yanı rahat yoldur.

Fani insan bu təpəyə 



Bati adı vermiş, ancaq

Ölümsüzlər – qoçaq-zirək 



Marinanın qəbri deyir.(43)

Bati/Batı  adı   türklərdə   geniş   yayılmış   şəxs   adlarındandır.   Batiya 

antik qaynaqlarda   (9,65) Dardan hakimi Dardanın arvadı hesab olunur. 

Qazax   qadın   adı  

Batiya,   kişi   adı   məşhur  Batı   xan  antroponimlərini 

xatırlamaq olar

Kimmerlər. Bu sözü  ilk dəfə Homer ədəbiyyata gətirmişdir:

Kommerilər məmləkəti hər vaxt sisli-dumanlıdır.(492) 

Üzüb dərin Okean-çay sularını bütün günü



Kommerilər yaşadığı bir şəhərə gəlib çatdıq.

Söz rus dilinə yunan dilindən tərcümədə daha düzgün işlənmişdir: 

Skoro prişli mı  k qlubokotekuhim  vodam Okeana;

Tam 


kimmeriən  peçalğnaə  oblastğ. Pokrıtaə veçno 

Vlajnım tumanom i mqloy  oblakov…

Yunan dilində  

Kimmerioi, Kimmerii  şəkillərindədir. (13,283) Kim-

merlər saklar və skiflərlə bir kökdən olub, ən qədim türk tayfalarındandır. 



Qam  (kahin)  ər  mənasında   olan  kimmer  sözünün   daşıyıcıları   geniş 

ərazilərdə yayılmış, Azərbaycanda dərin izlər qoymuşlar. (3, 301-305)

35



Troya şəxs adlarını diqqətlə nəzərdən keçirdikdə, yunan tələffüzü ilə 

təhrif edilməsinə baxmayaraq, onların bir çoxunun türk mənşəli olduğunu 

üzə çıxarmaq olur.

Priam – (yun. Priamos,13,426) Troyanın son çarı olmuşdur.  Onillik 

müharibə   nəticəsində   onun   vaxtında   axeylər   Troyanı   dağıtmış,   əhali 

müxtəlif   istiqamətlərə   köçüb   getməli   olmuşdur.     Mənbələr   göstərir   ki, 

Priamın xalqına e.ə. XIII əsrdə uzaq şimalda – Skandinaviya ərazilərində, 

Misirdə   və   s.   yerlərdə   rast   gəlmək   olur.   Tədqiqatçılar   bunun   Troyanın 

süqutu ilə eyni vaxta düşməsini məntiqi hesab edirlər. 



Priam sözü türk dillərindəki börü, o cümlədən şor, saqay türklərinin 

dillərində işlənən 



pürü – «qurd, börü» (10,1398)  və am  -«ana» (11,271) 

sözlərindən   olub,   «ana   qurd»   mənasını   verir.   Qədim   qazax   eposunda 

«Priyamın hekayəsi» adlı hissə olduğu göstərilir və Priyam Turan ölkəsinin 

qəhrəmanı, Əfrasiyabın bahadırı kimi təsvir edilir. (5, 54)



Hektor  –  çar   Priamın   oğlunun,   Troya  ordusunun  ən  qüdrətli  sər-

kərdəsinin adıdır. Yalnız allahların qərarı ilə Axilles ona qalib gələ bilir.

Zahirən bu söz türk sözünə oxşamır. Lakin söz başındakı 

«h» səsini 

atsaq və samitləri yumşaltsaq,  



gd-r sammitləri ilə bu sözü  «igid ər» kimi 

oxumaq mümkündür.



Eney  –   ən   cəsur   Troya   qəhrəmanıdır.   Axillesi   qorxuya   salan   bir 

igiddir, Hektorla əminəvəsidir. Şair onu «Xalq içində allah kimi çox sevilən 

mərd   Eney»,     «Troyanın   müşaviri   nəcib   Eney»    (73)   kimi   səciyyə-

ləndirmişdir.  Homer  tarixi  hadisəni   realist  bir   şəkildə   təsvir  etmiş,   Eneyi 

müharibədə salamat saxlamışdır:

Eneyin Axilleslə birbaşa döyüşə atıldığını, lakin Axillesin hələ ölümə 

məhkum olmadığını görən Poseydon  allahların məclisində həyəcanla deyir:

Ey allahlar, gəlin xilas eyləyək biz mərd Eneyi,

Peleyoğlu əgər onu öldürərsə, Şimşəksaçan 

Əsla bundan razı qalmaz… Tale belə hökm edir ki,

Dardan nəsli gərək tamam kəsilməsin bu dünyadan.

Ulu Zeves adi, ani qadınlardan olan bütün

Oğulları arasında hamıdan çox sevir onu.

Priamın nəslindənsə nifrət edir Kronion.

Bundan sonra Troyada əvvəl igid Eney özü,

Sonralar da övladları hökmranlıq edəcəkdir. (305) 

(Kronion   Zevs  eyni   zamanda   Şimşəksaçan   da   adlanır).   Məsələ   Po-

seydonun   dediyi   kimi   olur.   Eneyin   müharibədən   sonrakı   taleyi   uğurlu 

olmuşdur.   Qədim   mənbələrə   əsasən   müəyyənləşdirmişlər   ki,   məğlubiy-

yətdən sonra Eney öz qəbiləsi ilə  -  Dardan qaçqınları ilə İtaliya ərazisinə 

keçərək etruskların təşəkkülünə səbəb olmuşdur. Yerlilərin başçısı Latin öz 

qızını Eneyə ərə vermiş, troyalılarla Latinin camaatı birləşərək bir dövlət 

36



Yüklə 231,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə