Щомерин поемалары вя «китаби-дядя горгуд»



Yüklə 231,04 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix25.08.2018
ölçüsü231,04 Kb.
#64075
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   16

dağıtmaq və qarət  etmək istədikləri mərkəzi şəhərin, həm də padşahlığın, 

troyanların   hökmü   çatan   ərazilərin   ümumi   adıdır.   Elmi   ədəbiyyatda 

troyalıların   Kiçik Asiyanın qərbində, Egey dənizinin şərq sahillərində çox 

qədim   dövrlərdən   məskunlaşdığı   qeyd   edilir.   İngilis   alimi   K.Blegen 

troyalıların   e.ə.3000-2500-cü   illərdə     Şərqi   Avropadan   gəlmiş   trakların 

nəsilləri olduğunu qeyd etmişdir. (4,35) 



Trak sözü  «türk» sözünün fonetik 

variantıdır. 

Türk sözündə –k cəm şəkilçisidir (3,212);  tor, tur - «doğmaq», 

«törəmək»   mənasında   eyni   sözün     qədim   variantlarıdır.  

Troya  sözündə 

-oya  yunan  elementidir,  sözü  nominativ  formaya  salan  şəkilçidir  –  türk 

yurdu, türk şəhəri deməkdir. Antik ədəbiyyatda qohum və müttəfiq olduqla-

rı  daim vurğulanan  traklar və troyalılar  eyni etnosun daşıyıcılarıdır. «Qərbi 

Avropanın  tires-turşa  mənşəli xalqları  (etrusklar, traklar, pelasklar), Kiçik 

Asiyada isə troyalılar   (turşa)   prototürklərin qərb qolunun nəsilləri idilər. 

Avropanın   şimalında     Tor   oğlu   Odinin   başçılığı   altında     troyalıların 

məskunlaşmasından  bəhs edən qədim  Skandinaviya coğrafiya əsərləri  bu 

xalqı həm də 



türklər adlandırır. Burada  göstərilir ki, Tor oğlu Odinin başçı-

lığı   altında     türklər   Asiyadan     (Kiçik   Asiya   nəzərdə   tutulur)   Avropanın 

şimalına gəlmişlər. Gələnlərin «Priamın xalqı»  adlandırılması onların  Kiçik 

Asiyadan – əfsanəvi Troyadan gəldiklərinə aydınlıq gətirir… İtaliyaya köç-

müş troyalılar   orada etrusk xalqının əsasını qoymuş, Avropanın şimalına 

gələnlər   isə     sonralar   Skandinaviya   saqalarının   surətlərinə   çevrilmişlər».

(5,15-16) «Atoynadan 

Troil yox, allahsifət Mestor yoxdur, Hektor da yox!» 

(362) - sözlərindən göründüyü kimi,  



Tor(-o-il)  adı   hadisələrin cərəyan 

etdiyi dövrdə antroponim kimi də işlənməkdə imiş.



İlion. Poemalarda Troya şəhəri eyni zamanda İlion adlanır. Yəni bu 

sözlər bir növ sinonim kimi işlənmişdir. Zevs Troyanın qəddar düşməni olan 

arvadı Heraya deyir:

Qəribədir!.. Priamın nəsli sənə neyləyib ki,

Fikrin-zikrin gözəl, abad 

İlionu dağıtmaqdır?.. 

Qəlbən razı olmasam da, verdim sənə 



Troyanı,

Günəş ilə ulduzların altındakı gen dünyada

İnsanların yaşadığı şəhərlərin hamısından

Ürəyimdə 



İlionu ən müqəddəs sayıram mən; 

Priam da, əhali də hamısından xoşdur mənə. (57)

Elə   bil,   bugünkü   vəziyyətdir:   biz   hamıya,   bütün   millətlərə   yaxşı 

olduğumuz və yaxşılıq etdiyimiz halda, Yer üzünün bütün allahları  bizim 

əleyhimizədir; Hera  Axillesə qüvvə vermək üçün deyir:

Qoy bilsin ki, Olimpdəki allahlardan onu sevən

Ən qüdrətli allahlardır, troyalı qoşunlara

Kömək edən allahlarsa,zəif, gücsüz allahlardır. (301)

30



 Fikrimizcə, İlion yalnız qalanın adını bildirir, Troya isə geniş mənaya 

malikdir və bütün müttəfiq ərazilərini əhatə edir. Təbii ki, konkret halda 

şəhərin adı kimi də çox işlənmişdir. 

İlion – «İl» sözündəndir; -ion yunan elementidir. «İliada» əsərində 

İl düzü, İlin qoca məzarı  kimi ifadələr vardır: «İl  düzüylə qaça-qaça, İda 

dağı ətəyində sıx meşədə… gizlənərəm».(323) «Qocalarsa ötmüşdülər 

İlin 

qoca   məzarını».   (364)   Aydın   olur   ki,   İl   troyanların   görkəmli   dövlət 

xadimlərindən olmuş, onun dəfn edildiyi düzü 

İl düzü adlandırmış, şəhərə 

onun adını vermişlər.  



İl  xalis türk sözüdür. Poemanın adı da buradandır: 

İl-iada  – «İl (haqqında)   oda», «İlnamə, İl nəğməsi» mənasında.  İl//el 

qədim türklərdə xüsusi ad və titul bildirən söz kimi işlənmişdir:  



İl bilge 

qadun.(6, 169; 207)

Qarqar. Məşhur tayfa adını bildirən qarqar sözünə «İliada»da 

toponim kimi bir neçə dəfə rast gəlmək olur: 

Hera isə çıxdı İda dağındakı təpələrin

Qarqar adlı zirvəsinə. (213)

Uca 


Qarqar zirvəsində qucaqlayıb arvadını

Yuxu ilə eşqə uyub şirin-şirin yatdı Zeves. (215)

Bir az sonra yetişdilər suları bol pak İdaya,

Qarqarın dik zirvəsində oturmuşdu Şimşəksaçan.  (222)

Poemaya   əlavə   edilmiş   qeydlərdə  

Qarqar  sözü   «İda   dağının   bir 

yüksəkliyi» kimi izah edilmişdir (7,623) Qarqarlar artıq sübut edilmiş çox 

qədim və çox geniş yayılmış türk tayfalarındandır. Azərbaycanda da geniş 

məskən salmışlar və izləri bu günə qədər qalmaqdadır. Onlar albanlardan 

sonra   Azərbaycanın   ən   böyük   tayfası   olmuşlar.   Təkcə   Cənubi   və   Şimali 

Azərbaycan,   Şimali   Qafqaz   ərazilərində   deyil,   Mərkəzi   Asiyada   da   geniş 

yayılmış bir tayfa olmuşlar Türkmənistanda iki Qarqar çayı, Qazaxıstanda 

Qarqar   rayonu   vardır.   (ətraflı   məlumat   üçün   bax:   3,358-359).   V   əsrdə 

ölkəmizdə Qarqar əlifbasının yaradıldığı məlumdur. Qarqarlar şimala, qərbə 

və   şərqə   Azərbaycan   ərazisindən   yayılmışdır.     Anadolunun   qərbində 

Homerin təsvir etdiyi İda dağında Qarqar zirvəsi onların bu ərazilərdə daha 

qədimdən məskunlaşdığını göstərir.

Gəldi İda təpəsinə, heyvanı bol 

Qarqaraya –

Bura onun meşəsiydi, ətir saçan qurbangahı   (114) – 

misralarından (Zevs haqqında) aydın olur ki, Qarqara yalnız boş zirvə, təpə 

deyil, həm də yaşayış məskənidir. Tərcümədə 

İda təpəsi ifadəsi düz deyil, 

Qarqar təpəsi işlənib, İda dağın adıdır:  

31



Yüklə 231,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə