Щомерин поемалары вя «китаби-дядя горгуд»



Yüklə 231,04 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix25.08.2018
ölçüsü231,04 Kb.
#64075
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

Məni sana asarlar, götürməgil, ağac!

Götürəcək olursan, yigitligüm səni tutsun, ağac! (48)

Odissey isə Aid dünyasına (o biri dünyaya) gedir ki, öz evinə necə 

dönmək lazım gəldiyini müqəddəs ağacdan öyrənsin:

Odisseyin Dolonaya getdiyini  dedi Fedon.

Gedibdir ki, İtakaya geri dönmək barəsində 

Sirli palıd ağacından öyrənsin Zevs məramını:

Öyrənsin ki, öz evinə gizli getsin, yoxsa açıq? (592)

Hər   iki   əsərdə     hadisələr   əvvəlcədən   yuxu   vasitəsilə   xəbər   verilir. 

«Dədə   Qorqud»da   yuxu   mənfi   hadisəni,   bədbəxtliyi,   «Odisseya»da   şad 

xəbəri çatdırır. Qazan xan oğlu Uruzu 300 igidi ilə yurdunda qoyub, bəylərlə 

ova   gedir   və   yeyib-içib   yatarkən   dəhşətli   yuxu   görür:   «Bilürmisən, 

qarındaşım Qaragünə, düşimdə nə göründü? Qara qayğılu vaqeə gördüm. 

Yumruğımda talbınan şahin bənim quşumı alur gördüm.  Gögdən ildırım ağ 

ban evim üzərinə şaqır gördüm. Düm qara pusarıq  ordımın üzərinə tökülü 

gördüm. Quduz qurtlar evimi dəlir gördüm. Qara dəvə ənsəmdən   qarvar 

gördüm.   Qarğu   kibi   qara   saçım   uzanır   gördüm,   uzanıban   gözümi   örtür 

gördüm.   Biləgümdən     on   barmağımı   qanda   gördüm…   Xanım   qardaş, 

mənim bu düşimi yorğıl manna» - dedi». (44) Yuxu Qazan xanın evinin 

yağmalandığını, oğlunun, qadınının dustaq olduğunu xəbər verir.

Poemada isə Penelopa hələ tanımadığı, lakin   macəralarını dinləyib 

söhbət etdiyi əri Odisseyə gecə gördüyü yuxunu danışır, o zaman danışır ki, 

hələ Odissey Penelopa məftunlarına silah qalldırmayıb  və adi bir yolçu kimi 

tanınır: 

Bir də, qərib, mən gördüyüm bir yuxunu şərh et mənə:

Gördüm ki, düz iyirmi qaz suda üzən buğdaları 

Dənləyirlər.  Mən tamaşa eyləyərək şadlanıram.

Birdən dağdan uçub gələn  əyricaynaq nəhəng qartal

Hamısının boğazını üzüb atdı bir tərəfə. 

Yerdə qaldı cəmdəkləri. Qartal yenə pərvazlandı.

Mən yuxuda çox ağlayıb inildədim…

Birdən qartal uçub gəldi, qondu damın dirəyinə,

İnsan kimi dil açaraq mənə toxdaq verib dedi:

-Adlı-sanlı İkarinin aqil qızı, ruhdan düşmə!

Gördüklərin yuxu deyil, baş verəcək həqiqətdir.(597)

          Elə də olur və sonrakı gün Odissey  Penelopa məftunlvarının 

cəmdəklərini otaqda sərili qoyur.

16



Banıçiçək ozanın Beyrək, Penelopa isə yad adamın Odissey olduğunu 

yoxlamaq üçün sınaqdan keçirir. Beyrək Banıçiçəyin qalxıb oynamasını tələb 

edir.   Banıçiçək   Beyrəyi   tanımır   və   Qısırca   yengəni,   Boğazca   Fatmanı 

oynamaq üçün qaldırıb onu başdan eləmək istəyir. Mümkün olmadıqda özü 

oynamalı olur.   Beyrək onun barmağındakı üzüyü istəyir. Nəticədə sınaq 

üçün imkan yaranır. «Altun yüzükdə çoq nişan vardır. Altun yüzigi  istərsən, 

nişanın söylə» dedi. Beyrək aydır:

Alan sabah, xan qızı, yerimdən turmadımmı?

Boz ayğırın belinə binmədimmi?

Sənin odan üzərinə  sığın-keyik yıqmadımmı?

Sən məni yanına qağırmadınmı?

Sənin atunı mənim atım keçmədimi?

Ox atanda mən sənin  oxını yarmadımmı?

Kürəşdə mən səni basmadımmı?

Üç öpüb, bir dişləyüb, altun yüzigi  barmağına keçürmədimmi?  

Sevişdigin Bamsı Beyrək mən degilmiyəm? – dedi. 

Böylə   digəc   qız   tanıdı,   bildi   kim,   Beyrəkdir.   Cübbəsilə,   çuxasilə 

Beyrəgin ayağına düşdi». (65)

Penelopa da Odisseyə çox soyuq münasbət bəsləyir. Odissey təəccüb 

edir:


Düz iyirmi ildən sonra çətinliklə dönmüş əri

İnanmıram, başqa qadın belə soyuq qarşılaya.(632)

Odissey   bütün   Penelopa   məftunlarını   qırıb   qurtardıqdan   sonra   da 

arvadının onu tanımadığını, qəbul etmədiyini gördükdə bir növ  əsəbiləşir, 

yatmaq istədiyini bildirir. 

Penelopa onu yoxlamaq istəyir, oğlu Telemaxa deyir:

Amma ki, o, Odisseysə, qayıdan o özüdürsə,

Onda biri-birimizi asanlıqla tanıyarıq,

Çünki elə əlamətlər var ki, yalnız biz bilirik.(631)

Ona görə  də Penelopa xidmətçi  kəniz  Yevrikleyaya tapşırır  ki, ona 

dəhlizdə   yer   salsın.   Məqsəd   sirli   çarpayı   barədə   onun   bir   şey   bilib-

bilmədiyini yoxlamaqdır.

Onun bu göstərişi Odisseyi daha da haldan edir, o, güman edir ki, 

burda olmadığı müddətdə onun öz əli ilə düzəltdiyi çarpayını tərpədiblər, 

məcbur olur ki, çarpayının arvadı ilə ona məlum olan sirlərini söyləsin: 

De, yerini dəyişdirən kimdir mənim çarpayımın?..

Bir sirri var – mən bilirəm, çünki mənəm düzəldəni!..

17



Çünki elə əlamətlər var ki, yalnız biz bilirik. (631) 

Bildirir ki, onların yataq otağındakı çarpayını o özü düzəldib, iri zeytun 

ağacını kəsib, burğu ilə deşib, çarpayını ona bərkidib. Bir ayağı kötükdür, 

onu tərpətmək olmaz. Naxışı fil sümüyündən, qızıldan və   gümüşdəndir. 

«Penelopa, nişanları budur həmin çarpayının!» (633) 

Belə dedi, xanımın həm dizi əsdi, həm ürəyi,

Eşitdiyi nişanələr dəqiq idi başdan-başa. (633)

Hər iki əsərdə qəhrəmanı əvəz etmək istəyən düşmən qüvvə sınağa 

çəkilir.   «Odisseya»da   məsələ   daha   aydındır.   20   ildən   sonra   da   ərinin 

gəlmədiyini   görən  Penelopa     məcbur  olub öz  məftunlarına  belə  bir   şərt 

qoyur: onu almaq istəyən şəxs  Odisseyin ox-yayını götürüb, oxu dalbadal 

düzülmüş 12 baltanın sap yerindən keçirməlidir:

Allahsifət Odisseyin böyük yayı bax burdadır,

Kim o yayın kirişini  asanlıqla darta bilsə,

Bu oxu on iki balta yarığından düz keçirsə,

Mən bu varlı, əziz, qəşəng ər evini tərk edərək

Həmin yarış qalibinin arxasınca gedəcəyəm! (609)

Qapı   tərəfdə   bir   küncdə   oturmuş   Odissey   (hələ   tanınmır)   özü 

baltaların tiyəsini eyni səviyyədə yerə basdırır, diblərini torpaqla doldurur, 

ayaqlayıb bərkidir ki, yıxılmasınlar. Lakin Penelopa məftunlarından heç biri 

onun yayının kirişini çəkməyi, yayı dartmağı bacarmır. Hətta kirişi qızdırıb 

yağlasalar da, dartıb əyə bilmirlər. Dilənçi vəziyyətdə qapı ağzında əyləşmiş 

Odissey də özünü sınamaq istədiyini bildirir. Lakin qonaqlar bunu təhqir 

sayırlar. Odisseyin oğlu Telemaxın və Penelopanın israrı ilə ox-yayı ona da 

verirlər. Odissey yayı dartıb oxu buraxır və baltaların sap yerindən keçirir. 

Eyni zamanda bu yolla öz ox-yayını da əldə etmiş olur.

«Dədə Qorqud»da isə məsələ pozulmuşdur. Eyni mərasim səbəbsiz 

icra   edilir,   Banıçiçəyin   heç   bir   tələbi   olmadan   keçirilir.   Görünür,   burada 

iddiaçının   tək   olduğu   nəzərə   alınmışdır.   Əsas   şərt   Beyrəkdən   xəbər 

gətirilməsi   ilə   məhdudlaşdırılmışdır   ki,   bunu   da     Yalançı   oğlu   Yalançuq 

yerinə yetirir. Amma oxatma sınağı keçirilir və Oğuz igidləri Banıçiçəyi əldə 

etmək   üçün   yox,   öz   igidliklərini   nümayiş   etdirmək   üçün     oxatma   yarışı 

keçirirlər.   Dəvə   çuvalını   bədəninə   keçirmiş   Beyrək     məclisə   gəlir.   Oğuz 

igidləri  bəyin – Yalançuğun üzüyünü nişan qoyub ox atırlar. Budaq, Uruz, 

Şir Şəmsəddin və başqa Oğuz igidləri ox atdıqda Beyrək  «Əlün var olsun!» 

deyir,   göygü atanda «Əlin qurusun, parmaqların çürisün, hey, tonuz oğlı 

tonuz, - deyirdi, - göygülərə qurban ol!» - deyirdi». Nəhayət, Yalançuq əsə-

biləşir, öz ox-yayını ona verir ki, «mənim yayımı çək, yoxsa şimdi boynın 

ururam».   Beyrək   yayı   çəkir,   yay   paralanır.   Yalançuq   Beyrəyin   yayını 

18



Yüklə 231,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə