yazır: “Mənim futbol topum köhnə corab lar -
dan düzəldilmişdi”. “Məndə başlıca həyati
təməl ata-anamın sevgi və etibarı, bir də evi -
miz dəki əmin-amanlıq” idi.
Bu ifadələr mənə kəndimizi, uşaqlığımı
xatırlatdı: eyni şərait, oxşar yaşam dünyası,
etik normalar.
Əhməd Zevaylın o vaxtkı Misir təhsili və
müəllim haqqında yazdıqları da maraqlıdır:
“Misirdə məktəb təhsili əla idi. Həmin
sistemdə həm sağlam rəqabət, həm də
kollektiv yanaşma elementləri yer almışdı.
Bundan əlavə, müəllimlər ən hörmətli
adamlar idi, müəllim və şagirdlər
arasındakı münasibətlər yüksək və
xeyirxah idi, ödənişli fərdi dərslərin
yaratdığı tamahkarlıqla korlan
ma
-
mışdı. Cəmiyyət təhsili dəyərləndirir
və ona hörmət bəsləyirdi – əgər
nailiyyətlərinlə fərqlənirdinsə, səni
gözdən qaçırmırdılar. Disuk sakinləri
bilirdilər ki, filankəs əlaçı şagirddir,
onu hər vasitə ilə həvəsləndirir və
ruhlandırırdılar”.
O da maraqlıdır ki, Əhməd Zevayl
hələ 10 yaşında olanda (1956-cı ildə)
Misirin ilk prezidenti Nasserə məktub
yazıb və sonunda qeyd edib ki, “Qoy
Allah Sizə və Misirə uğur bəxş etsin”.
Misirin ilk prezidenti 1956-cı il
yanvarın 11-də 10 yaşlı Əhməd
Zevayla cavab məktubu göndərib:
“Oğlum Əhməd, mən sənə ən
yaxşısını arzulayıram. Sənin güclü
hislərlə dolu məktubunu aldım və bu
məktub mənə dərin təsir göstərdi. Mən
Allaha dua edirəm ki, səni Misirin
işıqlı gələcəyi üçün saxlasın və
qorusun. Səndən bundan sonra da
əzmlə və səylə bilik toplamağını,
özünü layiqli aparmağını və böyük
Misirin gələcəyinin qurulmasında
iştirak etməyə hazırlaşmağını xahiş
edirəm”.
Əslində, bu məktublaşmanın iki vacib
aspektini qeyd etmək istərdim: birincisi
Əhməd Zevaylda genetik kodun yüksək
potensiallı olmasını və o vaxtkı Misirdə təlim
və tərbiyənin yüksək standartlara uyğun vəh -
dətdə inkişafını qeyd etmək vacibdir. İkincisi,
Misir kimi böyük bir ölkənin prezidentinin 10
yaşlı uşağın məktubuna cavab verməsi.
Tarix göstərdi ki, ölkə prezidentinin
məktubunu cavablandırdığı 10 yaşlı uşaq bu
diqqətə layiq imiş. Qeyd edim ki, bu tarixi
20
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
qeydiyyat istənilən rəhbər tərəfindən ciddi
nəzərə alınmalıdır. Çox vaxt, hətta məktəb
direktoru da uşağın ona yazdığı məktuba
cavab yazmaq istəyində olmur. Bu, bir çox
hallarda istedadın zamanında aşkar edilərək
dəstəklənməsinə mane olur və bəzən də
yüksək potensiallı istedad sahibi məhz bu
diqqətsizlik səbəbindən inkişaf edə bilmir.
Əhməd Zevayl xalq musiqisini çox sevir
və bu sevgi onda hələ uşaq yaşlarından
yaranıb və bu gün o, ABŞ-da yaşasa da, hər
zaman bu musiqini dinləməkdən zövq aldığını
qeyd edir. Onun ən çox sevdiyi Misir
müğənnisi Umm Gülsümdür: “Mən artıq qırx
ildir ki, Umm Gülsümü dinləyirəm və hər dəfə
onun səsi məndə ilham və sevinc hissi oyadır.
Bu müğənni, demək olar ki, bütün həyatım
boyu mənimlə yanaşı olmuş və hislərimi
formalaşdırmışdır. Kaltexdəki kabinetimdə
qoyulmuş maqnitofonda mən onun səs
yazısına qulaq asıram, masamın üstündə isə
ailəmin–zövcəmin, övladlarımın fotoları ilə
birlikdə onun da fotoşəkli durur. Hətta indi də
işin, dörd katibimin, faksların, elektron
məlumatların əlində qaldığım bir vaxtda da
mən onun səsini dinləyir və dincəlirəm”.
Əhməd Zevayl hazırlıq məktəbi haqqında
da söhbət açarkən valideynlərinin bu sahədə
də müstəsna rolunu qeyd edir: “Mən həmişə
özümdə təhsilə cəzb olunma, yaxud anamın
dediyi kimi, yeni şeylər öyrənmək istəyi hiss
etmişəm. Hələ mən hazırlıq məktəbində oxu -
yar kən ailəm otağımın qapısına “Doktor Əh -
məd” lövhəsini asmaqla taleyimi öncədən
söy ləmiş oldu. Məndə özümü oxumağa borclu
sayma hissi yox idi. Bu işə məni nə borc hissi,
nə də ailəmin təzyiqi məcbur edirdi – bu istək
içimdən gəlirdi. Atam tez-tez otağıma gələr və
mənə deyərdi ki, məşğələlərlə özümə qəsd
etməyim. Lakin əgər mən məktəbdə 100
baldan 98-ni almış olsaydım, o zarafatla deyərdi:
“Mənim əziz oğlum, bəs qalan ikisi necə
oldu?”
“Misirdə ikinci pillə məktəbi (zanaviya)
yetərincə güclü idi və həm baza fənləri, həm
də əlavə fənlər üzrə öz proqramları var idi.
Səhərlər biz məktəbin həyətinə gəlir, bayrağı
qaldırır və milli himni oxuyurduq. Biz misirli
olmağımızla fəxr edirdik, vətənimizlə fəxr
edirdik və bu səhər mərasimi vətənpərvərlik
hislərimizi möhkəmləndirir, özümüzə olan
inamımızı, özünə yüksək dəyər verməni
gücləndirirdi”.
Hesab edirəm ki, bu səhər mərasimləri
Azərbaycan məktəblərində də təşkil olun
-
malıdır. Hazırda ölkəmizdə yeganə Biləsuvar
liseyində hər səhər bayrağın qaldırılması və
Azərbaycanın himninin oxunması tədbiri
həyata keçirilir.
Əhməd Zevaylın İsgəndəriyyə Universi -
tetini məbəd adlandırması da diqqətə layiqdir:
“1963-cü il, yayın son bu günü, bu pillə -
kən
lər yaddaşımda həmişəlik qaldı.
Gözlərimdən yaş gəlirdi: ömrümdə ilk dəfə idi
ki, mən öz gözlərimlə məbəd-elm və zəkanın
müqəddəs məkanını görürdüm. Mənə elə
gəlirdi ki, burada hər şeyə elm və idrak ruhu
hopub, binalardan hər biri isə müəyyən bir
elmin – geologiyanın, riyaziyyatın, fizikanın,
kimyanın məbədidir”.
Əhməd Zevaylın həyat təcrübəsi göstərir
ki, universiteti təhsil və elm məbədi sayanlar,
bu məbəddə ona layiq təhsil alanlar elmin uca
zirvəsinə yüksələ bilirlər.
Əhməd Zevayl alimin özündən razılığını
böyük qəbahət hesab edərək yazmışdır: “Alim
olmaq xoşdur. Lakin mən dərk edirəm ki, bu
iş vəzifələrlə də bağlıdır və mən həmin
vəzifələri səylə və böyük enerji ilə yerinə
yetirmək fikrindəyəm. Nobel mükafatı təkcə
şərəf yox, həm də məsuliyyət, dünyada tərəq -
qini dəstəkləmək imkanı gətirir. Bu, nailiy -
yətlər yolunun sonu deyil. Nobel müka fa tından
da yüksək şərəf və qiymət yoxdur, ona görə
də bir az nəfəs dərmək və dincəlmək
məsləhəti məni hər dəfə təəccübləndirirdi.
Əgər peşəkarlıq baxımından bu, doğrudan da,
belədirsə, hər halda daxili həzz anlayışı – işə,
ailəyə, bütövlükdə bəşəriyyətə sədaqətli sev -
giyə görə mükafat da vardır. Yeni bilik axta -
ranlar üçün şövq – ruhun əbədi halıdır. Böyük
Misir pedaqoqlarından biri, doktor Taha
Hüseyn uğurlarından məst olmuş adam
lar
haqqında demişdi: “Vat-lu litalib əl-ilmi: əl-
radi ən nəfsihi – vay özündən razı qalmış
alimin halına!” Və o, haqlıdır, biz axtarış ları -
mızı davam etdirməli və daim başqa elm axta -
ranlara kömək göstərməyimizlə bağlı məsu liy yət
hiss etməliyik”.
Əhməd Zevaylın ən böyük önəm verdiyi
məqamlardan biri də elmin populyarlaşdırıl -
masıdır: “Mən çoxlu kütləvi mühazirələrdə,
televiziya müsahibələrində, gənclərlə görüş -
lərdə iştirak edirdim və onların hamısı da
mənə sevinc bəxş edirdi. Gənclərin
simalarında həvəs və təəccüb görmək necə də
xoşdur – eyni hisləri gəncliyimdə mən də
yaşayırdım. Amma mənim məqsədim və
ümidim – elmin və yeni biliklərin gözəlliyi ilə
təkcə gəncləri yox, bütövlükdə ictimai rəyi
ruhlandırmaqdır”.
Əhməd Zevaylın fikrincə, inkişaf etmiş
dünya səviyyəsinə çatmaq yolundakı
maneələr dörd amillə müəyyən olunur:
“Savadsızlıq”. Bir çox ölkələrdə, xüsusilə də
Cənub yarımkürəsində savadsız insanlar əha -
linin 40–50%-ni təşkil edir. Bəzi dövlətlərdə
isə vəziyyət daha pisdir – qadınlar arasında
savadsızlıq 70%-ə çatır. Bu statistika təhsil
siste minin dağılmasına dəlalət edir və işsiz -
liyin həyəcan doğuracaq dərəcədə artması ilə
nəticələnir. Bu cür hazırlıqla dünya birliyində
ciddi bir rola iddialı olmaq yersizdir. Qərb
ölkələrində savadsızlıq, demək olar ki, ləğv
olunmuşdur; terminin özü isə burada daha çox
yazıb-oxumağı bacarmamağın ifadə edilməsi
ilə yox, kompyuterlə iş vərdişlərinin olma -
ması ilə əlaqələndirilir! Əlbəttə, bu gün inki -
şaf etmiş sayılan ölkələrdən bəzilərində keç mişdə
əhalinin savadlılıq dərəcəsi çox aşağı idi,
amma yadda saxlamaq lazımdır ki, bu halda
əhalinin əhəmiyyətli bir hissəsi yüksək texniki
baza hazırlığı səviyyəsinə malik idi.
Elm və texnologiyalar sahəsində qeyri-
ardıcıl siyasət. Binəsiblər dünyasında daya -
nıqlı elmi və texnoloji bazanın olmaması heç
də mütləq maddi ehtiyatlar və insan ehtiyatları
çatışmazlığı ilə əlaqəli olmur. Bir çox hallarda
bu cür vəziyyət elmin və texnologiyanın
həlledici rolunu başa düşməməyin, elmi və
texnoloji bazanın yaradılmasında qeyri-ardı -
cıl lığın və dövlətin ehtiyaclarının ödənil mə -
sinə, onun maddi və insan ehtiyatlarının
is
tismarına düşünülmüş elmi yanaşmanın
olmamasının nəticəsi kimi çıxış edir (bunun
nəticələrini bir sıra inkişaf etmiş ölkələrdə də
görmək olar). Bəzi ölkələrdə hesab edirlər ki,
22
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Dostları ilə paylaş: |