lərdə nəşr olunan nüfuzlu
jurnallarda huma nitar
və ictimai elmlər üzrə üç, təbiət elmləri üzrə isə
altı məqaləsi dərc edilmə lidir. Beynəlxalq elmi
ictimaiyyət tərəfin dən birmənalı olaraq nüfuzlu
hesab edilən jurnallarda məqalələrin dərci üçün
yüksək səviyyədə elmi kriteriyalar qoyulur. Bu
cür kriteriyaları ödəməyən iddiaçılar çox aşağı
elmi səviyyəli, kommersiya məqsədilə nəşr
olunan jurnallarda məqalələr dərc etdirirlər və
bunlar da AAK tərəfindən qəbul olunmur. Çox
vaxt soruşurlar: hansı xarici elmi jurnallar
nüfuzlu hesab edilir? Əlbəttə, əsl alim özünün
çalışdığı elm sahəsində hansı jurnalın nüfuzlu
olduğunu yaxşı bilməlidir. AAK Web of Science
elmi məlumat bazasının (www.thomson reuters.com)
üç sitatgətirmə sistemindən hər hansı birinə
daxil olan jurnalları birmənalı şəkildə nüfuzlu
xarici elmi jurnallar hesab edir: Science Citation
Index Expanded (dəqiq, təbiət və texniki elmlər
üzrə), Social Science Citation Index (sosial
elmlər üzrə), Arts and Humanities Citation
Index (incəsənət və humanitar elmlər üzrə). Bu
barədə uyğun məlumat AAK-nın rəsmi internet
saytında (www.aak.ab.az) yerləş
dirilmiş və
«Elm» qəzetinin 26 may 2010-cu il tarixli 20
saylı buraxılışında dərc olun muşdur.
Müdafiə üçün təqdim olunan dissertasiya -
ların elmi səviyyəsini yüksəlt mək və bütöv -
lükdə, Azərbaycan Respubli ka sının ali təhsil
müəssisələrinin və elmi müəssisələrinin beynəl -
xalq aləmdə nüfuzu nun yüksəlməsi işinə əhə -
miy yətli dərəcədə dəstək vermək məqsədilə
Ali Attestasiya Komissiyası Rəyasət Heyəti
11 yanvar 2013-cü il tarixdə “Nüfuzlu hesab
edilən və Azərbaycan Respublikasında disser -
tasi
ya
ların əsas nəticələrinin dərc olunması
tövsiyə edilən xarici elmi jurnalların siyahı sının
müəy yən edilməsi haqqında” qərar qəbul etmişdir.
Həmin qərara əsasən iddiaçıların elmlər doktoru
dissertasiyala rının əsas elmi nəticələrinə dair
onun ilkin ekspertizasına qədər xarici ölkələrdə
huma nitar və ictimai elmlər üzrə nəşr olunan
nüfuzlu jurnallarda dərc olunmuş üç məqa lədən
ən azı biri, dəqiq və təbiət elmləri üzrə isə altı
məqalədən ən azı üçü Web of Science elmi
məlumat bazasının Citation Index seriyalarından
birinə daxil olan jurnallarda dərc edilməlidir.
Xatırladaq ki, bu qərar 2013-cü il may ayının 1-dən
qüvvəyə minmişdir. Fürsətdən istifadə edərək,
dissertasiya şuralarının sədrlərinin diq qə tini bu
qərarın icrasının həyata keçiril mə sinə yönəltmək
istəyirəm.
Bəzən humanitar və ictimai elmlər sahəsində
dissertasiya yazan iddiaçılar şikayət edirlər ki,
onlar üçün xarici nüfuzlu jurnallarda və xüsusən
də Web of Science elmi məlumat bazasına daxil
olan jurnallarda məqalə dərc etdirmək çətindir.
Bununla qismən razılaşmaq olar. Məsələn,
Qarabağ hadisələrini və ya tarixini düzgün
işıqlandıran məqalələri çox vaxt bəzi jurnalların
redaksiyaları qəbul etmirlər. Erməni diasporu -
nun dünyada Azərbaycana qarşı yönəlmiş hamıya
bəlli olan aktiv fəaliyyəti bu cür məsələlərə də
öz mənfi təsirini göstərir. Lakin çıxış yolu
tapmaq mümkündür: belə məqalələri Azərbay -
ca nın düzgün mövqeyini dəstəkləyən ölkələrdə
nəşr olunan jurnallarda dərc etdirmək olar. Azər -
baycanın düzgün mövqeyini dəstəklə yən ölkələ -
rin sayı isə artıq kifayət qədərdir. Belə ki, 2011-ci
ildə dünyanın 155 ölkəsi Azərbaycanın nami -
zəd liyini dəstəkləyərək və etimad göstərərək,
respublikamızı BMT kimi mötəbər bir təşkilatın
Təhlükəsizlik Şurasına üzv seçmişdir. İlham
Əliyevin uğurlu diplomatiyası sayəsində
mümkün olan bu qələbə beynəlxalq aləmdə
respubli kamızın mövqelərinin olduqca güclən -
diyini göstərir. Heydər Əliyev Fondunun və
Azər bay can Mədəniyyətinin Dostları Fondunun
rəhbəri Mehriban xanım Əliyevanın təşəb büsü
və dəstəyi ilə Avropanın bir çox ölkə lə rində təşkil
12
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
olunmuş Azərbaycan mə dəniy yət günləri, Azər -
bay
can mədəniy
yətinə və incəsənətinə həsr
olun muş sərgilər, kon frans lar və konsertlər, Azər -
baycanın şifahi xalq ədəbiyyatının və musi qi
irsinin qoru nub saxlanılması, inkişaf etdiril məsi
və təbliği istiqamətində görülmüş digər mühüm
işlər beynəlxalq aləmdə respubli kamıza və xal -
qımıza qürur gətirən yüksək əks-sədaya səbəb
olmuş və Azərbaycana çox böyük maraq yarat -
mışdır. Ümumiyyətlə, respub lika mıza yönəlmiş
bu maraq gündən-günə artmaqda davam edir.
Bütün bunlar bir daha onu göstərir ki, Azər -
baycanın tarixinə, ədəbiyyatına və mədəniy -
yətinə, bundan savayı dilimizə və iqtisadiy yatı mıza
aid olan məqalələrin Citation Index seriyalarına
daxil olan jurnallarda dərc etdirməyin çətinliyi
tama milə yanlış bir fikirdir. Yetər ki, təqdim
olunan məqalə yüksək elmi səviyyədə yazıl sın,
onun elmi və ya praktiki əhə miyyəti olsun. Bu
işdə iradə və səbir tələb olunur. Dəqiq və təbiət
elmləri sahəsində çalışan iddiaçılar üçün də
Science Citation Index seriyasına daxil olan
jurnallarda məqalə dərc etdirmək asan şəkildə
başa gəlmir və bəzən bir məqalənin dərc olun -
masına bir ildən artıq vaxt gedir.
Lakin yenə də humanitar elmlər sahə sində
xarici nüfuzlu jurnallarda və xüsusən də Web of
Science elmi məlumat bazasına daxil olan
jurnallarda elmi məqalələrin dərc olunması ilə
bağlı vəziyyəti nəzərə alaraq, AAK Rəyasət
Heyəti dəqiq və təbiət elmləri sahəsi ilə müqa -
yisədə humanitar və ictimai elmlər sahə sində
çalışan və elmlər doktoru elmi dərəcəsi iddiaçısı
olan tədqiqatçılar üçün güzəştə getmişdir. Belə ki,
humanitar və ictimai elmlər sahəsində çalışan
iddiaçıların elmlər doktoru disser tasiyalarının
əsas elmi nəticələrinə dair xarici ölkələrdə nəşr
olunan nüfuzlu jurnallarda dərc olunmuş üç
məqalədən birinin Citation Index seriyasına daxil
olan uyğun jurnalda olması tələb olunur.
Xüsusi olaraq onu qeyd etmək lazımdır ki,
ictimai və humanitar elmlərin vəziyyəti Azər -
baycan Respublikası Prezidenti Adminis tra si -
ya sının rəhbəri, akademik Ramiz Mehdiyevin 21
noyabr 2009-cu ildə Azərbaycan Respublika -
sının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiya sında ali təhsil və elm müəssisələri -
nin rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirədə
geniş müzakirə olunmuş və bu elmlər sahəsində
mövcud vəziyyət və həllini gözləyən vacib
problemlər görkəmli akademikin «Azərbaycan»
qəzetinin 8 dekabr 2009-cu il tarixli nömrəsində
«İctimai və humanitar elmlər: zaman konteks -
tində baxış» mövzusunda dərc olunmuş məqa -
ləsində dərindən təhlil edilmişdir. Fikrimizcə,
AAK-nın humanitar və ictimai elmlər sahəsində
çalışan və elmlər doktoru elmi dərəcəsi iddiaçısı
olan tədqiqatçılar qarşısında Citation Index
seriyalarına daxil olan uyğun jurnallarda məqalə
dərc etdirmək tələbi ictimai və humanitar
elmlərdə yaranmış vəziyyətlə bağlı yuxarıda
sözügedən müşavirədə və məqalədə xüsusi
olaraq vurğulanan vacib problemlərin həlli
istiqamətində atılmış mühüm addımlardan biridir.
Məlumdur ki, hər hansı bir ali təhsil müəs -
sisəsi əməkdaşlarının Citation Index seriya -
sına daxil olan dövri elmi nəşrlərdə dərc
etdirdikləri elmi məqalələrin və bu məqalələrə
olan elmi istinadların sayı həmin ali təhsil
müəs
si
səsinin dünya ali təhsil müəssisələri
sırasında yerini müəyyən edən mühüm göstə -
ricilərdən biridir. Citation Index seriyasına
daxil olan dövri elmi nəşrlərdə dərc olunan elmi
məqalələrin və bu məqalələrə olan elmi
istinadların sayı, eyni zamanda elm mərkəz -
lərinin də beynəlxalq elm məkanında nüfuzunu
və səviyyəsini müəyyən edən mühüm göstə -
ricidir. AAK-nın mövcud əsasnamələrinə və
normativ hüquqi aktlarına uyğun olaraq elmi
dərəcə iddiaçıları qarşısında qoyulan bu tələb
Azərbaycan elminin beynəlxalq elm məkanına
inteqrasiyasına bilavasitə xidmət edir və Azər -
13
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013