uğurludur,
bununla bərabər hələ çox iş
görülməlidir. Ancaq beynəlxalq təşkilatlar, o
cümlədən Dünya Səhiyyə Təşkilatı Azərbay -
canın bu sahədəki fəaliyyətini yüksək
qiymətləndirir. Bir müddət əvvəl Dünya Səhiyyə
Təşkilatının Avropa bölməsi Azərbaycanda
gedən islahatları vurğulamışdır.
Bir daha demək istəyirəm ki, son illərdə
hər bir rayonda müasir xəstəxanalar, tibb
mərkəzləri tikilir. O ki qaldı Bakıya, son
illərdə Bakıda, demək olar ki, əsas elmi-
tədqiqat səhiyyə müəssisələrimiz yenidən
qurulmuşdur, əsaslı təmir edilmişdir, bir neçə
böyük xəstəxana tikilmişdir. Yəni bu sahədə
biz öz ardıcıl siyasətimizi davam etdirəcəyik.
İnsanların sağlamlığı dövlətimiz üçün
prioritet məsələdir. Mənim bölgələrə
səfərlərim zamanı açılan xəstəxanalar, su
xətləri, ekologiya ilə bağlı digər tədbirlər bir
məqsədi güdür – Azərbaycanda insan sağ -
lamlığı qorunsun, keyfiyyətli müalicə almaq
üçün imkan, şərait olsun. İndi bütün bölgə -
lərdə və yaxın zamanlarda hər bir şəhərdə
dializ mərkəzləri tam şəkildə fəaliyyətə
başlayacaqdır. Əksər şəhərlərdə biz artıq
buna nail olmuşuq. Biz bunun müsbət tərəfini
görürük. Vaxtilə xəstələr yüz kilometrlərlə
məsafəni qət etməli olurdular, böyük şəhər -
lərdə müalicə alırdılar. İndi hər bir bölgədə
deyə bilərəm ki, təxminən hər bir şəhərdə
müasir dializ mərkəzləri vardır. Ona görə
insanların sağlamlığını təmin edən tibbi
xidmət bu gün, əlbəttə ki, daha da yüksək
səviyyədədir. İnsan sağlamlığını şərtləndirən
digər amillər Azərbaycanda, əlbəttə ki, vardır.
Bu sahəyə diqqət yetirilir. Statistik göstə -
ricilər – yəqin ki, həkimlər bunu hamıdan
yaxşı bilirlər – onu göstərir ki, Azərbaycanda
insanların ömrünün uzunluğu artır, uşaq
ölümü azalır. Bu, səhiyyənin səviyyəsini
göstərən əsas amillərdən biridir.
Bir daha demək istəyirəm ki, Azərbaycan
Tibb Universitetinin böyük tarixi, ənənələri,
gözəl bu günü, gözəl gələcəyi vardır. Deyə
bilərəm ki, biz həkimlərin bütün xahişlərini
çalışırıq ki, yerinə yetirək. Belə gözəl klini -
kalar həm tədris, tibb mərkəzləridir, eyni
zamanda həkimlərin iş yeridir. Hər yerdə, hər
şəhərdə, hər rayonda həkimlərin iş yeri də
bax, belə olmalıdır.
Bir daha qeyd etmək istəyirəm ki, bu
gözəl klinikanın açılışı böyük əlamətdar
hadisədir. Mən çox şadam ki, son illərdə biz
sizinlə bərabər bu gözəl hadisələri qeyd
etmişik. Tibb Universitetinin ardıcıllıqla
klinikaları yaradılır. 2002-ci ildə stomatoloji,
2007-ci ildə onkoloji, 2010-cu ildə terapevtik
klinikaları açılmışdır və indi cərrahiyyə
klinikası artıq fəaliyyətə başlayır. Bir daha
sizi bu gözəl hadisə münasibətilə ürəkdən
təbrik edirəm.
Azərbaycan Tibb Universite ti nin
rektoru, akademik Əhliman Əmiras -
la novun çıxışı:
– Möhtərəm cənab Prezident!
Çox hörmətli Mehriban xanım!
İcazə verin, Tibb Universitetinin profes -
sor-müəllim heyəti, tələbə kollektivi adından
Sizi ürəkdən salamlayım və Tibb Universi -
tetinin bu möhtəşəm, böyük klini kasına xoş
gəlmisiniz deyim.
Bu gün yeni tədris ilinin başlaması
ərəfəsində, möhtərəm Prezident, Sizinlə bir
yerdə olmaq bizim üçün çox böyük qürur
mənbəyi və sevincdir. Siz son illərdə artıq
üçüncü dəfədir ki, universitetimizə gəlirsiniz.
Bu, universitetimizə olan hörmətin, etimadın,
qayğının nəticəsidir. İcazə verin, bu etimada,
bu qayğıya görə bir daha Sizə dərin
təşəkkürümü və səmimi minnətdarlığımı
bildirim.
Mən ayrıca olaraq qeyd etmək istərdim ki,
Azərbaycanda elmin, səhiyyənin, təhsilin,
mədəniyyətin, incəsənətin böyük hamisi
olan, vaxtilə universitetimizdə təhsil almış
6
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Heydər Əliyev Fondunun prezidenti, birinci
xanım Mehriban Əliyeva da bu üç görüşün
üçündə də iştirak edibdir. Mən ona da bütün
kollektiv adından dərin təşəkkürümü və
minnətdarlığımı bildirirəm. Tibb Universiteti
fəxr edir ki, – düzdür, universitetimizi bitir -
məyibdir – vaxtilə Mehriban xanım bizim
universitetdə təhsil alıbdır.
Möhtərəm cənab Prezident, Ulu Öndər
Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə
Tibb Universitetinə böyük qayğı və diqqətlə
yanaşmışdır. Təkcə ikinci dəfə Azərbaycanda
hakimiyyətə gələndən sonra Ulu Öndər iki
dəfə bizim universitetdə oldu. O ağır, çətin
dövrdə universitetin 11 mərtəbəli möhtəşəm
tədris binası və stomatoloji klinikası Ulu
Öndərin Tibb Universitetinə çox sanballı bir
töhfəsi kimi yaddaşlara həkk olunubdur. Uni -
versitet klinikalarının yaranması ideyası da
Ulu Öndərə məxsusdur. Ancaq bu ideyanı, bu
universitet klinikalarının yaranmasını Siz
reallaşdırdınız və Sizin sərəncamlarınızla bu
gün Tibb Universitetinin üç klinikası fəaliy -
yət göstərir. Bayaq mən Sizə məruzə etdiyim
kimi, 2007-ci ildə onkoloji klinika istifadəyə
verildikdən bir qədər sonra Sizə tədris-
terapevtik klinikanın yaradılması ilə bağlı
müraciət etdik. Bu gün burada qeyd etdiyiniz
kimi, çox çəkmədi ki, Siz Sərəncam imzala -
dınız. Onun həm təməl daşının qoyulması,
həm də açılış mərasimlərində Siz Mehriban
xanımla bir yerdə iştirak etdiniz. Universitet
kollektivinə töhfələrinizi verərkən elə
oradaca qeyd etdiniz ki, Tibb Universitetinin
daha bir klinikaya böyük ehtiyacı vardır –
cərrahi klinikaya. Siz cərrahi klinikanın
tikilməsi ilə bağlı qərar verdikdən düz beş il
sonra biz bu klinikanın açılışına toplaşmışıq.
Hesab edirəm ki, Tibb Universiteti 83 illik
şərəfli tarixinin bu gün ən yaddaqalan, bəlkə
də, o tarixə qızıl hərflərlə həkk oluna biləcək
bir gününü, hadisəsini yaşayır. Çünki bu
klinika, doğrudan da, istər tədris, istər elmi,
istər müalicə-profilaktika, müalicə-diaq nos -
tika nöqteyi-nəzərindən son dərəcə geniş
imkan
lara malik olan, dünyanın bir çox
7
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013