O, olduqca haqlı idi. İyirmi
dəqiqə sonra
Əhməd Zevaylın sakit həyatı başa çatdı. Artıq
o bütün dünyanın idi. Bəşəriyyət öz dahi
alimini tanıdı və onun çiyninə alimlikdən də
böyük bir missiya düşdü. Bütün dünyaya
məxsus olmaq üçün keçilən yolu bilmədən
dahilərin qiymətini vermək çətindir. Odur ki,
biz oxucularımızı Əhməd Zevaylın öz
həyatına baxışları ilə tanış etməyi vacib
saydıq.
Bundan öncə Əhməd Zevaylın mükafata
layiq görülməsinin səbəbini izah edən və o
vaxt İnternetdə yerləşdirilmiş press-relizə
nəzər salaq: “Bu ilin kimya üzrə laureatı
fundamental kimyəvi reaksiyaların ultra qısa
lazer impulslarının köməyi ilə pioner
tədqiqatlarına görə təltif edilmişdir. Professor
Zevaylın töhfəsi kimyada və ona yaxın
elmlərdə inqilab kimidir.
Zevaylın texnikası kimyəvi çevrilmələrin
baş verdiyi zaman miqyasına yaxın müddətdə
femtosaniyələr (fs) ərzində davam edən lazer
impulslarından istifadə edir. “Biz ayrı-ayrı
atomların hərəkətinin müşahidə olunmasına
keçmişik və indi artıq bu hərəkəti əyani
şəkildə təsəvvür edə bilirik. Atomlar daha
görünməz deyillər. Yalnız təxəyyülün kasad -
lığı dünyada ən sürətli texnikanın köməyi ilə
həll oluna biləcək “problemlərin siyahısını
məhdudlaşdıra bilər”.
Əhməd Zevayl dünya elm tarixinə
femtoki myanın banisi kimi düşdü. Amma bu
zirvəyə aparan yol çox uzun, əzablı və
keşməkeşli idi.
18
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
KИMYA ЦZRЯ NOBEL MЦКAFATЫ
LAUREATЫ ЯHMЯD ZEVAYLЫN
HЯYAT FЯLSЯFЯSИNЯ БAXЫШ
1999-cu il islam ölkələri tarixində ən
əlamətdar günlərdən biridir. Belə ki, məhz
həmin gün islam ölkələri tarixində 2-ci dəfə
elm üzrə Nobel mükafatı müsəlman alimə
verilirdi. Əslən misirli olan Əhməd Zevayl
bu şərəfli ada layiq görülmüşdür. 1999-cu il
oktyabrın 12-də ABŞ vaxtilə səhər saat 5:30-da
İsveç Elmlər Akademiyasının baş katibi
telefon zəngi edərək onu təbrik etmiş və belə
bir ifadə işlətmişdi: “İyirmi dəqiqədən sonra
biz laureatları bütün dünyaya elan edəcəyik.
Bu sizin sakit həyatınızın son 20 dəqiqəsidir”.
Əslində, onun
öz-özünə verdiyi suallar bu
yola nəzər salmağı və öyrənməyi tələb edir:
“Mən özüm bilikləri necə əldə etdim? Necə
alim oldum? Mənim həyati irəliləyişlərimi
hansı qüvvələr müəyyən edirdi? İnam, qismət,
bəxt həyatımda hansı rolu oynayırdı?”
Əhməd Zevayl öz ömrünə səyahətdə
həyatında müəyyənedici addımları belə qeyd
edir: “Kitab bu səyahətin altı məntəqəsini: Nil
sahillərində keçmiş, valideynlərimin sevgi və
etibarı ilə nurlanmış uşaqlığımı; hələ tələbəlik
illərindən məni elmə cəzb etmiş və elmi
karyeramı müəyyənləşdirmiş İsgəndəriyyə
Universitetinin elmlər fakültəsinə daxil
olmağımı, mənə yeni dünya açmış Birləşmiş
Ştatlarda təhsili, Kaltexdə keçmiş, zaman və
materiya haqqında təsəvvürlərimizi dəyişmiş
elmi kəşflər illərini, qrupumuzun elmi
xidmətlərinin ilk dəfə tanınması faktı kimi
dəyərləndirilən, həmçinin məni yeni bir
ailənin yaradılmasına gətirib çıxaran Beynəl -
xalq Kral Feysəl mükafatının alın masını, elm
tarixində yeni mərhələyə nişan vurmuş Nobel
mükafatına layiq görülməyimi ehtiva edir”.
Əhməd Zevayl əmindir ki, həyatının
inkişaf marşrutunda inam, qismət və intuisiya
əsas hərəkətverici qüvvə olub.
Onun uğur haqqında fikirləri də
maraqlıdır. “Çoxları düşünürlər ki, uğur yalnız
yüksək intellekt sahiblərinə, yaxud dahi
insanlara qismət olur. Mənim həyat yolum
asan olmayıb – tale dəfələrlə məni sınağa
çəkmiş, qarşıma maneələr çıxartmışdır. Lakin
lap əvvəldən işə olan həvəsimin gücünü dərk
edirdim. Mən həmçinin nikbin təbiətimə və
inamıma, yaxşı genlərə və bəsirət qabiliy -
yətinə irsən varis olmağıma minnətdaram”.
Əhməd Zevayl elm haqqında 1825-ci ildə
Xemfri Devidin dediyi aşağıdakı sözləri
birmənalı olaraq qəbul edərək, əslində,
özünün də bütün dünyaya məxsus olduğu
fikrinə gəlir: “Xoşbəxtlikdən elm mənsub
olduğu təbiət kimi, nə zaman, nə də məkanla
məhdudlaşıb. O, ölkənin və ya əsrin deyil,
dünyanın bir hissəsidir”.
Dünya şöhrətli alim öz uğurlarında ailə -
sinin müstəsna rolunu xüsusi vurğulayır:
“Mənim ailəm. O mənim həyatımda həmişə
sevgi və sevinc mənbəyi olmuşdur, ona
minnətdarlığı ifadə edə biləcək sözlər yoxdur”.
Əhməd Zevaylın doğulub böyüdüyü Disuk
şəhəri haqqında yazdıqları, əslində, Şərq
yaşam fəlsəfəsinin bölgə, ölkə məkanına
sığmayan ümumi modelidir: “Disuk ailəmizin
evi idi, lakin bizim daha geniş başqa bir
ailəmiz də vardı – o, Disukun bütün sakinləri
idi. Onların ailələri bir-birini yaxşı tanıyır,
kədəri də, sevinci də paylaşır, qarşılıqlı
dəstəyi və köməyi yüksək dəyərləndirirdilər.
Disukda bank olması yadıma gəlmir, insanlar
hamısı qruplar şəklində birləşir, pul yığır və
onu növbə ilə bütün ailələrə verirdilər. Başqa
ailələr kimi, mənim ailəm də şəhər icmasının
prinsiplərinə hörmət edirdi. Məsələn, şəhər
sakinlərindən birinin ölümündən sonra qırxı
çıxanacan bizə radionu ucadan, küçədə eşidilə
biləcək tərzdə oxutmaq qadağan edilirdi.
Ətrafdakıların qayda və maraqlarına hörmətlə
yanaşmaq həyatda atdığın ilk addımların
vacib hissəsi idi”.
Əhməd Zevaylın bu qeydi, əslində, bütün
Şərqə, o cümlədən də Azərbaycana xas olan
davranış mədəniyyətinin inikasıdır. Əhməd
Zevayl, həmçinin qeyd edir ki, “Din bizə və
bizim davranışımıza müsbət təsir edirdi”.
“Heç kəs xuliqanlığın və küçə zorakılığının nə
olduğunu bilmirdi. Məscidin mənəvi-etik təsiri
sadə və xeyirxah atmosfer yaradırdı”. “Məsci -
din ətrafındakı bütün dükan sahibləri məni,
atamı, bütün ailəmizi adbaad tanıyırdılar. Mən
onlardan nə istəsəm nisyə ala bilərdim –
bilirdilər ki, atam hər şeyin haqqını verəcək.
BU CÜR İNAM İCTİMAİ DAVRANIŞ
STANDARTI İDİ”. Əhməd Zevayl həm də
19
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013