Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə218/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   214   215   216   217   218   219   220   221   ...   231

 

503


SEVDA: Sənin dediyin qaynayan təbəqə ən yüksək keyfiyyətli insanlarla yenidən canlanacaq. 

Amma onun gələcək tərkibindən asılı olmayaraq, əminəm ki, sən elə indinin özündə də 

başqalarının gücü çatmayan işlər görə bilərsən. 

 

DƏMİR BƏY: Hər halda həyata marağımı itirmə-mişəm. Gələcəkdən də sərvət yox, maraqlı 



hadisələr gözləyirəm. Bilirsən niyə? O adamlar varlı olmaq istəyirlər ki, onlar özlərini yoxsul 

hiss edirlər. Mənsə özümü heç vaxt kasıb hiss etməmişəm, nə cavanlıqda, nə də indi. Sənə özüm 

haqqında danışdıqlarım deyəsən səfehlik kimi görünür. 

 

SEVDA: Heç də yox, bunların nəyi səfehlikdir? Anam deyəndə ki, mənim atam dünyada ən 



güclü, ən ağıllı adamdır, həmişə onunla razılaşmısam. (ərinə müraciətlə) Razılaşmışam, elə 

deyil? 


 

  

 



Əri razılıq əlaməti olaraq başını yelləyir. 

 

  



 

DƏMİR BƏY: (Sevdaya) Səninlə birlikdə dördəlli çalmağımız yadındadır? 

 

  

 



(Sevda və Dəmir bəy royalın arxasında əyləşib «Binqo» çalırlar. Qulluqçu yüyürərək otağa girir) 

 

  



 

QULLUQÇU: Uşaq oyanar! 

 

  

 



Royal dərhal susur. İşıq sönür. İşıqlanmış ön səhnəyə «Final» restoranındakı orkestr çıxır və 

dərhal Sevda və Dəmir bəyin yarıda kəsdikləri melodiyanı elə həmin notdan davam etdirir. 

 

 

 



 

 

 



KRALİÇANIN “ROLLS-ROYS”U 

Bəzi personajlar, həmçinin əşyalar və hadisələrin 

  cərəyan etdiyi məkanlar pyes müəllifinin təxəyyülünün 

məhsuludur. 

 

PYES 


 

  

 



İştirak edirlər: 

 

  



 


 

504


SEYMUR XANLAROV – tanınmış şair və esseist. 

 

  



 

MƏRYƏM – Seymurun arvadı. 

 

  

 



MƏNZƏR – Seymurun qaynanası.  

 

  



 

TƏRLAN SALAMOV – Moskva milyarderi. 

 

  

 



BÖYÜK GÖMRÜKÇÜ. 

 

  



 

1-ci GÖMRÜKÇÜ. 

 

  

 



2-ci GÖMRÜKÇÜ. 

 

  



 

TAYGER – jurnalist. 

 

  

 



ZƏFƏR TAĞIYEV – “Tarla” Analitik Mərkəzinin eksperti. 

 

  



 

NİKOLAS ASPARUX – şef-kurator. 

 

  

 



HƏKİM. 

 

  



 

Dost-tanışlar. 

 

  

 



Mavilər, lesbiyanlar. 

 

  



 


 

505


Barışmaz siyasi rəhbərlər. 

 

  



 

Moskvada Tərlan Salamovun evi. Sümüyə düşən “Tərəkəmə” çalınır. Dost-tanışlar süfrə 

 

arxasında yeyib-içirlər. Ev sahibinin söz deməyə hazırlaşdığını görüb səs-küyə ara verirlər. 



 

  

 



SALAMOV. Əziz dostlar, heç təsəvvür edə bilməzsiniz ki, bu gün sizin hamınızı öz evimdə 

görməyimə nə qədər şadam. Mən Azərbaycanı sevirəm, ancaq hər dəfə Vətənimi xatırlayanda ilk 

öncə sizləri – ayrılıqda hər birinizi yadıma salıram. Çünki mənim üçün Bakıda qoyub gəldiyim 

ən qiymətli şey məhz sizlərsiniz – bu masa arxasında əyləşən insanlardır. Bu gün Seymur bəylə 

tanış oldum. Mənim dəvətimi qəbul edərək buraya gəlməsini özüm üçün böyük şərəf sayıram. 

Biz tanış deyildik, ancaq mənə elə gəlir ki, onu lap çoxdan tanıyıram. İftixar hissi keçirirəm ki

bu gözəl insan bu gün bizimlədir. Əzizim Seymur! Mən sizin şeirlərinizin vurğunuyam, onları 

dönə-dönə oxuyuram, sizin poeziyanız, publisistikanız məni valeh edir. Kitablarınızın hamısını 

əldə etmişəm. Sizin haqqınızda mənə çox danışıblar və mən burada yaşayan bir şəxs olaraq fəxr 

edirəm ki, Vətənim Azərbaycanda mənim müasirim olan belə bir dahi vətəndaş yaşayır. Heç vaxt 

heç nədən çəkinməyən hər zaman həqiqəti söyləyən bir insan...   

 

 SEYMUR (zarafatla). Heç də belə deyil. Mənim  barəmdə belə xoş əfsanələri dostlarım 



uydururlar. Əslinə qalsa, mən lap uşaqlıqdan çox qorxağam, suyu üfürə-üfürə içirəm, fürsət 

düşən kimi yalan danışıram. 

 

MƏRYƏM (Seymura). De ki, zarafat eləyirsən! 



 

SALAMOV (təbəssümlə). Çox gözəl! Çox pakizə!.. İndi isə hamınızdan rica edirəm, masa 

arxasından qalxıb, bir neçə dəqiqəliyə mənimlə birlikdə aşağı mərtəbəyə enəsiniz. Orada bizi 

desert gözləyir, həm də  öz kolleksiyamı sizə göstərərəm. 

 

  

 



Birinci mərtəbədə geniş qaraj. Buranı, bir növ, nümayiş meydançası da adlandırmaq olar. 

İyirmiyə yaxın dəbdəbəli qədim avtomobilin cərgə ilə düzüldüyü “səhnə” qarşısında kiçik 

masalar qoyulmuşdur. 

 

  



 

SALAMOV (qonaqlarda yaranmış təəssüratdan məmnun halda maşınları bir-bir göstərməyə 

başlayır). Bu, “aston”dur, 1939-cu il buraxılışıdır, “rolls-roys”lar – 1938. 51 və 54-cü illər. 

“BMV” – ilk buraxılış seriyasından. 1934 və 52-ci ilin “mersedes”ləri və sair. Bu maşınların 

hamısı sazdır, heç birinin təmirə ehtiyacı yoxdur. (Seymura müraciətlə). Sizcə, hansı daha 

gözəldir? 

 

SEYMUR (par-par yanan maşınlar cərgəsinə ötəri nəzər salaraq). Avtomobil sərrafı olmasam da, 



zənnimcə, bunların hamısı qəşəng maşınlardır. Sanki hər biri incə zərgər işidir. Hərəsinin öz 

gözəlliyi var. 

 

SALAMOV. Deyirlər ki, şairin nə cavab verəcəyini qabaqcadan bilmək mümkün deyilmiş! 



(Seymurun arvadına müraciət edir). Bəs sizin hansından daha çox xoşunuz gəldi? 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə