Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə226/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   223   224   225   226   227   228   229   230   231

 

522


 

SEYMUR. Şübhən olmasın, bəzi şeyləri hər halda başa düşdüm.  

 

ZƏFƏR. Bəs səndən başqa Azərbaycandan daha kim vardı? 



 

SEYMUR. Üç nəfər. Sonradan onlar Xalq Cəbhəsinin fəalları oldular, hər üçü Elçibəy 

hökumətinin tərkibinə daxil edildi. Onu da deyim ki, həmin Konfransa SSRİ-dən gəlmiş bütün 

iştirakçılar öz respublikalarına qayıtdıqdan sonra orada demokratik hərəkata başçılıq edirdilər. 

Üç il ərzində üç konfrans keçirilmişdi: Baltimorda, Monrealda, bir də Londonda. Mən isə yalnız 

birincinin işində iştirak etmişdim... Deməli, Nikolas sənin şef-kuratorundur? Boşuna deməyiblər: 

dağ dağa rast gəlməz, insan insana rast gələr. Bəyəm sən harada işləyirsən ki?  

 

ZƏFƏR. "Turyan" Analitik Agentliyində. Şöbə müdiriyəm. Ölkənin bütün sahələrində işlərin 



vəziyyəti ilə bağlı hesabatlar tərtib edirik. İqtisadiyyat, siyasət, elm, ictimaiyyət... Bütün 

beynəlxalq təşkilatlar, informasiya agentlikləri bizim hesabatlarımızdan istifadə edirlər. 

 

SEYMUR. Maraqlı işdir. Babat pul alırsan? 



 

ZƏFƏR. Otuz beş min. Hələ üstəlik səfər, ezamiyyət,  təmsilçilik xərcləri və sair.  

 

SEYMUR. İldə otuz beş min. Yaxşıdır, pis deyil. 



 

ZƏFƏR (incik halda). İldə niyə? Bu, mənim aylıq maaşımdır. Nəzərinə çatdırım ki, çalışdığım 

Mərkəzdə mənim maaşım heç də yüksək sayılmır.  

 

SEYMUR (rişxəndlə gülümsünür). Sənin bu "Turyan"ın yaman güclü təşkilatmış. Sevindim. 



Yəqin korluq çəkmirsən. Yaxşı, bəs hanı sənin şef-kuratorun? 

 

ZƏFƏR. Nəzərinə çatdırım ki, o, yalnız "Turyan" Agentliyinin şef-kuratoru deyil, Rəhbərliyin 



Ümumdünya Konfransının daimi həmsədrlərindən biridir. (Seymur, təsdiq əlaməti olaraq başını 

tərpədir). Məndən xahiş etdi ki, səninlə görüşməzdən əvvəl bizim nə işlə məşğul olduğumuzu 

sənə təfərrüatı ilə və ən başlıcası, açıq-aşkar izah edim. Bura bizim məşq zalımızdır. (Xidmətçi 

oğlanı yanına çağırıb ona nə isə deyir, xidmətçi gedir). 

 

ZƏFƏR (Seymura). Cənab Asparux sənin burda olduğunu artıq bilir. 



 

Bir neçə nəfər adam yaxınlaşıb, boş stullarda əyləşir. 

 

SEYMUR. Bunlar yəqin ki, motosikletçilər və velosipedçilərdir? 



 

ZƏFƏR. Bunlar bizim təlimatçılardır.  

 

SEYMUR. Bəs klubun üzvləri hanı? Motosikletçilərlə velosipedçilər? 



 

ZƏFƏR. Yəqin iş başındadırlar – motosikletlərdə və velosipedlərdə. Xahiş edirəm, fikrimi 

yayındırma.  

 

Parlaq işıq yanır. Divarlardan plakatlar asılmışdır: "Bircinsli nikahlar möhkəm ailənin təməlidir", 



"Vətənpərvərlik – xalq üçün tiryəkdir", "Sözlərə inan, ancaq qiymətli əşyaları girov götür", "Biz 

Azərbaycanın "Skuadra Adzurra"sıyıq". 

 



 

523


Zala leysbiyanlardan, mavilərdən, transvestitlərdən və biseksuallardan ibarət bir dəstə qaçaraq 

daxil olur. Səs-səsə verib "Biz Azərbaycanın "Skuadra Adzurrası"yıq deyə çığırırlar. Kollektiv 

surətdə idman hərəkətləri edir, qəribə pozalar alırlar. Natiqlər şüarları uca səslə təkrar edirlər: 

"Hər bir ailəyə bircinsli nikah", "Biz bəşəriyyətin avanqardıyıq!" və i. a. 

 

1-ci təlimatçı dəstəyə yaxınlaşır. 



 

1-Cİ TƏLİMATÇI (əlini-əlinə vurur). Stop!"Hər bir ailəyə bircinsli nikah" şüarı ləğv edilir. Onu 

başqa bir şüarla əvəz edirik: "Xalq tələb edir ki, bircinsli nikahlar rəsmiləşdirilsin". Yazın! 

(İştirakçılardan birinə müraciət edir). Pardon! Bu nə yerişdir? Elə bil ikinci növbədən sonra evə 

tələsən sağıcısınız. Sizin yerişiniz tamaşaçıları coşdurmalıdır. Bax belə. (Göstərir). Aydındır? 

İndi isə gəlin bir də məşq edək. Hazırsınız? (Əlini əlinə vurur). Başladıq! 

 

SEYMUR. Səndən soruşuram: bu nə hoqqadır?  



 

ZƏFƏR. Məşq edirlər. Birinci ümumşəhər mitinqinə hazırlaşırlar, sonra da seksual azlıqların 

paradı keçiriləcək.  

 

SEYMUR (şübhə ilə). Bakıda? 



 

ZƏFƏR. Sivil dünyanın digər şəhərlərindən Bakının nəyi pisdir ki? Əlbəttə, Bakıda. İndi sənin 

gördüyün yalnız bir dəstə aktivistdir, parada isə onların həmkarlarından və həmfikirlərindən 

ibarət yüzlərlə adam gələcək. 

 

SEYMUR. Yüzlərlə? 



 

ZƏFƏR. Ümidvaram ki, belə olacaq. Bu il Azərbaycanda leysbiyanlar və mavilər hərəkatının 

inkişafı üçün bir milyon dollardan artıq vəsait ayrılıb. Bizim vəzifəmiz budur ki, həmin 

milyonun hər bir dollarından işin xeyrinə istifadə olunsun. 

 

SEYMUR. Pulu kim ayırıb? 



 

ZƏFƏR. Mütləq biləcəksən... Vaxtı gələndə. 

 

SEYMUR. Qabaqcadan deyə bilərəm ki, bircinsli nikahlar ideyası Azərbaycanda keçməyəcək. 



 

ZƏFƏR. Axı nəyə görə, dünyanın ən sivil və demokratik ölkələrinin bir neçəsi bircinsli nikahları 

qanunla artıq rəsmiləşdirdiyi halda, bu, "Azərbaycanda keçməyəcək"? Niyə ABŞ-da, 

Hollandiyada, Fransada, İngiltərədə bircinsli nikahlar qanuniləşdirilib, Azərbaycanda isə, sənin 

fikrincə, bu, mümkün deyil, hə? 

 

SEYMUR. Niyəsini bilmirəm, ancaq bizdə belə şeyi qəbul etməzlər. 



 

ZƏFƏR. Elə isə mən deyim. Bu halda iki variant mümkündür və hər iki variant bizi qane edər. 

Birinci variant daha inandırıcı görünür: İqtidar xalqın tələbinə əməl edəcək, yəni Milli Məclis 

bircinsli nikahlara icazə verilməsi barədə qanun qəbul etməyəcək. Bu, bizi qane edir. Belə olsa, 

dünyanın hər yerini etiraz dalğası bürüyəcək ki, Azərbaycanda demokratiya boğulur. 

 

SEYMUR. Dalğanı kim qaldıracaq? (Zəfərə baxır). Başa düşdüm: vaxtı gələndə biləcəyəm... Bəs 



ikinci variant? 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə