Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə228/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   223   224   225   226   227   228   229   230   231

 

526


 

SEYMUR. Bunun nəyi pisdir? Mən həmişə belə hesab etmişəm ki, bu keyfiyyətlər olmadan 

siyasətçi uğur qazana bilməz.  

 

NİKOLAS. Şübhəsiz. Bu keyfiyyətlər sayəsində onlardan işin xeyri üçün istifadə etmək olardı. 



Lakin əfsuslar olsun ki, söylədiklərimdən savayı, onlarda heç bir başqa məziyyət tapmadıq. 

Həddən artıq nadan olduqlarına görə anlamaq iqtidarında deyillər ki, real şəraitdə ən adi şeylər 

barədə təsəvvürü olmayan siyasətçiyə yer yoxdur. Onların, demək olar ki, heç biri Svetoniya, 

yaxud Makiavelli barədə eşitməyib. Klassik yazıçıların adları onlara heç tanış deyil. Bir də başa 

düşə bilmirəm ki, niyə Azərbaycanda müxalifət liderləri həmişə sifətlərinə ciddi ifadə verirlər. 

Camaat arasında onların üzündə heç vaxt təbəssüm olmur. Üzlərindən zəhrimar yağır, bilmirsən 

düşmənə nifrətdəndir, yoxsa partnyorlara həsəddən. Əslində isə, siyasətçinin üzündən təbəssüm 

əskik olmamalıdır. Bütün bunlar bir yana. Həmin adamlar elə əməllər törədiblər ki,  təkcə 

iqtidarın deyil, xalqın da gözündən düşüblər. Hətta öz partiyadaşları belə, artıq onlara etibar 

etmirlər. Yekun sevindirici deyil. Bu gün onların hamısı siyasətdə "zay məhsul"dur. Onların heç 

biri lider deyil. 

 

SEYMUR. Siyasət meydanında yer kifayət qədərdir, fəqət illərdən bəridir ki, orada ancaq bu 



adamları görürük. Deməli, olan budur, başqaları yoxdur. Vaxtilə Stalin Yazıçılar İttifaqının 

sədrinə elə-belə də demişdi: məndə sizin üçün başqa yazıçı yoxdur. 

 

NİKOLAS (təbəssümlə). Elədir. Lakin Stalin bu sözləri deyəndən sonra başqa yazıçılar peyda 



oldu. Mən istərdim ki, siz də bizə qoşulasınız. Sizin təmiz adınız çox şey deməkdir. Namuslu, 

vicdanlı insan kimi böyük nüfuzunuz var. Bizə qoşulsanız, bu, yalnız işin xeyrinə olar, siz də 

uduzmazsınız. İnanın mənə, sizin qarşınızda elə üfüqlər açılacaq ki, heç ağlınıza belə gəlməz. 

Skeptik alimlərin proqnozlarına rəğmən, mən bəşəriyyətin nurlu gələcəyə qovuşacağına 

inanıram. Sizin əlinizə imkan düşüb ki, bu gün həmin o gələcəyi quranlardan biri olasınız. Bu 

barədə düşünün! 

 

SEYMUR. Hər şey elə gözlənilməz oldu ki... Bu gün mən nə qədər yeni şeylər öyrəndim. 



 

NİKOLAS. Başa düşürəm. Verəcəyiniz qərar sizin həyatınızı dəyişə bilər, odur ki, hər şeyi 

ölçüb-biçməlisiniz. Ancaq məsələni çox uzatmayın. Sabahadək düşünün. Öz qərarınızı Zəfər 

Tağıyevə bildirərsiniz. O, mənə zəng vurar. 

 

SEYMUR. Günü sabah onunla görüşərəm. Sizə yaxşı yol. 



 

NİKOLAS. Salamat qalın. 

 

Seymur qapıya sarı gedir. 



 

NİKOLAS. Cənab Xanlarov! (Seymur ayaq saxlayır). İşimizə dəxli olmasa da, demək istəyirəm 

ki, qəbul edəcəyiniz qərardan asılı olmayaraq, mənim sizə hörmətim və dostcasına münasibətim 

dəyişməz qalacaq. 

 

Seymur dinməzcə, başını tərpətməklə sağollaşıb çıxır. "Skuadra Adzurra" ilə müxalifət 



partiyaları fəallarının birgə ifasında "Nabukko" operasından möhtəşəm xor səslənir. Seymur 

qayıdıb Zəfərin yanında əyləşir. 

 

SEYMUR (xorda oxuyanlara baxıb, təəssüflə). Bu ki fonoqramdır! 



 


 

527


ZƏFƏR. Əlbəttə, fonoqramdır. "La Skala" teatrının xor və orkestrinin ifasında "Nabukko" 

operasının lent yazısıdır. Gördüklərin isə yeddi müxalifət partiyasının və "Skuadra Adzurra"nın 

fəallarıdır. Hər görüşdə xorla mahnılar oxuyurlar. Görüşlərdə yeddi müxalifət partiyasının, 

demək olar ki, hamısının rəhbərlərini xora cəlb edirik. Nə üçün? İş naminə! Sən bilməlisən ki, bu 

müxalifət partiyasının yeddisi də bizim tam nəzarətimiz altındadır. Lakin öz aralarında onlar yola 

getmirlər. Bu adamları bir masa arxasında əyləşdirmək hər dəfə problemə çevrilir. Biz onlara 

tam sərbəstlik vermişik, kimini ayrılıqda amerikalılar maliyyələşdirir, digərlərini Avropa 

ölkələri, üçüncüləri isə İranın radikal qruplaşmaları və ya Səudiyyə Ərəbistanı. Bəziləri hətta 

ermənilərdən belə pul almağa çəkinmirlər. Biz belə şeylərə əhəmiyyət vermirik. 

 

SEYMUR. Bəs bir halda ki, pulu başqaları verir, siz onlara necə nəzarət edirsiniz? 



 

ZƏFƏR. Çünki hamıdan çox pul verən elə bizik. Onların hamısı birlikdə yalnız bizim 

təşkilatımıza tabedirlər. Onlar bizə yalnız birləşmiş monolit qüvvə kimi gərəkdirlər. Hər şey 

başlıca məqsədə yönəldilib. Bu yolda çalışır, heç nədən çəkinmirik. Fikir ver, görürsənmi, dirijor 

yerində dayanmış şəxs bizim psixoloqumuzdur. Diqqətlə baxır ki, hamı oxusun. Bu adam öz 

sahəsində görkəmli mütəxəssisdir və son elmi araşdırmaların nəticələrinə uyğun olaraq iddia edir 

ki, müxtəlif baxışlara malik, müxtəlif  xarakterli və fərqli tərbiyəyə malik insanlar xorda 

müntəzəm olaraq birlikdə mahnı oxumaq sayəsində tədricən bir-birlərinə dözümlü yanaşmağa 

başlayırlar. O əmindir ki, müxalifət partiyalarının liderləri xorda birlikdə oxumaqları sayəsində 

tədricən bir-birlərinə daha yaxşı münasibət bəsləməyə başlayacaqlar. Hər halda o əmindir ki

partiya liderləri arasındakı didişmələri dayandırmağa nail olacaq və bundan sonra onlardan təkcə 

mitinq və piketlərdə deyil, ciddi birgə aksiyalarda da istifadə edə biləcəyik. Bizim vəzifəmiz 

onları birləşdirməkdir, belə olsa, təşkilatımız qəti hərəkətlər üçün çox güclü bir qüvvə əldə etmiş 

olacaq. Sən də bu barədə düşün.  

 

SEYMUR. Bugünkü şərait qəti hərəkətlər üçün yararlıdır? 



 

ZƏFƏR (qımışır). Əlbəttə ki, yox. Bu gün Azərbaycan iqtidarı öz qüvvəsinə əmindir. Həm də, 

xalq dəyişikliklərə hələ hazır deyil. 

 

            SEYMUR. Deməli, əlverişli şərait o vaxt yaranacaq ki, hakimiyyət zəifləsin və xalq 



çaşqınlıq içində olsun? Eləmi? Məsələn, gözlənilməz kataklizmlər təşkil etmək – dağıdıcı 

zəlzələ, yaxud kütləvi Sibir yarası və ya taun epidemiyası... Yarayar? 

 

ZƏFƏR. Prinsipcə, sən haqlısan. Ancaq zəlzələ, yaxud epidemiya, Allah bilir, nə vaxt olacaq və 



ümumiyyətlə olacaqmı. Kimdir onları gözləyən? İstəsək, epidemiya təşkil etmək olar, ancaq bu

çox çətindir, icazə verməyə bilərlər. Biz siyasi kataklizmlərə üstünlük veririk. Onlar 

gözlənilməzdir və daha tez-tez baş verir... Məsələn, Dağlıq Qarabağda müharibəni təzədən 

qızışdırmaq. Necədir? 

 

SEYMUR. Gör heç mənim ağlıma gəldi?! Sözsüz, ən əlverişlisi Qarabağda müharibədir! Bundan 



yaxşısı ola bilməz! Müharibənin qızğın çağında fürsət tapıb arxadan zərbə endirmək! Afərin, 

uşaqlar, hər şey lap məntiqəuyğundur! Yaxşı, mən gedim... Nikolasa söz verdim ki, cavabımı 

sabah bildirəcəyəm. Sənin vasitənlə. 

 

ZƏFƏR. Sən də qəribə adamsan. Sabah! Burada fikirləşməli nə var ki? Belə təklifi insan ömrü 



boyu bircə dəfə ala bilər. Dərhal razılaş. Nə qədər ki, buradadır, razılığını bildir. Başa düş, ay 

avam, sənin istədiyin və hətta heç ağlından belə keçirmədiyin hər şeyin olacaq.  

 

SEYMUR. Haqlısan. Bəzən mən özüm də özümə qəribə görünürəm. Yəqin qocalıqdandır. Təzə-



təzə şakərlər əmələ gəlir. Məsələn, bax, mənim bir əl ağacım var. Adi çəlikdir, qoz ağacından 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə