Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə227/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   223   224   225   226   227   228   229   230   231

 

524


 ZƏFƏR. İkinci variant az inandırıcıdır. Əgər hakimiyyət xalqın istəyinə zidd gedərək bircinsli 

nikahlar haqqında qanunu qəbul etsə, bu da bizim işimizə yarayır. Xalq kütlələri arasında belə 

bir fikir formalaşdırmağa başlayacağıq ki, ölkə hakimiyyətində təmsil olunan şəxslər mavilərdən 

və lesbiyanlardan ibarətdir. İkinci variant bizi birincidən daha çox qane edir. Yəqin ki başa 

düşdün. Yeri gəlmişkən, bircinsli nikahlar probleminə sənin özünün münasibətin necədir?  

 

SEYMUR. Açığını deyim ki, indiyənədək bu barədə heç düşünməmişəm... Lakin hesab edirəm 



ki, əgər bir əsl kişi başqa bir əsl kişi ilə evlənmək istəyirsə və o biri kişi də ona ərə getmək 

arzusundadırsa, başqalarının bu intim məsələyə müdaxilə etməsinə ehtiyac yoxdur. Qoy kimin 

kefi necə istəyir eləcə də əylənsin. Bir şeyi başa düşmürəm,  parad-marad nəyə lazımdır? Bu ki 

şəxsi məsələdir. 

 

ZƏFƏR. Cəmiyyət tərəfindən qəbul edilmək üçün. Onlar da hamı kimi yaşamaq istəyirlər və 



buna nail olacaqlar. Müasir dünyamızda seksual azlıqların nə qədər güclü və nüfuzlu siyasi 

qüvvə olduğunu bilsən, çaşıb qalarsan! Dünya ilə maraqlan da! Bəzi ölkələrdə onlar artıq çoxdan 

bəridir ki, hakimiyyət orqanlarını, kütləvi informasiya vasitələrini, ilk növbədə də televiziyanı 

nəzarətdə saxlayırlar. Avropa İttifaqının parlamentində heç bilirsən, onların nümayəndələrinin 

necə böyük nüfuzu var? Bu qüvvəni bizim ölkəmizdə də işə salmaq lazımdır. Zəmanəmizdə əsl 

demokratiya seksual azlıqların nümayəndələrinin fəal iştirakı olmadan ağlasığmazdır. 

 

SEYMUR (açıq-aşkar maraqla Zəfərə baxır). Belə çıxır ki, seksual azlıqlar, necə deyərlər, yeni 



bir irqdir, bəşəriyyətin inkişaf zirvəsidir.  

 

ZƏFƏR. Bax lap düz tapdın. Məhz yeni irqdir! 



 

SEYMUR. Səni də yeni irqin təmsilçisi saya bilərikmi? 

 

ZƏFƏR. Xeyr, mən sadəcə onları dəyərləndirirəm. Bu, siyasi qüvvədir və biz onlardan mütləq 



istifadə etməyə borcluyuq! Onlarla işləmək asandır, bunların əksəriyyəti təhsilli, ziyalı 

insanlardır. Açıq deyim, mavilərlə və lesbiyan qadınlarla işləmək bizim müxalifət partiyalarının 

fəalları ilə işləməkdən qat-qat asan və xoşdur. Onlar bizim hamilik etdiyimiz müxalifətçilər kimi 

acgöz, davakar deyillər. Bizim təşkilat yeddi müxalifət partiyasının fəaliyyətinə nəzarət edir. Bu 

gün onlarla növbəti məsləhətləşmələr keçirəcəyik. Bir azdan gələcəklər. Özün görəcəksən. 

 

(Xidmətçi oğlan onlara yaxınlaşır) 



 

XİDMƏTÇİ (Seymura). Cənab Asparux sizi öz kabinetində gözləyir. Mən sizi ötürərəm. 

 

SEYMUR. Zəfər, sən getmirsən? 



 

ZƏFƏR. Səni burada gözləyirəm. 

 

("Toska" operasından Kavaradossinin sonuncu ariyası səslənir. Nikolas Asparuxun kabineti. O, 



üzərinə kompyuter qoyulmuş yazı masasının arxasında əyləşib. Seymuru görəndə ayağa qalxır, 

onun qarşısına yeriyib gülərüzlə salamlaşır və üzbəüz kresloda əyləşməyi təklif edir). 

 

NİKOLAS (xidmətçiyə). Bizə qəhvə gətirin. (Xidmətçi gedir). Hər şeydən əvvəl soruşmaq 



istərdim ki, Baltimorda bizdən ayrıldıqdan sonra Monrealdakı toplantıya niyə gəlmədiniz? 

 

SEYMUR. Nə bilim... Heç fikirləşmədim ki, mənim yoxluğum nəzərə çarpar... Yadımdadır, 



Monreal konfransından təxminən bir ay əvvəl Dağlıq Qarabağda hərbi əməliyyatlar başlandı. 

Bundan əlavə, bilirdim ki, birinci konfransda olduğu kimi, Monrealda da mən gün ərzində bir 




 

525


neçə dəfə bəzi xoşagəlməz insanlarla görüşüb söhbət etməyə məcbur olacağam. Məsələn, 

Oskotski, Starovoytova, Kalugin, nə bilim daha kimlər... 

 

NİKOLAS. Sizin onlardan xoşunuz gəlmirdi? Bilirsiniz, əgər məqsədə doğru hərəkət edirsənsə, 



kiminləsə görüşün ürəyincə olub-olmamasının fərqinə varmamalısan. İşin xeyri üçün insanları 

əsas iki kateqoriyaya bölmək daha sərfəlidir: gərəkli və gərəksiz. 

 

SEYMUR (gülümsünür). Yəqin ki, həmin o dediyiniz məqsədi mən iyirmi il əvvəl görə 



bilməmişdim. 

 

NİKOLAS. Siz konfransda yaxşı çıxış etmişdiniz. Sovet İttifaqında baş verəcək hadisələrin 



müfəssəl təhlili çıxışınızda çox gözəl verilmişdi. İki-üç ildən sonra SSRİ-nin dağılacağını o 

vaxtlar barmaqla sayılası qədər az adam bilirdi. Siz bundan xəbərdar ola bilməzdiniz, ona görə 

də sizin həmin çıxışınızı dinləyəndə ağıla gələn yeganə fikir bu idi ki, bir yazıçı olaraq siz 

öncəgörmə qabiliyyətinə maliksiniz. 

 

SEYMUR. Amma orada mən Qarabağ hadisələri mövzusunda çıxış etmək istəyəndə mənə söz 



vermədilər. Ciddi tələb edə bilmədim, çünki digər opponentlərin də bu mövzuda çıxışlarına icazə 

verməmişdilər. 

 

NİKOLAS. Unudun getsin. O vaxtdan iyirmi il keçib. Biz yenə həmin istiqamətdə işimizi davam 



etdiririk. Təkcə vəziyyət dəyişib. Baltimor konfransının keçirildiyi vaxtı yadınıza salın. O dövrdə 

bütün müstəqil dövlətlər bir növ, qalaya bənzəyirdi: onları əhatə edən "qala divarları" kənardan 

hər cür müdaxilənin qarşısını alırdı. Bu gün isə hər şey kökündən dəyişilib. Dövlətin bütün 

proseslərinə beynəlxalq nəzarət artıq onun işinə müdaxilə sayılmır. Müasir dünyada, demək olar, 

elə bir ölkə qalmayıb ki, onu tarixən alışdığımız anlamda müstəqil və suveren hesab etmək 

mümkün olsun. Düzdür, bəzi ölkələrin rəhbərləri yeni dünya qaydasını hələlik qəbul etmirlər

lakin bu, müvəqqətidir. Tezliklə onların da müqaviməti qırılacaq. Qarşıda növbəti mərhələ durur. 

Bu mərhələ planetimizin bütün dövlətlərini ümumi həqiqi demokratiya məkanında birləşdirəcək 

və orada hamı üçün məcburi olan vahid qanunlar və etik normalar qüvvədə olacaq. Sizin buna 

necə baxırsınız? 

 

SEYMUR. Maraqla. Axı mən həyatımın bir çox illəri ərzində hər gün "Bütün ölkələrin 



proletarları, birləşin" şüarını eşitmişəm. Odur ki, indi heç bir daxili müqavimət hiss etmədən 

dövlətlərin və xalqların birləşməsinə dair yeni ideyaları dinləməyə hazıram. 

 

NİKOLAS. Bəs "Bütün ölkələrin proletarları, birləşin" şüarınına sizin münasibətiniz necə idi?  



 

SEYMUR. Bu şüar məni vahiməyə salırdı, amma susurdum. Qəlbimin dərinliklərində ümid 

bəsləyirdim ki, bütün ölkələrin proletarlarının birləşməsi heç vaxt baş tutmayacaq.  

 

NİKOLAS (saatına baxır). London reysi saat yarımdan sonra yola düşür. Gələn dəfəki səfərimdə 



bu barədə ətraflı danışarık. Ümidvaram ki, mənimlə bir daha görüşmək istəyəcəksiniz. 

 

SEYMUR. Mübaliğəsiz deyə bilərəm: sizinlə söhbət etmək mənə həzz verir.  



 

NİKOLAS. Sağ olun. İndi isə konkret məsələdən danışaq. Əməkdaşlıq etməyə məcbur 

olduğumuz müxalifət liderləri barədə öz fikirlərimi sizinlə qısaca bölüşmək istəyirəm. Onların 

hamısı  radikal əhval-ruhiyyəli pul hərisləridir. İnsanın özünə tənqidi münasibəti adlandırılan 

keyfiyyətdən onlar tamamilə məhrumdurlar. Bununla belə, çox şöhrətpərəst və ambisiyalıdırlar. 

Azərbaycandan başqa heç yerdə görməmişəm ki, bu qədər çox sayda şəxs ölkə prezidenti olmağa 

yalnız özünü layiq bilsin. 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə