Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə223/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   219   220   221   222   223   224   225   226   ...   231

 

516


istərsə də restoran. Bunu özünüz istədiniz – mənim üçün başqa çıxış yolu qoymadınız. Özü də 

məqaləni hansı təxəllüslə çap etdirməyinizə fikir verən deyiləm çəliyi hazır vəziyyətdə 

saxlamışam. Sabahdan etibarən onu əlimdən yerə qoyan deyiləm. 

 

TAYGER (öskürür). Siz belə şey etməzsiniz. Ziyalı adam belə kobudluq etməz. Sizin böyük 



nüfuzunuz var, ancaq belə etsəniz, nüfuzunuzu birdəfəlik itirərsiniz.  

 

SEYMUR. Məgər siz də elə bunu istəmirsiniz?! Şübhəniz olmasın, dedimsə, eləyəcəyəm. 



 

TAYGER. Jurnalisti camaatın gözü qabağında vurmaq cinayətdir və siz buna görə qanun 

qarşısında cavab verməli olarsınız. 

 

SEYMUR. Bilirəm, bilirəm. Birinci dəfə olduğuna görə otuz manatdan əlli manatadək cərimə 



ödəmək lazım gələcək. Düzdür, xərcə düşəcəyəm, ancaq eybi yox, ödəyərəm.  

 

TAYGER. Axı bu hərəkətinizlə, ifadəmə görə üzr istəyirəm, xuliqanlıq etməklə nəyi sübuta 



yerirəcəksiz? Bu sizə nə verəcək? 

 

SEYMUR. Çox şey. Əvvəla, mənə ləzzət verəcək, bu özü də az deyil. İkincisi, qalmaqal 



yaranacaq. Qalmaqal haqqında bütün qəzetlər yazacaq və onda mən təfsilatı ilə söhbət aça 

biləcəyəm ki, hansı hərəkətinizə görə sizi camaatın gözü qarşısında ağacla vurmuşam. Mənim 

hərəkətimə görə heyfsilənəcəklər, sizi isə lağa qoyacaqlar. Söz verirəm ki, bunu edəcəyəm. Mən 

isə öz sözümün ağasıyam. Əgər inanmırsınızsa, çəkinməyin, sözünüzü deyin. 

 

Tayger narazı halda başını bulayır , sonra qalxıb qapıya sarı gedir. 



 

TAYGER. Sağ olun. 

 

SEYMUR (iltifatla). Yaxşı yol. Şərəfli əmək fəaliyyətinizdə yeni yaradıcılıq uğurları arzu 



edirəm. 

 

TAYGER (qapının önündə ayaq saxlayır). Sizin gömrükxanadakı söhbətiniz barədə mənə 



danışanlar, başqalarına da danışıblar. Yəni, digər qəzetlərdə məqalələr peyda olanda özünüz başa 

düşməlisiniz ki, mənim o yazılara aidiyyətim yoxdur. Mən, sadəcə, istədim ki, o biri jurnalistləri 

qabaqlayım, ancaq alınmadı. Bax indi onlar gömrükxanadakı insident barədə yazacaqlar, özü də 

bayaq sizə təsvir etdiyim sxem üzrə. Əl ağacınızı isə qoruyun, o sizə hələ lazım olacaq – 

üstünüzə qısqırdılan köpəklərdən qorunmaq üçün.   

 

 



  

 

Tayger gedir. Ani fikrə dalmış Seymur çəliyi əlindən yerə qoymadan oturub. Məcməyidə çay 



dəstgahı gətirən Məryəm daxil olur. 

 

MƏRYƏM. Bəs jurnalist hanı? 



 

SEYMUR. Söhbətimiz alınmadı. Demokratiya barədə mübahisəmiz düşdü, məlum oldu ki, 

fikirlərimiz qətiyyən üst-üstə düşmür. O da inciyib getdi. 

 

MƏRYƏM (əl ağacını görüb dəhşət içində). Vay, yoxsa onu vurdun?! Seymur! Axı biz ahıl 



adamlarıq, sənə yaraşmaz özünü belə aparmaq. 

 



 

517


SEYMUR (gülümsünür). Bir də mənim yanımda mənim xanımımı "ahıl" adlandırma. Məgər sən 

elə bilmirsən ki, mən insana, ya da lap heyvana əl qaldırmaram? 

 

MƏRYƏM (çaşqın halda). Nə bilim? Məgər qabaqcadan bilmək olurmu ki, sən növbəti gedişdə 



hansı addımı atacaqsan? 

 

SEYMUR. Qulaq as, bu çəliyi buraya əyani vəsait kimi gətirdim. Onun gözünü qorxutmaq üçün. 



Mən heç vaxt silahsız adama əl qaldırmaram. 

 

MƏRYƏM. Əcəbdir! Bəs birdən həmin o silahsız adam mənə hücum etsə?  



 

SEYMUR (dişlərini qıcayır). R-r-r. Parçalayaram onu! Gördün, sən də başa düşürsən ki, 

fövqəladə hallarda çomağa əl atmaq olar. 

 

  



 

Mənzər gəlir. Əlində bir neçə fotoşəkil var. 

 

MƏRYƏM (alıb şəkillərə baxır). Mən bu şəkilləri birinci dəfədir görürəm. Burada necə də 



gözəlsiniz – sən də, Gültəkin xala da. 

 

MƏNZƏR. Gültəkin göndərib, üstündə də kiçik bir məktub var: "Bu şəkillərə baxıb, ömrümüzün 



gözəl illərini xatırladım və ağladım".   

 

SEYMUR. Həqiqətən, adam lap kövrəlir! 



 

MƏNZƏR. Siz belə deyirsiniz, çünki Gültəkini tanımırsınız. Sizcə, bu şəkilləri mənə niyə 

göndərib? Otuz ildir saxlayıb, bu gün yadına düşüb? Deyim, siz də bilin: ürəyinə damıb ki, on 

beş gündən sonra mən kraliçanın "rolls-roys"unda, təzə libasda ona qonaq gedəcəyəm, indi bəri 

başdan könlümü almaq istəyir.  

 

MƏRYƏM. Anacan, sən nə danışırsan!  



 

SEYMUR. Yaxşı, tutaq ki, onun yubileyini təbrik etməyə gedəcəyinizdən xəbərdardır. Ancaq 

başa düşə bilmirəm, məgər ovcunun içini iyləyib ki, avtomobilin markasını, sizin libasınızın 

fasonunu da qabaqcadan təyin edə bilsin? 

 

MƏNZƏR. Seymur, siz təsəvvür edə bilərsinizmi, o hər şeydən xəbərdardır. Elə bütün ailəsi də 



özü kimidir. Onun iki oğlu var, böyüyü hələ iyirmi yaşında ikən artıq ciddi adam kimi tanınırdı, 

kiçiyi isə hüquq fakültəsində oxuyurdu, amma on doqquz yaşı olanda əsl narkomana  

çevrilmişdi. Deyirdilər, çəkir, iyləyir, iynə vurur. Gültəkin apardı onu Leninqrada, qoydu 

professor Nablusovun narkoloji klinikasına. Həmin klinikada müalicə müddəti altı ay idi, ancaq 

xəstələrin çoxu onlar üçün əzablı olan müalicəyə dözməyib, vaxtından əvvəl oradan qaçırdılar. 

Bu zalım Gültəkin isə nə yolla – bilmirəm – ancaq doğmaca oğlunu düz üç il orada saxlatdırdı. 

Oğlan Bakıya qayıdandan sonra güc-bəla ilə ali məktəbi bitirdisə də, ondan yaxşı hüquqşünas 

alınmadı. Həmişə xırda oğruları, narkotik alverçilərini müdafiə edirdi. Ancaq heç udduğu 

məhkəmə işi olmamışdı. Əvəzində isə tamamilə təsadüfən məlum oldu ki, onun başqa qeyri-adi 

qabiliyyətləri var. Bu oğlan narkotik maddəni lap uzaqdan təyin edə bilirdi. Nə qədər etibarlı 

qablaşdırsalar da, yenə tapırdı. Əvvəl elə bilirdilər fokus-mokus göstərir, sonra başa düşdülər ki, 

məsələ ciddidir. Onu narkotiklərlə mübarizə idarəsinə işə götürdülər, sonra vəzifəsini də 

böyütdülər, orada inspektor oldu. Təsəvvürünüzə gətirin: girir zala, ətrafda min dənə əşya var. 

Baxır, (Mənzər narkotik axtaran adamı təqlid edərək otaqda gəzişir, burnunu çəkərək qoxunu 




Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə