Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə222/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   218   219   220   221   222   223   224   225   ...   231

 

514


TAYGER. Qətiyyən! Mən öz jurnalistlik borcumu yerinə yetirərək gəlmişəm sizinlə  gömrük 

idarəsində baş vermiş insident barədə danışam. Bir az da irəli gedərək deyə bilərəm ki,  sizə qarşı 

o cür sayğısız münasibət hiddət doğurur və bizim qəzetimiz buna biganə qala bilməz. 

 

SEYMUR. Cənab Tayger! Sizin qəzetinizi və elə deyəsən özünüzü də belə hiddətləndirən 



konkret olaraq nədir? 

 

TAYGER. Konkret olaraq, biz yolverilməz hesab edirik ki, sizin  kimi hörmətli bir şəxsə 



hədiyyə göndərilmiş maşını verməkdən gömrükxana imtina edir. 

 

SEYMUR. Sizdə bu ilginc məlumat hardandır? 



 

TAYGER. Elə hər yerdən. Neçə vaxtdır ki, hamı bundan danışır. 

 

SEYMUR. Qəribədir. Mən gömrükxanada tək bircə nəfərlə söhbət etmişəm, o da təklikdə. 



Maşını hələlik almamışam, o da sırf şəxsi xarakterli  səbəb üzündən. Özüm də qətiyyən 

istəməzdim ki, sizin qəzetin səhifələrində adım hallansın. Başa düşdünüzmü, cənab Tayger? 

 

TAYGER.  Başa düşdüm. Bəs siz bilirsinizmi Volter bu barədə nə deyib? 



 

 SEYMUR. Heç bir təsəvvürüm yoxdur ki, mənim rayon gömrük şöbəsinə getməyimlə əlaqədar 

Volter nə deyə bilərdi. 

 

            TAYGER. Volter deyib ki, insan –  ictimai heyvandır. Zənnimcə, bu o deməkdir ki, 



insanın başına gələnlərin heç də hamısı onun şəxsi işi hesab edilə bilməz. Doğrudanmı siz elə 

düşünürsünüz ki, Seymur Xanlarov kimi tanınmış bir yazardan tamamilə qanuni işə görə günün 

günorta çağı böyük məbləğdə rüşvət tələb edilməsinə demokratik mətbuat biganə qalacaq? 

 

SEYMUR (Taygerin düz burnunun önündə həkimsayağı çırtma vurmaqla onun diqqətini öz əlinə 



yönəldir, sonra şəhadət barmağını onun gözləri səviyyəsində o tərəf–bu tərəfə hərəkət etdirir). 

Bura baxın, bura baxın, zəhmət olmasa, cavan oğlan, bir də baxın, indi sola... Afərin! 

(Heyrətlənmiş Tayger itaətkarcasına Seymurun barmağının hərəkətini izləyir. Seymur əlini aşağı 

salır). Çox sağ olun. Siz, Tayger, gəldiyim qənaətə görə, psixopat deyilsiniz! Lap yaxşı... İndi isə 

təkrar edin görüm bayaq hansı rüşvətdən danışırdınız? 

 

TAYGER. Özünüz hər şeyi bilirsiniz. Sizdən rüşvət istəyiblər, siz də hirslənib rüşvət verməkdən 



imtina etmisiniz. Özü də deyilənə görə, ayaqlarınızı yerə çırpıb gömrükxana işçilərini təhqir 

etmisiniz. Sizi oradan zorla çıxarıblar, "rolls-roys"unuz isə gömrükxananın maşın dayanacağında 

açıq havada qalıb. Bu faktdır, yoxsa yox? Mən də bu faktı qələmə alacağam. Sizə hörmətim öz 

yerində, amma xoşunuza gəlsə də, gəlməsə də yazmalıyam. Görürsünüzmü, mən sizinlə açıq 

danışıram. 

 

SEYMUR. Fakt ondan ibarətdir ki, mən, adıma yük göndərilməsi barədə bildiriş almışam, amma 



yükün özünü almaqdan imtina etmişəm. Vəssalam!  

 

TAYGER. Mən bilirəm ki, gömrükxanada rüşvətsiz iş düzəlmir. İndi sizinlə bərabər onları 



rüsvay etməliyik. Axı siz dana bilməzsiniz ki, gömrükxanada rüşvət alırlar. 

 

SEYMUR. İmtina etmək üçün gərək nəyi isə biləsən. Bu, ilk növbədə, sizə də aiddir. Jurnalist 



araşdırması aparın, yalnız bundan sonra əldə etdiyiniz faktlar əsasında ya sübuta yetirin ki, 

gömrükxanada rüşvət alırlar, ya da bu şayiələri təkzib edin. Güman edirəm ki, maraqlı bir 

məqalə alına bilər.  



 

515


 

TAYGER. Əgər mən hər növbəti məqalə üçün təhqiqat aparmağa başlasam, onda acından 

ölərəm ki. Qəzet acgöz məxluq kimi, ağzını açıb hər gün "qida" gözləyir. Sonrası da, kim mənə 

imkan verər ki, gömrükxananın fəaliyyətini araşdırım? O yer dövlət içində dövlətdir və kənardan 

heç kəsin onun işinə müdaxilə etməsinə yol verməzlər. 

 

SEYMUR. Üzr istəyirəm, ancaq sizin gömrükxana ilə münasibətləriniz, nədənsə, məni o qədər 



də maraqlandırmır. Gömrükxanada mən cəmi bircə dəfə olmuşam, rüşvət-filan söhbəti olmayıb. 

(Fikrə gedir). Deməli, belə çıxır ki, siz hələ mənim yanıma gəlməmişdən əvvəl nə yazacağınızı 

artıq bilirdiniz?  

 

TAYGER. Bəli, bilirdim. Peşəkar jurnalistin ən qiymətli keyfiyyəti şəxsi fikrinin olmasıdır. Siz 



narahat olmayın, mən yazmaram ki, rüşvət istədiklərini siz söyləmisiniz. Mənim üçün əsas 

məsələ sizinlə görüşmək idi. Və biz görüşdük. Bu, faktdır. Öz məqaləmdə bu görüş barədə 

yazacağam və oxuculara sətiraltı çatdırmağa çalışacağam ki, söhbət əsnasında bir şeyə əmin 

oldum: namuslu bir vətəndaş olaraq siz rüşvət istəməklərinə qəzəblənib heç nə verməmisiniz. 

Demokratiya şəraitində yaşayırıq və mənim söz azadlığı hüququm var. Mən istəyirəm ki, gec də 

olsa, xalq həqiqəti öyrənsin.  

 

SEYMUR. Mən sizdən təkidlə rica edirəm, belə şey etməyin. Əks təqdirdə mən əlimdən gələni 



edəcəyəm ki, siz cəzasız qalmayasınız. 

 

TAYGER. Möhtərəm cənab Xanlarov, axı siz nə edə bilərsiniz? Uzaqbaşı təkzib yazacaqsınız, 



onu da mənim qəzetimin nüfuzuna hörmət edərək çap etməyəcəklər. Ola bilər ki, "Dostluq və 

həmrəylik" tipli dövlət qəzetlərindən hansısa biri təkzibi çap edər. Qoy eləsin, onu oxuyan 

kimdir? Daha sonra siz qəzeti məhkəməyə verə bilərsiniz. Belə təkzibləri məhkəmələr çox alır. 

Ancaq, bir qayda olaraq, onları dərc etmirlər, çünki heç kəs demokratiya şəraitində mətbuatın 

düşməni kimi tanınmaq istəmir.  

 

SEYMUR. Gəlin bu söhbəti bitirək. Mən heç vaxt heç kəsi məhkəməyə verməmişəm və təkzib 



yazmamışam. Bundan sonra da belə şeylər etməyə hazırlaşmıram. Həm də siz, Tayger, məni 

demək olar, inandıra bildiniz ki, öz məqalənizlə məni pis vəziyyətdə qoya bilərsiniz, bütün 

şəhərdə bədnam edə bilərsiniz və bunun üçün heç bir cəza almazsınız. 

 

TAYGER. Nahaq yerə məsələni belə şişirdirsiniz. Mən sizi pis vəziyyətdə qoymaq istəmirəm, 



ancaq bu, işin mahiyyətini dəyişmir. Çox şadam ki, haqlı olmağıma sizi inandıra bildim. 

 

SEYMUR. Mən söylədim axı, demək olar ki, inandırdınız. Bu "demək olar ki"nin nə olduğunu 



indi anlayacaqsınız... Üzr istəyirəm, yarım dəqiqə sizi tək buraxacağam. (O biri otağa keçir). 

 

  



 

 Seymur qayıdır, əlində zorba bir əsa var. Tayger diqqətlə onu müşahidə edir. Seymur onunla 

üzbəüz əyləşir. 

 

SEYMUR. Bu əl ağacı, çəlik, əsa – necə istəyirsiniz, deyin – düz otuz ildir ki, məndədir, ona 



yaman alışmışam. Qoz ağacından düzəldilib. Görürsünüz də, üzərində yazı da var: Kislovodsk. 

Burasında da dağ şəkilləri həkk edilib... Nə isə, harada qalmışdıq? Bilirsiniz də, Bakı böyük 

şəhərdir, amma onun bir xüsusiyyəti var: hamı bir-birini tanıyır, adamlar, labüd olaraq, vaxtaşırı 

təsadüfən görüşürlər. Bu baxımdan, mən sizə söz verirəm ki, Coker, əgər dediyiniz məqaləni 

yazıb çap etdirsəniz, harada rastıma çıxmağınızdan asılı olmayaraq, bu ağacı təpənizə 

çırpacağam. Harada görüşəcəyimizin heç bir fərqi yoxdur – istər teatr olsun, istər filarmoniya




Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə