Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə219/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   215   216   217   218   219   220   221   222   ...   231

 

506


 

MƏRYƏM (“rolls-roys”a yaxınlaşır). Bu. Şahanə maşındır. Heç adamın inanmağı gəlmir köhnə 

olduğuna.  Qəttəzə görünür. 

 

SALAMOV. Sizin əla zövqünüz var. Bu “rolls-roys” bütünlüklə əllə yığılıb. Təzə maşından 



seçilmir, yaxşı işlək vəziyyətdədir, bircə detalını belə dəyişmək lazım gəlməyib... (maşının 

qapısını açır). Rica edirəm, lütfən əyləşin. 

 

MƏRYƏM (qabaq oturacaqda əyləşir). Əcəb rahatdır... Necə də genişdir (yan-yörəyə baxır). Bu 



metal lövhəciyin üzərində nəsə yazı var. Aha, yazılıb ki, 1951–52-ci illərdə bu maşında 

ülyahəzrət Böyük Britaniya kraliçası gəzirmiş. (“İlahi, kraliçanı hifz et!” himni səslənir”).  

 

SALAMOV. Elədir ki var. Həmin illərdə bu avtomobil İngiltərə kraliçasına məxsus olub. 



Sonralar onu adlı-sanlı bir ingilis kolleksiyaçı satın alıb. Axırıncı beş ili  maşın bu qarajda 

keçirib. Bu gündən etibarən isə o, sizə məxsus olacaq. Möhtərəm Seymur bəy, rica edirəm, bu 

kiçicik hədiyyəni məndən qəbul edin! Sağlığınıza qismət! 

 

SEYMUR (qəti şəkildə etiraz edir). Yox-yox , mümkün olan iş deyil. Nə münasibətlə? Axı bu, 



çox bahalı bir şeydir... 

 

SALAMOV. Bilirsiniz, hədiyyə vermək ənənəsini mən icad etməmişəm, İnsanlar bizdən əvvəl 



də bir-birlərinə bəxşiş veriblər, bizdən sonra da verəcəklər. Bu, insanda bir məmnunluq hissi 

yaradır. Siz niyə məni bu ləzzətdən məhrum etmək istəyirsiniz? Bahalı olmasına gəldikdə isə, o 

asılıdır məsələyə hansı tərəfdən baxmaqdan. Axı mən bu maşını sizə peşkəş verməklə özümü heç 

nədən məhrum etmirəm, heç bir şeyi qurban vermirəm. Əgər məni ləyaqətsiz adam hesab etmək 

üçün  əsasınız yoxdursa, bu “rolls-roys”u qəbul edin, mən onu sizə təmiz qəlbdən hədiyyə 

edirəm. 


 

SEYMUR. Bəli, əlbəttə. Ancaq o qədər gözlənilməz oldu ki... Çox sağ olun. 

 

SALAMOV. Yanınızda şəxsiyyəti təsdiq edən hansısa bir sənəd varmı? Çox yaxşı. Mən sizi bir 



neçə dəqiqəlik tərk edəcəyəm, gərək pasportun surətini çıxarsınlar. (Pasportu götürüb qarajdan 

çıxır). 


 

SEYMUR. Lap çaşıb qalmışam, bilmirəm nə edim. (Arvadına müraciətlə). Bəs sən bu barədə nə 

düşünürsən? 

 

MƏRYƏM. Düşünürəm ki,  maşına söz yoxdur! Salamova təşəkkür etməliyik. 



 

SEYMUR. Mən isə düşünürəm ki, bunun müqabilində Salamova heç vaxt bu cür dəyərli hədiyyə 

verə bilməyəcəyəm. Çox sıxıldım. 

 

SEYMURUN DOSTU. Sən ona görə narahat olursan ki, Salamovu yaxşı tanımırsan. Hədiyyə 



vermək onun şakəridir, Bayaq sizi bura gətirəndə sürdüyüm “Mersedes”i də mənə elə o 

bağışlayıb. Elə-belə, səbəbsiz-filansız götürüb qəttəzə “Mersedes”i bağışladı mənə. Mişa 

Bardinin BMV-si də onun bəxşişidir – ad günü münasibətilə verib. Polad Poladova da... Hələ 

Zaur Ataməlibəyova Şüvəlanda bir gözəl “daça” peşkəş edib. Xasiyyəti belədir. Heç utanıb-

eləmə, onun milyardlarının sayı sənin iki övladının, üstəgəl mənim övladımın yaşlarının 

cəmindən artıqdır.  Maşın isə, söz yox, həqiqətən, çox bahalıdır. Əntiqə şeydir bu “rolls-roys”. 

Raritetdir. Dallasdan bir kolleksiyaçı bir milyon altı yüz min dollar təklif edibmiş, ancaq 

Salamov satmağa razılaşmayıb. Bu məlumatı internetdən özüm oxumuşam. İndi sənə 




 

507


bağışlamasında isə qəribə heç nə yoxdur. Bu insan sənin şeirlərinin vurğunudur, kitabların 

əlindən düşmür, şeirlərivi əzbər bilir. Həmişə səninlə şəxsən görüşməyin həsrətində idi. 

 

SALAMOV (qonaqların yanına qayıdaraq pasportu Seymura  qaytarır). Bazar ertəsi bütün 



sənədləri hazırlayacaqlar, iki gün sonra isə maşını təyyarə ilə Bakıya göndərəcəklər. Mən 

görürəm ki, siz nəyə görəsə pərtsiniz. Amma əbəs yerə, inanın mənə, bu elə cuzi bir hədiyyədir 

ki. 

 

SEYMUR . Onu cüzi adlandırmaq çətindir. 



 

SALAMOV. Mən həyatda çox şey görmüşəm. Lakin indi mənim üçün elə mətləblər önəm kəsb 

edir ki, əvvəllər bunların varlığının heç fərqinə varmazdım. Məsələn, dəyərli olan budur ki

bizim günlərdə Azərbaycanda sizin kimi insanlar var, əzizim Seymur bəy. Dostlarımız təsdiq edə 

bilərlər: bu fikrimi sizinlə şəxsən tanış olmağımdan qabaq da dəfələrlə bildirmişəm. Yeri 

gəlmişkən, mən sizə avtomobildən daha sanballı bir şey bağışlamaq istəyirdim, lakin sırf texniki 

səbəblər üzündən çatdıra bilmədim. Hələ neçə gün Moskvada qalacaqsınız? 

 

SEYMUR (tələsik). Səhər tezdən birinci reyslə uçuruq. 



 

SALAMOV. Təəssüf. Hər halda gündüz uçmaq daha rahatdır, amma ən yaxşısı axşamdır. Necə 

bilirsiniz? 

 

MƏRYƏM. Məsələ ondadır ki, biz tələsirik. Mənim anam xəstəxanadadır, həm də deyəsən, 



xəstəliyi ciddidir. Bu gün onu hətta telefona da çağırmadılar, Seymurla mən çox nigaran 

qalmışıq. 

 

SALAMOV. Arzu edirəm ananız tezliklə sağalsın. Ata-ananın sağlığı böyük səadətdir. Bilirsiniz, 



mənim intuisiyam güclüdür: əminəm ki, yaxın gələcəkdə sizin ananıza heç bir şey olmayacaq... 

Aha, bu da şampan! Dostlar, ziyafətimiz davam edir. 

 

Xəstəxana palatası. Üzeyir Hacıbəyovun “Sənsiz” romansı səslənir. Mənzər xanımı narahat 



etməmək üçün həkim Seymur və Məryəmlə astadan söhbət edir. 

 

  



 

HƏKİM. Biz belə hesab edirik ki, sizin ananızda sinir yorğunluğu əlamətləri var. Sanki 

yaşamağa marağı tamamilə sönüb. Bu, xəstəlik deyil, elə bir vəziyyətdir ki, orqanizm müqavimət 

qabiliyyətini bütünlüklə itirmiş olur və ətraf mühitdə baş verənlərə qətiyyən reaksiya vermir. Bu 

isə məni yaman narahat edir. Çünki bu ümidsizlik və biganəlik vəziyyəti gündən-günə 

dərinləşir... Üzr istəyirəm, mən sizi bir neçə dəqiqəlik tərk etməliyəm. (Gedir). 

 

MƏRYƏM. Yazıq anam. Heç özünə oxşamır. Eşitdin həkim nə dedi? “Ətrafda baş verənlərə 



qətiyyən reaksiya vermir”. 

 

SEYMUR. Hə, lap qanım qaraldı. Axı sənin anan həmişə... çox... söhbətcil olub. Hər şeylə 



maraqlanırdı, heç nəyə biganə qalmırdı... Təəssüf ki, yaş özünü göstərir. Necə olmasa, səksən 

dörd yaş az deyil. 

 

MƏRYƏM. Sən də artırma anamın yaşını. Hələ onun səksən üç yaşı var. Nə yaşdır ki... 



Başqaları bu yaşda tennis oynayırlar. 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə