Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə220/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   216   217   218   219   220   221   222   223   ...   231

 

508


SEYMUR. Harada görmüsən o yaşda tennis oynayanları?.. Yaxşı, yaxşı. Tennis deyirsən – 

olsun! Bundan ötrü durub mübahisə edəsi deyiləm ki... 

 

MƏRYƏM. Yaxşısı budur, sən de görək “rolls-roys”u neyləyəcəyik? 



 

SEYMUR. Qoyacağıq qaraja. Şəhərdə o maşında gəzmək olmaz, çox dəbdəbəlidir. Satmaq da 

olmaz, çünki Tərlan Salamovun hədiyyəsidir. Ayda bir dəfə dostlarımızı “rolls-roys” bayramına 

dəvət edərik, belə günlərdə də qarajdan çıxararıq ki, tamaşa edə bilsinlər. 

 

 

MƏRYƏM. Deməli, “rolls-roys”u yerləşdiririk qaraja. Bəs onda öz maşınımızı harada 



saxlayacağıq? 

 

SEYMUR. Başqa çıxış yolu yoxdur.  Heç elə şey olar ki, İngiltərə kraliçasının ekipajı qalsın 



günün altında, qarajı isə verək qaltaq “hunday”ın ixtiyarına?! 

 

  



 

Bu çağadək çarpayıda hərəkətsiz uzanmış Mənzər xanım qəfil yerindən qalxıb hücuma keçməyə 

hazırlaşan kobra vəziyyətini alır. Elə bu vaxt həkim palataya daxil olur. Xəstədəki dəyişikliyi 

görəndə astanada  donub qalaraq baş verənləri heyrət içində seyr edir. 

 

  

 



MƏNZƏR. İngiltərə kraliçasının “rolls-roys”u? O haradan çıxdı? Siz nədən danışırsınız? 

 

MƏRYƏM (anasının boynuna sarılır). Ah, anacan, səni görməyimə çox şadam! 



 

MƏNZƏR. Mən də! (Doyunca qucaqlaşdıqdan sonra qızını özündən aralayır). İndi deyin görüm

hansı kraliçadan danışırdınız? O nə “rolls-roys”dur? Hövsələm daraldı, dillənin də. 

 

SEYMUR. Elə bir şey deyil, bizə maşın bağışlayıblar. 



 

MƏNZƏR. Hə-ə! Bəs kraliçanın bura nə dəxli? 

 

SEYMUR. Əvvəllər kraliçanın maşını imiş. 



 

MƏNZƏR. Şükürlər olsun Allaha! Axır ki,  çoxdankı arzuma çatdım! 

 

MƏRYƏM. Bəyəm sən “rolls-roys” arzulayırdın? 



 

MƏNZƏR. Yox, mən möcüzə arzulayırdım. Ancaq o möcüzənin nə şəklində olacağını 

bilmirdim. Mənim yaşımda insan möcüzəni yalnız dinməz-söyləməz arzulaya bilər. 

 

SEYMUR. Deməli, belə hesab edə bilərik ki, siz kraliçanın maşınında gəzməyi  



arzulayırmışsınız. Elə isə lap bu günlərdə arzunuz çin olacaq. Nə gözəl! 

 

MƏNZƏR. Nahaq qımışırsan, Məryəm. Seymur, siz bilirsiniz də mənim babam kim olub? 



 

SEYMUR. Məgər şəhərdə bunu bilməyən var? Baş Poçtamtın direktoru. 

 

MƏNZƏR. Bəli, mənim babam zadəgan idi. O dövrdə poçtmeyster mütləq zadəgan olmalı imiş. 




 

509


 

SEYMUR. Məlum məsələdir. Mən sizi başa düşürəm: siz nəsə qeyri-adi bir şey, sıravi 

vətəndaşların gündəlik boz həyatının fövqündə dayanan nəsə arzulayırsınız. 

 

MƏNZƏR. Mənim buna haqqım var. İndi isə artıq gözümün qabağına gətirirəm ki, ay yarımdan 



sonra təzə paltar geyinib, başıma qəşəng təzə şlyapa qoyub “rolls-roys”a əyləşəcəm və gedəcəm 

Buzovnaya – rəfiqəm qeybətcil Gültəkinin yubileyinə. Bir bilsəniz ki, son altmış beş ildə o 

mənim qanımı nə qədər qaraldıb. Maşını saxlayarıq həyətdə. Furajkalı sürücü düşüb qapını açar, 

camaatın hamısı görər ki, kraliçanın maşınında təşrif gətirən kimdir. 

 

MƏRYƏM. Ana, axı bizim sürücümüz yoxdur. 



 

SEYMUR. Bax bu isə lap boş şeydir. Maşını özüm sürərəm. Başıma da sürücü furajkası 

qoyaram, vəssalam. Amma anlaya bilmirəm ki, Gültəkinin qonaqlarının bura nə dəxli var? 

 

MƏNZƏR. İstəyirəm onlar hamısı görsün ki, Gültəkin paxıllıqdan nə təhər partlayacaq. (Əl-



qolunu, qismən də bədənini əsdirməklə Gültəkinin hikkəsini təqlid edir). Ay partlayacaq ha... 

Mən bilirdim, bilirdim ki, belə bir gün nə vaxtsa gələcək! 

 

HƏKİM. Heyrətamizdir! Yarımca saat bundan qabaq başını qaldırmağa taqəti yox idi. (Seymura 



müraciətlə çaşqın halda). Siz buna necə nail oldunuz? 

 

SEYMUR. Mənim xanımım belə hesab edir ki, onun anası hələ tennis oynaya bilər. Bununla 



bağlı siz nə məsləhət görərdiniz? 

 

HƏKİM (gözlənilməz dəyişiklikdən təəccübləndiyinə görə çaşqın halda). Tennis?! Nə deyim 



vallah... Əsas məsələ odur ki, günün altında çox qalmasın. İdman oyunlarına gəldikdə isə, ifrata 

varmayanda onların hamısı – tennis də, voleybol da, basketbol da orqanizm üçün çox faydalıdır, 

xüsusən də inkişafda olan orqanizm üçün.  

 

MƏRYƏM. Ana, Seymurla mən çox istəyirik ki, xəstəxanadan çıxandan sonra payızadək bizdə 



qalasan. Elə deyil, Seymur? 

 

SEYMUR. Əlbəttə. Həm də ki, maşın, uzağı, gələn həftə Bakıya gətiriləcək. Gərək siz bu 



təntənənin şahidi olasınız. Bu müddətdə təzə paltar tikdirməyə də vaxtınız çatar, şlyapa seçməyə 

də... 


 

MƏRYƏM. Doktor, anamı xəstəxanadan nə vaxt buraxacaqlar? 

 

HƏKİM. Belə gümrah olsa, lap günü sabah. 



 

  

 



Gömrükxana. "Bremen musiqiçiləri”ndən mahnı səslənir: "Biz quldurlarıq, quldurlarıq. Pif-paf! 

Hamınızı qırarıq! Pif-paf!” 

 

İki nəfər cavan əməkdaş əyləşib çay içə-içə musiqiyə qulaq asır. Seymur daxil olur. 



Gömrükçülərlə salamlaşıb əlindəki bildiriş vərəqini onlardan birinə göstərir. 

 

SEYMUR. Deyə bilməzsiniz bunun üçün kimə müraciət etməliyəm? 



 


 

510


1-ci GÖMRÜKÇÜ (bildirişə tələsik  göz gəzdirir). A-a, başa düşdüm nə məsələdir. Siz şöbə 

rəisinə müraciət etməlisiniz. Nahar fasiləsi bitmək üzrədir, indilərdə gələr. Buyurun, əyləşin, 

bizimlə çay için. 

 

2-ci GÖMRÜKÇÜ (bildiriş vərəqini alıb, diqqətlə baxır). Deməli, “rolls-roys”u siz almalısınız. 



Bakıda bir neçə “rolls-roys” var, amma heç belə modelə rast gəlməmişəm. Maşına söz yoxdur! 

Əntiqədir! Lap sualtı qayığa oxşayır. Biz onu aeroportdan gömrükxananın dayanacağına sürüb 

gətirənəcən hər dəfə qırmızı işıqda dayananda yoldan ötənlər ətrafımıza toplaşıb maşına tamaşa 

edirdilər. 

 

1. SEYMUR. Təsəvvür edin ki, indi onu şəhərdə sürəndə nə olacaq da... 



2-ci GÖMRÜKÇÜ. Ləzzət verəcək! Maşın deyil e, muzeydir. Mübarək olsun! 

 

Böyük gömrükçü gəlir, Seymura salam verib tabeliyində olan əməkdaşlara sarı dönür. 



 

BÖYÜK GÖMRÜKÇÜ. Nə baş verir burda? Bu mahnını hansınız qoşmusunuz? 

 

1-ci GÖMRÜKÇÜ (təəccüblə). Mən. Fasilə vaxtı biz həmişə musiqiyə qulaq asırıq. 



 

BÖYÜK GÖMRÜKÇÜ. Məgər mən musiqinin əleyhinəyəm? Söhbət musiqidən getmir. Bunun 

sözləri bərbaddır. ( Təqlid edir). ”Biz qulduruq. Bizə yaxın gəlmə!” Biabırçılıqdır! Camaat bizim 

barəmizdə nə fikirləşər? Məhəbbət, təbiət haqqında nə qədər gözəl mahnılar var, siz isə 

quldurlardan başqa bir şey tapmamısınız! (Əlinin işarəsi ilə Seymuru öz masasının yanına dəvət 

edir. Bu zaman əməkdaşlar səssizcə çıxıb gedirlər.) 

 

BÖYÜK GÖMRÜKÇÜ (kartotekadan kağızları tapıb Seymura uzadır). Zəhmət olmasa, 



imzalayın. 

 

SEYMUR ( kağızları gözdən keçirir). Mən maşını götürə bilərəmmi? 



 

BÖYÜK GÖMRÜKÇÜ. Sizi maşınlar saxlanılan yerə ötürərlər. Yolüstü gömrük rüsumunu da 

ödəyərsiniz. Kassa yaxındadır, bizim mərtəbədə. Rüsumu ödəyin, maşınınızı götürün gedin. İşlək 

vəziyyətdədir, bakında da 20 litr benzin var. 

 

SEYMUR (pulqabısını cibindən çıxarır). Gömrük rüsumu nə qədərdir? 



 

BÖYÜK GÖMRÜKÇÜ (orderi ona uzadır). Burada yazılıb – 17 min manat. 

 

SEYMUR (pərt halda). Heç bir şey başa düşmürəm. Baxın, burada sənəddə göstərilib ki, maşının 



dəyəri beş min dollardır. Bunu da Rusiya gömrük nümayəndəsi öz imzası və möhürü ilə təsdiq 

edib. 


 

BÖYÜK GÖMRÜKÇÜ. Beş min? 

 

SEYMUR. Beş min. Rəqəmlə də yazılıb, sözlə də. 



 

BÖYÜK GÖMRÜKÇÜ. Yazılıb-yazılıb da. Siz elə şeylərə fikir verməyin. Neçə illər hər yerdə 

yazırdılar ki, Lenin yaşayır və əbədi yaşayacaq. Bəs nə oldu? Hanı? Hər yazılana inanmaq 

olmaz. İndi bizdə bazar iqtisadiyyatıdır – demokratiya şəraitində. 

 

SEYMUR. Mübahisə etmirəm. Ancaq maraqlıdır – bu 17 min rəqəmi haradan peyda olub? 



 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə