Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə221/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   217   218   219   220   221   222   223   224   ...   231

 

511


BÖYÜK GÖMRÜKÇÜ. Kompyuterdən. Gömrük rüsumunun məbləğinin 17 min manat 

olduğunu kompyuter hesablayıb. 

 

SEYMUR. Siz bir özünüz fikirləşin – kompyutersiz. Mənə hədiyyə göndəriblər, dəyəri də aydın 



göstərilib – beş min. Mən isə bunun müqabilində on yeddi min ödəməliyəm. Siz bunu düzgün 

hesab edirsiniz? 

 

BÖYÜK GÖMRÜKÇÜ. Biz burada özfəaliyyətlə məşğul olmuruq, bu məqsədlə də kompyuter 



almışıq. Hər şey tamamilə düzgün və qanunidir. 

 

SEYMUR. Yaxşı. Elə isə, icazənizlə, mən gedim. (Kağızları və orderi həmsöhbətinə qaytarır). 



Narahat etdiyimə görə üzr istəyirəm. (Ayağa qalxır).  

 

BÖYÜK GÖMRÜKÇÜ. Maşını götürmürsünüz? Niyə? 



 

SEYMUR. Son dərəcə üzrlü bir səbəbə görə: mənim on yeddi minim yoxdur. Nə cibimdə , nə də 

evində. 

 

BÖYÜK GÖMRÜKÇÜ (təəccüblə). Necə yəni yoxdur? (Elə bil nəyi isə yadına salmağa çalışır). 



Mən sizi televizorda görmüşəm. Səhv etmirəmsə, xalq artistisiniz, ya da... Deyəsən, 

müğənnisiniz, hə? 

 

SEYMUR. Vaxt olub ki, mahnı da oxumuşam, ancaq indiki halda mən yükalanam. 



 

BÖYÜK GÖMRÜKÇÜ. Heç yaxşı olmadı. Bəlkə bizim rəisə zəng vurasınız? 

 

SEYMUR. Mən onunla tanış deyiləm. Lap tanış olsaydım belə, nə deyəcəkdim? Xahiş 



edəcəkdim ki, mənim xatirimə rüsumun məbləğini azaltsın? 

 

GÖMRÜKÇÜ. Adam var ki, xahiş edir. Burada bir qəbahət yoxdur. Kimisinə kömək edirlər, 



kimisini də əliboş qaytarırlar. 

 

SEYMUR (istehzalı təbəssümlə). Mən hələ belə şeylər üçün yetişməmişəm. Salamat qalın! 



 

  

 



Seymur gedir. Gömrükçü onun arxasınca təəccüblə baxıb çiynini çəkir.   

 

  



 

Seymurun mənzili. Qonaq otağında Məryəm güzgü qarşısında anasının əyninə təzə paltarı 

geyindirib yoxlayır. Seymur gəlir. 

 

SEYMUR (qonaq otağına boylanır). Üzr istəyirəm. 



 

MƏRYƏM. Gəldin? Nə yaxşı. Keç içəri. Sənin məsləhətinə ehtiyacımız var. Xoşuna gəlir? 

 

SEYMUR. Gözəl libasdır. Siz bu donu Gültəkinlə görüşə geyinəcəksiniz? Buna zərif bir 



parçadan, məsələn, deyək ki, ipəkdən, ya da şifondan göy zolaqlı al-qırmızı şərf yaxşı yaraşar. 

Ya da eyni rəngli, amma mavi zolaqlı şərf. 

 

MƏRYƏM.  Haradan sənin ağlına gəldi ki, anama məhz belə qeyri-adi rəngli şərf yaraşar? 




 

512


 

SEYMUR (əlindəki qutunu açır). Çünki mən sizin hər ikiniz üçün məhz təsvir etdiyim kimi şərf 

almışam. 

 

MƏNZƏR (şərfi alıb baxır). Əcəb qəşəngdir. Payın artıq olsun. Ancaq bilirsənmi, belə zərif şərfi 



yalnız incə zövqü olan ürəyitəmiz adamlar dəyərləndirə bilər. Gültəkin kimi paxıl isə bunu 

mənim boynumda görsə, mütləq fikirləşəcək ki, yaşımdan cavan görünməkdən ötrü taxmışam. O 

saat da başlayacaq təzə rəfiqələri ilə baş-başa verib xısın-xısın qeybət qırmağa. Siz bilmirsiniz 

onun canında nələr var. 

 

SEYMUR. Doğrudan bilmirəm. Bəs onun nə düşündüyünü siz necə başa düşürsünüz? 



 

MƏNZƏR. Təcrübə öz sözünü deyir, əzizim Seymur. Uzun illərin acı təcrübəsi. Mən onun bütün 

varlığına bələdəm. 

 

MƏRYƏM (sınayıcı nəzərlərlə ərinə baxır). Sənin niyə qanın qaradır? Ağrıyan yerin yoxdur ki? 



 

SEYMUR. Yox, heç yerim ağrımır. 

 

MƏNZƏR. Gedim paltarımı dəyişim. (Gedir). 



 

MƏRYƏM. Etiraz etmirsənsə, payızacan anam bizdə qalsın. Belədə mənim də ürəyim rahat olar. 

Özünə hələ bir söz deməmişəm. 

 

SEYMUR. Əcəb suallar verirsən. Xəstəxanada bu barədə artıq danışmışdıq ki səninlə. Mən nə 



vaxtsa ananın bizdə qalmasına etiraz etmişəm? Beş il bundan qabaq o, ilk dəfə xəstələnəndə 

xahiş etdim ki, köçüb gəlsin bizə, amma özü istəmədi, dedi ki, öz evimə alışmışam, elə oğlumun 

ailəsi ilə birlikdə yaşamaq istəyirəm. İndi sən dilə tut, qoy bizdə qalsın. Yadına sal ki, şərti adı 

“Gültəkin” olan "hərbi yürüşə" bərabər getməliyik. 

 

MƏRYƏM. Bəlkə o “rolls-roys"dan imtina edək? Onsuz yaşamırdıq məgər? Bundan sonra da 



yaşayarıq. Axı görürəm ki, düz bir aydır bu maşın söhbətinə görə kefin pozulub, əsəbiləşirsən. 

 

  



 

SEYMUR. Əsəbiləşmək deyəndə ki, həqiqətən çox pisimə gəlir – deməli, mən boyda adam 

göndərilmiş hədiyyəni almaq üçün tələb olunan rüsumu ödəyə biləcəyim qədər pulu hələ 

qazanmamışam. Amma güman var ki, işlər tezliklə düzələcək. Yadındadır, sənə demişdim, 

əvvəllər kiril əlifbasında çapdan  çıxmış bədii əsərlərin hamısı bu il respublikamızda latın 

əlifbası ilə yenidən nəşr olunacaq. Ümidvaram ki, lap yaxın günlərdə mənim əsərlərimə də növbə 

çatacaq. Bircə vaxtını bilsəydim... 

 

MƏRYƏM. Bundan da ciddi problemlərlə üzləşmişik. Hər dəfə də öhdəsindən gəlmişik. Çünki 



Allah özü sənin işlərini düzəldir. 

 

            SEYMUR. Etibarlı qaynaqlardan mənə bəlli olduğuna görə, Allah "rolls-roys"larla 



məşğul olmur. Gərək özümüz vəziyyətdən birtəhər çıxaq. 

 

            MƏRYƏM. Gəl bu üzüyü sataq. Maraqlanmışam, zərgər dedi ki, beş minə alaram. 



 


 

513


            SEYMUR. Çox nahaq yerə maraqlanmısan. Biz hələ o həddə gəlib çatmamışıq (arvadının 

üzüyü göstərdiyi əlini öz əlinə alaraq üzünə sürtür, öpür). Əşyalarımızı satıb borca düşmədən də 

keçinərik. Hələ bilmirəm necə, ancaq çıxış yolu tapacağıq. Ümidim nəşriyyatadır. 

 

  



 

            Mənzər otağa daxil olur. 

 

MƏNZƏR (Seymura). Sizin yanınıza bir nəfər gəlib. Dediyinə görə, sizinlə tanış deyil, 



görüşmək barədə razılığınızı almayıb, qabaqcadan zəng də vurmayıb. İstədim elə qapıdanca 

qaytarım, ancaq dedi ki, sizinlə "rolls-roys" barəsində danışmağa gəlib. Görəsən, nə deyəcək? 

 

SEYMUR (çiynini çəkir). Qəribədir. Qoyun gəlsin. 



 

Alçaqboy, cılız bir cavan oğlan içəri girir. Özünü həddən artıq sərbəst aparır. Əda ilə Məryəmə 

təzim edib, Seymura əl verir, sonra üzbəüz əyləşir. 

 

CAVAN OĞLAN. Salam. 



 

SEYMUR. Məgər biz tanışıq? 

 

CAVAN OĞLAN. Minimum əlli faiz. 



 

SEYMUR. Bu nə deməkdir? 

 

CAVAN OĞLAN. Sizi hamı tanıyır, o cümlədən mən də. Sizsə məni tanımırsınız. Deməli, düz 



əlli faiz tanışıq. Özümü təqdim edim: adım Taygerdir. "Bakinskiy dnevnik" qəzetinin 

əməkdaşıyam. Qəzetimizin adı  sizə tanışdır? 

 

SEYMUR (ikrahla). Bir az. Tayger!  Qeyri-adi təxəllüs götürmüsünüz. Yəqin ki, ingiliscə yaxşı 



bilirsiniz? 

 

TAYGER. Təəssüflər olsun ki, mən ingilis dilini bilmirəm. Sadəcə olaraq, "tayger" – "tiqr" 



sözlərinin səslənməsindən xoşum gəlir, ona görə də bu sözü özümə təxəllüs seçmişəm. Bir də 

bilirəm ki, tiqr, yəni pələng həmişə ovunun üstünə  sakitcə, qəfildən hücum edir. 

 

            SEYMUR. Mən fikir vermişəm, Bakıda jurnalistlərin özlərinə heyvan adlarını təxəllüs 



götürməsi dəbə çevrilib. Məsələn, məqaləni oxuyuram, imza qoyulub: "Ceyran". Nə biləsən, 

dişisidir, yoxsa erkəyi. Əsşi, bunu sözgəlişi dedim, ceyrandır da – gövşəyən çöl heyvanıdır, heç 

olmasa, yırtıcı deyil. Bəs siz bilən, "Zebrus" nə deməkdir? 

 

TAYGER. Məlum məsələdir: latın dilində "zebr" deməkdir. 



 

SEYMUR. Sizə bunu kim deyib? 

 

TAYGER. Özüm bilirəm də... zebr-zebrus. Qanmaz da başa düşər ki, axırında "us" varsa, 



latıncadır. 

 

SEYMUR. Çox sağ olun! Əmməli-başlı məlumatlandım. İndi qayıdaq Taygerə.  Deməli, siz,  



cənab Tayger, mənə qəfil hücuma keçməyi  qərara almısınız? 

 



Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə