Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə229/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   223   224   225   226   227   228   229   230   231

 

528


düzəldilib, həmişə əlimdə olardı, amma bu gün yadımdan çıxarıb evdə qoymuşam. Onsuz özümü 

bir az narahat hiss edirəm. Qərar qəbul etmək bir yana, heç fikrimi də cəmləşdirə bilmirəm. 

 

ZƏFƏR. Səni başa düşürəm. Siqareti tərgitdikdən sonra düz yarım il belə vəziyyətdə olmuşam. 



 

SEYMUR. Sabahkı görüşə gələndə həmin çəliyimi də özümlə götürəcəyəm. Onda görəcəksən ki, 

mən nə qətiyyətli və gümrah olmağı bacarıram. Hə, yadıma düşdü. Bayaqdan səndən soruşmaq 

istəyirdim... Hərdən mətbuatda "Fridom haus" və "Hyumen rayts wotç" beynəlxalq təşkilatların 

hesabatlarını oxuyuram. Onlara Azərbaycandakı vəziyyətlə bağlı məlumatları təsadüfən sənin 

analitik "Turyan"ın təqdim etmir ki? 

 

ZƏFƏR. Əsasən, biz təqdim edirik. Həm də təkcə onlara yox, xaricdə bizim müştərilərimiz 



çoxdur. 

 

SEYMUR. Əla! Afərin, "Turyan"! Cəsarətinizə bərəkallah! Bəs necə olur ki, bu əməllərə görə 



"Turyan"a "gözün üstdə qaşın var" deyən olmur? Mənim oxuduğum məlumatlar təpədən-dırnağa 

yalandır.  

 

ZƏFƏR. Sən də ağ eləmə! Yalan yox, şüurlu dezinformasiyadır... Düzdür, hərdən əndazəni 



aşırıq, amma sifarişçilərimiz şikayətçi deyillər. Hələ baxaq görək sən necə işləyəcəksən. 

 

SEYMUR. Yaşayarıq, görərik. 



 

ZƏFƏR. Deməli, sabah görüşürük. Yapon mətbəxi ilə aran necədir? Saşimi, suşi – bunları 

bəyənirsən?  

 

SEYMUR. Məmnuniyyətlə yeyərəm. 



 

ZƏFƏR. Mən səni dəvət edirəm. Söhbətləşmək üçün restoran ən münasib yerdir. Sabah saat 

ikidə "Mado" restoranında görüşərik. Ofisianta deyərsən ki, mənim yanıma gəlmisən, özü səni 

ötürər.   

 

SEYMUR (qətiyyətlə). Xeyr. Biz restoranın girişində, küçədə görüşək. 



 

ZƏFƏR. Nə fərqi var? İstəyirsən, küçədə görüşək. Saat iki tamamda restoranın girişində. 

Söhbətimiz konkret olacaq. Sən də gərək fikrini cəmləşdirəsən. Odur ki, sənə gümrahlıq gətirən 

çəliyini də götürməyi unutma. 

 

SEYMUR. Unutmaram. Çəliksiz sanki yarı canım evdə qalıb. 



 

ZƏFƏR. Özünü yaxşı hiss edirsən? Elə bil rəngin avazıyıb? 

 

SEYMUR. Sənə elə gəlir. Qulaq as, Zəfər, elə-belə soruşuram, hər ehtimala qarşı: necə bilirsən, 



ola bilərmi ki, bu sarı mətbuat sabah da məni "yıxıb-sürüsün"? 

 

ZƏFƏR. Sən nə danışırsan, arxayın ol. Nə sabah, nə birisi gün, nə də başqa heç vaxt. Bundan 



sonra sənin barəndə ancaq yaxşı şeylər yazacaqlar. Gen-bol mədh edəcəklər, necə deyərlər, 

sabahdan etibarən başlayırıq sənin güclü təbliğatına. 

 

SEYMUR. Yaxşı. Sabaha qədər! 



 


 

529


Albioninin "Adajio"sundan qəmli melodiya səslənir. Seymurun mənzili. Qonaq otağı. Mənzərlə 

Məryəm ağlayırlar. 

 

MƏRYƏM (gözünün yaşını silir). Mən də yaman qəmləndim, ancaq sən özünü bu qədər üzmə, 



hələ çox zəifsən. Gültəkin xala xəstə yatmadı. Gözlərini yumub sakitcə, quş kimi bu dünyadan 

köçdü. Ailəsinin, yaxınlarının əhatəsində şam kimi bir andaca söndü. Deyirlər, öləndə də 

dodaqlarından təbəssüm silinməyib. Mən də istərdim ki, əcəlim çatanda elə onun kimi, rahatca 

dəyişim dünyamı. 

 

MƏNZƏR. Sən mənim nə çəkdiyimi başa düşə bilməzsən. Heç bilmirdim ki, ona bu qədər 



bağlıyam. Gültəkinin ölümü elə bil ətrafımda tam bir boşluq yaratdı. Bundan sonra yaşamağımın 

nə mənası?! İstəyirəm gedib bir küncdə uzanım, gözlərimi yumub ölüm. 

 

MƏRYƏM. Belə danışmaq günahdır! Sənin övladların, nəvələrin, dostların var. Özünü ələ al



görəcəksən ki, həyat davam edir, ətrafında isə boşluq deyil, səni sevən insanlardır. 

 

  



 

Seymur gəlir. Astanada ayaq saxlayır. 

 

SEYMUR. Nə olub sizə?   



 

MƏRYƏM. Gültəkin xala bu gecə rəhmətə gedib... Heç bilmirəm anamı necə sakitləşdirim... 

Aman Allah, indicə bayılacaq! Seymur, nə edək?  

 

            SEYMUR (keçib Mənzərlə üzbəüz əyləşir). Dərdinizə şərik oluram. Allah rəhmət eləsin. 



Ancaq təsəvvür edirəm ki, sizin ölüm xəbərinizi Gültəkin almış olsaydı nə edərdi. (Mənzər 

hönkürtüsünü kəsib gözlərini açır). Xahiş edirəm, bir anlıq təsəvvürünüzə gətirin, sizin qəfil 

ölüm xəbərinizi eşitsəydi, Gültəkin özünü necə aparardı? 

 

MƏRYƏM. Seymur, sən nə danışırsan? 



 

MƏNZƏR (hələ də zəif səslə, lakin bir az dirçəlmiş halda). Məryəm, xahiş edirəm, mane olma. 

(Seymura). Hə, sizcə nə edərdi?  

 

strong>SEYMUR. Deyim də. Əlbəttə, şübhəsiz ki, ürəkdən kədərlənərdi. Amma Gültəkin xala 



müdrik insan idi. O, ümidsizliyə qapılmazdı. Çünki Gültəkin xala görüb-götürmüş qadın idi. 

Bilirdi ki, bu dünyadan köçən insanlar yaxınlarından və sevdikləri insanlardan heç də əbədi 

ayrılmırlar.  

 

MƏNZƏR (bir az istehzalı tərzdə). Gültəkin bunu haradan bilə bilərdi ki? Məsələn, mən belə şey 



eşitməmişəm. Seymur, yoxsa siz o dünyaya, cənnət-cəhənnəm barədə mənasız, cəfəng nağıllara 

doğrudan inanırsınız? 

 

SEYMUR. Nağıllara, həm də cəfəng nağıllara, təbii ki, inanmıram. Söhbət başqa şeydən gedir... 



Gültəkin məsələsinə qayıdaq. Məgər özünüz demirdiniz ki, onunla yola getmək çətin olsa da, 

dünyagörmüş insandır? Elə isə, deməli, o bilirdi ki, Tanrı ulduzları, planetləri əbəs yerə 

yaratmayıb. Təbiətdə heç bir şey elə-belə mövcud deyil. O cümlədən ulduzlar da. Onların 

yaradılışında dərin məna var. Bunu anlamağa yalnız seçilmiş insanlar qadirdir, təkrar edirəm, 

seçilmiş və incə duyğulu insanlar. Məni başa düşürsünüzmü?  

 

            MƏNZƏR. Burada başa düşülməyəcək nə var ki? 




Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə