Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 4,58 Mb.
Pdf görüntüsü
səhifə230/231
tarix02.10.2017
ölçüsü4,58 Mb.
#2550
1   ...   223   224   225   226   227   228   229   230   231

 

530


 

            SEYMUR. Deməli, siz başa düşürsünüz ki, ilk baxışda faydasız görünən ulduzlar ondan 

ötrü yaradılıb ki, yer üzündə ömrünü başa vurub dünyasını dəyişən insanların ruhları o 

ulduzlarda qərar tutsunlar. Bu, tamamilə səhih məlumatdır. 

 

            MƏNZƏR (hələ də razılaşmaq istəmir). Gültəkin mənə bu barədə heç nə danışmamışdı.  



 

            SEYMUR. Yəqin vaxtı olmayıb. Bəlkə də danışmaq istəməyib... O, təbiətən qapalı insan 

idi. Bəs mən? Mən sizə nə vaxtsa yalan danışmışam? Gecə vaxtı, əgər fikrinizi cəmləyib 

ulduzlara diqqətlə baxsanız, hiss edə bilərsiniz ki, onların çoxundan sizi tərk etmiş yaxınlarınızın 

ruhları boylanır; özü də sizlərə sevgi ilə, gələcək görüşünüzə inamla boylanırlar. Əlbəttə, 

Gültəkin bütün bunları bilirdi, ona görə doğmaları ilə də vidalaşarkən dodaqlarında təbəssüm 

varmış, inanın mənə, siz onunla mütləq görüşəcəksiniz, ancaq hadisələri tezləşdirmək lazım 

deyil. Biz hamımız hansısa gözəl bir planetdə nə vaxtsa görüşəcəyik. Bu, labüddür. O vaxta 

qədər isə yaşamaq və yaşadığına sevinmək lazımdır.  

 

            MƏNZƏR (fikirli halda). İnana bilmirəm, hər şey sizin təsvir etdiyiniz kimidir. 



 

            SEYMUR. Gələn dəfə mən sizə bu barədə ətraflı, təfsilatı ilə söhbət açaram, siz də 

inanarsınız ki, mənim söylədiklərimə şübhə ola bilməz, onları yoxlamağa ehtiyac da yoxdur. Bu 

günlük bu qədər yetər. Axı siz onu son mənzilə yola salmağa gedəcəksiniz. 

 

            MƏNZƏR (sanki birdən ayılır). Əlbəttə, mən getməliyəm! Necə də oturub arxayın söhbət 



edirəm! Əgər mən orada olmasam, camaat nə fikirləşər? Gedim, geyinim. (Gedir). 

 

MƏRYƏM. Halı xeyli yaxşılaşdı, afərin sənə, anamı xilas etdin. 



 

            SEYMUR. Bilirsən buna nə deyirlər? Xilasedici yalan. 

 

            MƏRYƏM. Düzünü de. Ruhların ulduzlara köçməsini sən elə bu dəqiqə uydurdun? 



 

            SEYMUR. Yox, bunu kimlərsə bizdən çox-çox əvvəl uydurub. Mən isə, sadəcə, vaxtında 

xatırladım və yerinə düşdü. İndi bir balaca işim var, çox vaxt aparmaz, sonra gömrükxanaya 

dəyəcəm, gedəndə piyada gedəcəyəm, amma "rolls-roys"la qayıdacağam. 

 

            MƏRYƏM. Bu maşına görə əsəblərin yaman pozuldu.  



 

            SEYMUR. Ola bilər, bir az qanım qaraldı, amma boş şeydir. Əvəzində bu maşın 

sayəsində çox mətləblərdən agah oldum. Hələ fikirlərimdəki təbəddülatı demirəm. Əvvəllər 

mənə xas olmayan fikirlərə düşmüşəm, elə bu da "rolls-roys"un sayəsindədir. Misal? Buyur. Bu 

gün səhərdən, daha dəqiq desək, dünən axşamdan qərara almışam ki, siyasətlə ciddi məşğul 

olacağam.  

 

            MƏRYƏM. Həqiqətən, sənə xas olmayan bir qərardır! Axı sən həmişə deyirdin ki, 



siyasətlə yalnız peşəkarlar məşğul olmalıdır. 

 

            SEYMUR. Doğrudur, hələ mən başqa şeylər də demişəm. 



 

            MƏRYƏM. Çoxdan demisən, ancaq mənim hər şey yadımdadır. Hansısa yığıncaqdan 

gələndən sonra dedin ki, bu, mənlik deyil. Namuslu insan siyasi fəaliyyətlə yalnız o halda 

məşğul olmalıdır ki, onun ölkəsi təhlükə qarşısında qalmış olsun. 

 



 

531


            SEYMUR. Məhz elə buna görə də indi qərara almışam ki, dərhal siyasətlə məşğul 

olmağa başlayım. Bilirsənmi, dünən hiss etdim ki, dərin yuxudan ayılmışam. 

 

            MƏRYƏM. İndi hər yerindən duran siyasətlə məşğul olur. İstəyirsən, sən də ol. Ancaq 



mən bir şey başa düşmürəm: təhlükəni nədə görürsən? 

 

            SEYMUR. Xalq Cəbhəsinin hakimiyyətdə olduğu vaxtlar yadındadır? 



 

            MƏRYƏM. Hərdən qorxulu yuxu kimi xatırlayıram. 

 

            SEYMUR. İndi isə təsəvvürünə gətir ki, o vaxtkı cəbhəçilərdən qat-qat ağıllı olan birisi 



dövləti dağıtmaq fikrinə düşür, sadə dillə desək, Azərbaycanda "rəngli inqilaba" bənzər bir 

iğtişaş yaratmağa cəhd göstərir. 

 

            MƏRYƏM. İstəsinlər də. Şükr Allaha, görmüşük bu rəngli inqilabların haralarda baş 



verdiyini – zəif, qorxaq rəhbərləri olan respublikalarda. Onlar könüllü olaraq özlərini dilənçi 

həyata məhkum ediblər. Allaha çox şükr ki, bizdə belə şey ola bilməz. 

 

            SEYMUR. Heç də hamı belə düşünmür. 



 

            MƏRYƏM. Bu gün Azərbaycanda kim istəyər ki, firavanlığını itirsin, rahat gün-güzəran 

əvəzinə, Xalq Cəbhəsinin dövründə gördüyümüz hərcmərcliyin cənginə düşsün? Anam deyirdi 

ki... 


 

            SEYMUR. Aydındır. Hər şeyi başa düşdüm, deməli, xalq məni dəstəkləmir. 

 

            MƏRYƏM. Dəstəkləyir, dəstəkləyir və söz verir ki, sənə kömək edəcək. Bəs sənin bu 



siyasi məşğuliyyətin hansı şəkildə olacaq? 

 

            SEYMUR. Əsas məsələ odur ki, nə etmək lazım gəldiyini bilirəm. Amma fəaliyyətə 



başlamazdan öncə mən həmfikirlərimi – yazıçıları, rəssamları, kinematoqrafçıları, bütün yaradıcı 

insanları bir yerə toplamalıyam. Ən ağıllılarını və cəsarətlilərini. Nələr baş verdiyini onlara 

danışmalıyam. Qoy daha susmasınlar. Xalq onların səsini eşitməlidir. Sual var? 

 

            MƏRYƏM. Bəli, xalqın sualı var. Misal üçün, xalq bilmək istəyir ki, biz "rolls-roys"u 



neyləyəcəyik?  

 

            SEYMUR. Sürüb apararıq bağımıza. Qoy orada talvarın altında qalsın. Gələn 



qonaqlarımıza göstərərik. 

 

            MƏRYƏM. Bu gün bir ətək pulu aparıb gömrük rüsumu verəcəksən ki, maşın talvarın 



altında qalıb çürüsün? 

 

            SEYMUR. Bəs nə edim? Hər necə olsa, kraliçanın maşınıdır.  



 

            MƏRYƏM. Bilirəm, kraliçanındır. Bəs mən? Düzdür, mən kraliça deyiləm, ancaq yenə 

də istəyirəm ki, mənim də fikrimi biləsən. Bəlkə onu sataq? Burada pis nə var ki? "Rolls-roys"u 

satdığımıza görə bizi heç kim qınamaz. Sənin milyarder dostun da düz başa düşər. 

 

            SEYMUR. Bilirsənmi, bu həyatda kifayət qədər ömür sürdüyümə görə, bəzi həqiqətləri 



dərk etməyə vaxtım olub. Fikir vermişəm: əgər hansısa bir normal yaxşı insanın xanımı özünün 


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə