Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə181/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   177   178   179   180   181   182   183   184   ...   219

 598 

oyunlar açırlar, basdalayırlar, əzirlər, tapdalayırlar, qaloş təkin 

ayaqlarına geyirlər, amma skripka yenə  də çalır. Epizodda 

şeriyyət də var, kədər də, sənətin  əbədi varlığının rəmzi 

ölümsüzlüyü də… 

Çaplindən başqa bəlkə bircə Fellini sənətin bu möcüzəsini 

ifadə edə bilirdi. "Həyatın ləzzəti" filmində Marçello atasını 

dəvət etdiyi restoranda hava şarlarıyla qüssəli səhnəcik yaradan 

kloun nə  qədər təsirlidir. Epizodun sonunda təlxək hava 

şarlarını ardınca aparanda adama elə  gəlir ki, canlı bir 

varlıqdan ayrılırsan. Çaplin də, Fellini də sirk sənətinin 

əyləncəli və qəmli mahiyyətini dərindən duyurlar. 



*** 

Əvvəlki nəsillər üçün 1936-cı ilin İspaniya hadisələri nə 

idisə, bizim nəsil üçün 1956-cı ilin Macarıstan hadisələri o idi. 

İndi 36-cı ilin İspaniya hadisələrinə münasibət kökündən 

dəyişə bilər, Tbu sovet təbliğatının təhrif etdiyi kommunist 

avantürası idiU – deyilə bilər. 

Amma İspaniya hadisələrini mən sovet təbliğatının gözüylə 

deyil, Koltsovun və  hətta Erenbuqun yazdıqlarına görə yox

Ernest Heminqueyin şəhadəti, "Çan kiminçün çalınır" 

romanının faciəvi səhnələri, Pablo Pikassonun "Gernika" 

tablosu, Federiko Qarsia Lorkanın poeziyası  və romantik 

ölümü, vətəni tərk etməli olmuş dahi violonçelist Pablo 

Kazalsın musiqisiylə  dəyərləndirirəm. Və elə buna görə 

İspaniya hadisələri əvvəlki nəsillərin qəlbində bu qədər dərin iz 

salmışdı. 

56-cı ilin Macarıstan hadisələri – Sovet tanklarının 

Budapeşti işğal etməsi isə bizim nəsil üçün o vaxta qədər hələ 

də inandığımız sosializm ideyalarının büsbütün darmadağın 

olunması deməkdi. Faşist təcavüzü qarşısında  İspan xalqının 

dərdinə yananların övladları sovet təcavüzünə  məruz qalmış 

Macar xalqıyla həmdərd idi. 

*** 

Bibliyanı, Tövratı  və  İncili,  Əhdi-ətiqi və  Əhdi-cədidi 




 599 

dalbadal oxuyanda təəccüb edirsən. Tarixi, coğrafi və mifoloji 

fon eynidir, ümumi personajlar, yaxın üslub var, amma bunlar 

bir-birindən necə  də  fərqlidir. Bu təbiidir.  Əhdi-cədid 

(Yevangiliya-Xoş  xəbər) yeni bir dinin – Xristianlığın 

müqəddəs kitabıdır. Amma axı xristianlıq Bibliyanı bütövlükdə 

qəbul edir – vahid qutsal kitab kimi. Halbuki, Əhdi-ətiqin əsas 

prinsipi – "dişə diş, gözə-göz" əxlaqı, xristianlığın əsas qayəsi 

isə "sağ yanağına sillə vurularsa, sol yanağını da silləyə tuş  et" 

əqidəsidir. Bu iki mətndəki Allah da iki müxtəlif Allahlardır. 

Yəhudilərin Allahı İeqova-Savaof qəddar və qisasçıdır, kinli və 

deyingəndir. Elə hey öz xalqının üzünü danlayır, ona etdiyi 

yaxşılıqları dönə-dönə yada salır. (Bu bizə bugünki 

reallıqlarımızı xatırlatmırmı?) "Mən sizi Misir əsarətindən 

qurtardım, amma siz nankor çıxdınız, buna görə  də 

cəzalandırılacaqsınız" – Allah bu fikri yəhudi xalqına israrla 

təlqin edir. Dörd "Yevangilyada" – Xoş  xəbərdə (illah da, ən 

müfəssəl Matvey yevangilyasında) Həzrət  İnsanın Allahı 

xeyirxah və  rəhmdildir, dostlara da, düşmənlərə  də 

dözümlüdür. Tək bir Apokalipsisin qarabasmalarında 

bəşəriyyətin dəhşətli aqibətlərindən sayaqlama səciyyəli 

səhnələr təsvir olunur. 

Əhdi-ətiqdə bütün başqa xalqlara qarşı soyqırımı - genosid 

ideyası təlqin olunur, düşmənin bütün nəsli – qadınlar, uşaqlar, 

qocalar belə məhv edilməlidir. İsanın təlimində nə ellin var, nə 

yəhudi. Bütün xalqlara xoşgörüylə yanaşılır. Məhz elə buna 

görə də xristianlıq bir çox xalqın dini oldu, iudaizm isə tək bir 

xalqın, bütün dünyaya yayılsalar da, tək bir yəhudi xalqının 

dini oldu. Doğrudur, xristianlıq da kökləri etibarilə iudaizmdən 

çıxıb, amma o ellərarası bir dinə çevrildi – dünyanın beş 

qitəsinə yayıldı. Paradoks da bundadır.  İsa Məsih də, onun 

həvariləri də etnik mənşələri etibarilə yəhudidirlər, təlimləri də 

ruhu, intellekt səviyyəsi,  ənənələri etibarilə  yəhudi 

düşüncəsinin, yəhudi tarixinin və mifolojisinin bəhrəsidir, hətta 

məkan etibariylə  də  qədim yəhudi torpaqlarına bağlıdır. 



 600 

Xaçpərəstlik ilk mərhələlərində ortodoksal, təməl iudaizmə 

arxalanır, onun qanunlarına və  təlimlərinə sadiqdir. İlk 

mərhələdə o sanki bu əski dini çağdaşlaşdırır, reforma edirdi və 

ilk mənbəyə  əsaslanırdı. Ancaq tarix boyu dəfələrlə olduğu 

kimi yəhudilərin yaratdıqları  təlim bir müddət sonra onların 

özlərinə qarşı çevrildi. Elə ilk dövrlərdəcə dönə-dönə  yəhudi 

olduqlarını bəyan edən İsa Məsihin və həvarilərinin ən qəddar 

düşmənləri yəhudilər özləri idi – fariseylər, səddikulər,  əhli-

kitablar. Sonralar isə  yəhudilərin yaratdıqları yeni din – 

xristianlıq başqa xalqlar tərəfindən də  qəbul olunaraq 

yəhudilərin  ən amansız düşməninə döndü. Eynən iki min il 

sonra yəhudi Marks və yəhudi Lassal tərəfindən nəzəri əsasları 

qoyulmuş  və daha sonra Rusiyada yəhudi Martov, yarıyəhudi 

Lenin, xalis yəhudilər – Trotski, Sverdlov, Zinovyev, Kamenev 

və başqalarının həyata keçirdikləri kommunizm təlimi az bir 

zaman  ərzində  yəhudiliyin barışmaz təqibçisinə çevrilir. Bu 

xüsusilə dini seminariyanın (təbii ki, xristian dini 

seminariyasının) yetirməsi Stalinin açıq, ya gizli 

antisemitizmində, yəhudilərə divan tutmasında aydın-aşkar 

görünür. 

 

27 iyun, 1998 

 

*** 

Bakıda bulvar birdir, bulvar qəzeti çox. Görəsən, bu sarı 

mətbuatın xəcalətdən qızaracağı gün gələcəkmi? 

*** 

İnsanların yaddaşı necə etibarsızmış (bəzilərinin özləri 

kimi). Əgər ötüb keçənləri xatırlayırlarsa, ancaq özlərinə xeyir 

olan  şeyləri xatırlayır, nalayiq hərəkətlərini büsbütün 

yaddaşlarından silməyə çalışırlar. Hələ belə olsaydı, dərd 

yarıydı. Görürsən özlərinin heç bir vaxt olmayan igidliyindən, 

səxavətindən, mərdliyindən elə  əfsanələr uydururlar ki, bütün 

bunların şahidi olanlar, əsl həqiqəti bilənlər mat qalır. 




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə