Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə148/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   144   145   146   147   148   149   150   151   ...   159

623

N A D İ R   Ş A H   Ə F Ş A R

yam qaldıran ləzgi Yaqubu cəzalandırsın. Yaqubun 

3 minlik qoşunu üzərinə hərəkətə başladı. Narlı dərə 

deyilən yerdən keçəndə qoşuna istirahət vermək 

qərarına gəldi. Ləzgi Yaqubun casusları Nadir şahın 

getdiyi yolları pusurdular. Narlı  dərədə düşərgə sa-

landa tez Yaquba xəbər göndərdilər.

Xəbəri eşidən kimi, Yaqub Nadir şahın düşərgə-

dəki qoşununun sayı ilə maraqlandı:

– Altı min...

– Hə, demək, onunla döyüşə girməyin bizə fayda-

sı olmayacaq.

Bu zaman dörd nəfər Yaquba yaxınlaşıb:

– İzn ver, Narlı dərəyə gedək... Nadir şahı elə yat-

dığı yerdəcə o dünyaya göndərək, başsız qoşun, sayı 

on min də olsa, bizə qalib gələ bilməz!

Yaqub razılıq verəndən sonra həmin dörd nəfər 

Narlı dərəyə yollandılar. Axşamüstü düşərgəyə soxul-

maq üçün Nadir şahın  əsgərlərinin libasını geyindi-

lər. Beləcə onlar, mühafizəçilərin diqqətindən yayına 

bildilər. Hətta iki nəfər Nadir şahın çadırı yanında 

qarovulda dayandılar. Qalan iki nəfər əllərində qılınc 

şahın çadırına daxil oldu. Bu zaman güclü külək çadı-

rın içində yanan şamları söndürdü. Hər tərəf zülmətə 

qərq oldu. Külək bayırdan çadırı elə bərk döyəcləyirdi 

ki, adamı vahimə bürüyürdü. Elə bil külək də  şahı 

yuxudan oyatmaq istəyirdi. Sui-qəsdçilər Nadir şa-

hın qaraltısına tərəf qılınclarını atdılar. Nadir şah səsə 

yuxudan oyanıb nərə çəkdi: 

– Eheyy, nə xəbərdir? – Nadir şahın Azərbaycan 

türkçəsində  qışqırığına bütün düşərgə ayağa qalxdı. 




624

S O N U N C U   FAT E H

Atılan qılınclar boşa çıxmışdı. Sui-qəsdçilər küləyin 

aşırdığı çadırın altında gizləndilər. Əvvəlcə qarovul-

da dayanan yoldaşları öldürüldü, sonra da özləri...

– Bunları öldürməklə  işinizin bitdiyini zənn 

etməyin, ağalar, – deyə Nadir sərkərdələrinə üz tut-

du, – səhlənkarlığa yol verdiklərinə görə həmişəkeşik 

dəstənin mühafizəçilərindən hər kim günahkardısa, 

onları da öldürün.

* * *

Dağıstanı ildırım sürətilə özünə ram edən Na-



dir  şah yanvarda

1

  Bərdədəki qərargahına döndü, üç 



həftədən sonra isə, Şəkiyə gedib, üç gün orada qaldı. 

Sonra İrəvana – Göyçə yaylağına yollandı. 

Həmin ilin yayında Osmanlı dövlətinin keçmiş 

baş  vəziri Yegen paşa  şimal cəbhəsinin yeni təyin 

olunmuş  sərəsgəri kimi Ərzurum yolu ilə Qarsa 

gəl mişdi. Onun başçılıq etdiyi ordu yüz min atlı-

dan və  qırx minə yaxın yeniçəri adlanan piyada 

tüfəngçilərdən ibarət idi. Nadir şahın qoşunları av-

qustun birinci ongünlüyündə yenidən Qarsa hücum 

etmək üçün İrəvandan Muradtəpəyə sarı  hərəkət 

etdi. Nadir şah on il bundan əvvəl Abdulla paşa Köp-

rülünün başçılıq etdiyi Osmanlı ordusunu məhz bu-

rada darmadağın etmişdi. 

Avqust ayının 11-də Nadir şahın qoşunları ilə 

Osmanlı qoşunları arasında qanlı döyüş başladı. Os-

manlılar ilk anda bir qədər irəlilədilər, amma Nadir 

şahın cinahlardan hücum edən qırx minlik ehtiyat 

 1745-ci ildə.




625

N A D İ R   Ş A H   Ə F Ş A R

qüvvəlləri Yegen paşanın qoşununa böyük zərbələr 

vurdu və  Sərəsgər Qarsa qədər geri çəkilməyə  məc-

bur oldu. 

Çox çəkmədi ki, Nəsrulla xan da Diyarbəkirdən 

Mosula yollanan Abdulla paşanın başçılıq etdiyi qo-

şun üzərində möhtəşəm qələbə çaldı. 

Nadir şah bu qələbədən xəbər tutan kimi, Yegen 

paşanın yanına çapar göndərdi. 

Çapar Osmanlı düşərgəsinə çatdığı anda ora-

da böyük hay-küy, qışqırıq səsləri eşitdi. Az sonra 

məlum oldu ki, Osmanlı qoşununda qiyam baş verib, 

Sərəsgər Yegən paşa ölüb… Çapar çaşbaş qalmışdı, 

çox çalışdı ki, paşanın ölümünün səbəbini öyrənsin: 

«Görəsən, Yegən paşanı qiyamçılar öldürüb, yoxsa 

ağır məğlubiyyətdən sonra ürəyi partlayıb?». 

Düşərgədə baş verən çaxnaşma bunu öyrənməyə 

imkan vermədi. 

…Osmanlı qoşunu böyük təlafat vermişdi – təq-

ribən iyirmi səkkiz min nəfər canlı qüvvə... Öl dü-

rülənlər arasında üç paşa, çoxlu sayda aşağı rüt bəli 

zabit də vardı. 

Əfşarların düşərgəsində toy-büsat mağarları qu-

rulmuşdu. 

Dünyanın bir çox böyük ölkələri tərəfindən məğ-

lubedilməz hesab olunan Osmanlı ordusunu Nadir 

şah Əfşar ikinci dəfə ağır məğlubiyyətə uğratmışdı. 

…Nadir  şah  şad-xürrəm üçüncü oğlu  İmamqu-

lu xanla qardaşı  oğlu  İbrahim xana cah-calalla toy 

məclisi qurdurdu, o bütün sərkərdələrə  əmr etdi ki, 

əsirlərlə mehriban rəftar etsinlər! 




626

S O N U N C U   FAT E H

Əsirlər arasındakı yaralı əsgər və zabitlərin hamı-

sını Qarsa göndərtdi. 

Bu böyük qələbəsinə baxmayaraq, Nadir şah Os-

manlı dövlətinə – Sultan Mahmuda ətraflı məktub ya-

zıb, məzhəb ixtilafını aradan götürüb, iki müsəlman 

dövləti arasına əbədi sülhün bərqərar olmasını dilədi.



SÜLH NAMİNƏ GÜZƏŞT

F

ətəli xan Türkməni Topqapı sarayına göndə-



rən Nadir şah  şiəliyin mötədil cəfəri məzhə-

bi nin sünnülüyün beşinci qolu kimi qəbul edilməsi 

və  Kəbədə  şiələrə beşinci rükn ayrılması  tələbindən 

əl çəkdiyini bildirdi; ancaq şiələrə dörd məzhəbdən 

istədiklərinə qatılaraq, həccin qaydalarına  əməl et-

mələrinə izn verilməsini istədi. Eyni zamanda o, Van, 

Bağdad, Nəcəf, Kərbəla və  Bəsrə  ərazilərinin  Əfşar 

səltənətinə verilməsini tələb etdi

1

.

Sultan Mahmudun göstərişi ilə fevralın əvvəlində 



Nadir  şahın  şərtlərini müzakirə etmək üçün məclis 

çağırıldı. Uzun müzakirələrdən sonra, İstanbul öz 

elçisi Nazif Mustafa əfəndini Fətəli xanla birlikdə 

Nadir şah Əfşarın hüzuruna göndərdi.

Bu zaman Nadir şah Azərbaycandan kəsə yolla 

Həmədana, oradan da İsfahana getdi. Onun İsfaha-

na gəlişi şəhərin varlı adamlarının kürkünə birə sal-

mışdı. Vergidən yayınan bütün varlıların siyahısı ona 

təqdim olunmuşdu…

1

  12 yanvar 1746-cı ildə. 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə