Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə150/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   146   147   148   149   150   151   152   153   ...   159

631

N A D İ R   Ş A H   Ə F Ş A R

xanı üsyana başçılıq edən  şəhər hakimini tutmağa 

göndərmişdi. 

Çox çəkmədi ki, Xorasan ordusunun başçısı  Mə-

həmməd Rza şəhər hakimini qolubağlı Nadir şahın 

sərəncamına göndərdi. O da divan-filan qurmadan 

fərman verdi ki, şəhər hakiminin gözləri çıxarılsın. 

Sonra da qeyzlə dedi: 

– Bu hələ Sistan üsyanının yatırılması demək de-

yil. Asi hakimin zabiti Mir Kiçik xan başına yığdığı 

adamlarla Xacə dağındakı qalaya sığınıb. Qoy, qarda-

şım oğlu Əliqulu xan Mir Kiçik xanı tabe etsin, belə 

işlərdə yaxşı  səriştəsi olan Təhmasib xan Cəlayir də 

üsyanı tamam yatırtsın. 

Sonra Nadir şah sarayda var-gəl edə-edə belə bir 

əmr verdi:

– Azərbaycanda – ələlxüsus da Təbrizdə baş verən 

ixtişaşları yatıra bilmədiyinə görə qardaşım oğlu  İb-

rahim xanın butün mal-dövləti müsadirə edilsin. 

De  yilənlərə görə, orada bir dəmirçi özünü Şah Sul-

tan Hüseyn Səfəvinin oğlu kimi qələmə verib, bütün 

Azərbaycanı ayağa qaldırıb. Hamısını edam edin, 

başlarından qala düzəldin… 

Nadir şah bununla da kifayətlənməyib, bibisi oğlu 

Əmiraslan xan Əfşarı Azərbaycana hakim təyin edib, 

üsyançıları cəzaldırmaq üçün Təbrizə göndərdi.

Nadir şahın qəzəbindən qorxub bir kənara çəkilən 

saray mirzəsi düşünürdü: «Belə  məqamda, axı, onu 

sakitləşdirmək asan iş deyil. Xarəzm səfərini qələbə 

ilə başa vurub, Dağıstana gedənə  qədər  Şahənşah 

dövlət işlərində  ədalətli, rəhmli idi, xalq onun üçün 




632

S O N U N C U   FAT E H

canından keçməyə hazır idi, amma, əfsus, çox əfsus 

ki, böyük oğlu Rzaqulu xanın gözlərini çıxartdırması 

əhvalını pozdu, ölkədarlıq işlərinə xələl gətirdi. Fars 

bəylərbəyi Tağı xanın qiyamı zamanı qaynı  Kəlbəli 

xanın qətlə yetirilməsi,  Şirvan hakimi Heydər xan 

Əfşarın öldürülməsi… eh-vay, bu qədər xoşagəlməz 

hadisələr onun əsəblərini pozdu… 

Şahənşahın təbəələri ilə kobud rəftarı ruhi vəziy-

yətindən irəli gəlir... Bu sərt rəftarı bütün qapıları 

onun üzünə bağlayacaq... Nə edəsən? Belə məqamda 

ona söz demək Əzrayılla çilingağac oynamaq kimi bir 

şeydi...


Yaxşısı budur ki, gözündən uzaq olum. Böyük 

əziyyət sayəsində qurduğu dövlətin hər bir guşəsində 

əhalinin nifrəti günbəgün artırsa, demək... İlahi, yəni 

doğrudanmı hər şeyin sonu yetişib?..».

Nadir  şah bu nifrətdən qorxmurdu. Əslində, bu 

bütün şahlara xas bir xüsusiyyətdir. Xalqın nə düşün-

düyü onları maraqlandırmır. Amma, belə hallarda, 

bəziləri müvazinətini itirərək özü öz qətlinə  zəmin 

yaradır.

Baş verən qiyamlar ölkənin nüfuzuna, Əfşarlar 

səltənətinin qüdrətinə böyük ziyanlar vururdu. Öz 

yaxın  ətrafını – doğmalarını  xəyanətə aparan yol isə 

Nadir şahın içindən başlamışdı...

Mart ayında  İsfahandan Yəzdə, Kirmana gələn 

Nadir  şah buradakı qiyamçılara  şiddətli divan tut-

du, otuzdan çox dövlət məmurunu ağır  şəkildə 

cəzalandırdı. Üç sultanın, dörd xanın, bir çavuşbaşı-

nın gözlərinin çıxarılması barədə fərman verdi. 




633

N A D İ R   Ş A H   Ə F Ş A R

Nadir şah ölkənin ərazisində ticarətlə məşğul olan 

əcnəbilərdən də ağır vergi tələb etdi.

Novruz bayramını Kirman yaxınlığında keçirən 

Şahənşah bir qədər burada qaldıqdan sonra, Xora-

sana doğru hərəkət etdi. Əyalətin ilk şəhərində – 

Təbəsədə övladları  və  nəvələri ilə görüşdü. Onları 

bağrına basdı, uzun-uzadı  və çox diqqətlə üzlərinə 

baxıb kədərləndi...

Elə bil, Şahənşah onlardan həmişəlik ayrılırdı... 

Sonra qəlbini şahzadə oğlanlarına açmaq qərarına 

gəldi. Onlara şahlıq taxt-tacını təklif etdi. Cavanlıq və 

təcrübəsizliklərini bəhanə gətirərək, onlardan heç biri 

bu təklifi qəbul etmədi…

Nadir  şah aprelin sonunda Məşhədə  gələndə 

ha mı, hətta əcnəbilər də ondan qorxurdular. 

Həmin gün Nadir şah qardaşı oğlu Əliqulu xana 

məktub yazıb, ondan tezliklə Sistandan vergiləri yı-

ğıb gətirməsini tələb etdi. Əliqulu xan son dərəcə 

yoxsul vilayətdən vergi toplamağın heç cür müm-

kün olmadığını görüb, nə edəcəyini bilmədi. Axırda 

naəlac qalıb, Nadir şaha xəbər göndərdi ki, camaat 

lüt-üryandır. 

Nadir şah bunu eşidib, hirsindən coşdı. Qasiddən 

xəbər göndərdi: 

– Ey nadürüst, sən indi o həddə çatmısan ki, 

mənim sözümün üstünə söz qoyursan? Xəzinəmə 

yüz min tümən də siz ödəyəcəksiniz. Bunun əlli mini 

sənin, əlli mini də Təhmasib xan Cəlayirin payına dü-

şür! Əks təqdirdə, səni də, onu da dar ağacından as-

dıracağam... 




634

S O N U N C U   FAT E H

Qasidin gətirdiyi xəbər Əliqulu xanı çox sarsıtdı, 

bir tərəfdən, qardaşının mal-mülkünün zəbt olunma-

sı, o biri tərəfdən, özündən də  əlli min tümən vergi 

tələb olunması onu üsyan qaldırmağa təhrik edirdi. 

Təhmasib xan Cəlayir onu sakitləşdirməyə çalış-

dı:


– Biz bura, silaha əl atıb, Şahənşaha asilik edənləri 

cəzalandırmağa gəlmişik, onlarla həmfikir olmağa 

yox!

Əliqulu xan əlini qaldırıb, onu dinləmək istə mə-



diyini bildirdi:

– Sən özün bilərsən, mənim isə, Mir Kiçik xanla 

saziş bağlamaqdan başqa çarəm qalmayıb…

Təhmasib xan Cəlayir soyuqqanlılıqla dilləndi:

– Əgər sən Nadir şaha asi çıxsan, onda, mən onun 

fərmanını icra edəcəyəm.

– Hansı fərmanını? – deyə Əliqulu xan halını poz-

madan soruşdu. 

– Sənin edamın barədə olan fərmanı…  İnanmır-

sansa, al bax, bu gün bunu qasid mənə gətirib!

Əliqulu xan ucadan güldü:

– Qəribədir, o fərmandan biri də  mənə  gəlib

Şahənşahın möhrü ilə, al bax, sənin edam edilməyin 

barədə...

Təhmasib xan Cəlayir ölüm hökmü haqqındakı 

möhürlü kağızı görən kimi üzünü tutdu:

– Heyhat, şahın bu etimadsızlığı məni çox pərişan 

etdi. – Sonra əlini üzündən çəkib, uca səslə dedi: – 

Amma Allaha and olsun ki, mən yenə ona qarşı vəfalı 

olacağam!..




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə