Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə14/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   10   11   12   13   14   15   16   17   ...   138

mənilər daha  çox  müsəlmanların  mülkədar torpaqlarında  məs­

kunlaşdırılmışlar.  Yayda  hələ  buna  yol  vermək  olardı.  Torpaq 

sahibləri,  müsəlmanlar  əsas  etibarilə  köç  yerlərində  idilər  və 

başqa  dinə  mənsub  olan  gəlmələrlə  təmasda  az  olurdular». 

Eyni  zamanda,  Qriboyedov  gəlmə  ermənilərlə  yerli  müsəl­

manlar  arasında  gələcəkdə  mümkün  ola  biləcək  münaqişə­

lər  barədə  xəbərdarlıq  edirdi  (kameral  siyahıyaalma  statisti­

kasından  göründüyü  kimi,  müsəlmanlar  əsas  etibarilə  türklər, 

yəni  azərbaycanlılar  idi):  «Biz  onunla  (knyaz  Arqutinski  ilə), 

həmçinin  müsəlmanları  müvəqqəti  çətinliklərlə  barışdırmaq, 

ermənilərin  ilk  dəfə  buraxıldığı  torpaqları  həmişəlik  ələ  keçir­

mələri  barədə  qorxularının  kökünü  kəsmək  üçün  onlara  təsir 

göstərmək  barədə  çox  düşünürdük»47!

Ermənilərin  Qarabağa,  İrəvana  və  Naxçıvana  köçürülmə­

si  rus  yazıçısı  və  tarixçisi  S.N.Qlinka  tərəfindən  1831-ci  ildə 

Moskvada  çap  olunmuş  «Azərbaycan  ermənilərinin  Rusiya 

hüdudlarına  köçürülməsinin  təsviri»  kitabında  müfəssəl  şərh 

olunmuşdur.  1828-ci  il  fevralın  26-dan  iyunun  11-dək,  yəni 

üç  ay  yarım  ərzində  buraya  İrandan  8.249  erməni  ailəsi  və  ya 

ən  azı  40  min  erməni  köçürülmüşdür48.  Növbəti  bir  neçə  ildə 

bu  üç  keçmiş  xanlığa  Osmanlı  imperiyasından  daha  90  min 

erməni  köçürülmüşdür49.

1991-ci  ildə  daha  bir  rus  müəllifi  N.Şavrov  yazırdı:  «Ha­

zırda  Zaqafqaziyada  yaşayan  1  milyon  300  min  ermənidən 

bir  milyondan  çoxu  yerli  əhali  deyildir,  bizim  tərəfimizdən 

köçürülənlərdir».  «Onlar  əsasən  ermənilərin  sayının  çox  cüzi 

olduğu  Yelizavetpol  və  İrəvan  quberniyalarının  münbit torpaq­

larında  yerləşdirilirdi.  Bu  ermənilər  Yelizavetpol  quberniya­

sının  dağlıq  hissəsində  (Dağlıq  Qarabağ)  və  Göycə  gölünün 

sahillərində  məskunlaşdırılmışdılar»50.

Ermənilərin  Qarabağa,  İrəvana  və  Naxçıvana  köçürülməsi 

faktı  hətta  incəsənət  ustalarının  işlərində,  məsələn,  tanınmış 

rus  rəssamı  V.İ.Maşkovun  1828-ci  ildə  çəkilmiş  və  ermənilərin

48



İrandan  Araz  çayının  şimal  sahilinə  kütləvi  köçürülməsi  möv­

zusunu  parlaq  şəkildə  əks  edən  tablosunda  yer  almışdır.

Beləliklə,  Gorusda  beş  faizi  güclə  adlayan  «köçəri»  türk- 

müsəlman  əhalisi  və  Qarabağın  «yekcins»  «yerli»  erməni  əha- 

isi  haqqında  danışarkən  Serj  Sarkisyan  ermənilərlə  türklərin 

yerini  dəyişmiş  və  «köçəri»  sözünün  ünvanını  səhv  salmışdır. 

Statistik  məlumatlar  və  həmin  hadisələrin  şahidi  olmuş  müəl­

liflərin  (onların  «Azərbaycan  təşviqatına»  xidmət  etməsindən 

çətin  ki,  şübhələnmək  olar)  təsvirləri  Tiirkmənçay  müqavilə­

sinə  qədər  türk  əhalisinin  sayının  erməni  əhalisinin  sayından 

qat-qat  çox  olmasına  və  erməni  əhalisinin  sayının  Qarabağ 

və  bugünkü  Ermənistanın  (İrəvan  xanlığı)  Rusiyaya  birləşdiril­

məsindən  sonra  onların  bu  torpaqlara  köçürülməsi  nəticə­

sində  kəskin  surətdə  artmasına  dəlalət  edir.  Erməni  tarixçi­

lərinin  özləri  də  bunu  təsdiq  edirlər.  Onlardan  heç  biri  «türk 

köçəriləri»nin  «qədim  erməni»  torpaqlarına  köçürülməsi  və 

bu  vilayətlərin  «yekcins  erməni»  əhalisi  barədə  yazmır.  Onlar 

müfəssəl  və  dəqiq  surətdə  əks  hadisələri  qeyd  edirlər.

Ermənistanın  bugünkü  rəhbərləri  Qarabağda  çətin  ki,  «türk- 

müsəlman  köçəriləri»nin  buraya  gəlməsinin  ildönümü  ilə  əla­

qədar  ucaldılmış  abidə  taparlar.  Əvəzində  1978-ci  ildə  Ağ­

dərə  rayonunun  Marquşevan  kəndində  ermənilərin  Qarabağa 

köçmələrinin  150  illiyi  ilə  əlaqədar  abidə  açılmışdı.  Münaqişə 

başlayandan  sonra  abidənin  başına  nə  gəldiyi  və  Sarkisyanın 

həmyerlilərinin  onu  nə  səbəbdən  tez-tələsik  dağıtdıqlarını  Er­

mənistan  prezidenti  diaspordan  olan  jurnalistlərinə  gələn  dəfə

danışar.  Üstəlik  başa  salar  ki,  niyə  1805-ci  ildə  Qarabağın 

Rusiyanın  tərkibinə  daxil  olması  haqqında  müqavilə  (Kürəkçay 

müqaviləsi)51  hansısa  bir erməni  knyazı  tərəfindən  imzalanma­

mış,  türk  (Azərbaycan)  xanı  İbrahimxəliI  və  Rusiya  imperato­

runun  nümayəndəsi  general  Sisianov  arasında  bağlanmışdır. 

Yəqin  ona  görə  ki,  İbrahimxəl il  xan  «orada  təzə  peyda  olmuş» 

«beşfaizlik  köçəri  əhalini»  təmsil  edirmiş.

49



Rusiya  statistikasının  məlumatına  görə,  təxminən  həmin 

vaxt  (1810-cu  ildə)  Qarabağ  əhalisi  9.500  türk  və  2.500  er­

məni  ailəsindən  ibarət  idi52.  Təəccüblü  deyil  ki,  müqavilənin 

mətnində  «Ermənistan»  və  ya  «ermənilər»  sözləri  yoxdur  və 

ola  da  bilməzdi.  Buna  baxmayaraq,  uzun  illər  sonra  Ermənis­

tanda  «Qarabağ  ermənilərinin  könüllü  olaraq»  Rusiyanın  tər­

kibinə  daxil  olması  barədə  mif yaradacaqlar.

Akademik  S.P.Ağayan  Azərbaycan  maarifçisi  A.A.Bakıxano­

va  həsr  etdiyi  əsərində  XVIII  əsr  Şimali  Azərbaycan  xanlıqla­

rının  xəritəsini  dərc  etmişdir53.  Ancaq  erməni  akademiki  xəri­

təyə  Azərbaycanın  bir  xanlığının  ərazisini  daxil  etməmişdir, 

məhz  İrəvan  xanlığının.

Bununla  bərabər,  xəritədə  yer  almış  qeydlərdə  Ağayan  vur- 

ğulayır  ki,  bu  xəritəni  o,  P.İ.Kovalevskinin  «Rusiyanın  Qafqazı 

fəth  etməsi»54  kitabından  olduğu  kimi  götürmüşdür.  Ağayan 

yalan  deyir,  çünki  Kovalevskinin  əsərində  dərc  olunmuş  xəri­

tədə  bütün  xanlıqların,  o  cümlədən  İrəvan  xanlığının  ərazisi 

göstərilmişdir.  Bu  fakt  ustalaşmış  erməni  saxtakarlığının  əyani 

nümunəsidir!

1828-ci  il  martın  21-də,  Azərbaycan  türklərinin  qeyd  etdik­

ləri  Novruz  bayramı  günündə  imperator  I  Nikolay  öz  fərmanı 

ilə  əsrlər  boyu  mövcud  olmuş  İrəvan  və  Naxçıvan  xanlıqlarını 

ləğv  etdi  və  bu  ərazilərdə  İrandan  və  Türkiyədən  köçürülmüş 

ermənilər  üçün  qondarma  «Erməni  vilayəti»  yaratdı55.  Bununla 

da  köçürülmüş  ermənilər  üçün  Azərbaycan  torpaqları  olan  İrə­

van  və  Naxçıvan  xanlıqlarında  yeni  vətən  yaratmaq  yolunda 

ilk  addım  atıldı.

Cənab  Serj  Sarkisyanın  və  onun  ideya-siyasi  silahdaşlarının 

yadına  salmaq  pis  olmazdı  ki,  1918-ci  il  mayın  28-də  ermə­

nilər  müstəqil  dövlətin  qurulmasını  siyasi  mərkəzləri  olmadan 

bəyan  etmişdilər.  1918-ci  il  mayın  29-da  yeni  elan  edilmiş 

Azərbaycan  Xalq  Cümhuriyyəti  (AXC)  böyük  dövlətlərin  təz­

yiqi  altında  qədim  Azərbaycan  şəhəri  İrəvanı  və  ona  bitişik 

təxminən  9,5  min  kvadratkilometr  ərazini  ermənilərə  güzəştə

50

«



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə