Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə17/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   13   14   15   16   17   18   19   20   ...   138

məyi  əsaslandırmaqda  kömək  etməyəcəkdir.  Sərhədlərin  zor- 

a  dəyişdirilməsi  həmişə  müharibələrə  gətirib  çıxarır.  Siyasi 

lider  isə  öz  xalqını  müharibələrdən  qorumalı,  onu  uçuruma 

sürükləməməlidir.

Azərbaycanın  dəstəklədiyi  millətlərin  öz  müqəddəratını 

təyin  etmək  hüququ  hərcmərcliyi  və  sərhədləri  ağlına  gələn 

kimi  dəyişmək  hüququnu  nəzərdə  tutmur.  Bu  hüququn  Ermə­

nistanda  özünə  rəva  görülən  kimi  yozulması  yolverilməzdir. 

Əks  təqdirdə  bu  gün  dünyada  m illi  azlıqlar  olmazdı,  çünki 

onların  hamısı,  ən  xırdası  belə təyini-müqəddərat  hüququndan 

istifadə  edərək  özünü  dünya  birliyinin  müstəqil  subyekti  elan 

edər,  beynəlxalq  tanınma  haqqında  xahiş  edərdi.  Görünür,  bu 

prinsipin  primitiv  təfsirindən  irəli  gələn  xof  Ermənistan  hö­

kumətini  azərbaycanlıları  keçmiş  İrəvan  xanlığının  əzəli  tor­

paqlarından  planlı  şəkildə  qovmağa,  respublikalarını  monoet- 

nik  dövlətə  çevirməyə,  sonra  isə  Azərbaycan  ərazisinin  işğal 

edilmiş  hissəsində  də  etnik  təmizləmələr  aparmağa  vadar  et­

mişdir.  Hazırda  Dağlıq  Qarabağın  erməni  əhalisinin  aid  ol­

duğu  milli  azlıqların  təyini-müqəddəratının  yalnız  beynəlxalq 

hüquq  çərçivəsində  mümkün  olması  ilə  Ermənistan  barışmalı 

olacaqdır.  Bu  hüququn  prinsipləri  çoxsaylı  konvensiya  və  sə­

nədlərdə  təsbit  olunmuşdur  ki,  bunların  da  dürüst  ifadələri  ilə 

Ermənistanda,  şübhə  etmirik  ki,  yaxşı  tanışdırlar.  Ermənistan- 

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  tənzimlənməsi­

nin  hüquqi  bazası  1975-ci  il  Helsinki  Yekun  Aktıdır.  Orada 

təyini-müqəddərat  hüququ  dövlətin  ərazi  bütövlüyü  çərçivə­

sində  göstərilmişdir.

Dağlıq  Qarabağ Azərbaycanın  bir  hissəsi  olub  və  olacaqdır. 

O,  bir  sıra  nüfuzlu  beynəlxalq  təşkilatlar,  o  cümlədən  BMT, 

ATƏT,  Avropa  Şurası,  Avropa  Parlamenti,  İKT,  NATO,  GUAM, 

bir  çox  dövlətlərin  parlamentləri  və  dövlət  başçıları  tərəfin­

dən  bu  şəkildə  tanınmışdır.  O,  Azərbaycanın  bir  hissəsi  kimi 

ATƏT-in  Minsk  qrupunun  həmsədrləri  tərəfindən  də  tanınmış­

57



dır.  Həmsədrlər  bəyanatlarında  erməni  adı  ilə  yanaşı,  həm  də 

tarixi  Xankəndi  adını  işlədirlər,  təkcə  faktiki  erməni  icmasının 

liderləri  ilə  deyil,  həm  də  Dağlıq  Qarabağın  azərbaycanlı  ic­

masının  rəhbərləri  ilə  görüşlər  keçirirlər,  regiona  Azərbaycan 

ərazisindən  səfərlərini  «sərhədi  yox,  qoşunların  təmas  xəttini 

keçmək»  adlandırırlar.  BMT  Təhlükəsizlik  Şurasının  qətnamə­

lərində  Dağlıq  Qarabağ  «Azərbaycan  Respublikasının  Dağlıq 

Qarabağ  regionu»  kimi  göstərilir.  Digər  beynəlxalq  təşkilatla­

rın  sənədlərində  də  analoji  ifadələrə  rast  gəlmək  olar.  Əgər 

Ermənistanda  hələ  də  bu  incə  fərqləri  görə  bilmirlərsə,  dünya 

birliyinin  onları  dəstəkləmədiyini  başa  düşmək  üçün  heç  ol­

masa  sənədlərə  müraciət  etsinlər,  orada  hər  şey  açıq,  incə 

eyhamlarsız  yazılmışdır.

Yalnız  erməni  rəhbərlərinin  nitqlərində  «Dağlıq  Qarabağ 

respublikası»  adına  rast  gəlmək  olar.  Tam  tənha  qalmaları­

na  baxmayaraq,  onlar  özlərinə  və  öz  vətəndaşlarına  toxtaqlıq 

verməkdə  davam  edirlər  ki,  dünya  birliyi  onların  «ümidləri»ni 

dəstəkləyir.  İşğal  olunmuş ərazidə yaradılmış oyuncaq,  yalançı 

respublika  heç  kim  tərəfindən  tanınmayıbdır.  Bəzən  Ermənis­

tan  rəhbərlərinin  hədələdiyi  kimi,  onların  bu  ölkə  tərəfindən 

tanınması  bu  qanunsuz  qurumu  legitimləşdirməyəcək  və  Er­

mənistanın  vəziyyətini  daha  da  ağırlaşdıracaqdır.  Reallığı  dərk 

etmək  əvəzinə  Serj  Sarkisyan  Gorusdakı  nitqi  ilə  özünü  pis 

vəziyyətə  salmış  və  qonaqlara  yanlış  məsləhətlər  vermişdir. 

Başa  düşmək  çətin  deyil  ki,  Ermənistanın  gələcək  nəsilləri  bu 

səhvlərin  ağır  nəticələrini  öz  üzərlərində  hiss  edəcəklər.

«

58



İstifadə  olunmuş  ədəbiyyat:

1  Bax:  Шаумян  C.Г.  Избранные  произведения.  M.,  Т.2, 

стр.246.

2  http://www.unmultimedia.org/radio/russian/detail/69756. 

html

3  http://profi-forex.org/news/entry1008057044.html



4  Tomas  de  Vaal.  Çernıy  Sad.  http://news.bbc.co.uk/hi/rus- 

sian/in_derth/newsid_4673000/4673953.stm

5  Томас де Ваал. Черный Сад.  http://news.bbc.co.uk/hi/russi- 

an/in_derth/newsid_4673000/4673953.stm

6  Cheetham  Samuel.  A  History  of the  Christian  Church  Du­

ring the  First Six  Centuries,  Macmillan  and  Co.  (1905),  p.58.

7  Lockyer  Herbert.  All  the  Apostles  of the  Bible,  Zondervan 

(1988),  p.260.

8  Adshead  Samuel,  Adrian  Miles.  China  in  World  History, 

Macmillan  (2000),  p.27.

9  Adolph  von  Narnack.  The  Expansion  of Christianity  in  the 

First  Three  Centuries,  Williams  &  Norgate  (1905),  p.293.

10  Shahid  Irfan.  Rome  and  the  Arabs:  A  Prolegomenon  to 

the  Study  of  Byzantium  and  the  Arabs,  Dumbarton  Oaks 

Trustees  for  Harvard  University  (1984),  p.96.

11  Bax:  Сирарпи  Тер-Нерсесян.  Армения.  Москва,  2008, 

стр.84.

12 Страбон. География. XI, XIV, 5.



13  Страбон. География. XI, XIV, 5.

14  Вах:  Меликишвили  Г.А.  К  истории древней  Грузии.  Тби­

лиси,  1959, стр.344.

15 Страбон. География. XI,  IV,  1.

16  Велиханова  Н.М.  Изменение  исторической  географии

59



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə