Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə30/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   26   27   28   29   30   31   32   33   ...   107

Yanar işıq – ana dilimiz
91
Qorqud Dədəm Millətimin Piridi,
Ürəyimiz o aşığın yeridi,
Köçməyibdi bu dünyadan, diridi,
Biz qaldıqca o da bizlə qalıdı. 
Sönməyibdi közü, qoru gözdədi,
Haqqı, gücü ədalətdə, düzdədi,
Dili dilimdədi, ana sözdədi,
Hər sözümün şirin məna, balıdı. 
İşıq saçır yenə bu həndəvərə,
Oğul gərək onun sirrinə vara,
Rastıma çıxıbdı gör neçə kərə,
İşıqlarla toxunmuş bir xalıdı. 
Yoxdu yerdə bu aşığın bir babı,
Göydən gəldi o işığın kitabı,
Qazandırdı bizə bunca savabı,
Bunu yazan o elmidən halıdı. 
Deməyin ki, misri qılınc yaddandı,
Qoroğlu da, qılıncı da oddandı,
Yolumuzda min əzaba qatlandı,
Atları da işıq, nur timsalıdı. 
Koroğlu da əslində Qoroğludur,
Dönübdü Qorquda o da uludur,
Döyüşsə də yolu işıq yoludur,
Tahirə də bir işıq misalıdır. 
  Milli təfəkkürümüzdə Pir olmaq, sülhsevərlik istəyi var. İşıqdan yaran-
mışlar olduğumuz beləcə açıqlanır dilimizdə, beləcə kodlaşdırılıb yaddaşımı-
za verilir. Bu dili itirsək işığımız sönə bilər. Bu, dilimizə ən ağır cəza, ən ağır 
qarğışdır. “İşığın sönsün” deyə indi də qarğış edirlər dilimizdə. 
 Sonralar yalandan “Sağlam bədəndə sağlam ruh olar” dedilər, yalnız id-
manla, masajla, digər fiziki vasitələrlə yalançı gözəllik yaratmağa başladılar. 


92
Söz mətbəxi
Ruhu söndürməyə çalışdılar. Ən sağlam, ən güclü zahiri görünüşü, bütün fiziki 
“standartlara” uyğun olan kəsə Allah eləməmiş anan, ya atan, ya başqa yaxının 
öldü xəbərini verin və görün bu sağlam bədəndə sağlam ruhdan nə qalacaq. 
Amma ürəkdən sevənlərə baxın. Alın açılır, bərq vurur, gözlər alışıb yanır, sifət 
allanır, bütün sima gözəlləşir, aynalaşır, belə adamların “alnı açıq, üzü ağ olur”, 
hərəkətləri oynaq olur, iş qabiliyyəti artır, danışığı güclü, hissiyatlı, çılğın, ener-
jili olur, başqalarını xəstələndirən soyuqdəymə, tumoy və s. xəstəliklər onları 
tutmur, çünki immun sistemi çox güclənir. İnsan “gözəl” olur. 
Deməli, sağlam ruh bədəni sağaldır “sağlam ruhda sağlam bədən olur, 
sağlam bədəndə isə sağlam ağıl olur”. Çünki bədən ruhun paltarıdır. Başqa 
şey deyil. Ruh bir gün bərk maddədən olan bu paltarı köhnəldib, çıxarıb ata-
caq, başqa formaya keçəcək, yenə  məkansızlıqda və zamansızlıqda məqam 
tutacaq. 
Diqqət versək görərik ki, “gözəl” sözü də “göz”, yəni qəlbin aynası və 
“əl” sözündən, yəni hərəkətdə olan alovdan, yəni “əməl” alovundan ibarətdir. 
Ekstrasenslər əlləri ilə müalicə edirlər. Tibet İncilində yazılır ki, “öz müqəddəs 
tutanqanlarınızı, gözlərinizi və əllərinizi qoruyun”. Yəni gözəl, işıqlı olmaq 
üçün könlünüz və  əlləriniz murdardan təmiz olmalıdır, pis fikirlər və pis 
əməllərdən uzaq durun. Yəni yalnız könül gözəlliyi və əməl təmizliyi olan-
lar gözəl olur. Ağızdan, işıqdan çıxan sözlər də təmiz olanda insan “xeyirxah 
fikir, xeyirxah söz və xeyirxah əməl” sahibi olur, müqəddəsləşir “ruhlanır”, 
yəni ruhu daha güclü olur, pirləşir, işıqlanır və olur. Bəli belə olanda insan 
olur. Ölmür, bərk maddədən olan dünyanı tərk edir, yeni, daimi işıqlı dünya 
üçün yenidən olur. Daimi nura qovuşur. 
Dilimiz “gözəllik ondur, doqquzu dondur” deyənlərin, bizi aldadanla-
rın yalanını yerindəcə açır. Çünki “don” sözü “donmaq”, inkişafdan qalmaq, 
hərəkətsiz, yaşamsız qalmaq deməkdir. “Dondan dona girir, gündə min dona 
girir”. “İgid atın çulu cırıq olar” deyən dilimiz dona mənfi baxıb. “Gözəllik 
ondur, sonuncusu doqquzuncusu dondur” deyib dilimiz. Sıfırdan doqqu-
za qədər tək rəqəmi bilən babalarımız doqquzu sonuncu, axırıncı tək rəqəm 
mənasında işlədiblər. Donu axırıncı yerə qoyan babalarımız sonradan əlavə 
ediblər ki, “eyibsiz gözəl olmaz, hər gözəlin bir eybi var”, “igid atın çulu cırıq 
olar” deyiblər. Dilimizdə belə kodlaşıb əsl həqiqətdir. 
Baxın ana dilimiz necə açıqlayır, necə ortaya çıxardır, hər orqana öz 
funksiyasına, quruluşuna uyğun ad verməklə. Bu adlarda formanı deyil, pal-


Yanar işıq – ana dilimiz
93
tarı deyil ilk növbədə Allahımızın bizə özündən verdiyi işığı, ruhu göstərir. 
Mənliyimizi, indi mentalitet deyilənləri göstərir. 
Dilimizin özündə çox işıq var. Çox sözlərimiz işıqdan, onun atributların-
dan gəlir. Aşiq, aşıq, şax (şax, düz durmaq), şıx, yaraşıq sözləri işığa tutulmuş 
sözlərdir. 
Qız sözü-qızmar, isti, odlu-işıqlı, Türkcədə  sıcaq, isti, qaynar sözündə 
həm sağ, həm ağ işıq sözlərini eçidirik. 
Qonaq sözündə də evimizə qonan işıq, evi işıqlandıran mənalarını duyuruq. 
Bulaq sözündə işığı bulan (tapan), işığa çıxan mənası var. 
Dağa tapınmağımız, Kitabi-Dədə Qorqudda qız-gəlinin Dağı özünə qayı-
nata bilməsi dağın hündür ağ, işıq mənasıyla bağlıdır. İndi də dilimizdə saxla-
nılmış “dağ çəkmək”, “dağ basmaq”, “dağlamaq”, yəni yandırmaq, “yağı dağ 
etmək”, “dağ su”, yəni isidilmiş mənalarının saxlanılması bununla bağlıdır. 
Yəqin ki, peyğəmbərlərimizə  məhz dağlarda ilahi sözlərinin verilməsi, 
şairlərimizin hamısının öz şeirlərində dağlara üz tutması,  şüuraltı  təfək-
kü rümüzdəki bu bilgiylə bağlıdır. Dilimizdə belə yanar, alovlu, isti, işıqlı 
mənalara malik sözlər yüzlərcədir. 
Hansı dildə insan, ruh, gözəllik belə düzgün açıqlanır, belə verilir, belə 
göstərilir?! Bəlkə dilimiz ağ işığın verdiyi, yaratdığı ən ilk, ən əzəl, ən özəl 
dildir. Axı Vətənimizin, torpağımızın da həm adının, həm yerləşdiyi məkanın 
müqəddəsliyi haqqında nə qədər faktlar, fərziyyələr var. Bəlkə dünyanı qaran-
lıqdan çıxarmaq, dünyaya sevgi, məhəbbət, ruh, işıq qaytarmaq missiyamız 
var bizim. 
Bəlkə bizim aydan arı, sudan duru olmaq, aynamızla işıqlandırmaq missi-
yamız var. Bunun üçün öncə özümüzün işıqlanmamız, öz eynimizin, aynamı-
zın açılması lazımdır. Burada ana dilimiz çox lazım olacaq. Bəzi “deputatla-
rın”, “nazirlərin”, “məmurların”, “xadimlərin”, “diktorların”, “müğənnilərin”, 
“aparıcıların” kəkələyə-kəkələyə, qıra-qıra dilimizi qırmalarına, “əvvəl 
gödəniyyət, sonra mədəniyyət”, “sağlam bədəndə sağlam ruh olur”, “gözəllik 
ondur doqquzu dondur” və s. söyləmələrinə imkan verməyin. Amma onlar 
kimi təhqirlə, söyüşlə, çığırmaqla deyil, öz ana dilimizlə, öz işığınızla dağıdın 
onların qaranlıqlarını. 
Qoy üzünüz ayna, işıq olsun, Ana dilimiz Sizə bu yolda yar olsun!
 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə