Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə28/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   24   25   26   27   28   29   30   31   ...   107

Yanar işıq – ana dilimiz
85
YANAR İŞIQ – ANA DİLİMİZ
Çox qəribəliklər, möcüzələr var dünyada. Bu möcüzələrdən bir çoxunu 
Uca lardan  uca  Allahım göstərdi mənə və göstərməkdədir. Bunlardan biri də di-
limizdir, doğma ana dilimiz. Bu şirin dildə danışmaq, onun ezoretik möcüzəli 
ahəngini duymaq, bu dilin musiqisiylə axmaq, şırıldamaq, bu dildə sevgidən, 
məhəbbətdən, xeyirxahlıqdan, düşmənə nifrətdən, dosta sədaqətdən danışmaq, 
elmdən və helmdən bəhs etmək səadəti mənə də nəsib olduğundan bəxtiyaram. 
Özümüzü tanıtmaq, mənəmliyimizi göstərmək, kişilənmək üçün başqa dillərdə də 
danışıb yazarıq biz, ruscası olsun, ingiliscəsi, ərəbcəsi olsun, fərq etməz. Amma 
yalnız Azərbaycan dilini dərindən bilənlər o biri dilləri də rahat mənimsərlər. 
Lakin ana dilimiz yalnız danışmaq, düşünmək və yazmaq üçün deyil. 
Dilimizdə günümüzə çatmış bilgiləri, məhz sözlərin özlərində kodlaşıb, bizə 
keçmişimizdən gələn xəbərləri araşdırmaq, özümüzə qayıtmaq, milli fəlsəfəni, 
indi mentalitet deyilən, yəni əvvəlində, əsasında “mən” olan, mənlik olan şey-
ləri dərk etməmiz üçün, özümüzü anlamaq üçündür ana dilimiz. Yalnız bunun-
la biz dilimizin böyüklüyünü anlaya, onu sevə bilərik. 
Qalmasın həsrətdə könül,ilahi gözdən uzaq,
Vəh mələyi gətirib verəcəyi sözdən uzaq. 
Axirət qapısında boynu bükük gözləyirəm
Tutma məni ya rəbb doğrudan,düzdən uzaq
Duzsuz danışanlardan allahım etmə məni,
Saxlama Tahirini mənadan,duzdan uzaq. 
Mən əlbəttə ki, sırf dilçi deyiləm, dil üzrə ixtisaslaşmamışam. Amma milli 
mətbəx mədəniyyətimizi tədqiq edərkən xörək adlarımızın mənalarını açıqla-
maq üçün dilimizə tez-tez müraciət etməli olmuşam. Həm də mən kənddən, 
yəni nağıllar aləmindən,  əfsanələrdən, sazdan, sözdən gəlmişəm  şəhərə. 
Aşıq ların deyişməsi, dastanların ruhu, söz güləşdirmələri, bulaqların şırıltısı, 
otların xışıltısı, ocaqdakı yaş odunun fışıltısı, quru çırpının çırtıltısı – daha 


86
Söz mətbəxi
nələri yaşamışam və bunların hamısını ana dilimdə tapmışam. Bir də mənim 
təfəkkürümün formalaşmasında çox güclü rolu olan, məntiqi dünya görüşünə, 
fəlsəfi düşüncələrinə bu gün də heyran olduğum riyaziyyatçı- müəllim, dayım 
Mayılın uşaqlığımda mənə dediyi bir söz yaddaşımda həkk olunub: “Qram-
matika dilin riyaziyyatıdır”. Dilin riyaziyyat kimi məntiqli olduğunu, məntiqi 
təhlilə, daxili həndəsi quruluşa malik olduğunu sonralar daha yaxşı  dərk 
etsəm də, hər halda dilə münasibətimdə təfəkkürümə əkilən dilin riyaziyyata 
bənzədilməsi toxumu olub. 
İndi isə ana dilimizin məntiqinə, riyaziyyatına dayanaraq, özümüzü bir az 
ana dilimizlə açıqlamaq istərdim. 
İlk öncə yaranışa qayıtmaq istərdim. Tövratda və İncildə Allahımızın in-
sanı torpaqdan yaratdığı, sonra ona ruh verdiyi deyilirsə, Quranımız çox əsaslı 
vacib bir dəqiqləşdirmə verir ki, Allah insana “Öz ruhundan verdi”. Yəni in-
san Allahımızın yeni yaradılmış, bərk maddədən olan təcəssümü oldu. “Adəmi 
Özünə  bənzər yaratdı” deyiləndə Adəmin xarici forması deyil ruhu nəzərdə 
tutulur. Adəmin ruhu Xudavəndi Aləmin ruhudur, onunla eynidir. Nəsimi də 
bunu bilir, bunu bizə söyləyirdi. Məkansız gövhər olduğunu buna görə deyirdi. 
Böyük Ulu Tanrımız məhz buna görə  bərk olmayan maddədən, enerji-
nin digər formalarından, maddədən əvvəlki zamansızlıqda və məkansızlıqda 
mövcud olan boşluqdan, (Biz bilərəkdən vakkum deyil boşluq sözünü işlətdik. 
Vakkum boşluqdan işıqla, maddəylə birgə yarandı.) dalğalardan, işıqdan, od-
dan yaratdıqlarını, mələkləri, cinləri Adəmə, yəni Özünün bərk maddədəki 
formasına səcdəyə gətirdi. Bu, “bu da Mənəm, Mənə yeni formamda da səcdə 
edin” demək idi. Yalnız buna görə Adəm yaradılanların əşrəfi oldu. Nəsimi də 
bunu anlatmağa çalışırdı. 
Yaradan bunu bizə  həm dalğa, həm bərk maddə olan işığın timsalında 
möcüzə kimi qoydu. Yaradanın davamı olan insan da sonralar bərk maddəni 
dalğalara çevirməyə başladı. Elektromaqnit, radio və s. dalğaları yaratdı, lam-
padan işıq aldı. 
Amma içimizdəki nur, işıq itə bilməzdi. Bu Nuru biz daşıyırıq. Uşaq ana-
sına bu nurla bölüşmək, istilənmək üçün sürtünür. Bütün heyvanlar insana sı-
ğınmağa, onun nurunda işıqlanmağa çalışır. İnsanın yanına gəlir, sığal, təmas 
istəyirlər. Siz balaca uşaqlara baxın,  şir, pələng, qurd, ilan uşağı incitmir, 
onunla oynayır, ona xidmət etməyə çalışırlar. Canından keçən, ürəyi yalnız 
sevgi ilə döyünənlər, Məcnunlar çöllərdə heyvanlarla qalır. Heyvanlar onlara 


Yanar işıq – ana dilimiz
87
sığınırlar. Yalnız insan qorxu keçirəndə özünün işığını söndürür, qorxu aqres-
siya hormonları ifraz edir. Bunları uzaqdan hiss edən heyvan artıq yırtıcıya 
dönür, cana varır, canavar, cana varan olur. Şir, pələng təlimçiləri bunu yaxşı 
bilirlər. Necə ki, qorxu hissi yoxdur, şir pişikdən fərqlənməyəcək. Ani qorxu 
hissi isə şiri cana varana döndərəcək. Çox sərxoş olmuş adamlara çox qorxulu 
itlərin toxunmaması da bununla bağlıdır. Çünki onlar da qorxu hissini itirirlər, 
sevgidən sərxoş olanlar, məcnunlar kimi. 
Aslar, çarlar nəslindən olanlar “mən göylər oğluyam” deyənlər buna inan-
dıqlarından şirlər, pələnglər, bəbirlər onların taxtlarının, yataqlarının yanında, 
həndəvərində oturur, ya gəzişirdilər. 
İndi baxaq görək dilimiz bu barədə bizə nə xəbər verir. 
Fiziklər işığın ən çox insanın baş hissəsində, sonra əlinin və ayaqlarının 
həndəvərində olduğunu söyləyirlər. Bu güclü işıq axınının rəsmlərini biz iko-
nalardan da görürük. 
İndi isə başda olan hissələrin adlarına diqqət yetirək: “buxaq”, “dodaq”, 
“damaq”, “yanaq”, “qulaq”. Bu sözlərdə “ağ” sözü – İşığın əsas adı aydınca 
eşi dilir, biz bura “barmaq”, “ayaq” sözlərini də  əlavə etsək,  əsas duyğu, du-
aya, kainata açıq orqanların adında “ağ”, yəni təmiz işığın adını eşitdiyimizi 
görərik. Bu söz “ağız” sözünün ön hissəsində də eşidilir. Beləliklə ehtimal ki, 
dodaq-dadlı ağ (dadlı işıq); damaq-dada baxan (dadmaq) ağ, dada baxan işıq; 
qulaq-gül ağ, gül işıq (gül kimi açılıb, insanın bütün orqanlarına gedən nöqtələri 
özündə birləşdirib); buxaq-buğaq, buğlu, tərləyən, nəm işıq (başdakı ağlardan, 
tərləyəni, bığ sözü də ehtimal ki, burdandır, çünki “bığ yeri də tərləyir”) bar-
maq-parmaq, parıltılı ağ, parıltılı işıq, yaxud varmaq, gedən, toxunan, hərəkətdə 
olan işıq; ayaq-ay işığı (yenə də bədəndə olan bütün üzvlərlə bağlı nöqtələrin 
toplandığı yer ayın işığı soyuq işıqdır, ona görə  də ayağını isti saxla, başını 
sərin deyiblər. Başda işıq çox olduğundan od tutub yanır. Sərinlətmək lazım-
dır, ayaq isə soyuqdur, üşüyəndir.); yanaq – yanar ağ, yanar işıq. Dilimizdəki 
deyimlərdəki “utandığından qulaqları yanırdı, yanaqları allanmışdı” ifadələri 
də bu orqanların yandığını, işıq verdiyini göstərir. “Ağız” sözündə də üzdəki 
ağ, üzdə yanar, üzdəki işıq mənası duyulur. Sonra başda olan orqanlardan biri 
də “alın”dır ki, burada “al” – alov, yanar sözünün başqa adını görürük. Eyni 
mənanı “əl” sözündə də görməkdəyik (dilimizdəki ə-a keçidini nəzərə almaqla). 
Başda yerləşən digər vacib orqan adlarından biri də “burun”dur. “Un-ün-ön” ke-
çidinin dilimizdəki mövcudluğu bu orqanın öndə duran, önə çıxan, öndə gedən, 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə